NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

19 

 

12-ci  qurultaya



44

  mən  Azərbaycandan  seçilməmişəm  və  yalnız  Siyasi  Büronun 

qərarına  əsasən  məşvərətçi  səsə  malik  idim,  həlledici  səslə  Azərbaycandan  Qasımov 

Yusif


45

, keçmiş müsavatçı müəllim oturmuşdu. 

Qəribə  deyilmi?  Muxtar  Hacıyev

46 


(1902-ci  il)  və  Qədirli

47 


(1911-ci  il)  kimi 

sınanmış yoldaşlar AKP Mərkəzi Komitəsinə düşməmiş, keçmiş eser və menşeviklər isə 

hətta katib sifətilə seçilmişdilər. 

Deməli, məndən uzaqlaşdıqdan sonra, onlar “təmizlənmişdilər”. 

Yox,  bu  yalandır,  məsələ  ətrafındakılarda  deyil,  Nərimanovun  özündə  idi,  o, 

Azərbaycan  Sovet  hakimiyyətini  içəridən  dağıdanlara  və  özlərinin  bütün  taktikası  ilə 

Azərbaycanı simasızlaşdırmaq istəyənlərə qarşı şiddətli müqavimət göstərə bilirdi. 

Hər  şeydən  əvvəl  “sol”  qrup  öz  sıralarını  kommunist  adına  layiq  olmayan 

üzvlərdən təmizləsəydi, bu daha yaxşı olardı. 

Təmizləmə vaxtı bu qrupun çox böyük və görkəmli üzvləri çoxlu qiymətli şeylərin 

mənimsənilməsində  ittiham  olunurdular  (brilyant,  qızıl  və  i.a.),  lakin  elə  ”sol”  qrupun 

əmrilə də xalq malının bütün bu qarətçiləri çirkabdan çıxdılar. 

Çətin ki, bəzi yoldaşların kommunist vicdanı bu cəhətdən təmiz olsun. 

Kim cürət edib deyər ki, bu təmizləmə fraksiyaçı deyildi... 

Və hələ  məlum deyil,  məsul  yoldaş İsmayılovun

48

 qatili nə vaxta qədər naməlum 



qalacaqdır,  Vatsekin

49

  şəxsində  AKP-nin  nəzarət  komissiyası  bu  işə  çox  soyuqqanlı 



yanaşmışdı, hərçənd qatil ona məlum idi... 

Beləliklə,  təkrar  edirəm,  məsələ  Nərimanovun  ətrafındakılarda  deyil,  onun 

özündədir. 

Bunu deməyə mərdlik lazımdır, belə ki, bunun öz tarixi vardır.  

Deyirlər ki, Azərbaycanda çevrilişə qədər yol. Mikoyan daim təkrar edirdi ki, mən 

tezliklə Bakıya gəlməliyəm. Buna ürəkdən inanıram. Bəli, o, hakimiyyətə can atan, başqa 

cür edə də bilməzdi. 

O, bilirdi ki, mənim Azərbaycanda necə nüfuzum vardır. 

Və bu təsadüfi deyil. 

Mənim  bütün  25  illik  siyasi-ədəbi-ictimai  işim  canlı  şahidlərin  gözləri  qarşısında 

keçmişdi. 

Azərbaycanda və ümumiyyətlə Yaxın Şərqdə hamı  mənim  25 il  ərzində Şərqdəki 

ətalət və kölgəliklə apardığım mübarizəni yaxşı bilir. 

Mən  ilk  dəfə  türk  dilində  “Bahadır  və  Sona”

50 

romanında  20  il  bundan  əvvəl 



kilsənin dövlətdən ayrılması  barədə danışmışam, ilk dəfə  millətlərin  məhv edilməsini  və 

erməni Sonanın türk Bahadırla bir canda qovuşmasını təbliğ etmişəm. 

Mən “Nadir şah”

51 


tarixi faciəmdə çarın şəxsiyyətini heçə endirirəm və göstərirəm 

ki, çar qara camaatın hesab etməyə öyrəşdiyi kimi də müqəddəs deyil, əgər o, ölkəni idarə 

də bilmirsə, onu ayaq altında əzmək olar. 

Mən  birinci  olaraq  Qafqazın  o  zamankı  Allahı,  1906-cı  ildə  türk  müəllimlərinin 

qurultayını  siyasi  cəhətdən  simasızlaşdırmaq  istəyən  iri  kapitalist  Tağıyevlə

52

  açıq 



amansız müharibəyə başladım. 


20 

 

İran  inqilabının  tarixi  onun  əsas  ilhamvericisinin  məhz  kim  olduğu  haqqında 



özünün son sözünü deyəcəkdir. 

Axı əgər deyirlərsə: 

“Nərimanov  nüfuza  malikdir,  ya  da  onu  tanıyırlar,  ona  inanırlar”,  deməli,  bunu 

deməyə əllərində əsas vardır. 

Bu,  asanlıqla  qazanılmış  populyarlığın  nəticəsi  deyil,  uzun  sürən,  inadlı,  əzablı 

mübarizənin nəticəsidir. 

Sözsüz ki, başını itirmiş Müsavat hökuməti kommunistləri xəlvətdən güllələməyə 

başlayanda bu müsibətdən yaxa qurtarmaq üçün yol. Mikoyana belə bir çətin anda  mən 

lazım idim. 

Lakin sonra? 

Çevriliş  baş  verdikdən  sonra,  bu  asan  hiss  olunmağa  başladı,  həm  də  Mikoyan 

dedi: 


“Biz Nərimanovu İnqilab Komitəsinin sədri seçərik və onu elə  mühasirəyə alarıq 

ki, o çox da öz nüfuzundan istifadə edə bilməsin...” 

Axı  həmin  o  Mikoyan  18-ci  ildə  məni  kommunizm  haqqında  mühazirə  oxumaq 

üçün fəhlə rayonlarına dəvət edirdi, indi məni şübhə altına alır. 

Mən  təsdiq  edirəm  ki,  mənim  “Bahadır  və  Sona”  romanım  yol.  Mikoyan  hələ 

daşnak olarkən artıq müvəffəqiyyət qazanmışdı. 

Onda  nə  üçün  20  il  keçdikdən  sonra  mən  millətçi  olmalıyam,  yol.  Mikoyan  isə 

beynəlmiləlçi.  Beləliklə,  Mikoyan  Bakı  Komitəsinin  şəxsində  müxalifət  yaradır  ki, 

mənim fəaliyyətim millətçi təmayül olmasın. 

BEKA-nın  katibi  sifətilə  fəhlə  qüvvəsini  bölüşdürməyə  və  “solluq  oyunu 

oynamağa” başlayır. 

Fəhlələrin xoşuna gəlmək üçün birinci hücum komissarlara yönəldilir, guya onlar 

“avtomobillərdə gəzməkdən başqa bir şey bilmirlər”. 

Onun ikinci addımı: ”varlıların” əmlakını fəhlələrin xeyrinə müsadirə etmək oldu. 

Mən  görürdüm  ki,  müsavat  hökumətinin  qovulmasında  bütün  əhali  iştirak  edirdi. 

Buna  görə  müsadirəni  çox  ehtiyatla  keçirmək  lazımdır,  yəni  o,  iri  burjuaziyaya  aid 

olmalıdır. Orta sinfi əsəbləşdirmək lazım deyil. 

O, iri və xırda burjuaziyaya ayırmadan tam müsadirə keçirməyi tələb edirdi. 

Mübarizə uzun müddət davam etdi. 

Nəhayət Mikoyan Mərkəz tərəfindən geri çağırılır. 

Bunun  səbəbi  məlum  deyildi.  İranda  onun  “kommunist  inqilabı”,  yaxud  başqa 

səbəb var idi. 

(Onun kommunist inqilabı haqqında biz İran inqilabının tarixində bəhs edəcəyik). 

Maraqlı  burasıdır  ki,  Mikoyandan  sonra  Sərkis  nəyin  bahasına  olursa-olsun, 

BEKA-nın katibi olmaq istəyir, o, istədiyinə nail olub Mikoyanın xəttini davam etdirir və 

hər şeydən əvvəl müsadirə haqqında məsələ qaldırır. 

Mən konkret təklif irəli sürdüm. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə