Mövzu fəLSƏFƏ onun predmeti, problem dairəsi və CƏmiyyəTDƏ rolu



Yüklə 0,78 Mb.
səhifə11/11
tarix17.09.2017
ölçüsü0,78 Mb.
#96
1   2   3   4   5   6   7   8   9   10   11

Feoloji- fəlsəfi konsepsiyalarda ilahiyyat fəlsəfədən, etiqad zəkadan, din elmdən üstün tutlur. Bu fəlsəfədə teosentrizm aparıcı mövqeyə keçir. Elm və dinin qarşılıqlı münasibəti məsələsində, əgər orta əsrlərdə elm dinin xidmətcisi elan edilmişsəş müasir dövrdə bu nisbət dəyişdirilmişdir. Belə ki, bir tərəfdən, müasir cəmiyyətdə elm və texnikanın dəyişdirici rolu, mütərəqqi təsiri qəbul edilir, elmə tənqidi müna-sibət zəifləyir; digər tərəfdən, ETİ-nin neqativ sosial-mənəvi nəticələri əsasında elm ciddi tənqid olunur. Dünyada baş verən bütün fəlakətlərin səbəbi isə onunla izah olunur ki, müasir dünya “Allahı unutmuşdur”, ona qəlbən etiqat zəifləmişdir.

“Neotomizm” – orta əsr katolik ilahiyyat filosofu Foma Akvinskinin (1226- 1274) adı ilə əmələ gəlmiş “fomizm” təlimi ilə əlaqədar yaranmışdır. F.Akvinski xristian dini təlimini fəlsəfi əsaslandırmağa çalışmış, bu məqsədlə Aristotelin fəlsəfi irsindən istifadə etmişdir. O, Aristotelin idealist fəlsəfi prinsipləri ilə xristianlığın sintezini yaratmağa cəhd etmişdir. Bu əsasda o, qeyd edir ki, etiqad və zəka ahənk-dardır, onlar bir-birinə zidd ola bilməz, zəka allahın varlığını sübut etməlidir.

Neotomizmdə bütün mövcudatın əsasına “xalis varlıq” – Allah qoyulur. Aris-totelin fəlfəsi kateqoriyalar sistemi (forma və materiya, imkan və gerçəklik və s.) vasitəsilə Allahın varlığı “İlkin forma”, kimi anlayışların köməyi ilə sübut olunurdu. F.Akvinski təlimində Allahın varlığı 5 əsas sübutu verilir:

1. Əgər hərəkətin mütləqliyi qəbul edilirsə, onda tək mexanika deyil, bütün hərəkət formaları üçün də “ilk təkan”, “ilk səbəb” qəbul edilməlidir;

2. Əgər bütün dünyada səbəbiyyat obyektivdir və mövcuddursa, onda “İlkin səbəb” də mövcuddur. Bu “İlkin səbəb”- Allahdır;

3. Dünyada çoxsaylı zərurət və təsadüflər idarə olunur. Belə idarəetmə olma-saydı, dünya inkişaf xaotik, hərşmərçilik səciyəsi olar və məhv olardı; belə idarəedici qüvvə- Allahdır;

4. Dünyadakı həqiqət, gözəllik və s. mövcudluq hallarının bir ölçüsü, meyarı olmalıdır. Belə bir meyar məhz allahdır;

5. Dünyada hər şey müəyyən məqsədəuyğunluq üzrə mövcuddur. Deməli, dünyada əsas və son məqsəd də mövcuddur- Allah.

7. XIX əsrin 2-ci yarsından fəlsəfənin gələcək taleyi ətrafında qızğın mübarizə-lər başlanmışdır. Həmin mübarizələr “ilkin fəlsəfə” adlandırılan “metafizika” ətra-fında idi. Varlıq, materiya, təfəkkür, idrak və s. anlayışlara dair diskussiyalar daha aparıcı yer tuturdu. Kant və Hegel “köhnə matafizikanı” tənqid etsələr də, yenə də dünyanın vəhdəti və bütövlüyü, sonluğu, dünyada insanın yeri və rolu və s. kimi anla-yışlarla böyük əhəmiyyət vermişlər. Fəlsəfənin metafizikanı tənqid etməsi pozitivizm cərəyanı vasitəsilə daha maraqlı olmuşdur.

Rozitivizm – XIX əsrin 30-cu illərində (latın dilində “positivis” sözündən olub, mənası “faydalı olan”, müsbət olan deməkdir) əmələ gəlmişdir. Rozitivizmin əsas ideyası bundan ibarətdir ki, praktiki fəaliyyətdə başlıca rol oynayan bütün faydalı biliklər (pozitiv olan biliklər) ancaq ayrı-ayrı xüsusi elmlər nəticəsində əldə olunur, fəlsəfənin məşğul olduğu unversiumların (varlıq, materiya, şüur, idrak və s.) heç bir faydalı praktiki əhəmiyyəti yoxdur, ona görə də universumlarla məşğul olmağa, deməli, bir elm kimi fəlsəfəyə də ehtiyac yoxdur. Elm anacaq praktik faydalı olanla məşğul olmalıdır, fəlsəfənin isə “yaşamağa haqı yoxdur”. Bu anlayışı ilk dəfə fransız mütəfəkkiri oqyust Kont (1845-1882) işlətmişdir. O, elmin tarixini 3 dövrə bölür (texnoloji, metafizik və pozitiv), üstünlüyü pozitivizmə verirdi.

Neopazitivistlər müasir elmin naliyyətləri əsasında müasir fəlsəfi- metodoloji problemləri elmi təfəkkürdə simvolik vasitələrlə, biliyin riyaziləşməsi və formalaş-ması əsasında həll etdiklərini iddia edirdilər. Elm və fəlsəfəni qarşı-qarşıya qoyan neopozitivistlər, fəlsəfəni xalis nəzəri idrak və dünyagörüş problemləri ilə məşğul olduğuna, praktik əhəmiyyəti olmadığına görə rədd edir, yeganə düzgün, həqiqi biliyin –xüsusi elmlərin verdikləri hesab edirdilər. “Metafizikanı” aradan qaldırmaq üçün fəlsəfənin əsas məsələsini (şüurun materiyay münasibəti), bütüövlükdə mate-rializmi və idealizmi qəbul etmədiklərini bildirirdilər. Onlar fəlsəfənin əsas vəzifəsini biliyin dilçilik formasının, sözlərin məna əlaqələrinin təhlilindən ibarət hesab edirilər. Dilin məntiqi təhlili- başlıca fəlsəfi- pozitiv tədqiqat obyekti hesab edilirdi (məntiqi pozitivizm, linqivis fəlsəfə və s).

Beləliklə, neopozitivizmdə dil, sözlərin məna və mətninin təhlili əsas fəlsəfə problemi kimi götürülür, ona həm metodoloji, həm də dünyagörüşü baxımından qiymət verilir. Neopozitivistlərə görə (L.Vitgenşteyn) “dünya kimi dilin də sərhəddi yoxdur”. Dil müəyyən elementlədən (səs, söz və s.) ibarət olduğu kimi, dünya da müəyyən struktur ünsürlərdən, atomlardan ibarətdir. Dünya insana dil vasitəsilə varilir və s.

8. Sovet dövründə fəlsəfənin ziddiyyətli inkişafı və tarixi taleyi Sovet hakimiy-yətinin ilk illərində, proletkultçuluğun təsiri altında fəlsəfi irsdən, ənənələrdən uzaq-laşmağa başlandı. N.S.Buxarin, A.V.Lunacarski və b. kimi marksist-mütəfək-kirlər arxa plana keçdilər. N.A.Berdyayev, N.O.Losskiy, S.Z.Frank, S.N.Bulqanov və b. ölkədən xaricə sürgün edildilər. “Mexanistlər” (P.Akselrod, A.K.Timiryazyev, A.Varyaş, İ.İ.Skortsov- Stepanov və b.) və “dialektiklər” (A.M.Deborin, Y.Sten, N. Karyev və b.) arasında diskussiyalar gedirdi. “Mexanistlər” deyirdilər ki, fəlsəfə müs-təqil ola bilməz, fəlsəfə öz nəticələri üçüm təbiətşünüaslığın naliyyətlərinə əsaslan-malıdır.

“Dialektiklər” isə etiraz edirdilər ki, fəlsəfə idrak nəzəriyyəsi və metodologiya-dır, o, sərbəst və müstəqil olmalıdır. Hər iki cərəyan fəlsəfənin inkişafına mənfi təsir etmişdir. Klassik mexanikanı əsas tutan “mexanistlər” XX əsr fizikasının ən yeni naliyyətlərini rədd edir, onu idealizmdə təqsirləndirirdilər. Məs. A.K.Timiryazyev A.Eynşteynin nisbilik nəzəriyyəsini marksizm fəlsəfəsinə tam zidd, idealist fəlsəfə adlandırır, onu “elmdə mürtəce hal” hesab edirdi.

1947-ci ildə Q.F.Aleksandrovun Stalin mükafatına təqdim olunmuş “Qərbi Avropa fəlsəfə tarixi” kitabı ətrafında diskusiya keçirilirdi. O qədər də yüksək elmi-nəzəri və fəlsəfi səviyyəsi olmayan bu əsər əvvəllər təriflərlə qarşılandı. Sonra isə A.A.Jdanov həmin əsər haqqında məruzəsində əsəri “marksizmin fəlsəfədə etdiyi inqilabi çevrilişi nəzərə almayan, qeyri- marksist əsər” adlandırdı. A.A.Jdanov əslin-də klassik alman fəlsəfəsini, İ.Stalinin iddia etdiyi kimi “mürtəce təlim” hesab edir, onu marksizmin nəzəri mənbəyi kimi rədd edirdi. Diskussiyanın iştirakçıları bu antifəlsəfi müddəanı tərifləyirdilər.

Jdanov fəlsəfə tarixini ancaq materializm tarixi kimi qəbul edirdi ki, bu da elmi həqiqətə zidd idi. Diskussiya zamanı təklif olundu ki, idealizmin tarixi inkişaf for-malarının öyrənilməsi din tarixinə verilsin. Bu diskussiyadan sonra fəlsəfəyə və fəl-səfi tədqiqatlara maraq zəiflədi, fəlsəfi maraq ancaq İ.V.Stalinin statlarının öyrənil-məsi səviyyəsinə endi, ehkamçılıq mövqeyi tutdu.

Fəlsəfəyə yaradıcı maraq durğunluq dövründə yenə də zəiflədi, fəlsəfi tədqiqat-ların dairəsi “inkişaf etmiş sosializm” konsepsiyası problemləri ilə məhdudlaşdırıldı. Partiyanın qurultay və plenumlarının irəli sürdükləri konsepsiyaları əsaslandırmaq və təbliğ etmək fəlsəfənin əsas funksiyası elan olunmuşdur.

XX əsrin 60-80-ci illərində xarici ölkələrdə qeyri-marksist və marksist təmayül-lü fəlsəfədə həmin ölkələrin tarixi, milli, inqilabi hərəkət və mənəvi inkişaf xüsusiy-yətlərinə uyğun müəyyən fəlsəfi konsepsiyalar meydana çıxmışdır:

1. Sosioloji- texnokratik materializm: bu konsepsiyanın tərəfdarları K.Vitfoqel, Q.Qorter, A.Rappekik və b. cəmiyyətin inkişafında texnikanın rolunu mütləqləşdirir-lər.

2. Tarixilik konsepsiyası tərəfdarları A.Qramşi, Q.Della- Volpe və b. iddia edir-lər ki, dəyişkən tarixi prosesdə dəyişməz sosial struktur, sosial qaydalar ancaq fikirdə mövcud ola bilər.

3. Strukturalizm konsepsiyası tərəfdarları D.Lukas, K.Korşe, L.Altyuser və b. iddia edirlər ki, cəmiyyətin sosial strukturunda müəyyən uzun müddətə özünəməxsus qanunların məcmusundan ibarət bütöv sosial həyat mövcud ola bilər.

4. Humanist antropologiya konsepsiyası tərəfdarları iddia edirlər ki, insanın öz-gələşməsi təlimindən ibarət olan marksist fəlsəfi antropologiyası proqramının işlənib hazırlanması zəruridir. Bu zaman filosoflar, arasında əsas diqqət marksizm fəlsəfə-sinin hümanistləşməsi məsələsinə (insanın özgələşməsi, mənəvi istehsal şəxsiyyət və cəmiyyət və s.) verilmişdir.

9. Müasir Azərbaycan fəlsəfəsi.

XX əsrdə Azərbaycan fəlsəfə elmi zəngin inkişaf yolu keçmiş, ziddiyyyətli təbiətinə, sosializm çərçivəsində məhdudluqlarına, milli-mənəvi zəmin və ənənələr-dən uzaqlaşmaq hallarına baxmayaraq, müəyyən naliyyətlər əldə edilmişdir.

XX əsr Azərbaycan fəlsəfə elminin inkişafında, xüsusilə fəlsəfə tarixi sahəsin-dəki tədqiqatkarda A.Makovelski, M.Qasımov, Ə.Zəkuzadə, H.Hüseynovun böyük əməyi olmuşdur.

Aleksandr makavelski (1884-1969) – Kazan Universitetini bitirmiş, akademik olmuşdur. Kazan Universitetində professor olmuş, 1920-ci ildən sonra Azərbaycanda yaşamış, fəlsəfənin inkişafı sahəsində böyük işlər görmüşdür. Onun tərcüməsi əsasında qədim yunan fəlsəfəsinin ən görkəmli nümayəndələrinin əsərləri rus dilinə tərcümə olunub və çap edilmişdir. O, fəlsəfə tarixinə, Yaxın Şərq və Yunanstan fəlsə-fəsinə, dialektik və tarixi materializmə, məntiqə və psixologiyaya dair onlarla əsərin müəllifidir. Onlardan “Fəlsəfəyə giriş” (I və II hissə, Kazan, 1912-1916), “Qədim Yunanıstanda ruhu anlama”, “Sokratadək” I, IV hissə, Kazan 1914-1919), “Sofistlər” (I-II hissələr Bakı, 1946), “Avesta” bakı, 1960 xüsusilə əhəmiyyətlidir.

Mehbalı Qasımov (1906-1962). Moskva- tarix –fəlsəfə institutunu bitrib (1937), fəlsəfə professoru, BDU-nun fəlsəfə kafedrasının müdiri, əməkdar elm xadimi 6 cildlik “fəlsəfə tarixi” nin müəlliflərindən biridir. “Ömər xəyyamın rübailərində materializm” (1947), “M.F.Axundov və XIX əsr rus inqilabi- demokratik estetikası” (1954), XIX əsrdə Azərbaycan xalqının qabaqcıl fəlsəfi və ictimai- siyasi fikir tarixinin oçerkləri (1969) və başqa əsərlərin müəllifidir. Əhməd- Kərədi Zəkuzadə (1888-1968) –İstanbul universitetinin fəlsəfə söbəsini bitirmiş (1921), Azərbaycanın müxtəlif ali məktəblərində fəlsəfə profesoru işləmiş, Azərbaycan, Yaxın və Orta Şərq fəlsəfəsinə dair tədqiqatlar aparmışdır. “Bəhmənyarın fəlsəfi görüşləri” (1958), “Psixologiya” (I-II hissələr, 1960-cı), “İbn- Sinanın psixologiyası” (1958), “Əl- Nəzzamın fəlsəfəsi” (1961) və s. əsərlərin müəllifidir. Heydər Nəcəf oğlu Hüseynov (1908- 1950) –görkəmli filosof, ictimai xasdim, fəlsəfə e/d, prof (1944), akademik (1945), SSRİ dövlət mukafatı laureatı (1949), Azərbaycan EA vitse prezidenti, par-tiya tarixi institunun direktoru, kafedra müdiri olmuşdur. Azərbaycan Respublikası EA-nın və Fəlsəfə institutunun yaradıcılarından biri olmuşdur. O, böyük Vətən müha-ribəsi dövründə -“Faşizmin irq nəzəriyyəsi”, “Faşizmin məhvi labüddür”, “Faşist cəlladlarının fəlsəfəsi”, “Faşizm elmin düqşmənidir”, “Ə.Şıxlinski” və s. əsərlər yazmışdır. Bundan əlavə o, Bəhmənyar, N.Gəncəvi, M.Füzuli, M.F.Axundov, A.Ba-kıxanov, Nazim bəy, H.Zərdabi, M.Ş.Vazeh və b. dünyagörüşünü tədqiq etmişdir. 1949-cu ildə “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsəri müəllifə hədsiz şöhrət (əsərə görə dövlət mükafatı almış) və fəlakət (onun ölümü bu əsərlə əlaqədar olmuşdur) gətirmişdir. Əsərdə Dağıstanda və Şimalı Qafqazda Şeyx Şamilin başçılığı ilə Çarizmə qarşı 25 ildən çox davam edən azadlıq hərəkatını mütərəqqi, demokratik hərəkət hesab etdiyi üçün əslində də belə idi) rəsmi dairələr tərəfindən qərəzli tənqidə, təqiblərə və repressiyaya məruz qalmış və bu şəraitdə 1950-ci il avqustun 15-də özünü intihar etmişdir.

H.Hüseynovun 2 cildlik Azərbaycan ədəbiyyatı tarixinin yazılmasında, 4 cildlik “Rusca –Azərbaycanca lüğətin” hazırlanmasında mühüm əməyi vardır. Onun məşhur əsərləri bunlardır: “M.F.Axundovun fəlsəfi görüşləri” (1938), “Dialektik və tarixi materializm haqqında” (1941), “Marksist dialektik metod” (1945), “Nizaminin sosial görüşləri haqqında (1946), “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” (1949) və s.

Sonrakı illərdə fəlsəfi tədqiqatlar sistemində Azərbaycan milli fəlsəfə tarixinin, milli fəlsəfi ənənələrimizin, orta əsrlərdən indiyədək Azərbaycan elmi və mədəniy-yəti tarixində görkəmli rol oynamış mütəfəkkür şəxsiyyətlərin fəlsəfi dünyagörüşü-nün tədqiq və təhlil edilməsi mühüm yer tutmuşdur. Bu sahədə mühüm əsərlər yazılmışdır. Xüsusilə Bəhmənyar Azərbaycanı (X əsr), N.Gəncəvi (XII əsr), Nəsrəd-din Tusi (XIII əsr), İmaməddin Nəsimi (XIV əsr), XIX-XX əsr mütəfəkkirlərindən M.F.Axundov, A.Bakıxanov, H.B.Zərdabi, C.Məmmədquluzadə, N.Nərimanov və b. dünyagörüşü tədqiq olunmuş, monoqrafik əsərlər yazılmışdır.

Azərbaycanda yayılmış zərdüştlik, xürrəmilik, sufilik, hürufilik, panteizm, ma-arifçilik, inqilabi-demokratizm və s. kimi dini- fəlsəfi və fəlsəfi cərəyanların tədqiq edilməsinə geniş yer verilmişdir.

Bütün bunlarla yanaşı “Azərbaycan fəlsəfəsi tarixi”, “Qədim Azərbaycan fəl-səfəsi”, “Avestanın fəlsəfi təhlili”, “Zərdüştilik dünyagörüşü”, “Azərbaycanda islam” və s. tədqiqat əsərlərinə ehtiyac vardır. Orta əsr Azərbaycan mütəfəkkirlərindən E. Miyaləsi, Ş.Sührəvərdi, S.Urməvi, M.Səbüstəri, F.Nəimi və b. dünyagörüşünün fəl-səfi tədqiqatlara ehtiyac vardır.



Hazırda Azərbaycan fəlsəfəsi qarşısında duran başlıca vəzifə respublikamızın suverenliyi yolunda sosial-iqtisadi, siyasi, mənəvi, mühafiə, dövlət quruculuğu və s. sahələr üzrə inkişafın qanunauyğunluqlarını fəlsəfi tədqiq və təhlil etməkdən, Azər-baycanın müasir tarixi və milli şəraitində keçid dövrü ictimai münasibətlərinin ma-hiyyətini müəyyənləşdirməkdən, dövlət quruculuğumuzda tarixi-milli ənənələri-mizi və müasir demokratik ölkələrin təcrübəsini öyrənib ümumiləşdirməkdən, müharibə taktikası və strategiyasının hazırlanmasından, mədəniyyət, iqtisadiyyat və siyasəti-mizin qlobal-sosial problemlərinin müəyyənləşdirilməsi və sosial-fəlsəfi konsepsiyal işləyib hazırlamaqdan ibarətdir. Eyni zamanda “Ümumi fəlsəfə kursu”, “Fəlsəfə ta-rixi”, “Etika”, “Estetika”, “Dinşünaslıq”, “Sosiologiya”, “Politologiya” və s. üzrə ali məktəb proqramlarına uyğun əsaslı dərsliklərə zəruri ehtiyac vardır.
Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə