Mövzu fəLSƏFƏ onun predmeti, problem dairəsi və CƏmiyyəTDƏ rolu


Mövzu IV Idrak prosesinin dialektikası elmi



Yüklə 0,78 Mb.
səhifə4/11
tarix17.09.2017
ölçüsü0,78 Mb.
#96
1   2   3   4   5   6   7   8   9   10   11

Mövzu IV

Idrak prosesinin dialektikası elmi

idrak, onun metod və formaları

Plan:

2 saat
1. Dialektik materializm dünya və onun qanunlarının dərk edilməsi haqqında.

Aqnostsizmin tənqidi.

2. İnikas nəzəriyyəsi idrak nəzəriyyəsinin əsasıdır.İdrak prosesinin dialektik

xarakteri.İdrakın əsas pillələri.

3. Həqiqətlər haqqında fəlsəfi təlim. Praktika idrakın əsası, həqiqətin me

yarıdır.

4. Elmi idrak, onun metod və formaları.


ƏDƏBİYYAT
1. Marks K.Feyrbax haqqında tezislər.Əsər.3 cilddə səh 1 - 4 .

2. Qasımzadə F, Şirəliyev H.Dialektik materialism. Səh. 367-407, 408-423. Bakı 1972.

3. Fərhadoğlu M.Fəlsəfənin əsasları.səh.164-194. Bakı.2004.

4. Şükürov A. Fəlsəfə. Bakı.1997.səh.274-284.

5. Məmmədov Ə.Dialektik idrak və ümumi elmi tədqiqat metodları Bakı.1997.

6. Məmmədov Ə. Elmi idrak və onun inkişaf dialektikası.Bakı.1998.

7. Nəcəfov M. İdrak prosesinin dialektikası.Bakı. 1979.

8. A.M. Bayramov, H.T. Budaqov Fəlsəfənin əsasları 2016. Bakı


Müasir qabaqcıl fəlsəfəyə görə isə gerçəklik və onun qanunları dərk edilməlidir.Təfəkkür və gerçəklik qanunları, eyniyyət təşkil edir, vəhdətdirlər.İdrak gerçəkliyin nisbi adekvat inikasıdır.İdrak-obyektiv aləmin təbiət, cəmiyyət və təfəkkürün predmet və hadisələrinin, xassə-lərinin, keyfiyyətlərinin, tərəflərinin, əlaqə və münasibətlərinin insan şüurunda inikasıdır.Mütərrəqi fəlsəfi fikrə görə idrak prosesini tam və düzgün başa düşmək üçün iki anlayışı xüsusilə izah etmək lazımdır.-Bunlar idrakın subyekti və obyekti anlayışlarıdır.Subeykt dedikdə idrakı və ya digər fəaliyyəti məqsədyönlü həyata keçirən ayrıca şəxsiyyət və ya sosial qrup başa düşülür.Obyekt insanın fəaliyyətinin yönəldiyi təbiət, cəmiyyət və təfəkkür hadisəsinə deyilir.Bu umadcı idrakın subyekti olan insan, onun obyekti olan aləm, real gerçəklik haqqında adekvat bilik ve-rir ki,bu da müxtəlif elmlər (məntiq, psixologiya, qnoseologiya vəs.) tərəfindən öyrənilir.Subyekt və obyektin qarşılıqlı təsiri ikincinin birincidə əks olunmasına gətirib çıxarır.Bu mənada idrakın iki mərhələsi – hissi və məntiqi idrak bir-birindən fərqləndirilməlidir.Hissi idrak-dünyanın dərk edilməsinin əsas, başlanğıc və ilkin mərhələsidir.Hissi idrak üç əsas formada – duyğu, qavrayış və təsəvvür formalarında baş verir.Predmetlər, insanın hiss orqanlarına (görmə,eşitmə, iy bilmə, dad bilmə toxunma) təsir edərək onun şüurunda, hər şeydən əvvəl, müxtəlif duyğular yaradır.Duyğu predmetin ayrı-ayrı xassələrinin, xüsusiyyətlərinin, tərəflərinin inikasıdır, onun yalnız bir, konkret xassəsini əks etdirir.Duyğu vasitəsilə alınan hissi obraz nədir? Obraz(surət) əks olunan predmet və ha-disənin hissi bütöv halında müşahidəsi nəticəsində əldə olunan ideal for-ması, surəti şəklidir.Hissi idrak prosesində bizim “hisslər” adlandırdığı-mız (yalnız duyğular deyil) emosiyaların da xüsusi yeri vardır: həyəca-n,ehtiraz, qəzəb, qorxu, sevgi, nifrət, simpatiya, antipatiya, və s.Emosiyalar – insan hissiyatının kompleks və mürəkkəb formalıdır.Maddi alə-min insan şüurunda hissi əksinin üçüncü forması təsəvvürdür.Təsəv-vürün duyğu və qavrayışdan üstün cəhətləri də vardır.Əgər qavrayış bizi məhdudlaşdırırsa,şəraitə bağlayırsa təsəvvür insanı bundan azad edir,şəraitlə əlaqə zəruri olmur.Eyni zamanda qavrayış həmişə fərdi xarakter daşıyırsa, əksinə təsəvvür bu cəhətdən azaddır, təsəvvür cisimlərdə ki,fərdi qeyri-əsas cəhətləri atıb,onlara məxsus olan ümumi,mühüm cəhətləri götürməyə imkan verir. Məntiqi idrak mərhələsi-gerçəkilyin dərk edilməsinin yüksək keyfiyyət mərhələsidir, anlayışlar, mühakimələr, ümumiləşdirmələr, fərziyələr, nəzəriyyələr vermək yolu ilə gerçəkliyin dərk edil-məsidir,təfəkkür prosesidir.Təfəkkür-gerçəkliyin predmet və hadisələrinin mövcudluğunu şərtləndirən ən ümumi və başlıca xassə,əlaqə və münasibətlərin inikasıdır;anlayışlar,mühakimələr,nəzəriyyə və fərziyələr əldə edilməsi yolu ilə alınan fəal inikasıdır.

Təfəkkür-həqiqətin əldə edilməsi uğrunda mütəşəkkil məntiqi axtarış və yaradıcılıq prosesidir.Anlayış şeylərin,hadisələrin xarici cəhətlərini,əlaqəsini deyil,onların mahiyyətini,daxili əlaqəsini ifadə edir.Anlayışlar predmet və hadisələrin,onların ziddiyyətlərinin və inkişafının ən mühüm xassələrini,əlaqə və münasibətlərini əks etdirən təfəkkür formasıdır.

Abstrakt təfəkkürün ikinci forması mühakimədir.Mühakimə anlayışlar əsasında meydana gəlir.Mühakimə vasitəsilə bir şeylərin müxtəlif cəhət-ləri,xassələrini və münasibətlərini dərk edirik.Mahakimə nəyi isə iqrar və ya inkar edən fikirdir.Mühakimə də təkcə ilə ümuminin dialektikası əks olunur.

Məntiqi təfəkkürün üçüncü forması idrak prosesində böyük əhəmiyyəti olan əqli nəticədir.Əqli nəticə elə bir təfəkkür formasına deyilir ki,mövcud olan bilik əsasında yeni bir bilik hasil edilir.Çünki əqli nəticə iki və ya daha artıq fikrin,mühakimənin əsasında çıxarılan üçüncü fikirdir,nə-ticədir.Mühakimələrin hər ikisi və ya biri anlayış olarsa,düzgün əqli nə-ticəyə də gəlmək mümkün deyildir. Beləliklə,əqli nəticə-mühakimələrin məntiqindən, əsaslandırmış olmasından irəli gəlir.

Həqiqət anlayışının fəlsəfi təhlili mühüm idrakı problem olaraq qalır.

Dialektik materialist fəlsəfəyə görə insan idrakı həqiqətə nail ola bilər,başqa sözlə, gerçəkliyin dolğun,düzgün inikasını verən biliyə çata bilər.-Həqiqət dedikdə dialektik materialist fəlsəfə obyektiv gerçəkliyin insan idrakında əsasən düzgün,doğru və adekvat inikasını,həmin dolğun inikasında əldə edilən biliyi nəzərdə tutur.Deməli,əgər biliklərimiz gerçəklikdən mövcud obyektiv əlaqə və münasibətləri,qanunları düzgün əks etdirir, obyektiv varlığa uyğun gəlirsə, həqiqətdir; əgər uyğun gəlmirsə yanılmadır.

Lakin fəlsəfə tarixində heç də həmişə həqiqətə belə bir mənalı münasibət olmamışdır.Hələ Aristotel belə hesab edirdi ki,həqiqət odur ki,həmin bilik insanı əhatə edən aləm haqqındakı düzgün fikirlər söyləyir.Onun ardınca çoxlu filosoflar həqiqətə-biliyin gerçəkliyə uyğun gəlməsi kimi yanaşmışlar.Obyektiv idealist filosof olan Platon isə həqiqətə başqa mövqedən yanaşmışdı.Onun fikrincə həqiqət insan biliklərinin əbədi və dəyişməz ideyalarına uyğundur.Materialistlərin əksəriyyəti isə belə hesab edirdilər ki,həqiqət-biliklərimizin obyektiv maddi varlığa tam uyğun gəlməsidir.Obyektiv həqiqət –ayrı-ayrı fərdi insanlardan,bütövlükdə bəşəriyyətdən asılı olmayaraq gerçəkliyi düzgün,obyektiv əks etdirən biliyə həqiqətə deyilir.

İdrakın müəyyən səviyyəsinə uyğun əldə edilən,tarixi şərait və təcrübədən asılı olaraq təsdiqlənən,özünün müəyyən dəqiqliyi, dolğunluğu ilə fərqlənən biliyə -nisbi həqiqət deyilir.Bütün idrakın,o, cümlədən elmin inkişafı tarixi nisbi həqiqətlərin dəqiqləşməsi,təsdiq və təkzib edilməsi tarixindən ibarətdir.İdrak prosesi-bütövlükdə həqiqətin daha dolğun və tam dərk edilməsi prosesidir.Predmet və hadisələr haqqında daha dolğun dəqiq,hərtərəfli,gerçəkliyə tam uyğun biliyə isə mütləq həqiqət deyilir.

Fəlsəfə tarixində çox vaxt mütləq həqiqətə münasibət ətrafında da müba-hisə getmişdir.Relyavistlər,aqnositklər həqiqətin ancaq nisbi olduğunu qəbul edirlər.Relyavistlər əbədi,mütləq həqiqtəri inkar etməklə biliyimizin obyektiv məzmun daşıdığını rədd edirdilər.Fəlsəfədə ehkamçılıq və metofizik mövqe isə biliyin əbədi,dəyişməz olduğunu təsdiqləyirdi.Bu-nunla da mütləq həqiqətə pərəstiş edilir və idealizə olurdu.Elm-idrakın spesitik məntiqi-nəzəri və ən yüksək formasıdır.Yuxarıda idrakın elmi-nəzəri səviyyəsi üçün qeyd etdiyimiz keyfiyyət xüsusiyyətləri eynilə elmə də aiddir. Elm-çox mürəkkəb idrakı hadisədir, özünə məxsus mühüm spesifik xüsusiyyətlərə malikdir. a)gerçəkliyi nisbi dolğun əks etdirmə-si,həmişə həqiqətin əldə edilməsinə istiqamətlənməsi b)dünyanın obyek-tiv inikasını verdiyinə görə obyektivliyi v)gerçəklikdə,praktikada maddiləşməsi və təsdiq edilməsi q) müəyyən dəlil və subutlara,təbii tarixi fakt-lara istinad edib əsaslandırılması,sübut edilməsi d)xüsusi elmi dillə-anla-yışlar, qanunlar, kateqoriyalar, mühakimə və məntiqi nəticələr ifadə edil-məsi e) elmi biliyin sistemliliyi,ardıcıllığı və vasisliyi j) elmi biliyin humanist sərvət, mənəvi dəyər səciyyəsi daşıması, bəşəriliyi və ümumi tə-rəqqiyə xidmət etməsi və s.Məhz bu cür spesifik xüsusiyyətləri ilə elm dünyanın adı, bədii, dini və s. mənimsənilməsi formalarından fərqlənir.

Elmi biliyin strukturu elədir ki, o, insana dünyanın təkcə təbii elmi mənzərəsi haqqındakı informasiya, bilik verməklə kifayətlənə bilməz.O, həmçinin insanın gerçəklikdə düzgün elmi dünyagörüşü mövqeyi seçməsinə kömək edir, biliyin əqidəyə çevrilərək fəaliyyət amilinə çevrilməsini şərtləndirir. Humanist mənəvi sərbəst əhəmiyyəti kəsb edir.Lakin elmi idrakın həqiqi mahiyyəti, onun sosial –mənəvi əhəmiyyəti və metodoloji rolu ancaq, elmi idrakın forma və metodları anlayışının düzgün təhlil edilməsi ilə mümkündür.

Elmi idrakın forma və metodlarını düzgün təhlil etmək üçün “metodologiya” “Metodika”, “metod” və s. kimi anlayışları da fərqləndirmək gərəkdir. Metodologiya –gerçəkliyin dərk edilməsinin metodları haqqında təlimdir.Dialektika -ən ümumi elmi metologiyadır.Metod əməli və nəzəri- idrakı fəaliyyətin vasitələri, requlativ prinsplər siste-midir.Bütün elmi idrak metodlarını şərti olaraq üç qrupa bölmək olar.-1)Ən ümumilik bildirən materialist dialektik metod.2) Bir neçə və ya bütün elmlər tərəfindən istifadə olunan ümumi metodlar müşahidə və eksprement analiz və sintez, induksiya və deduksiya, tarixi və məntiqi, analogiya, modelləşdirmə, formalaşdırma və s. 3) Ancaq bir elm tərəfin-dən istifadə olunan xüsusi metodlar.Məsələn riyazi induksiya.Birinci qrupa daxil olan metodlarla biz “Dialektika” bəhsində tanış olacağıq.-Üçüncü qrup metodların öyrənilməsi bizim vəzifəmizə daxil deyildir.-Ona görə də burada söhbət əsasən ikinci qurupa daxil olan idrak metod-larından getməlidir.İdrakın emprik səviyyəsini əsas metodları bunlardır:-müşahidə, eksperiment, model eksprimenti.Bunlardan nəzəri idrak səvi-yyəsində istifadə olunsa da,ən çox adi emprik idrak üçün səciyyəvidir-lər.Müşahidə gerçəklik hadisələrinin təbii halda seyr edilməsi yolu ilə qavranılması metodudur.Sadə və mürəkkəb, vasitəli və vasitəsiz müşah-idələr var.Ekspriment subiyektin öyrəndiyi obyektə fəal təsiri prosesi-dir,tədqiqatın məqsədinə uyğun obyektin müəyyən edilməsi, yəni şərait yaradılması,texniki vasitələrin,cihazların, qurğuların köməyi ilə gerçək-liyin öyrənilməsi üsuludur. Emprik səviyyədə əsas idrak formaları elmi faktların müəyyənləş-dirilməsi aləmin qavranılması əsasında əldə olunan təsəvvürlər, ideyalar, fərziyəvi mülahizələr, emprik qanunların aşkar edilməsi və s. ibarətdir. Elmi nəzəri səviyyədə isə spesifik idrak metodları bunlardır: (onlara ideal obyektin qurulması metodları da demək olar): abstraksiya, ümumiləşdirmə, formalaşdırma,aksiolmalaşdırma, modelləşdirmə,hipotetik de-duksiya, abstrakdan konkretə yüksəlmə, tarixi və məntiqi,riyazi metodlar,sistem sturuktur təhlil, müqayisə, analogiya və s. Abstraktiya metodunun əsasında belə bir tələb durur ki, insan öyrəndiyi obyekti və onun xassələrini birdən –birə tam dərk edə bilmir.Bu mümkün deyildir.İnsanın fikri hər anda obyektin bu və ya başqa tərəfini,xassəsini əhatə edir, öyrənir.

Ümumiləşdirmə-elə idrak metodudur ki, onun nəticəsində tədqiq olunan obyektin ümumi xassələri və əlamətləri müəyyənləşdirilir.Formalaşdırma -elə idrak metodudur ki, müəyyən obyekt öyrənilərkən onun formaları , simvolları maddi konstruksiyaları məzmundan ayrılıb ümu-miləşdirilir,öyrənilir,ümumi məzmun xassələri haqqında da nəticələrə gəlinir.Aksiomlaşdırma-idrak metoduna görə müəyyən nəzəri bilik almaq üçün əvvəlcə elə dayaq, çıxış nöqtələri irəli sürülür ki,həmin və-ziyyət heç bir sübut tələb etmir, aksion səciyyəsi daşıyır.Elmi idrakın spesifik metodlarından biri də modelləşdirmədir.Hazırda elmin bütün sahələrində bu metoddan daha geniş istifadə olunur.Bu məqsədlə predmetlərin oxşrlıq əlamətlərindən istifadə olunur.Hazırda elmi idrakda riyazi metodlardan da səmərəli istifadə olunur. Riyazi metodlardan təkcə dəqiq –texniki elmlərdə deyil həm də təbiət və ictimai elmlərdə də istifadə olunur.

Sistem–struktur təhlil –müasir elmi idrakın ən universal, kompleks metodlarından biridir. Həmin metod tələb edir ki, tədqiq olunan obyekt əvvəlcə müəyyən sistem daxili əlaqə və münasibətlər şəraitində öyrənilsin, onun bütün struktur ünsürləri kompleks təhlil edilsin və nəhayət, sistemlərarası əlaqə və münasibətlər dairəsində onun yeri, rolu müəyyənləşdirilsin.



Əqli nəticə formalarından biri də təkcədən–təkcəyə gedən əqli nəticədir.Belə tip əqli nəticənin ümumi prinspi, məntiqi sxemi və metodu mü-qayisədir.Bütün müqayisələrin mühüm prinsipi müqayisə olunan predmetlərin qarşılıqlı asılılığının və bunların arasında ümumi cəhətlərin olmasıdır.Ən sadə müqayisə formalarından biri analogiyadır.Bir predmetin xassələri haqqında başqa predmetə oxşarlığa əsasən çıxarılan nəticəyə analogiya deyilir.Elmi-nəzəri idrakın əsas formaları bunlardır: elmi fakt və problemin müəyyənləşdirilməsi: ideyalar, prinsiplər və qanunların kəşf edilməsi, ehtimallar və fərziyyələr: nəzəriyyələr; təbii-elmi; texniki və sosial bilik və s. Elmi idrakın başlıca məqsədi və əsas forması elmi ideyalar; prinsiplər və qanunların kəşf edilməsidir.Elm məhz müəyyən ideyalardan , prinsiplərdən və qanunlardan ibarətdir. Elm ovaxt həqiqi elm olur ki, onun özünəməxsus qanunları, prinsipləri olsun .Müəyyən prinsip və qanunların əldə edilməsi isə çətin, mürəkkəb və uzun-müddətli bir prosesdir, insandan yorulmaz iradə, əzmkarlıq və üzücü əmək tələb edir. Elmi idrakın ən yüksək formasını ehtimallar, fərziyyələr (hipotezlər) və nəzəriyyələr təşkil edir. Yuxarıda da qeyd etdik ki,bütün idrak aparatı ehtimallı proqnozlaşdırma sistemidir.Fərziyyə faktlardan və əqli nəticələrdən meydana çıxan dünyanın hələlik dərk olunmamış sahələrinə nüfuz etmək məqsədi daşıyan idrakı müəyyənlikdir, gümandır, qabaqcadan verilmiş ideyadır.Fərziyyə yalnız təsdiq olunmuş, həm də təkzib edilir, dəqiqləşdirilir,düzəldilir və ya aradan çıxır. Nəzəriyyə anlayışı isə sözün geniş mənasında , aləmin hər hansı sahəsin-də,hər hansı hadisələr haqqında həqiqi sınanılmış təsəvvürlər,ideyalar, prinsiplər sistemi nəzərdə tutulur. Daha dar mənada isə nəzəriyyə real gerçəkliyin bu və ya digər sahəsinin mövcudluğu və inkişafının xarakterini müəyyən edən, onun xassələri, qanunauyğunluqları, səbəb-nəticə əlaqələri, deferminatları, mahiyyəti haqqında ən yüksək əsaslandırılmış, məntiqi ziddiyətlərsiz baxışlar verən bitkin elmi biliklər sistemidir. Elə idrak vasitələri də vardır ki, onlar idrakın bütün sahəsində, empirik və nəzəri səviyyələrində eynilə fəal istifadə olunur, universal idrak metodları hesab edilirlər: analiz və sintez, induksiya və alduksiya, abstrakdan konkretə yüksəlmə,tarixi və s.məntiqi və s. Analiz və sintez-ən ümumi idrak metodudur.İdrakda onlar qarşılıqlı vəhdətdə çıxış edir, biri digərsiz mümkün deyildir.Deməli analiz metodu, öyrənilən obyekti daxili struktur hissələrinə, tərəflərinə parçalayıb tədqiq etmək deməkdir. Sintez isə elə metoddur ki, bunun vasitəsilə öyrənilən predmet və ya hadisəni təşkil edən tərəflər, xassələr haqqında əldə olunan bilik fikrən birləşdirilir və vəhdət, sintez halında götürülür.Sintez konkret və abstr-aktın, təkcə və ümuminin, fərq və eyniyətin və s. dialektikasını açmağı və tədqiq etməyə, onlara, “əksliklərin vəhdəti və mübarizəsi” kimi baxmağa imkan verir. Predmet və hadisələrin tədqiqi metodlarından biri də induksiya və deduksiyadır.Məlum olduğu kimi əqli nəticənin dialektik təbiəti ümuminin, xüsusinin və təkin qarşılıqlı əlaqəsi ilə müəyyən olunur.Fkrin təkcədən ümumiyə doğru inkişafı induksiyadır.İnduksiya və deduksiya idrakın dialektik prosesinin nəzəri mometləridir.Bunlar idrakın vahid inkişaf yolunun iki tərəfi olub vəhdət təşkil edirlər.İdrak prosesində induksiyanın rolu nə qədər böyük olsa da, deduksiya-sız zəif və birtərəflidir. İnduksiyanın məhdudluğu nədən ibarətdir? Induktiv nəticə ayrı-ayrı faktların ümumiləşdirilməsi nəticəsində alınır.Bir sıra şeylərdə müəyyən bir xassənin təkrar olunmasının sadəcə müşahidə edilməsi hələ heçdə bu xassənin həmin sinfə mənsub olan bü-tün şeylər üçün zəruri, qanunauyğun olduğuna sübut deyildir.Məhz buna görədə elmi idrakın zəruri və tamamlayıcı momenti kimi ümumidə təkcəni, konkreti axtarmaq metodu olan deduksiya da zəruridir.Predmet və hadisələrin dərk olunması həmdə elmi idrakın məntiqi və tarixi metodların köməyilə həyata keçirilir.Bunlar idrakın inkişafı prosesində vəhdət təşkil edirlər.

Elmi idrak metodlarından biri də abstrakdan konkretə yüksəltməkdir.-Predmet və hadisələr haqqında çoxcəhətli, hərtərəfli bilik konkret bilikdir.Abstrakt bilik isə ona görə mümkündür ki, predmet və hadisələrin ayrı-ayrı cəhətləri, xassələri nisbətən müstəqildir, spesifikdir.

Bütün bu mürəkkəb qnoseoloji qanunauyğunluqların, prinsiplərin , idrakın müxtəlif forma metodlarının cəmiyyətdə və insan fəaliyyətində özünü göstərməsi məsələləri ilə xüsusi fəlsəfi təlim olan sosial idrak məşğul olur.Sosial-idrak-cəmiyyətin və insanın mahiyyətini, onların in-kişaf və tərəqqisinin dərk edilməsi qanunauyğunluqlarını və əməli məq-sədlər üçün onlardan istifadə olunması və forma və metodlarını öyrənir.Qnesologiyanın spessfik sahəsi olan sosial idrakın obyektini cəmiyyət və insanın, bütövlükdə ictimai hadisələrin dərk edilməsi qanunauyğun-luqlarının öyrənilməsi təşkil edir.

Müəyyən ictimai mənafelər baxımından çıxış edən sosial idrak bəşəri sivilizasiya dəyərləri də qovuşaraq cəmiyyət miqyasında obyektiv həqiqətin dərk edilməsinə xidmət etdikdə daha çox humanist məzmun kəsb edir, sosial-mənəvi tərəqqinin aparıcı amillərindən birinə çevrilir.



MÖVZU V
Dialektika ən ümumi əlaqə və inkişaf haqqında təlimdir.

Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu.
Plan
1. Dialektika gerçəkliyin ən ümumi əlaqəsi və qarşılıqlı təsiri haqqında təlimdir.

Qanun və qanunauyğunluq.

2. Keyfiyyət,kəmiyyət və ölçü kateqoriyaları,onların dialektik vəhdəti.

3. Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsinin dialektikası.

4. İnkişafın fasiləsizliyi və fasiləliyi.İctimai inkişafda təkamül və inqilabın

dialektikası.


ƏDƏBİYYAT

1.Engels T.Anti-Dürinq.Səh.16-21,119-121,129-142.Bakı.1967.

2.Qasımzadə T.Şirəliyev H.Dialektik materializm.Səh.217-223,254-274.

Bakı.1972.

3.Fərhadoğlu M.Fəlsəfənin əsasları.XI-XIII fəsillər,səh.231-235.Bakı.-1996.

4.Əhmədli C.Materialist dialektikanın əsas qanunları haqqında.Bakı.-1997.

5.Paşayev V.Fələsəfə.Bakı.1999.

6. A.M. Bayramov, H.T. Budaqov Fəlsəfənin əsasları 2016. Bakı


Dialektika təbiətdə,cəmiyyətdə və təfəkkürdə baş verən dəyişmə, inkişaf və əlaqələrin ən ümumi səciyyəvi cəhətlərindən və qanunauyğunluqlarından bəhs edən xüsusi fəlsəfi təlimdir.Dialektikada başlıca məsələ inkişaf ideyasıdır ki, onun da məzmununa a)inkişafın hər cür hərəkət və dəyişkənlikdən fərqinin b)inkişafın mənbəyi və hərəkətverici qüvvələrinin v)inkişafın formaları və növ müxtəlifliyinin, istiqamət və perspektivlərinin müəyyənləşdiriləsi daxildir.

“Fəlsəfə”kursu təkcə varlıq və təfəkkürün,təbiət və insan,maddi və ideal və s. kimi mürəkkəb anlayışların təbiətini öyrənməklə məhdudlaşa bilməz.Gerçəklikdəki dəyişmə,inkişaf və qarşılıqlı əlaqələrin nisbəti, yeri və əhəmiyyəti, inkişafın ən ümumi qanunauyğunluqları da elmi nəzəri dəqiqliklə öyrənilməlidir.Bunsuz, bitkin fəlsəfə elmi fəlsəfə ola bilməz. Əgər varlığın, təfəkkürün mahiyyətini ontologiya,qnesologiya kimi fəlsəfi elmlər öyrənirsə, inkişafın mahiyyətini,onun ən ümumi qanuna-uyğunluqlarını isə dialektikaya qısa şəkildə -inkişaf,əlaqə və dəyişmə haqqında bitkin və hərtərəfli təlim kimi də tərif vermək olar. Dialektika sözü qədim yunan dilindən alınmışdır: “dialektika teche”-yunan dilində dialoq, söhbət aparmaq sənəti, mühakimə yürütmək deməkdir.Lakin fəlsəfə tarixində “dialektka”sözü heç də həmişə qeyd etdiyimiz mənalı deyil,müxtəlif mənalarda işlədilmişdir. Qədim yunan mədəniyyətində bu termin “mübahisə etmək”, “inandırmaq”, “sübut etmək” “öz mövqeyinin doğrulduğunu əsaslandırmaq və s. kimi mənalarda işlədilmiş, demokratiyanın inkişafı ilə əlaqədar dövlət işlərinin məhkəmə prosesinin müzakirəsinə və s. aid edilmişdir.Qədim yunan dialoq sənətinin böyük müəllimi Sokrat dialektikanı-hətta bir-birinə zidd olan rəylərin qarşılaşdırılması və reallaşdırılması yolu ilə həqiqətin aşkar edilməsi sənəti adlandırmışdır.Onun təəbəsi Platon isə dialektikaya-analiz və sintez metodu vasitəsilə,çox müxtəlif konkret fikirlərdən ümumi anlayışlara yüksəlmək yolu ilə həqiqi mahiyyətə çatmaq sənəti kimi baxmışdır.

Orta əsrlərdə də dialektikaya mübahisə sənəti kimi baxmaq mövqeyi inkişaf etdirilmişdir.Bu cəhətdən orta əsr mütəfəkkiri Pyer Abelyar xüsusi qeyd olunmalıdır.Onun yazdığı “Bəli və yox”əsəri qoyulan suallar və onlara verilən cavablar cəhətdən dialektik mübahisə sənəti nümunəsidir. Hazırda da dialektik mübahisə etmək,dialoq sənəti ziddiyyətlərin həll edilməsi, həqiqətin aşkar edilməsi üçün əvəzsiz əhəmiyyətə malikdir.Məhz ağıllı,mənəvi cəhətdən saf,opponentin ləyaqət və fikirlərinə hörmət etmək yolu ilə aparılan yaradıcı mübahisə vasitəsilə hər cür mürəkkəb problemi həll etmək,həqiqətə nail olmaq mümkündür.

Kəmiyyət dəyişiliklərinin keyfiyyət dəyişikliklərinə qarşılıqlı keçməsi gerçəkiyin ən ümumi,obyektiv qanunlarından biridir.Bu qanunun mahiyyətini və fəaliyyət mexanizmini başa düşmək üçün “keyfiyyət”, “xassə”, “kəmiyyət”, “ölçü”, “sıçrayış”və s. anlayışları bir-birindən fərqləndirmək və mənimsəmək lazımdır.Predmet və hadisələri bir-birindən fərqləndirmək imkanı verən əsas cəhət onların özlərinə məxsus xassələrinin, ən başlıca isə,öz keyfiyyətlətlərinin olmasıdır.

Keyfiyyət-predmet və hadisəyə daxilən xas olan,onu başqa predmet deyil, məhz həmin predmet edən, saysız-hesabsız başqa predmetlərdən fərqləndirən ən başlıca cəhətdir,bütün mühüm xassələrin,qabiliyyət və cəhətlərin məcmusudur.Keyfiyyət, necə dəyərələr,predmetin müəyyənliyi, mənliyidir. Keyfiyyətini itirdikdə cisim daha mövcud halını da itirmiş olur,başqa keyfiyyətə keçmiş,çevrilmiş olur.Keyfiyyət xassələrdə təza-hür edir.Xassə predmet və hadisələrin başqaları ilə qarşılıqlı münasibət-lərində meydana çıxır.Xassə-predmet və hadisənin ancaq konkret bir cəhətini,bir xüsusiyyətini ifadə edir. Məsələn, metalın bərkliyi,ərimə temperaturu, elektrik keçirməsi,atom çəkisi və s. onun konkret xassələridir.-Deməli,xassə predmet və hadisənin ancaq bir cəhətini,konkret bir xüsusiyyətini bildirdiyi halda keyfiyyət predmetin bütövlüyünü ifadə edir.Cisim bu və ya digər xassəsini itirməklə köhnə keyfiyyətlərindən çıxmır yenə də yaşayır,lakin keyfiyyətini itirməkdə köhnə halını da iti-rir,başqa keyfiyyət kəsb edir.Keyfiyyət və xassə obyektivdir,cisim və hadisələrə daixilən xasdır,atritutiv səciyyə daşıyır. Kəmiyyət də cisim hadisələri fərqləndirən obyektiv dərəcədir.Kəmiyyət predmet və əşyanın məkanda ölçüsünü,çəkisini,yerləşmə ardıcıllığını,-böyüklüyünü, həcmini, sürəkliyini, dəyişmə sürətini,inkişaf dərəcəsini, intevsivliyini, ümumiyyətlə miqdar müəyyənliyini ifadə edən fəlsəfi kateqoriyadır.Bir qayda olaraq kəmiyyət rəqəmlə ifadə olunur,ölçü,çəki,həcm və s. bildirir.

Ölçü anlayışı isə müəyyən zaman və interval daxilində cisim hadisənin vəhdət halında götürülmüş öz kəmiyyət və keyfiyyətini olduğunu ifadə edir.Deməli,hər bir cismin keyfiyyət və kəmiyyəti müəyyən ölçü daxilində mövcud olur.Bu mənada Hegel qeyd edirdi ki,ölçü cismin kəmiyyət-keyfiyyətidir.Ölçü-kəmiyyət xassələrinin elə mövcud olma intervalıdır ki,həmin çərçivə daxilində mütləq cismin keyfiyyəti də mövcud olur.-Ölçü-kəmiyyətlə keyfiyyətin-vəhdətidir,onun pozulması isə kəmiyyət dəyişikliklərindən keyfiyyətə keçilməsidir. Kəmiyyət və keyfiyyət eyni predmetdə obyektiv vəhdətdə mövcuddur.Lakin onlar arasında əsaslı fərqlər də vardır.Əgər kəmiyyət dəyişilikləri azalma və artmaya,kiçilmə və böyüməyə səbəb olur,müəyyən ölçü daxilində yeni keyfiyyət halı doğurmursa,cismin keyfiyyətcə dəyişməsi ölçüsünü pozur,yeni keyfiyyət halının əmələ gəlməsi ilə nəticələni.Bütöv inkişaf məhz kəmiyyət dəyişmələrinin müəyyən səviyyədə ölçünü pozması,yeyət və keyfiyyət dəyişiliklərinin qarşılıqlı bir-birinə keçməsindən ibarətdir. Bu inkişafın ən ümumi, obyektiv,dialektik qanundur. Kəmiyyət dəyişmələrinin ölçünü pozaraq müəyyən səviyyədə keyfiyyət dəyişmələri doğurması, köhnə keyfiyyətdən yeni keyfiyyətə keçirilməsi də düzxətli,birbaşa baş verən proses deyildir.Burada kəsilməzlik və kəsilənlik tədricilik və sıçrayışlı inkişaf formaları vəhdət halında özünü göstərir. Kəsilməzlik-(və ya fasiləsizlik, tədriclik) yavaş-yavaş baş verən çox az nəzərə çarpan kəmiyyət yığımı prosesdir. Kəsilənlik (və ya sıçrayışlı inkişaf)mərhələsində (ona fasiləlik də deyili-r)cisim və hadisənin keyfiyyətində dəyişiklik əmələ gəlir,köhnə keyfiy-yətin mövcudluğu sanki kəsilir,yeni keyfiyyət halına keçirilir,köhnə keyfiyyət artıq köhnə forma şəraitdə mövcud ola bilmir.



Sıçrayış-köhnə keyfiyyətindən yeni keyfiyyətə keçid formasıdır,predmet və hadisənni açıq,sürətli keyfiyyət dəyişikliyinin ifadəsidir.Keyfiyyət dəyişikliyinin tədricən baş verməsi belə, yenə saçrayışdır,ünk burada köhnə keyfiyyət halında yenisinə keçiri-lir.Buna görə də sıçrayışında iki növü fərqləndirilməlidir; təcrici və ani,sürətlə (təcili,qəflət-ən)baş verən keyfiyyət dəyişliklərini ifa edən sıçrayışlar. Deməli sıçrayışlar vaxt etibarilə qəflətən,ani olaraq da baş verə bilər, illərdə,bəzən hətta on illərdə,milyon və milyard illərlə davam edən bir müddət ərzində də baş verə bilər.Mənz bu cəhətlərə görə inkişafın təkamül və inqilab kimi iki formasınıda qeyd etmək olar.Təkamül tədrici kəmiyyət artımı mərhələsinə,inqilab isə keyfiyyət dəyişikliyi mərhələsinə,sıçrayışlara uyğundur.Təkaül-mövcud olanın tədricən, kəmiyyətcə dəyişməsini nəzərdə tutursa, inqilab mövcud olanın əsaslı keyfiyyət dəyişikliyidir, sıçrayışdır.Onlar qarşılıqlı əlaqədədir və inkişaf prosesində biri digərinə keçə bilər.Lakin fəlsəfə tarixində təkamül və inqilabın qarşılıqlı təsir əlaqələrini qəbul etməyən baxışlar da olmuşdur. İnkişafın ən ümumi və obyektiv qanunu olan kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə qarşılıqlı keçməsi –“öz hərəkətin” “öz inkişafın”mexanizmini, xarakterni, mahiyyətini ifadə edir.inkişafın necə, hansı formalarda baş verdiyini müəyyən edir,insanları inkişafın səciyəvi xüsusiyyətləri, formaları, mərhələləri və s. haqqında qanunauyğunluqlarla silahlandırır.Bu da insanlarda nəzəri təfəkkürün inkişafına və əməli işlərində daha fəal olmasına kömək edir. Bu qanun həmçinin insanları dünyanın dərk edilməsini və əməli məqsədlərlə onlardan istifadə olunmasının əsas prinsipləri ilə silahlandırır. Kəmiyyət və keyfiyyət dəyişikliklərinin vəhdətdə götürülməsini, ayrı-ayrı cisim və hadisələrin inkişafını şərtləndirən ümumi keyfiyyət müyyənliyinin nəzərə alması zərurətini, onların müxtəlif forma və mərhələlərinin əlaqələndirilməsini tələb etməklə bu qanun həm də ciddi metoloji və idarkı əhəmiyyət kəsb edir.Bu tələblərə əməl olunması insana gerçəkliyi dərk etmək düzgün fəaliyyət mövqeyi seçmək imkanı verir.Keyfiyyət şeyin strukturluğunu ilə yəni onun ibarət olduğu ünsürlərin xassələrin müəyyən yəşkili forması ilə varlıqdır ki,bununda nəticəsində, şey xassələrin sadəcə məcmusu olmayıb onların vəhdətindən və bütövlüyündən ibarətdir. Hər hansı bir predmetlər növünün keyfiyyət müəyyənliyi onların eyni bir predmet olduğunu göstərir.Əlbəttə onlar özlərinin bəzi xassələri ilə fərqlənirlər, lakin keyfiyyətcə onlar eyni şeylərdir.Ayrı-ayrılıqda keyfiyyət və kəmiyyət yoxdur və ola da bilməz,mövcud olan şeydir ki,oda eyni zamanda həm keyfiyyətdir həm də kəmiyyət.

Kəmiyyət kateqoriyası mücərrədləşməsi yəni şeylərin yekcinsliyin,onların oxşarlığına bənzəyisinin ifadəsidir ki, bununda nəticəsində şeylər artma və ya azalma, bölünmə və ya birləşmə və s. əməliyyatına məruz qala bilərlər. Beləliklə şeyin keyfiyyəti müəyyən kəmiyyətlə qırılmaz sürətdə bağlıdır.Kəmiyyət dəyişmələri fasiləsiz və tədriclə olur.Keyfiyyət dəyişmələri fasiləsizliyin, tədriciliyin fasiləsiz şəklində baş verir.Hər cür keyfiyyət dəyişməsi sıçrayışvari sıçrayış spesifik,şəraitdən asılı olaraq keyfiyyət dəyiçmələri keyfiyyət dəyişmələrinə asılı olaraq müxtəlif şəkildə keçirilir. Bu qanun predmetin kəmiyyət və keyfiyyət cəhətlərinin elə qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiridir ki,bunların sayəsində kiçik əvvəlcə nəzərə çarpmayan kəmiyyət dəyişmələri tədricən toplanaraq tez gec predmetin ölçüsünü pozur və sıçrayışlar şəklində baş verən və obyektlərin təbiətindən və onların müxtəlif formalarında kı inkişaf şəraitindən asılı olaraq həyata keçirilən köklü keyfiyyət dəyiçmələrinə səbəb olur.Hər hansı bir predmetlər növünün keyfiyyət müəyyənliyi onların eyni bir predmet olduğunu göstərir, əlbəttə,onlar özlərinin bəzi xassələrilə fərqlənirlər, lakin keyfiyyətcə onlar eyni şeylərdir.Kəmiyyət kateqoriyası mücərrədləşməni yəni şeylərin keyfiyyət müxtəlifliyindən sərf nəzər etməyi tələb edir.Kəmiyyət şeylərin yekcinsliyinin,onların oxşarlığının bənzyişinin ifadəsidir ki, bunun da nəticəsində şeylər artma və ya azalma,bölünmə və ya birləşmə və ya birləşmə və s. əməliyyatına məruz qala bilərlər.Beləliklə şeyin keyfiyyəti müəyyən kəmiyyətlə qırılmaz surətdə bağlıdır. Kəmiyyət dəyişmələri fasiləsiz və tədriclə olur. Keyfiyyət dəyişmələri fasiləsizliyin, tədricliyin fasiləsi şəklində baş verir.Hər cür keyfiyyət dəyişməsi sıçrayışvari sıçrayış şəklində baş verir.Gerçəkliyin müxtəlif sahələrində spesifik şəraitdən asılı olaraq kəmiyyət dəyişmələri, keyfiyyət dəyişmələrinə müxtəlif şəkildə keçirlər.Bəs sıçrayışın forması nədən asılı olur, nə ilə müəyyən edilir, nə üçün o gah bir,gah da başqa formada baş verir. Bu sualın cavabını hər şeydən əvvəl inkişaf obyektlərinin özünün xüsusiyyətlərində axtarmaq lazımdır. Lakin keyfiyyət çevrilmələri prosesi nə qədər tədrici getsədə yeni hala keçid sıçrayış deməkdir.Sıçrayışın formaları nəinki təkcə obyektin təbiətindən,habelə həmin obyektin olduğu şəraitdən də asılıdır. Bu qanun predmetinin kəmiyyət və keyfiyyət cəhətlərini elə qarşılıqlı əlaqəsi və qarşılıqlı təsviridir ki,bunların sayəsində kiçik,əvvəlcə nəzərə çarpmayan kəmiyyət dəyişmələri tədricən toplanaraq,tez –gec predmetin ölçüsünü pozur və sıçrayışlar şəklində baş verən və obyektlərin təbətindən və onların müxtəlif formalarındakı inkişaf şəraitindən asılı olaraq həyata keçirilən köklü keyfiyyət dəyişmələrinə səbəb olur.Gerçəklikdə (varlıq,təfəkkür,insan və s.)ən ümumi inkişaf,əlaqə və dəyişmənin mahiyyətindən və qanunauyğunluqlarından ancaq fəlsəfə elmi,daha doğrusu onun xüsusi sahəsi olan dialektika bəhs edir.Deməli dialektika təbiətdə,cəmiyyətdə və təfəkkürdə baş verən dəyişmə və inkişaf əlaqələrin ən ümumi səciyyəvi cəhətlərindən və qanunauyğunluqlarından bəhs edən xüsusi təlimdir.Dialektikada başlıca məsələ inkişaf ideasıdır ki,onun da məzmununa inkişafın hər cür hərəkət və dətişkənlikdən,inkişafın mənəbəyi və inkişafın formaları və növ müxtəlifliyinin istiqamət və perspektivlərinin müəyyənləşdirilməsi daxildir.

Fəlsəfə kursu təkcə varlıq və təfəkkürün,təbiət və insan,maddi və ideal və s. kimi müərkkəb anlayışların təbiətini öyrənməklə məhdudlaşa bilməz.İnkişafın ən ümumi qanuna uyğunluqları da elmi-nəzəri dəqiqliklə öyrənilməlidir.Bunsuz bitkin fəlsəfə elmi ola bilməz.Əgər varlığın təfəkkürün mahiyyətini anatologiya,qneseologiya kimi fəlsəfi elmlər öyrənirsə inkişafın mahiyyətini,onun ən ümumi qanunauyğunluqlarını isə dialektika öyrənir.Ona görə dialektikaya qısa şəkildə inkişaf,əlaqə və dəyişmə haqqında bitkin və hərtərəfli təlim kimi də vermək olar..Lakin fəlsəfə tarixində dialektika sözü mübahisə etmək inandırmaq,sübut etmək öz mövqeyinin doğruluğunu əsaslandırmaq kimi məna veir.Məhs belə mübühisələrdən həqiqətlər əldə olunurdu.Qədim yunan dialoq sənətinin böyük müəllimi Sokrat dialektikanı hətta bir-birinə zidd olan rəylərin qarşılaşdırılması və reallaşdılırması yolu ilə həqiqətin reallaşdırılması yolu ilə həqiqətin aşkar edilməsi sənəti adlandırmıışdır.Platon isə dialektikaya müxtəlif konkret fikirlərdən ümumi anlayışlara yüksəlmək yolu ilə həqiqi mahiyyətə çatmaq sənəti kimi baxmışdır.Orta əsrlərdə də dialektikaya mübahisə sənəti kimi baxmaq mövqeyi inkişaf etdirilmişdir.Hazırda da dialektika mübahisə etmək, dialoq sənəti həqiqətin aşkar edilməsi üçün əvəzsiz əhəmiyyətə malikdir.Odur ki, müasir şəraitdə də çox mürəkkəb problemlərin həlli üçün yaradıcı elmi-fəlsəfi,siyasi-hüquqi mübahisələrə də ciddi ehtiyac vardır.

Lakin qədim dövrlərdə dəyişkənlik dedikdə,hərəkət dəyişməni fasiləsiz hesab edənlərin əksinə olaraq, Zenon onları fasiləli hesab edirdi.İnkişafa keyfiyyət dəyişkliyi prosesi kimi yeninin meydana çıxıb,köhnəni əvəz etməsi kimi baxmaq ideası,ancaq insanı əhatə edən gerçəkliyin xüsusi obyektiv xassəsi kimi baxılması nəticəsində,beləliklə hər cür inkişafıə dəyişkənlik və hərəkətdən fərqləndirən xüsusiyyətləri bu cür qruplaşdırmaq olar:

a)inkişaf prosesində,əvvəllər olmayan hər hansı yenilik baş verir.

b)İnkişaf prosesi qayıtmazdır,geri dönməzdir.

c)Hər bir konkret inkişaf prosesinin özünün xüsusi mənbələri və özünəməxsus formaları olur.

d)İnkişafın zamanca istiqaməti vardır,keçmişdən başlayıb indidən keçir və gələcəyə gedir.

e)inkişafın hər bir mərhələsi özündən əvvəlki vəziyyətlə şərtlənir və sonrakı inkişafı şərtləndirir.



Dialektikanın formalaşması uzun tarixi yol keçmişdir.Lakin onun dialektik fəlsəfi irsi bir çox cəhətdən indi də əhəmiyyətini saxlayır.Klassik alman fəlsəfəsində xüsusilə Hegel irsində idealist dialektika haqqında fəlsəfi təlim yaranmışdır.hegelin məntiq əsərindəki təhlilə əssən predmet hadisə və proseslərdə dəyişmə və inkişafın təbiətini izah edərəkən dialektika aşağıdakı zəruri tələblərə riayət etməyi nəzərdə tutur:İnkişafda analiz və sintez vəhdəti yeni əlaqə münasibətləri meydana çıxması hər bir tərəf,cəhət və s. Lakin Hegel tarixi prosesin,mənəvi mədəniyyətin inkişafını izləyərkən ona xüsusi müstəqil proses kimi baxmış, ideal olanı mənəvi amili cəmiyyətin ictimai varlığın inikası kimi deyil, hətta cəmiyyət inkişafını da şərtləndirən amil kimi təhlil etmişdir.Gerçəklikdəki münasibətlərin və dəyişmənin hərəkət və inkiaşfın 2 cür alternativ fəlsəfi anlaşılması üsulu vardır:Dialektika və metafizika (ehkamçılıq da deyilir).Metafizika təfəkkür üsulu gerçəklik hadisələri arasındakı qarşılıqlı əlaqə və təsiri zəif nəzərə alır.Qarşılıqlı əlaqələrinə xüsusi əhəmiyyət vermir.Bununla da ehkamçılıq və ya metafizika metodu özünü real predmetlərdəki çoxtərəfli vəhdət kimi mahiyyətlərin dərk edilməsi imkanından məheum edir.Dialektik təfəkkür anadangəlmə deyildir.Dialektikanı buna görə də hazır şəkildə mənimsəmək mümkün deyildir.Dialektika heç də sadəcə nəzəriyyə deyil,həm də yenini anlamağa konkret mənimsəməyə imkan verən yaradıcı metoddur. Fəlsəfi ədəbiyyatda obyektiv dialektika və subyektiv dialektika işlədilir. Elmin vəsifəsi, məqsədi hər şeydən əvvəl təbiət və cəmiyyətin qanunauyğunluğun hərəkət və inkişaf prosesi kimi anlamaqdan ibarətdir ki,həmin proses obyektiv qanunlarla şərtlənir və istiqamətlənir.Bəs qanun nədir?-Qanun-hadisələrin daxili əlaqəsi və bir-biri üçün qarşılıqlı şərt olması deməkdir.Qanun üçün məhz mühüm, sabit, təkrarlanan hadisələrə daxilən xas olan əlaqə və qarşılıqlı şərt xarakterikdir. Qanun isə zərurəti yəni elə bir əlaqənin ifadəsidir ki, məlum şərait olduqda bu əlaqə inkişafın xarakterini müəyyən edir.Qanun ən ümumiliyin formasıdır.Qanunları dərk etmək sayəsində biz vahid bütöv halında olan mürəkkəb və çoxcəhətli dünyanı məlumlarda qavrayırıq.Qanun anlayışı dünya prosesindəki,vəhdət və əlaqənin insan tərəfindən dərk edilməsi pillərindən biridir.İndi də obyektiv qanunların başlıca tiplərini nəzərdən keçirək.Bunları üç böyük qrupa ayırmaq olar:1.Obyektivlərin spesik xassələri və yaxud da bu və ya digər hərəkət formaları çərçivəsində proseslər arasındakı münasibətləri ifadə edən xüsusi qanunlar.2.Obyekt və hadisələrin böyük məcmusu üçün ümumi qanunlar.3.Ən ümumi və ya universal qanunlar.Şeyin dərk olunması onun hər hansı xarici və bilavasitə təzahürlərindən başlanır ki, bunlarda meydana çıxır.Şeylərin qarşılıqlı təsiri sayəsində onların xassələri təzahür edir.Bunlardan da belə bir nəticə çıxarmaq olar ki, şey və ya başqa xassələrin məcmusun başqa bir şey deyildir.Deməli şeyin xassələrinin özü onun xarakterizə edilməsi üçün lazım olandan nə isə daha mühüm bir təzahürdən ibarətdir.Həmin daha mühüm olan şeyin keyfiyyətidir.Keyfiyyət başqa şeyin deyil məhz həmin şeyi müəyyən edir,Hekemin fikrincə keyfiyyət ümumilikdə varlığın eyni bilavasitə müəyyənlikdir.Keyfiyyət şeyin strukturluğunu ilə yəni onun ibarət olduğu ünsürlərin xassələrin müəyyən yəşkili forması ilə varlıqdır ki,bununda nəticəsində ,şey xassələrin sadəcə məcmusu olmayıb onların vəhdətindən və bütövlüyündən ibarətdir.

Hər hansı bir predmetlər növünün keyfiyyət müəyyənliyi onların eyni bir predmet olduğunu göstərir.Əlbəttə onlar özlərinin bəzi xassələri ilə fərqlənirlər,lakin keyfiyyətcə onlar eyni şeylərdir.Ayrı-ayrılıqda keyfiyyət və kəmiyyət yoxdur və ola da bilməz, mövcud olan şeydir ki,oda eyni zamanda həm keyfiyyətdir həm də kəmiyyət.Beləliklə şeyin keyfiyyəti müəyyən kəmiyyətlə qırılmaz sürətdə bağlıdır.Kəmiyyət dəyişmələri fasiləsiz və tədriclə olur.Keyfiyyət dəyişmələri fasiləsizliyin,tədriciliyin fasiləsiz şəklində baş verir.Hər cür keyfiyyət dəyişməsi sıçrayışvari sıçrayış spesifik, şəraitdən asılı olaraq keyfiyyət dəyişmələri keyfiyyət dəyişmələrinə asılı olaraq müxtəlif şəkildə keçirilir.Bu qanun predmetin kəmiyyət və keyfiyyət cəhətlərinin elə qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiridir ki,bunların sayəsində kiçik əvvəlcə nəzərə çarpmayan kəmiyyət dəyişmələri tədricən toplanaraq tez gec predmetin ölçüsünü pozur və sıçrayışlar şəklində baş verən və obyektlərin təbiətindən və onların müxtəlif formalarında kı inkişaf şəraitindən asılı olaraq həyata keçirilən köklü keyfiyyət dəyiçmələrinə səbəb olur.Hər hansı bir predmetlər növünün keyfiyyət müəyyənliyi onların eyni bir predmet olduğunu göstərir.əlbəttə,onlar özlərinin bəzi xassələrilə fərqlənirlər,lakin keyfiyyətcə onlar eyni şeylərdir.Kəmiyyət kateqoriyası mücərrədləşməni yəni şeylərin keyfiyyət müxtəlifliyindən sərf-nəzər etməyi tələb edir.

Kəmiyyət şeylərin yekcinsliyinin,onların oxşarlığının bənzyişinin ifadəsidir ki, bunun da nəticəsində şeylər artma və ya azalma,bölünmə və ya birləşmə və ya birləşmə və s. əməliyyatına məruz qala bilərlər.Beləliklə şeyin keyfiyyəti müəyyən kəmiyyətlə qırılmaz surətdə bağlıdır.Kəmiyyət dəyişmələri fasiləsiz və tədriclə olur. Keyfiyyət dəyişmələri fasiləsizliyin, tədricliyin fasiləsi şəklində baş verir.Hər cür keyfiyyət dəyişməsi sıçrayışvari sıçrayış şəklində baş verir.Gerçəkliyin müxtəlif sahələrində spesifik şəraitdən asılı olaraq kəmiyyət dəyişmələri,keyfiyyət dəyişmələrinə müxtəlif şəkildə keçirlər.Bəs sıçrayışın forması nədən asılı olur, nə ilə müəyyən edilir, nə üçün o gah bir,gah da başqa formada baş verir?Bu sualın cavabını hər şeydən əvvəl inkişaf obyektlərinin özünün xüsusiyyətlərində axtarmaq lazımdır.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə