Mövzu fəLSƏFƏ onun predmeti, problem dairəsi və CƏmiyyəTDƏ rolu



Yüklə 0,78 Mb.
səhifə1/11
tarix17.09.2017
ölçüsü0,78 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11

MÖVZU 1.
FƏLSƏFƏ ONUN PREDMETI, PROBLEM

DAIRƏSI VƏ CƏMIYYƏTDƏ ROLU
2 saat

P L A N
1. Fəlsəfənin predmeti, problem dairəsi və elmlər sistemində onun yeri.

2. Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti, tarixi tipləri və onların

xüsusiyyətləri.

3. Fəlsəfənin əsas məsələsi və onun iki tərəfi.

4. Fəlsəfənin funksiyalar və cəmiyyətdə rolu.

Ə D Ə B I Y Y A T

1. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı. 1998.

2. Engels F. Lüdviq Feyerbax və klassik alman fəlsəfəsinin sonu. Əsər.

3 cilddə. Bakı.

3. Engels F. Anti – Dürinq. Ümumi qeydlər. Bakı 1972.

4. Qasımzadə F., Şirəliyev H. Dialektik materializm. Bakı 1972.

5. Şükürov A. Fəlsəfə, cəmiyyətdə onun yeri və rolu. Bakı 1996.

6. Şükürov A. Şərq fəlsəfəsi və filosofları Bakı 2005.

7. Paşayev V. Fəlsəfə. Bakı 1999.

8. A.M. Bayramov. H.T. Budaqov Fəlsəfənin əsasları 2016 Bakı.

Fəlsəfə bəşər sivilizasiyasının ən böyük nailiyyəti, insan biliyinin ən qədim növ-lərindən biridir. Bəşəriyyətin bilik və mənəvi mədəniyyətinin ən qədim və dəyərli sahələrindən biri kimi fəlsəfə dünyanın dərk edilməsinin xüsusi forması olub varlığın ümumi problemlərinə baxışlar sistemidir. Yer üzərində e.ə. III minillikdə fəlsəfənin ilkin məqsədi insanın dünyaya münasibətilə əlaqədar qarşıya çıxan dünyagörüşü xarakterli suallara cavab tapmaq cəhdindən ibarət olmuşdur. Sonralar xüsusi elmə və ic-timai şüur formasına çevrilmiş fəlsəfə gerçəklikdə baş verən proses və qanunuyğun-luqların mahiyyətinin öyrənilməsində insana yaxından köməkçi olmuşdur.

Ölkəmizin müstəqillik qazanıb siyasi, iqtisadi və sosial quruculuğa başladığı şə-raitdə də gerçəkliyin fəlsəfi cəhətdən öyrənilməsinə ciddi tələbat yaranmışdır. Nəzəri, metodoloji dünyagörüşü və praktiki baxımdan fəlsəfənin tədrisi və tədqiq məsələ-lərinə zəruri bir ehtiyac yaranmışdır. Çünki müasir keçid dövründə, qarşıda duran çox mürəkkəb sosial – iqtisadi, siyasi, mənəvi, ekoloji və s. vəzifələrin mahiyyətini fəlsəfi – idrakı mövqedən dərk edib qiymətləndirmədən həmin vəzifələrin həyata keçirilməsi uğrunda fəal mübarizə aparmaq da mümkün deyildir.

“Fəlsəfə” yunan dilində “fileo” (sevirəm) və “sofia” (müdriklik, hikmət) sözləri-nin birləşməsindən əmələ gəlib, mənası “müdrikliyi sevmək”, “hikmətsevərlik” de-məkdir. Fəlsəfə terminini ilk dəfə yunan riyaziyyatçı – mütəfəkkiri Pifaqor (e.ə. 580 - 500) işlətmişdir. “Fəlsəfə” sözünün lüğəti mənası ilə onun elmi – nəzəri mahiyyəti arasında müəyyən yaxınlıq olsa da, onları eyniləşdirmək olmaz.

Fəlsəfə dünyagörüşü elmidir və insanın gerçəkliyə münasibətini ən ümumi anla-yış, qanun və prinsiplərlə əks etdirir.

Həyata qədəm qoyan hər bir adam çoxsaylı suallarla qarşılaşır: kainatın, insanın, həyat və ölümün, xeyir və şərin mahiyyətinə, maddi və mənəvi olanın, hərəkət və inkişafın, tərəqqi və tənəzzülün qarşılıqlı münasibətinə dair çoxsaylı suallara, hazır-da daha yeni suallar da əlavə olunmuşdur: Müasir dövrü neçə qiymətləndirmək? Cə-miyyət inkişafının ziddiyyətləri və perspektivləri hansıdır? Bəşəriyyətin yaşamasına, sülhü necə təmin etməli? və s. Bu suallara cavab verməyə çalışan insan real gerçəkli-yə öz münasibətini müəyyən edir, öz dünyagörüşünü formalaşdırır.

Fəlsəfədə gerçəklikdəki hadisə və proseslər haqqında dünyagörüşü xarakterli bi-liklə insanı silahlandırır, ona təbiət, cəmiyyət və insanın özünün inkişaf və dəyişməsi-nin ən ümumi qanunauyğunluqlarını öyrədir. Fəlsəfə hər bir mütəxəssisə öz ixtisası sahəsində düzgün iqtiqamət götürmək və həyatda zəngin dünyagörüşü mövqeyi tutmaq üçün lazımdır. Çünki fəlsəfə bəşəri sərvətlərlə daha çox qovuşaraq insan mənəviyyatını zənginləşdirir, onun mürəkkəb sosial –iqtisadi və mənəvi proseslərdən baş çıxarmasına əsaslı kömək göstərir. Bütün elmlərlə qarşılıqlı əlaqədə yaranıb in-kişaf edən fəlsəfə hər bir mütəxəssisə bütün elmlərin fəlsəfi problemlərini dərindən bilmək, öz ixtisası sahəsində düzgün yol və mövqe seçmək üçün lazımdır. Lakin bu azdır. Vətəndaşlıq baxımından fəlsəfə insana daha geniş mənada gərəkdir. Fəlsəfə in-sana dərin zəka, geniş görüş dairəsi verir, qarşıda duran yaxın və strateji məqsəd və vəzifələri anlamağa kömək edir. Fəlsəfə insana dünya inkişafının meyillərini, pers-pektivlərini və orada baş verən rəngarəng hadisələrin mahiyyətini dərk etmək imkanı verir. Fəlsəfə insana dünyanı an-lamaq, onun qanunlarını dərk edib əməli fəaliyyətdə onlardan istifadə etmək qabiliyyə-ti aşılayır. Həqiqi fəlsəfə insanı həqiqi elmi, mate-rialist dünya görüşü ilə, möhkəm ideya inamı, mətin iradə və yaradıcı fəallıqla silah-landırır.

I. Fəlsəfənin predmeti nədir? Onun problem dairəsi hansılardır? Başqa elmlərlə onun nə kimi əlaqəsi vardır? Fəlsəfə tarixində bu suallara müxtəlif cavablar verilmiş-dir. Qədim dövrlərdə bütün elmi, bədii, fəlsəfi, dini, əxlaqi, siyasi və s. ideyaların sin-tezindən ibarət olan fəlsəfəyə “elmlər elmi” kimi baxılmışdır. Kainatı cəciyyələndirən bütün elmi ideyalara fəlsəfə kimi baxılmışdır. Fəlsəfə kosmosentrik səciyə daşımış-dır.

Lakin get – gedə elmlərin ayrı –ayrı yeni sahələri (riyaz, həndəsə, coğrafiya, ast-ronomiya, tibb və s.) əmələ gələrək fəlsəfə “elmlər elmindən” ayrılmışdır. Bu zaman fəlsəfənin predmetində insanın dünya görüşü məsələsinin öyrənilməsi (“ilkin əsas”, substansiya haqqında ideya, varlıq, maddi və mənəvinin münasibəti və s.) mühüm yer tutmuşdur. Daha sonrakı dövrlərdə fiziki, mexaniki, kimyəvi hərəkət qanunauyğun-luqlarının xüsusiyyətlərini öyrənən elmlərin yaranması və müstəqil elm sahələrinə çevrilməsi ilə fəlsəfənin predmet dairəsi daha da “məhdudlaşdı”. Bioloji və ictimai elm sahələrinin yaranması və müstəqil inkişafı ilə sivilizasiya tarixində “fəlsəfənin predmetinin yoxluğu”, onun “elmlər sistemindən çıxarılması” haqqında ideyalar təb-liğ olunmağa başladı. Son illərə qədər belə bir fikir yayılmışdır ki, fəlsəfənin pred-meti və elmlər sistemində onun yeri yoxdur. Məs. B. Rasselin fikrincə fəlsəfə artıq “sahibsiz torpaqdır”, cəmiyyətdə dinin mövqeyi güclənəndə o, teologiyanın, elmin mövqeyi güclənəndə isə o, elmin təsirinə düşür.

Əlbəttə, bu fikirlə razılaşmaq olmaz.

1) ona görə ki, hər bir elm o zaman mövcud olur ki, onun heç bir elm tərəfindən öyrənilməyən öz predmeti və həmin predmeti əks etdirən qanunları olsun. Fəlsəfənin də belə predmeti və qanunları vardır. Ən ümumi mənada fəlsəfənin predmetini insanı əhatə edən gerçəklik və onun inkişaf qanuna-uyğunluqlarının öyrənilməsi təşkil edir.

2) fəlsəfə gerçəkliyin, hərəkətin bu və ya digər sahəsini deyil, onu ümumi şəkil-də, bütöv halda götürüb öyrənir, gerçəkliyin ən ümumi inkişaf qanunauyğunluqların-dan və kateqoriyalarından bəhs edir.

Gerçəkliyin belə ən ümumi inkişaf qanunlarından heç bir başqa elm deyil, məhz fəlsəfə bəhs edir.

Fəlsəfənin predmetində duran problem dairəsinə bunlar daxildir: gerçəkliyə in-sanın münasibəti; təbiət – insan münasibətləri; cəmiyyət – insan münasibətləri; insan – mənəvi münasibətlər (gerçəkliyin dərk edilməsi məsələsi) və həmin qarşılıqlı mü-nasibətləri ifadə edən nəzəriyyə və baxışlar. Göründüyü kimi fəlsəfənin predmetində duran başlıca problem insan və onun gerçəkliyə münasibətidir.

Fəlsəfəyə belə bir tərif vermək olar: fəlsəfə insanın gerçəkliyə münasibətini ümumiləşdirilmiş şəkildə əks etdirən ideyalar prinsiplər və qanunauyğunluqlar haq-qında, təbiətin, cəmiyyətin və təşəkkürün ən ümumi inkişaf qanunları haqqında elm-dir.

Fəlsəfə bir tərəfdən xüsusi qanunları və kateqoriyaları vasitəsilə gerçəkliyi ən ümumi və dolğun şəkildə əks etdirdiyi üçün spesifik elmdir; digər tərəfdən isə təbiət, cəmiyyət və təfəkkürün ən ümumi qanunlarından bəhs etdiyinə, insanın gerçəkliyə ümumiləşmiş münasibətini əks etdirən ideya və təsəvvürlərin məcmusu olduğuna gö-rə dünyagörüşüdür. Fəlsəfə elm olmaqla yanaşı, daha çox dünyagörüşü, elmi – dün-yagörüşü – metodoloji səciyyə daşıyan hümanitar elmdir.

Fəlsəfə özünün predmetində duran məsələləri ayrılıqda, təcrid olunmuş halda öyrənə bilməz. Materiya, hərəkət, zaman, məkan, şüur, cəmiyyət, dövlət və s. kimi anlayışların fəlsəfi təhlilini vermək üçün təbiətşünaslığın (fizika, biologiya, kimya və s.) və cəmiyyət haqqında elmlərin nailiyyətlərinə əsaslanmaq lazımdır.

Bunsuz elmi – materialist fəlsəfə yarana və inkişaf edə bilməzdi. Digər tərəfdən, xüsusi elmlər özlərinin metodoloji, dünyagörüşü və nəzəri əsaslarını verərkən fəlsəfə-yə, onun nəzəri müddəalarına istinad etdikdə daha dolğun olur. Deməli, fəlsəfə ilə xü-susi elmələr arasında möhkəm qarşlıqlı zənginləşmə əlaqəsi və qarşılıqlı təsir vardır. Əgər xüsusi elmlər fəlsəfəni dünyagörüşü səciyyəli informasiya ilə, təbiət, cəmiyyət, insan, idrak, mənəviyyat, varlıq, həyat, ölüm və s. haqqında konkret faktik biliklə si-lahlandırırsa, fəlsəfə xüsusi elmlərə hadisələrə yanaşma üsulu, dialektik metod və metodologiya, fəlsəfi idrak metodları verir, konkret elm sahələrində çalışmaq ziyalı-ların fəal sosial mövqe tutmalarına kömək edir. Əgər fəlsəfə ağacın gövdəsidirsə, xü-susi elmlər onun qol – budaqlarıdır.

II. Dünyagörüşü – insanın həyatının özünəməxsus yolgöstəricisi, şəxsiyyətin həyat mövqeyini istiqamətləndirən bir növ kompasdır. Dünyagörüşü insanın gerçəkli-yə münasibətini əks etdirən və onun fəaliyyətini tənzim edən ümumiləşmiş sosial – mənəvi, elmi, siyasi prinsip və baxışların məcmusudur.

İnsan həqiqi elmi – materialist dünyagörüşünə yiyələndikdə hansı amal uğrunda mübarizə etdiyini daha dərindən dərk edir, qarşısına daha real məsələlər qoyur, daha yaradıcı və fəal olur. Belə insan sosial həyatda düzgün mövqe seçə, azad fəaliyyət göstərə bilir.

Beləliklə: Dünyagörüşü – insanı əhatə edən dünya haqqında, insanın özünə, tə-biətə və cəmiyyətə münasibəti, onun özünün dünyada yeri və mövqeyi haqqında ümumiləşmiş görüşlər, ideyalar, baxışlar və prinsiplər sistemidir. Dünyagörüşü – fər-din, sosial qrupun, bütövlükdə cəmiyyətin gerçəkliyə münasibəti və fəaliyyət istiqa-mətini müəyyən edən baxışlardır, ideya və normalardır. Dünyagörüşü – obyektiv dünyaya və orada insanın yeri və roluna aid baxışlardır. Bu baxışlar insanın həyat mövqeyini, əqidəsini, idrak və fəaliyyətini əsaslandırır və istiqamətləndirir. Dünya-görüşünün predmetində insan və onun gerçəkliyə münasibəti durur.

Dünyagörüşü özünün inkişaf ardıcıllığı, əsaslandırılmış olub – olmaması cəhət-dən ən ümumi şəkildə dörd mühüm tarixi növə ayırmaq olar: mifoloji, dini, elmi, ma-terialist.

1) mifoloji dünyagörüşü – (iki sözün birləşməsindən əmələ gəlib): (yunanca “mif” - əsatir, əfsanə, “loqos” isə - təlim, anlayış deməkdir) ibtidai cəmiyyətin ilkin dövrlərində əmələ gəlmişdir.

Mifologiya – qədim dövrün dünyanı anlamaq üsulu, ibtidai cəmiyyətdə univer-sal ictimai şüur forması olmuşdur. Mifik təsəvvürlərin əsasında əfsanəvi varlıqlar, al-lahlar, qəhrəmanların möcüzələri və s. haqqında inamlar, ideya və baxışlar durur.

Bu miflərlə ibtidai insan dünyanın mənşəyi və quruluşu, bir çox təbiət hadisələri və s. haqqında özünü düşündürən suallara cavab verməyə çalışmışdır.

Mənəvi mədəniyyətin ilkin forması olan miflər özlərində ilkin elmi – bilikləri, dini inamları, siyasi baxışları, bədii, əxlaqi, fəlsəfi təsəvvürləri birləşdirərək əks etdir-mişlər. Yalnız çox sonralar isə həmin ünsürlər mifologiyadan ayrılıb müstəqil olmuş-lar. Mif – universial dünyagörüşü və şüur forması olmuşdur. Xristianlıq, islam, bud-dizm və b. dinlər mifoloji nümunələrlə zəngindir.

2) Dini dünyagörüşü – şüurun gerçəkliyi ümumiləşərək anlayışlar vasitəsilə əks etdirməsi (məs. allah, ruh, axirət və s.) əsasında formalaşmışdır. Din – ictimai şüurun ən qədim formalarından biri olub, gerçəkliyin inikası əsasında yaranmışdır.

Lakin din gerçəkliyin fantaziyalı, bir çox cəhətdən təhrif olunmuş inikasıdır, fövqəltəbiiliyə pərəstiş əsasında yaranmışdır. Din ibtidai icma, quldarlıq və xüsusilə feodalizm dövründə ictimai şüurun bütün formalarını öz təsirinə almış, cəmiyyətin mənəvi dünyagörüşün əsaslarını təşkil etmişdir.

Dini dünyagörüşə görə dünya iki səciyə daşıyır:

“Yer aləmi”, hiss üzvlərimizlə duyulan “bu dünya” və “o dünya” fövqəltəbii, fövqəlhissi dünya. Dinə görə başlıca məqsəd ikincidir, birinci isə keçici və müvəqqə-tidir.

İkinci dünyanı həyatın mənası elan etmək dinin əsas xüsusiyyətidir.

Dinləri monoteist və politeist, ibtidai və müasir, milli və dünyavi olmaqla müx-təlif qruplara ayırmaq olar.

3) Elmi dünyagörüşü – təbii – elmi və sosial – tarixi biliklərə, dünyanın təbii – elmi məsələsinə əsaslanan, dünya haqqında elmi anlayış və qanunauyğunluqların ümumiləşdirilmiş inikasını ifadə edən ideya və prinsiplərin məcmusudur.

4) Fəlsəfi dünyagörüşü – elmi dünyagörüşün növ müxtəlifliyindən biridir. O, müəyyən cəhətdən elmi dünyagörüşlə qovuşur, eyniləşir, müəyyən cəhətdən isə on-dan fərqlənir.

Gerçəkliyin əksetdirməsi səviyyəsinə görə hər bir dünyagörüşün iki səviyyəsi vardır.

1) Dünyagörüşün adi şüur səviyyəsinə uyğun gələn, hissi – obrazlı təfəkkürə, mifaloji təsəvvürlərə və gündəlik təcrübi biliyə əsaslanan empirik kütləvi (və ya adı gündəlik) səviyyəsi. Bu səviyyədə dünyagörüşünü sağlam təcrübəvi biliyə istinad edir, nəzəri ümumiləşdirmədən məhrumdur. Bu səviyyədə dünyagörüşü üçün tərəd-düdlər, inamsızlıq və s. xasdır.

2) Məntiqi – mühakiməvi əsaslandırılmış anlayış və kateqoriyalarla inikasa əsaslanan elmi – nəzəri dünyagörüşü səviyyəsi. Dünyanın həqiqi təbii – elmi mənzə-rəsinə və materialist fəlsəfəyə istinad edən bu dünyagörüşü məhz elmi – nəzəri dün-yagörüşü səviyyəsinə misal ola bilər.

Dünyagörüşü öz məzmununa daxil olan münasibətlər (təbiət – insan, “cəmiyyət – insan” və “subyekt – obyekt münasibətləri”) əsasında aşağıdakı struktur komponen-tlərini üzvi vəhdətdə birləşdirir:

1) Həmin münasibətlərin doğurduğu və gerçəklikdə yoxlanıb ümumiləşdirilmiş biliklər sistemi. Gerçəklik haqqında dünyagörüşü xarakterli ümumiləşdirilmiş biliklər sisteminin yaranmasında, həqiqətə doğru can atılmasında sosial – fəlsəfi elmlərlə (fəl-səfə, etika, tarix, siyasi iqtisad və s.) yanaşı, dünyanın həqiqi təbii – elmi mənzərəsini verən xüsusi elmlər də (təbiətşünaslıq, texniki elmləri cə s.) iştirak edir.

2) Dünyagörüşün struktur komponentlərindən biri də bəşəri sərvətlərlə (dəyər-lərlə) dünyagörüşün ümumi ideyaları və prinsiplərinin qovuşmasıdır. Bəşəri mənəvi sərvətlərə (xeyirxahlıq, insanpərvərlik, vicdan, şərəf, vətənpərvərlik və s.) uyğun gəl-məyən ideya və prinsip dünyagörüşü amilinə çevrilə bilməz.

3) Elmi dünyagörüşün digər mühüm struktur komponenti olan Əqidə formalaş-dırılmasında, alınan biliyin əqidəyə çevrilməsində müasir elmi – texniki nailiyyət-lərin həyata, istehsalata tətbiqi, onların sosial – mənəvi nəticələri mühüm rol oynayır. Əqidə isə əhval – ruhiyyə, iradə və hisslərlə daha çox bağlı olduğundan şəxsiyyətin mənəvi aləminə daha ciddi daxil olur, onu sosial fəallığa və yaradıcılığa sövq edir. Əqidə üçün meyar – insan fəaliyyətidir. Biliyin dünyagörüşə çevrilməsi üçün o əqidə xarakteri kəsb etməlidir. Əqidə - insanın həyat fəaliyyətində rəhbər tutduğu prinsip və ideyaların həqiqiliyinə, doğruluğuna dərindən və əsaslandırılmış inamıdır, heç vaxt dönmədən, dərin – daxili inamıdır. Bu isə o deməkdir ki, şəxsiyyət öz ideya və əməl-lərinin doğruluğuna heç bir tərəddüd göstərmədən inanmalıdır.

Möhkəm əqidə formalaşmasında isə insana düzgün ideyalar, sosial – sinfi məq-sədlər verilməlidir. Həmin ideyalar əsasında dünya haqqında baxışlar qiymətləndiri-lir, bilik əqidəyə çevrilir, dünyagörüşü xarakteri alır.

4) Dünyagörüşün struktur komponentləri sırasında fəaliyyət (qiymətləndirmə) də mühüm yer tutur. Dünyagörüşü ancaq insan fəaliyyəti ilə öz prinsip və ideyalarını maddiləşdirir, həyata keçirir. Məhz fəaliyyət prosesində dünyagörüşün bəşəri sər-vətlərə və sosial – mənəvi məqsədlərə uyğunluğu təmin olunur

III Fəlsəfə - nəzəri dünyagörüşüdür. Fəlsəfi dünyagörüşü ümumi dünyagörüş-dən gerçəkliyə yanaşma üsulu ilə, intellektual problematikası ilə fərqlənir, daha çox sistemli, nəzəri cəviyyə daşıyır. Fəlsəfi dünyagörüşü öz sistemli baxışlarında və nəzə-ri müddəalarında kortəbii – mifoloji və dini – ehkamçılıq təsəvvürlərindən uzaqlaşır, dünya, həyat və insan haqqında tənqidi və əsaslandırılmış mühakimələrdən, elmi hə-qiqətlərdən çıxış edir.

Fəlsəfi dünyagörüşü – idealist və ya materialist meyilli almasından asılı olmaya-raq həmişə insana, onun dünyaya münasibətinə əsaslanır. İnsan – fəlsəfi dünyagörü-şün nəhək daşıdır. Ən mütərəqi fəlsəfə - insan fəlsəfəsidir. İnsan azadlığı bu fəlsə-fənin qayəsidir. İnsan – dünyanın tacı, şöhrətidir. Dünya insanla gözəldir, mənalıdır. Heç də təsadüfü deyildir ki, bütün fəlsəfi cərəyanların mahiyyətində dünya – insan münasibətləri durur.

Bir halda ki, fəlsəfi dünyagörüşü sistemində “dünya – insan münasibətləri aparı-cıdır, onda fəlsəfənin də əsas məsələsini” insanın dünyaya münasibəti “təşkil edir de-mək daha düzgün olardı. Daha konkret şəkildə fəlsəfənin əsas məsələsi” təfəkkürün varlığa, şüurun materiyaya münasibətindən “ibarətdir F. Engels” “Lüdviq Feyerbax və alman fəlsəfəsinin sonu” adlı əsərində fəlsəfənin əsas məsələsindən bəhs edərək yazmışdır ki, “bütün fəlsəfənin, xüsusən ən yeni fəlsəfənin, böyük əsas məsələsi, tə-fəkkürün varlığa münasibəti məsələsidir”. (M/E. Ceç Əsər. 3 – cü cil, səh 395)

Bu mövqedən çıxış edən filosoflar fəlsəfənin əsas məsələsinin iki tərəfi olduğu-nu qeyd etmiş və göstərmişlər ki, əsas məsələnin 1 – ci tərəfi belə bir suala cavab ver-məkdən ibarətdir ki, nə nədən əzəldir? Nə ilkindir, əsasdır, müəyyən edicidir, nə törə-mədir, ikincidir. Varlıqmı təfəkkürü, yoxsa təfəkkürmü varlığı müəyyən edir? Fəlsə-fənin əsas məsələsinin ikinci tərəfi isə insan idrakının gerçəkliyə münasibəti necədir? Dünya və onun qanunları dərk edilə bilərmi? Birinci tərəf əsas məsələnin antoloji as-pektini, ikinci tərəf isə qnoseoloji aspektini ifadə edir.

Əslində təfəkkürün varlığa münasibəti “müddəası” bu yə va başqa tərzdə “insa-nın dünyaya münasibəti” fikri ilə eyniləşir. Odur ki, fəlsəfi dünyagörüşün əsas məsə-ləsi nədir? Sualına – “İnsan və onun dünyaya münasibətidir” kimi cavab vermək məqsədəuyğundur.

Materiyanımı, yoxsa şüurumu ilkin, əsas başlanğıc hesab etdiklərinə görə filo-soflar iki əsas cərəyana bölünmüşdür. Materiyanı müəyyənedici, ilkin hesab edənlər Materializmə - (latınca “materialist” – maddi, müəyyən edirəm sözündəndir) Cəriya-nına və onun müxtəlif məktəblərinə (sadəlövh, mexaniki, metafizik, maarifçi, klassik materializm və s.) mənsubdurlar. Varlığı, materiyanı şüur əsasında izah edən, ideya-ları ilkin əsas kimi götürənlər isə idealizmə və onun müxtəlif növlərinə (obyektiv idealizm, subyektiv idealizm) mənsub olmuşlar. İdealizm yunan sözündən olub, mə-nası ideya əsaslanmaqdır.

Obyektiv idealizm (Ploton, Durinq, Hekel və b.) insandan, bəşəriyyətdən kənar-da, ondan asılı olmayaraq obyektiv “mövcud olmuş” “dünya ruhu”, “mütləq ideyanı” əsas götürməklə, subyektiv idealizm (Kant, Yum, Max, Berkli, Avenarius və b.) isə insan şüuruna istinad etməklə fərqlənmişlər.

Materializm və idealizmin əksliyi təkcə nəzəri məsələ deyildir, o həm də sosial – iqtisadi, sinfi, siyasi və mənəvi səbəblərlə şərtlənir.

Materializ öz məzmunu etibarilə, həm də gerçəkliyi əks etdirməsi cəhətdən elmə yaxındır, onunla qovuşur.

İdealizmin dinlə qovuşduğunu qeyd edən filosoflar idealizmi “incələşmiş din”, “dinçiliyə yol” və s. adlandırmışlar.

Fəlsəfənin əsas məsələsinin ikinci tərəfində qoyulan suala da filosoflar müxtəlif cavab vermişlər. Dünyanın dərk edilənliyi prinsipini qəbul edən filosoflar iddia edir-lər ki, dünyada dərk olunmaz şeylər yoxdur, lakin dərk olunmamış şeylər çoxdur. Dünya və onun qanunları elmin və praktik fəaliyyətin inkişafı ilə addım – addım dərk olunur, əməli fəaliyyətlərində insan həmin qanunlardan istifadə edir. Lakin fəlsəfə tarixində dünya və onun qanunlarının dərk edilməsinə şübhə ilə yanaşan (skeptisizm) D. Yum və b. dünyanı “sirli özündəşeylər” hesab edərək onun dərk edilməsini qeyri – mümkün sayan Aqnostisizm (İ. Kant və b.) cərəyanları olmuşdur. Kanta görə insan təbiətdən qanunları almır, əksinə təbiətə qanunları dikmə edir. Əslində isə insan idra-kı tədricən mütləq həqiqətə yaxınlaşır.

IV Fəlsəfənin bir elm kimi əsas xüsusiyyətlərindən birini onun ictimai – tarixi xarakter daşıması təşkil edir. Fəlsəfə ictimai şüur forması kimi tarixən dəyişkən icti-mai varlığın təsiri altında formalaşır və tarixi proseslə şərtlənir. Fəlsəfənin ictimai – tarixi cəciyyə daşımasını inqilabi – demokratik fəlsəfi təlimlər daha aydın göstərir. Ənənəvi fəlsəfi nəzəriyyələr inqilabi – demokratik fəlsəfi təlimləri təmin etmirdi, çünki onlar çox vaxt ictimai – tarixi şəraitdən, gerçək həyatdan ayrı düşmüşdülər. Odur ki, bu nöqsanı aradan qaldıraraq, fəlsəfəni həyatla, inqilabi təcrübə ilə əlaqələn-dirmək, materializmin keyfiyyətcə yeni formasını – tarixi materializmi yaratmaq zə-rurəti meydana çıxdı. Məhz həmin zərurət nəticəsində inqilabi demokratik və mark-sist fəlsəfi təlim tarixə materialist baxışı (tarixi materializmi) yaratdı və inkişaf haq-qında dialektik təlimi daha da zənginləşdirdi. Materializm cəmiyyət həyatına, bəşər tarixinə şamil edildi.

Fəlsəfə öz mahiyyəti etibarilə həmmədəniyyətin bütün sahələri ilə çulqaşmış, həm də onun tərəqqisinin meyarlarından birinə çevrilmişdir. Fəlsəfə madəniyyət ha-disəsi olmaqla, həm onun “inkişafının göstəricisidir”. “İncəsənət fəlsəfəsi”, “Əxlaq fəlsəfəsi”, “din fəlsəfəsi”, “təbiət fəlsəfəsi”, “tarix fəlsəfəsi”, “hüquq fəlsəfəsi”, “Si-yasət fəlsəfəsi”, “həyat fəlsəfəsi” və i.ax anlayışlar və istiqamətlərlə fəlsəfə mədəniy-yətlə qovuşur, onun bütün çalarlarını əhatə edir, onun nəzəri – metodoloji əsaslarını verir, maddi və mənəvi mədəniyyət amili kimi çıxış edir.

Fəlsəfənin predmetində duran problemlərdən biri də fəlsəfənin elmiliyi məsələ-si, elmlə fəlsəfənin qarşılıqlı münasibəti, onların oxşar və fərqli cəhətlərinin müəy-yənləşdirilməsidir. Fəlsəfə və elm arasında oxşarlıq ondadır ki, a) hər ikisi obyektiv gerçəklik qanunauyğunluqlarının insan şüurunda dolğun inikasıdır;

b) Hər ikisi sivilizasiyanın ən böyük nailiyyətidir;

v) Hər ikisi gerçəkliyin dərk edilməsi üçün insana qüdrətli silah verir; q) Hər ikisi ictimai funksitasını yerinə yetirərək cəmiyyətin maddi və mənəvi dəyərlərinin inkişaf etdirilməsi amili kimi çıxış edir və i.ax.

Fəlsəfə ilə elm arasında fərqlər də var:

a) Əgər fəlsəfə öz mahiyyəti etibarilə insana ümumiləşmiş dünyagörüşü verirsə, elm insana konkret bilik verir; b) Xüsusi qanunları öyrənən konkret elmlərdən (fizika, kimya, biologiya və s) fərqli olaraq fəlsəfə təbiətin, cəmiyyətin və təfəkkürün inkişafının ən ümumi qanunlarını öyrənir; v) Fəlsəfə bütün dünyagörüşü növlərinin əsasını təşkil etdiyi halda, ayrı – ayrı konkret elmlər dünyanın təbii – elmi mənzərə-sini müəyyən konkret materiallar verir; q) Fəlsəfə və elm ictimai şüurun spesifik for-ması olmaq etibarilə də bir – birindən fərqlənirlər; d) İctimai funksiyaları etibarilə də fəlsəfə ilə elm arasında fərqlər vardır. Fəlsəfə cəmiyyətdə elmə nisbətən daha səfəre-dici və sosial fəallaşdırıcı rol oynayır, cəmiyyətdə qarşıya çıxan vəzifələrin düzgün həlli yollarını tapmağa imkan verir, fəlsəfə elmin ümumdünyagörüşü, metodoloji və nəzəri – idrakı əsaslandırılması məsələlərini öyrənir, təhlil edir. Elm fəlsəfəyə yiyə-lənməklə metodologiyaya və dünyagörüşü meylinə sahib olur.

Fəlsəfə - bəşər tarixini nəzəri ümumiləşdirdiyindən, müasir və gələcək insan fəaliyyətini elmi cəhətdən əsaslandırdığından ümumbəşəri məzmun daşıyır.

Fəlsəfənin partiyalılığı – fəlsəfi konsensiyanın sosial istiqamətləndirilməsi, müəyyən sinfin, millət və cəmiyyətin sosial – iqtisadi və siyasi mənafeyini əks etdir-məsi mənada başa düşülməlidir.

Fəlsəfə xüsusi elm və dünyagörüşü kimi bir sıra funksiyaları həyata keçirir. Hə-min funksiyaları ontoloji, praksioloji, qnoseoloji, metodoloji, dünyagörüşü, aksioloji, inteqrativ, ideoloji, qabaqgörənlik, tərbiyəvi, tənqidi və s. kimi qruplaşdırmaq olar.

Fəlsəfə mövcudadıtın əsası, varlıq, materiyası, şüur və s. kimi ən ümumi anla-yışlar haqqında nəzəri müddəaları işləyib hazırlayarkən özünün ontoloji funksiyasını (ontologiya – yunanca “onmos” (“mövcudluq”) və (“loqos”) təlim sözlərindən əmələ gəlib, mənası mövcudluq haqqında elm deməkdir) yerinə yetirir.

İnsan fəaliyyəti haqqında təlim ilə fəlsəfə özünün praksioloji (“praktikos”- yu-nanca fəaliyyət deməkdir) funksiyasını həyata keçirir.

İdraki (qneseoloji) funksiyanı yerinə yetirərkən fəlsəfə təbiət, cəmiyyət və təfək-kürün qanunauyğunluqlarının dərk edilməsinə kömək edir.

Metedoloji funksiya cəhətdən fəlsəfə dialektik prinsiplərinə istinadən insana tə-bii və sosial gerçəkliyin dərk edilməsi və dəyişdirilməsi üçün ümumi yanaşma üsulu, qayda və metod verir, ümumi nəzəri – fəlsəfi metodoloji prinsiplərlə onu silahlandı-rır.

Fəlsəfə şəxsiyyətlə təbiət və cəmiyyət hadisələri arasında əlaqə və münasibətlə-ri, insan təcrübəsinin bütün formalarını tənzim edərək inteqrativ funksiyanı ifadə edir. Müxtəlif ictimai şüur formalarını əlaqələndirərək qarşılıqlı zənginləşmə əsasında fəlsəfə şəxsiyyətin dünyagörüşünün mənəvi, siyasi, estetik, hüquqi və s. Əsaslarını hazırlamaqla cəmiyyətdə maddi və mənəvinin qarşılıqlı münasibətinin rol və əhəmiy-yətini müəyyən edir.

Fəlsəfə təkcə keçmişə və indiyə deyil, həm də gələcəyə müraciət edir. O, gələ-cək haqqında mükəmməl ideya və prinsiplər müəyyən etməyə - qabaqgörənliyə im-kan verir. Qabaqgörənlik baxımından fəlsəfi dünyagörüşü şəxsiyyətə sosial – siyasi hadisələrin inkişaf ehtimasını düzgün qiymətləndirmək, inkişaf meylinin zəruri əlaqə-lərini tapmaq aydın elmi mövqedən çıxış etmək, dərin intuisiya, zəngin təfəkkür və böyük həyati təcrübə əsasında hadisələri qabaqlamaq və gələcəyin modelini yaratmaq imkanı verir. Məhz bu yolla şəxsiyyət inkişafın qanunauyğun əlaqə və münasibətlə-rini dərk edir, ehtimallı proqnozlaşdırmalar aparır, ümumi hipotezlər, ehtimallar, nə-zəriyyələr yaradır.

Fəlsəfənin tənqidi funksiyası da vardır. Belə ki, o bütün əvvəlki mədəni irsi, mi-foloji, dini təsəvvürlərin, tarixi – fəlsəfi təlimləri tənqidi təhlil edib, yaradıcı qiymət-ləndirməyə, mürəkkəb fəlsəfi problemlərin müasir həllini verməyə çalışmışdır. Dünya haqqında yeni fəlsəfi baxışların hazırlanması prosesi, həmişə müxtəlif növ yanıl-maların, xurafatın, gerçəkliyin dərk edilməsindəki səhvlərin, dinin, mövhumatın və i.a. tənqidi təhlili yolu ilə baş verir. Tənqidi fəlsəfi təfəkkürün məqsədi yeniliyə mane olan hər şeyin – ehkamçılığın, köhnəlmiş baxışların, zərərli mənəvi stereotiplərin ta-mamilə aradan qaldırılmasından ibarətdir.


: img -> page -> tmp
tmp -> Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti plan mədəniyyətin sosioloji anlayışı Mədəniyyətin Elementləri
tmp -> Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası
tmp -> Mövzu Dövlət və hüququn Plan
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
tmp -> Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası
tmp -> Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik
tmp -> 27 aprel 2017-ci IL tariXLİ İclasinin protokolundan çixariş EŞ 09 1
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
tmp -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə