NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   2   3   4   5   6   7   8   9   ...   25

 

etməkdən  azad  etsinlər.  O,  hesab  edir  ki,  hazırkı  vaxtda  Tatarıstan,  Başqırdıstan  və 



Qırğızıstandakı işlər daha mühüm əhəmiyyətə malikdir. 

Genuyadan qayıtdıqdan sonra o, Orta Asiya respublikaları haqqındakı məktubuna 

V.İ.Stalinin münasibətilə maraqlanır. Nərimanovun yazdığı kimi “...o, (İ.V.Stalin – P.Ə.

həmişəki kimi mənim irəli sürdüyüm ümumi vəziyyətlə razıdır, lakin bir çox mülahizələrə 

görə əməli bir iş görülməsini gözləmək lazım deyil...” “Bir çox mülahizələrin” arxasında 

nə gizləndiyini N.Nərimanov açıb ağartmır. 

Azərbaycan  Respublikası  Mərkəzi  Dövlət  Oktyabr  İnqilabı  Arxivində  yeni 

tapılmış  sənəddən  məlum  olur  ki,  1922-ci  il  avqustun  axırında  Nərimanov  Türküstana 

səfər etmiş, xüsusilə Buxarada işlərin vəziyyətilə tanış olmuşdu. 

Milli  məsələdə  federalizm  prinsipləri  mövqeyində  duran  N.Nərimanov 

S.M.Kirovun

6

,  G.K.Orconikidzenin



7

, M.D,Hüseynovun

8

,  L.Mirzoyanın



9

,  A.Mikoyanın

10



Ə.Q.Qarayevin



11

,  R.Axundovun

12 

bu  nöqteyi-nəzərilə  şərik  deyildi  ki,  Azərbaycana 



müstəqillik lazım deyil və o muxtariyyət kimi RSFSR-in tərkibinə daxil olmalıdır. 

N.Nərimanov  üçün  beynəlmiləlçilik  və  vətənpərvərlik  –  sosializmin  inkişafında 

bir-birindən  ayrılmaz  və  obyektiv  prosesdir,  Sovet  İttifaqının  inkişafı,  sovet  adamlarının 

tərbiyəsi  üçün  əsas  şərtdir.  Bu  prinsipləri  rəhbər  tutan  N.Nərimanov  Azərbaycanda 

yaranmış  ağır  vəziyyət  üçün    narahat  olurdu.  20-ci  illərdə  burada    “azərbaycanlı  fəhlə 

kommunistlərin, ana dili dərslərinin sayı” süni surətdə azaldılırdı. 

Öz  məktubunda  o,  məktəb,  uşaq  evləri,  fabrik-zavod  məktəbləri,  azərbaycanlı 

təqaüdçü  tələbələr  haqqında    statistik  məlumatlar  gətirir,  tərkibinin  çox  az  faizini  yerli 

əhali  təşkil  edən  Bakı  Sovetinin  məsul  işçilərinin  siyahısını  göstərir.  Bu  məlumatlar 

N.Nərimanovu  çox  narahat  edir.  Milli  siyasətin  təhrif  edilməsi  fəhlə  mühitində 

millətlərarası  ziddiyyətlər  doğurur,  “yerlərdə  Mərkəzə  inamsızlıq  yaradır”  ki,  bu  da 

Nərimanovun  qayğısını  artırır.  Böyük  incəlik  və  nəzakət  tələb  edən  milli  münasibətlər 

həm də iqtisadi bərabərlik, daha çox məişət şəraiti üzərində qurulur. 

N.Nərimanov çox  kəskin  hiss edir ki,  gündəlik  həyatdakı ən  xırda sapmalar belə, 

millətlərarası münasibətlərdə dərin iz qoyur, milli özünəqapılma doğurur. Buna görə də o, 

Siyasi  Büro  qarşısında  məsələ  qaldırır  ki,  neft  məhsullarının  müəyyən  faizi  Azərbaycan 

üçün ayrılsın. Bununla əlaqədar Nərimanov məktubunda yazır: “ Azərbaycan kəndlisi ağ 

neft  olmadığı  üçün  talaşa  yandıranda,  azərbaycanlı  vətəndaş  Tiflisdə  ağ  neftin 

Gəncədəkindən ucuz satıldığını görəndə ... tənə, ittiham eşitməyə məcbur olursan... 

Mən həmişə bu nöqsanları göstərirdim və əlbəttə, “millətçi” adını qazanmışam”. 

Partiyada  parçalanmanı  ağlına  belə  gətirməyən  Nərimanovu  respublika  partiya 

təşkilatında işlərin vəziyyəti çox narahat edir. Bu sətirlər necə də acı səslənir: “Beləliklə, 

qəza baş verənə qədər özümüzü aldatmaqla məşğul olacağıq”.  

Bütün bunları bu sənəddə ona görə qeyd edirəm ki, partiyamızın tarixi bizim iflasa 

uğramağımızda kimin haqlı, kimin günahkar olduğunu bilsin. Qabaqcadan demək olar ki, 

biz uçurumun kənarındayıq”. 

Mərkəzi  Komitəyə  yazdığı  məruzəsində  N.Nərimanov  təkcə  işlərin  vəziyyəti 

haqqında  danışmamış,  həm  də  ayrı-ayrı  partiya  xadimlərini  xarakterizə  etmişdi.  Buna 




 

görə  də  İ.V.Stalin  onu  məzəmmət  etmişdi  ki,  “məruzədə  şəxsiyyətlərə  toxunmaq  lazım 



deyildi”. Mövcud ixtilaflar C.Orkonikidze ilə münasibətlərə də aid idi, onun arxasında isə 

Nərimanovun yazdığı kimi, “yoldaş Stalin dayanırdı”. 

Sözlərini  konkret  faktlarla  təsdiq  edən  Nərimanov  bu  və  ya  digər  problemlərə, 

Azərbaycanın  bəzi  partiya  rəhbərlərinin  fəaliyyətinə  qiymət  verərkən  ola  bilər  ki, 

subyektivliyə  yol  vermişdi.  Lakin  öz  şübhələrini,  narazılıq  və  iradlarını  yüksəlişdə  olan 

baş katibə deməyə cəsarət edən adamın mərdliyinə heyran olmamaq mümkün deyil. 

“Bu məruzə 1923-cü ilin yayında MK-ya təqdim edilmişdi. Partiyamızın həyatında 

baş verən hadisələrin gedişi bu materialın gələcəkdə tarixi bir sənəd kimi əhəmiyyət kəsb 

edəcəyini göstərir. 

 Mən bu əlavəni 1923-cü il dekabrın 23-də, bu məruzənin  MK-ya təqdim edildiyi 

vaxtdan  6  ay  keçdikdən  sonra  edirəm  və  mənim  demək  olar  ki,  bütün  mülahizələrim 

həyata keçdi”. Haqqında N.Nərimanovun bu cür yazdığı sənədin sonrakı taleyi necə oldu? 

N.Nərimanovun  yazdığı  əlavədə  göstərilir  ki,  bu  məruzə  ilə  əlaqədar  Bakıya 

komissiya  göndərilmişdi.  Komissiyanın  işinin  yekunları  RK  (b)P  MK  Siyasi  Büroun 

iclasında  dinlənildi  və  təklif  edildi  ki,  münaqişə  bitmiş  hesab  olunsun,  Nərimanova  isə 

siyasi  etimad  göstərilsin.  Buna  sübut  olaraq  o,  RK  (b)  P  MK  üzvlüyünə  namizədlikdə, 

SSRİ MİK-nin sədrlərindən biri olaraq qaldı. Məruzədən də məlum olur ki, Nərimanova 

heç  bir  partiya  cəzası  verilmədi.  Komissiya  üzvlərindən  birinin  –  Yaroslavskinin

13

 

“Pravda”  qəzetində  Azərbaycandakı  vəziyyət  haqqında  çıxışı  N.Nərimanovun 



məruzəsindəki nəticələrlə eyni idi. 

N.Nərimanov  yazırdı:  “Mən  məruzəni  “Ucqarlarda  inqilabımızın  tarixinə  dair” 

adlandırıram. Və Azərbaycanda bu və ya digər rol oynamış şəxsiyyətlər gələcək nəsillər 

üçün xarakterizə edilməliydi... 

Əgər  əlverişli  şərait  yaranarsa,  mən  “Ucqarlarda  inqilabımızın tarixinə  dair”  qısa 

məktublarımı bu tərkibdə təkcə MK üçün deyil, gələcək nəsil üçün davam etdirərəm. Mən 

əminəm  ki,  bizim  ideyamız  qalib  gələcəkdir.  Bəlkə  də  biz  öləcəyik,  lakin  ona  görə 

öləcəyik  ki,  yenidən  həyata  qayıdaq.  O  zaman  mənim  qısa  məktublarım  gələcək 

kommunist rəhbərlər üçün faydalı olacaqdır”. 

...Yeni  həyat  hazır  nümunələr  üzrə  qurulmurdu.  İnqilabi  dəyişikliklər  sosializmə 

doğru  inkişafın  yollarını,  hərəkət  üsullarını  dəqiqləşdirmək  zərurəti  yaradırdı.  Prinsipcə 

yeni  ictimai  quruluşun  əsas  məsələlərindən  biri  azad  millətlərin  federasiyasını 

möhkəmləndirmək, onları könüllü surətdə “yalansız və silahsız” birləşdirmək idi. 

Yerlərdəki  vəziyyətə  yaxşı  bələd  olan,  “Şərq”  respublikalarında  milli  şəraitin 

özünəməxsusluğunu  başa  düşən  N.Nərimanov  adamların  milli  hisslərinə  kobudluqla 

müdaxilə etməyin təhlükəli olduğunu həssaslıqla duyurdu. Bu, mərkəzlə ucqarlar arasında 

nifaq doğura bilərdi. O, milli hisslərə və  milli münasibətlərə aid olan bütün məsələlərdə 

son dərəcə ehtiyatlı və nəzakətli olmaq prinsipinə həmişə sadiq qalırdı. 

Mövcud problemləri tezliklə, birdəfəyə  həll etməyə çalışanlar inandırırlar ki,  sərt 

mərkəzləşdirmə  səmərəlidir,  amirlik  metodları  -  ən  yaxşı  metodlardır.  Nərimanov  isə 

həmişə bunun  əleyhinə idi. Bu gün bizə  məlum  hadisələrin mövqeyindən baxanda aydın 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə