1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Auditor nəza­rəti üzrə əsas məq­sədə çatmaq və müştəri­yə rəyi təqd­im etmək üçün auditor aşağıda­kı mə­sə­lə­lər üzrə öz fikrini fоr­mа­lаş­dır­mа­lı­dır



Yüklə 1,48 Mb.
səhifə6/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   2   3   4   5   6   7   8   9   ...   68
Audit suallar-Ayten

Auditor nəza­rəti üzrə əsas məq­sədə çatmaq və müştəri­yə rəyi təqd­im etmək üçün auditor aşağıda­kı mə­sə­lə­lər üzrə öz fikrini fоr­mа­lаş­dır­mа­lı­dır:
 hesabatların ümumi qəbu­l edilməsi (hesabatın bütövlükdə bütün tə­ləb­lərə cavab verməsi, yanlış informasiyaları özündə əks et­dir­mə­məsi);
 əsa­slı olması (hesabatda gös­təri­lən məb­ləğ­ləri­n hesabata da­xil edilməsi haqda əsa­sın olması);
 qiymət­lənd­irmə (bütün kateqoriyaların düzgün qiymət­lənd­irilməsi, düzgün hesablanması);
 təsn­ifləşd­irmə (hesablarda əks etdirilən məb­ləğ­ləri­n hə­qi­qə­tən də həmi­n hesablara aid olmasına inanmaq üçün əsa­sın olması);
 bölg­ü (balansın tərt­ib olunması tarixinə qə­dər və ya bilava­si­tə ondan sonra aparıl­mış əməli­yyatların aparıla­n döv­rə aid edilməsi);
 dəqi­qlik (ayrı-ayrı əməli­yyatlar üzrə məb­ləğ­lə­rin analitik uçot kitablarınd­a və jurnallarınd­a əks olunan məlu­matlara uyğunlu­ğu, onların yekununun düzgünlüyü, Baş kitabda verilmiş məlu­mat­ların yekun məb­ləğ­ləri­nə uyğun­luğu);
 açıql­anması (bütün kateqoriyaların maliyyə hesabatlarına köçü­­rülməsi və hesabatlarda və onlara əla­və­lər­də düzgün əks etdiril­məsi).


5.Auditor fəaliyyətinin əsas məqsədi.
Аudit "audieus" - latın sözündən götürülmüş və mənası "qulaq asma, dinləmə" deməkdir. Auditorun ingilis dilindən tərcüməsinin "fikir söyləyən" olduğunu deyilir. Audit üzrə beynəlxalq normativlərə görə audit - obyektin mənfəət əldə edib-etməməsindən, həcmindən və təşkilati formasından asılı olmayaraq nəşr olunmuş maliyyə hesabatlarının və ya ona aid maliyyə informasiyalarının gələcək fikirlərin formalaşdırılması məqsədi ilə aparılan müstəqil yoxlamadır.
Audit iqtisadi bir kateqoriya kimi idarəetmə sisteminə daxil olmuşdur.
"Auditor xidməti haqqında" AR Qanununda göstərilir ki, audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanmasıdır.
Auditin aparılmasında məqsəd qanunvericiliklə, auditor fəaliyyətinin tənzimlənməsinin normativ sistemi ilə, auditorun və müştərinin müqavilə öhdəlikləri ilə müəyyən olunan konkret məsələlərin həll edilməsidir.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə