1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti



Yüklə 1,48 Mb.
səhifə7/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   2   3   4   5   6   7   8   9   10   ...   68
Audit suallar-Ayten

Auditin məqsədi maliyyə hesabatlarının hazırlanması zamanı bütün göstəricilərin nəzərə alınıb-alınmaması və maliyyə hesabatlarının hazırlanma qaydalarına əməl edilib-edilməməsi barəsində auditorun öz rəyini bildirməsidir.
Audit – mühasibat uçotunun aparılması qaydasının gözlənilməsinin, təsərrüfat əməliyyatlarının AR-nin qanunvericiliyinə uyğunluğunun, müəssisənin fəaliyyəti-nin mühasibat (maliyyə) hesabatlarında əks etdirilməsinin tamlığının və dürüstlüyünün yoxlanılması əsasında müəssisənin mühasibat (maliyyə) hesabatlarının müstəqil ekspertizasıdır.
Böyük İqtisadi Ensiklopediyayada audit əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə mışğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasını həyata keçirən auditoların ( auditor firmaların) sahibkarlıq fəaliyyəti növü kimi verilir.


6.Azərbaycanda auditin yaranması mərhələləri, onun mahiyyətinin, əhəmiyyətinin və vəzifələrinin retrospektiv təhlili.
1991-ci il iyulun 31-də AR NK-nin «Azərbaycan Res­pub­­lıkasının Maliyyə Nazirliyi yanında Təsərrüfat Hesablı Auditor Mər­kə­zi yaradılması haq­qın­da» qərar qəbul edildi. Nəzarət-təftiş işini təkmilləşdirmək, bütün mülkiyyət for­­­ma­­la­rı­­nın qo­runmasını təmin etmək, sui-istifadə və rəqəmləri şışirt­mə fakt­­­­larının qar­şısını almaq üçün AR NK MN yanında Audıtor Mərkəzi haq­qın­da Əsas­naməni təsdiq et­miş­dir. AR NK-nin 1992-ci il 27 mart tarixli 157 saylı qəra­rına əsasən AR MN-də audit xid­mə­tinə xüsusi razılıq verilməsinə dair Lisenziya Komissiyası ya­ra­dıl­mış­dı. 16 sentyabr 1994-cü ildə «Auditor xidməti haq­qın­da» AR-nın Qanunu qəbul edil­di.
Heydər Əliyev tərəfindən imzalanmış «Auditor xidməti haqqında» 1994-cü il 16 sentyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə auditin təməli qoyulmuş, həmin qanuna müvafiq olaraq, 1995-ci il 19 sentyabr tarixində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə” təsdiq edilmiş və 1996-cı il 5 aprel tarixində Auditorlar Palatası fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 iyun tarixində imzalanmış «İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə» fərmanı paralel və lüzumsuz yoxlamaların azaldılmasında, iqtisadi subyektlərin qanuni mənafelərinin qorunmasında mühüm rol oynamışdır.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə