2
BBK ZK5
N 55
Mətni elmi cəhətdən çapa akademik
P.Əzizbəyova hazırlamışdır
Redaktoru Məlahət Əsədova
Rəssamı Xosrov Qasımov
Nərimanov N. N.
N 55 Ucqarlarda inqilabımızın tarixinə dair
(İ.V. Stalinə məktub). B.: Azərnəşr, 1992 80 səh.
70 ildən artıq bir müddətdə məxfi saxlanılan bu əsər qiymətli tarixi sənəd olub siyasi əhəmiyyətə
malikdir. Sənəddə Azərbaycanda sovet hakimiyyətinin ilk illərində həyat keçirilən milli siyasətin bəzi
məsələləri, milli dövlət, sosial-iqtisadi və mədəni quruculuğun xüsusiyyətləri tənqidi surətdə təhlil edilmişdir.
Kitaba, həmçinin N.Nərimanovun V.İ.Leninə və oğlu Nəcəfə məktubu da daxil edilmişdir.
N 0902020000-8
M-651(07)-92
elansız BBK ZK5
İSBN 5- 552-01028 – 0
Azərnəşr, 1992
3
MÜQƏDDİMƏ
Mənim gəncliyim, elmi işimin başlanğıcı stalinçiliyin despotik illərinə təsadüf
etmişdir. O illərdə ölkədə və Azərbaycanda marksizmin məşhur müddəası eybəcərləşmiş
şəkildə - “Şüuru varlıq deyil, döymək təyin edir” geniş yayılmışdı. Bu sözləri Stalin
1
cəlladlarından biri Bağırovun
2
dilindən eşidənlərin bəziləri hələ sağdır. Stalin, Beriya
3
,
Bağırov və bu dəstənin digər üzvləri adamları döyür, məhv edir, tapdalayır, ömürlük
şikəst edirdilər.
Elə bu cür siyasi canilər N.Nərimanova millətçi damğası vuraraq, var qüvvələri ilə
çalışırdılar ki, onun adı tariximizdən silinsin, kitabları, fikirləri və işləri unudulsun.
N.Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair” məruzəsini oxumaq ilk dəfə
mənə 1951-ci ildə nəsib olmuşdur. Mən onu xəlvətdə, kənar gözlərdən gizlədərək
oxuyurdum. Bilirdim ki, risk edirəm, lakin səmimiyyətlə, ehtiras və mərdliklə yazılmış
sətirlərdən ayrıla bilmirdim. Yalnız 66 il keçdikdən sonra bu məruzə 1990-cı ildə ilk dəfə
rus dilində kitab şəklində nəşr edilmişdir.
N.Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair” məruzəsi məxfi sənəd
olub RK (b) P MK-ya İ.V.Stalinə, surətləri isə L.D.Trotski
4
və K.B.Radekə
5
göndərilmişdi. Sənəd 1923-cü ilin iyununda təqdim edilmişdi. Sonralar, yəni 1923-cü il
dekabrın 23-də və 1924-cü il mayın 27-də Nərimanov bu sənədə iki əlavə də etmişdi ki,
bu əlavələr haqqında ayrıca danışılacaqdır.
“MK-ya geniş məruzə” – oğluna yazdığı yarımçıq məktubda Nərimanov öz
qeydlərini belə adlandırırdı – çox emosional, ürək ağrısı ilə, birnəfəsə yazılmışdır. Lakin
sənədin mətnindən görünür ki, onun məzmunu müəllifi uzun müddət düşündürmüş,
çoxdan olub keçmiş hadisələri yada salmış, ötüb keçmiş illəri hafizəsində canlandırmışdı.
Sənədin titul vərəqində belə bir qeyd var: “III (sonuncu) variant” Özünün keçmiş
məruzəsini müəllif “Ucqarlarda inqilabımızın tarixinə dair” adlandıraraq onu iki hissəyə
ayırmışdır: - 1. Şərq məsələsi və 2. Azərbaycanda vəziyyət. Lakin yazılanlar müəllifin
müəyyən etdiyi mövzudan daha genişdir.
N.Nərimanov milli siyasət, Azərbaycanda milli dövlət quruculuğu, fəhlə sinfi ilə
kəndlilərin ittifaqı, sol kommunistlərin milli məsələdəki əyintilərinə qarşı mübarizə
məsələsi kimi çox vacib məsələlər haqqında öz fikirlərini bildirir.
Mətnin ancaq birinci və əsas hissəsini məktub adlandırmaq olar. Dekabr 1923-cü il
və may 1924-cü il tarixləri qoyulmuş çoxsəhifəli iki əlavə bir qədər fərqlidir: bu hissədə
etiraf elementləri daha çoxdur, ifadə tərzinə görə isə daha emosional və sərbəstdir.
Ümumiyyətlə, mətnin emosional tonusu çox yüksəkdir, ifadə tərzində ardıcıllığın
olmamasını, mülahizələrin yarımçıqlığını da mən deyərdim, müəllif fikrinin dağınıqlığını
da bununla izah etmək olar.
Н. Нариманов. «К истории нашей революции в окраинах» (Письмо И.В.Сталину). Гурум
национального творчества Азербайджана. Баку, 1990 г.
4
Ola bilər ki, onun fikirlərilə, hadisələrə, bu hadisələrdə iştirak edən adamlara
verdiyi qiymətlə bu gün hamı mübahisəsiz razılaşmasın, lakin bir şey aydındır ki,
N.Nərimanov möhkəm əqidəli beynəlmiləlçi və alovlu vətənpərvərdir.
“RK (b) P MK arxivində yəqin ki, mənim məruzələrim qalır, mən bu
məruzələrimdə Türküstanda bizim siyasətimiz haqqında, bizim Əfqanıstana, Türkiyəyə,
İrana münasibətimiz barədə öz fikrimi ardıcıl olaraq söyləmişəm.
Bütün bu məruzələrin əsas qayəsini belə bir mülahizə təşkil edir ki, biz Qərbə
həddən artıq aludə olub Şərqdən uzaqlaşırıq...” – N.Nərimanovun qeydləri bu cür
başlanır.
Gənc Sovet dövlətinin Şərq siyasəti N.Nərimanov üçün dərin tədqiqat mövzusu
olmuşdur.
Şərq siyasətinin problemləri yalnız xarici dövlətləri deyil, Şərqi sovet
respublikalarını da cəlb edirdi. Sovet Şərqi xalqlarının öz müqəddəratını təyin etməsi
problemi daha çox fikir ayrılığı və çətinliklər doğururdu. Bu məsələlərlə əlaqədar olaraq
N.Nərimanov dəfələrlə B.İ.Leninə məruzələr yazmış, sonra isə İ.B.Stalinə də müraciət
etmişdi. Türküstandakı, xüsusilə də Buxaradakı vəziyyətlə bağlı o yazır:
“Türküstandakı siyasətimizə mənim nə qədər əhəmiyyət verdiyimi məruzəmdən
görmək olar ki, burada mən yol. Stalinə Genuyaya qədər, yerlərdə özümüzün
yaratdığımız nöqsanlarla tanış olmaq üçün mənimlə birlikdə Türküstana yola düşməyi
təklif etdim”.
Bu haqda danışarkən Nərimanov əməkçilərin dini hisslərinin təhqir edilməsi, ateist
təbliğatı keçirilərkən dindarlarla fərdi iş aparmaq əvəzinə zor göstərmək metodlarından
istifadə hallarını nəzərdə tuturdu.
Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində və sonralar da özünü göstərən bu
“Nöqsanlar” Nərimanovu çox düşündürürdü. Məruzəsində ürək ağrısı və hiddətlə yazırdı
ki, onun olmamasından istifadə edən (bu zaman Nərimanov Genuyada idi) bəzi
respublika rəhbərləri matəm günlərində “şaxsey-vaxsey” yürüşünü qadağan etmişlər.
Nəticədə isə əsgərlər və fəhlələr arasında silahlı toqquşma olmuşdur.
Nərimanovun fikrincə ateizm işində inandırma və izahetmə metodu əsas olmalıdır.
Məruzəsində N.Nərimanov yazırdı: “Mən qəti olaraq repressiya əleyhinə idim,
lakin bununla belə, biz məscidləri gəzib qara camaatı dilə tuturduq ki, küçələrdə özlərinə
işgəncə verməsinlər. Bir nəticəsi oldumu? Qəti surətdə bildirirəm ki, nəticəsi oldu.
Məsciddə çox nüfuzlu bir molla bu günlərdə küçələrdə özlərinə işgəncə verənlərin
hərəkətlərini möhkəm tənqid etməyə başladı. Lakin buna baxmayaraq bu il özlərinə
işgəncə verənlər oldu”. Daha sonra o, davam edirdi: “Dinə qarşı materialist kimi çıxış
etmək bir şeydir. Bu mərasimləri icra etməyi qadağan etmək məqsədilə silahlı qüvvə
tətbiq etmək başqa şey”.
Nərimanov hesab edirdi ki, “ancaq vəzifə almaq xatirinə kommunizm ideyalarını
yayanları” cəzalandırmaq lazımdır.
Şərq respublikalarındakı “əyintilərin” Sovet hakimiyyəti üçün təhlükə doğura
biləcəyini başa düşən N.Nərimanov təklif edir ki, onu Genuya konfransında iştirak