NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR


partiyaçılar  da  istisna  edilmədən  müsəlman  fəhlələr  daha  çoxdur.  Mən



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   2   3   4   5   6   7   8   9   ...   25

15 

 

edirlər.  Halbuki,  partiyaçılar  da  istisna  edilmədən  müsəlman  fəhlələr  daha  çoxdur.  Mən 



bildirirəm  ki,  BEKA  gizli  fəaliyyyət  göstərən  bir  çox  müsəlman  fəhlələri  heç  bir  səbəb 

olmadan partiyadan çıxarmışdır”. 

Bütün bu nitqlərdən sonra solluq oyunu oynayan Ruhulla Axundov da çıxış etdi və 

fəhlələri yalançı kimi qələmə verərək Sərkisi müdafiə etməyə başladı. 

Bunu  mən  BEKA-nın  və  solluq  oyunu  oynamağa  başlayanların  fəaliyyətinin 

nümunəsi kimi misal gətirirəm. 

Bu  qəribə  deyilmi?  RKP  Siyasi  Bürosunun    Azərbaycanda  müsəlman  fəhlələr 

arasında  iş  haqqında  məlum  direktivinə  baxmayaraq,  Qara  şəhər  kimi  bir  rayonda 

müsəlman  fəhlələr  üçün  türk  dram  truppasının  açılışı  yalnız  1923-cü  il  fevralın  18-də 

oldu.  Halbuki elə burada rus dram teatrı iki ildir ki, fəaliyyət göstərir. Şəhərdən uzaqda 

yerləşən başqa rayonlarda necə? Müsəlman fəhlələr arasında baş vermiş çevrilişdən sonra 

keçən  2,5  il  üçün  Mikoyanın,  Sərkisin  və  Mirzoyanın  başçılıq  etdiyi  BEKA-nın  işini, 

nəhayət,  yoxlamaq  lazımdır.  İndiyə  qədər  solluq  oyunu  oynamış  və  oynayanların 

cinayətkar  fəaliyyəti  aydın  şəkil  alardı.  O  zaman  mənim  söylədiyim  qeyri-normal 

qarşılıqlı münasibətlərin səbəbi də aydın olardı. 

Yeri gəlmişkən, mən burada qeyd etməliyəm ki, partiyanın dağıdılması yol. Sərkis 

tərəfindən başlanmış, onun varisi Mirzoyan tərəfindən isə son həddə çatdırılmışdı. 

Hər yerdə casusu olan və ancaq xəbərçiliklə yaşayan Mirzoyan, çox məhdud adam 

olub  BEKA  katibi  hüquqlarından,  bu  qrupun  fəaliyyətini  tənqid  etməyə  cürət  edənlərə 

qarşı  intiqam  silahı  kimi  istifadə  edir.  Fəaliyyətimdə  ardıcıl  olduğum  üçün  mən  belə 

hadisələrə  göz  yuma  bilmirdim,  lakin  mənim  hər  bir  çıxışım  “beynəlmiləlçi”  Sərkis  və 

Mirzoyan tərəfindən milli təmayüllü kommunistin çıxışı kimi şərh edilirdi. 

Halbuki mənim üç məqsədim var idi: 

1)

 



İran üçün müsəlmanlardan işçi kadrlar yetişdirmək. 

2)

 



Hazırlıqlı  türk  fəhlələri  vasitəsilə  kəndlə  bizim  aramızda  tez  və  yaxşı  əlaqə 

yaratmaq üçün. 

3)

 

İndi  mövcud  olan  antoqonizmin  sonralar  türk  və  rus  fəhlələri  arasında 



olmaması üçün. 

Hal-hazırda antoqonizm cinayət həddinə çatmışdır. Sərkisin, sonra da Mirzoyanın 

göstərişilə ələ alınmış, daim konfransa seçilən müsəlman fəhlələrdən savayı, yerdə qalan 

müsəlman fəhlələr həmişə şikayət edirlər ki, onların mənafeyi nəinki heç kim tərəfindən 

müdafiə  olunmur,  hətta  əllərində  zavod  komitələri  olanlar,  yəni  ruslar  və  ermənilər 

tərəfindən zorakılıq göstərilir. 

Mən iclaslarda rus fəhlələrinə dəfələrlə ərz etmişəm: 

“Yol.  rus  fəhlələri,  siz  müsəlman  fəhlələrindən  daha  hazırlıqlısınız,  həyatınızın 

normal  keçməsi  üçün  hər bir rus  fəhləsi on  müsəlman  fəhləsi hazırlamağa  borcludur  və 

ancaq bu halda bizim vəziyyətimiz möhkəm olacaqdır”. 

Bunu deyərkən,  mən nəzərdə  tutmuşdum  ki,  BEKA  əsas işə hərtərəfli  yanaşmaq 

iqtidarında deyildir. 




16 

 

Mən  gələcəyi  düşündüyüm  bir  zamanda,  dirijor  çubuğu  ilə  seçilən  BEKA-nın 



tərkibi ancaq indiki, yəni hakimiyyəti necə bölüşdürmək və Azərbaycan miqyasında işin 

gedişinə necə təsir göstərmək haqqında düşünürdü. 

Adamlar lap solluq oyunu oynayırdılar.  

Azərbaycanın birinci Sovetlər qurultayında

37

 baş verənləri mən heç vaxt yadımdan 



çıxarmaram. 

Qurultayın rəyasət heyəti (Stasova və Serqo  yoldaşlar onun tərkibinə daxil idilər) 

mənim qısa məruzəmlə qənaətlənməyib əlavə məruzəçi haqqında təklif qəbul etdi. 

Mənim  məruzəm  qısa  oldu,  çünki  mən  burada  həmin  qruplar  arasında  olan 

çəkişmələrə toxunmurdum. 

Etiraf  edirəm  ki,  mən  bunu  qəsdən  etmişdim,  çünki  qurultay  ərəfəsində 

nümayəndələrin  əksəriyyəti  mənə  bildirmişdi  ki,  onlar  Qarayev  və  M.D.Hüseynov  kimi 

şəxslərin Azərbaycanın taleyini idarə etməyə yol verməyəcəklər. 

Mən  isə  bilirdim  ki,  Qarayevin  və  Hüseynovun  arxasında  “sol”  qrup  durur.  Mən 

başa  düşdüm  ki,  iş  birinci  qurultayın  pozulmasına  gətirib  çıxara  bilər.  Mən  həmin 

nümayəndələrə  qəti  bildirdim  ki,  buna  yol  verməyəcəyəm  və  qurultay  dinc  şəraitdə 

keçməlidir.  

Onda  nümayəndələr  onların  fəaliyyətini  tənqid  etməyə  icazə  verməyi  məndən 

xahiş etdilər.  

Mən  cavab  verdim  ki,  tənqid  edə  bilərsiniz,  lakin  mən  onları  müdafiə  edəcəyəm, 

çünki ümumi vəziyyətimiz həyatımızda parçalanma olmamasını tələb edir. 

Beləliklə...  “sol  qrup”  əlavə  məruzəçi  kimi  ən  hazırlıqlı  marksisti,  hər  halda  bu 

qrup arasında o, belə bir adam sayılırdı, yol. Lomianadzeni

38

 irəli sürdü. 



Özünün uzun nitqində o, iki məsələyə toxundu: 

1)

 



Məruzəmdə mənim ixtilaflara toxunmadığım barədə danışdı. 

2)

 



 Azərbaycan kəndlərində inqilab baş verməmişdir, bu inqilabı etmək zəruridir, 

yəni bütün bəy malikanələrini yandırmaq  və bununla da kəndlilərə inqilabın baş verdiyini  

hiss etmək imkanı vermək. 

Birinci sual  üzrə  mən cavab verdim ki,  mən bunu qurultay əksəriyyətinin əhvali-

ruhiyyəsini  nəzərə  alıb  qəsdən  etmişəm.  İkinci  suala  mən  təəccüblə  elə  sualla  da  cavab 

verdim: “Nə üçün yol. Lomianadze məhz bu yolla Azərbaycan kəndlərində inqilab etmək 

istəyir”. 

O mənə eynilə belə cavab verdi: 

“Çünki Rusiyada belə edilmişdir”. 

Mən  buna  etiraz  etdim  ki,  Rusiyada  bu,  mülkədarları  yuvalarından  qovmaq 

məqsədilə  edilmişdi,  lakin  Azərbaycanda  bəy  və  mülkədarların  yuvaları  çoxdan  boşdur, 

çünki bu yuvaların sahibləri çevrilişin elə birinci günü qaçmışdılar. Kasıb kəndliyə yaxşı 

olmazmı ki, deyək o, bəyin malikanəsinə köçsün, çünki indi o bu malikanənin sahibidir. 

Mənim fikrimcə, bu daha yaxşı təsəvvür oyadar və malikanələr salamat qalar. 

Mənim  etirazlarımdan  sonra,  bütün  səylərə  baxmayaraq  müzakirə  aparmaq 

mümkün olmadı: Qarayevi və Hüseynovu danışmağa qoymurdular.  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə