NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

23 

 

O,  konfrans  keçirir  və  konfransın  onu  BEKA-ya  üzv,  sonra  isə  BEKA-nın  katibi 



seçməsinə nail olur. 

O, məqsədinə nail olur. 

Onun  işinin  daxili  məzmunu  Sərkisin  işindən  əsla  fərqlənmir,  lakin  o  (dar 

düşüncəli adam olsa da) hiyləgərlik işlədir. 

O,  görür  ki,  onun  həmkarlar  ittifaqları  sədrliyindən  BEKA-nın  katibi  vəzifəsinə 

keçməsi  çox  gözə  çarpır,  o  özünü  iki  qrupun  birləşdirilməsi  tərəfdarı  elan  edir,  yəni 

hiyləyə əl atır və ətrafındakıların gözünə kül üfürür. 

Bütün bundan göründüyü kimi BEKA artıq irs kimi Mirzoyana çatır. 

Bir  dəfə  o,  partiya  qurultayında  rəsmi  surətdə  bildirmişdi  ki,  indi  qruplar  yoxdur 

və BEKA katibi olarkən hamısını məhv etmişdir. Lakin bu belədirmi? 

Bu  yaxınlarda  demək  olar  ki,  bütün  rayonların  müsəlman  fəhlələrinin 

nümayəndələri  mənə  Mirzoyandan  şikayət  etmişdilər  və  o  müsəlman  fəhlələrinə 

münasibətdə cinayətkar siyasət yürüdür. Onlar mənə bildirdilər: “Əgər siz hüquqlarımızı 

müdafiə etməsəniz, biz öz partiya kitabçalarımızı qaytaracağıq”. Mən onları sakiləşdirib 

dedim:  partiya  intizamının  tələb  etdiyi  kimi  hərəkət  etmək  lazımdır.  Siz  gərək  Mərkəzi 

Komitəyə müraciət edib sizin nümayəndələrlə birgə yığıncaq keçirilməsini tələb edəsiniz. 

Bu  yığıncaqda  siz  BEKA-nın  işi,  yəni  Mirzoyan  haqqında  öz  fikrinizi  ətraflı  izah  edə 

bilərsiniz. Nümayəndələr mənimlə və EMKA ilə danışıqlar aparmaq üçün öz sıralarından 

qocaman gizli partiya işçiləri  olan Molla Babanı və Ələkbəri seçdilər. Mirzoyan bundan 

xəbər tutub guya başqa hərəkətləri üçün bu fəhlələrin partiyadan xaric edilməsi haqqında 

məsələ  qoyur.  Lakin  onları  nəinki  partiyadan,  hətta  ittifaqdan  da  qovurlar;  beləliklə,  bir 

mütəxəssis  kimi öz  vəzifələrini  vicdanla  yerinə  yetirən  fəhlələr küçəyə  atılırlar.  Küçəyə 

atılmış, ailə basmış fəhlə Ələkbər Mirzoyanın yanına gəlir və təəccüblə soruşur: Siz məni 

partiyadan qova bilərsiniz, lakin nə əsasla məni ittifaqdan qovur, məni və ailəmi bir tikə 

çörəkdən məhrum edirsiniz. Mirzoyan o qədər axmaq idi ki, dözməyib işarə etdi ki, sən 

Nərimanovun  tərəfdarısan.  Molla  Baba  adlı  başqa  bir  fəhlə  başqa  bir  şikayətlə  Mərkəzi 

Komitənin katibi Xanbudaqova müraciət etdikdə, o da həmin şeyi demişdi. 

Lakin  Kirovun  və  Mirzoyanın  şəxsində  EMKA-nın,  BEKA-nın  bu  narazılıqların 

səbəbini  aydınlaşdırmaq  üçün  belə  müşavirənin  çağırılmasına  nə  üçün  etiraz  etməsi 

indiyə kimi həm mənim üçün və həm də fəhlələr üçün anlaşılmaz olaraq qalır. Mirzoyan 

tərəfindən  belə  bir  terrorçu  akt  məhz  onu  göstərir  ki,  bu  adamın  vicdanı  təmiz  deyil. 

Məgər  bu  onu  göstərirmi  ki,  Mirzoyanın  göstərdiyi  kimi  partiyada  qruplar  yoxdur.  Nə 

qədər ki, BEKA irs kimi Mirzoyanlara çatır, bu qruplar olacaqdır. 

Bütün bunlardan görünür ki, burada məlum plan üzrə fəaliyyət göstərirlər. 

Bu plan kimindir və necə plandır? 

Bütün bunların müəllifi, onlardan daha ağıllı olduğu üçün, Mikoyan sayılır. 

Qeyd etdiyim kimi o, bir dəfə demişdi: 

“Biz Nərimanovu elə əhatə edəcəyik ki, o, bizim təsirimiz altında olsun”. 

Bunu etmək üçün BEKA-nı öz əllərinə almaq lazım idi. 

BEKA isə Azərbaycanda hər şey deməkdir. 




24 

 

Bakı, güclü proletar mərkəzi kimi, hökmən amirlik edən mərkəz olmalıdır. 



BEKA işçiləri bölüşdürürdü, BEKA-nın arxasında nüfuzlu fəhlə konfransı var idi, 

BEKA MK işinin gedişinə qüvvətli təsir göstərirdi, çünki axırıncı həmişə işçiləri MK-dan 

götürürdü, nəhayət, BEKA həmişə öz  üzvlərini MK-ya daxil edirdi və burada  məsələlər 

həmişə BEKA üzvlərinin təsiri altında keçirilirdi. 

Mikoyanın  ən  qatı  düşməni  mən  idim,  lakin  onu  mənim  iştirakım  olmadan 

çıxartdılar. 

Mikoyandan  sonra  BEKA-nın  katibi  Sərkis  olur,  Sərkisdən  sonra  isə  Mirzoyan.  

Çox güman ki, Mirzoyandan sonra Kasparov olacaq və i.a. 

Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və düzgün hesablanmış bütöv bir plandır. 

Hələlik  bunu  mötərizədə  saxlayıram,  çünki  əminəm  ki,  bu  mötərizələr  nəticədə  özləri 

açılacaqlar. Lakin işimin elə ilk günlərindən mən açıq deyirəm: 

Bir çox mülahizələrə  görə hələ ilk erməni yoldaşların görkəmli,  məsul vəzifələrə 

təyin edilməsini dayandırmaq vacibdir.  

Zaqafqaziyanın  keçmiş,  ümumiyyətlə  və  xüsusilə  18-ci  ildə  Bakıda  bizim  işimiz 

bu məsələ üzərində düşünməyə məcbur edirdi. 

Mən burada açıq deməliyəm: 

Hər  yerdə,  bütün  iclaslarda  mənim  çıxışımdan  sonra  müsəlmanlar  qrupla  mənə 

yaxınlaşıb deyirdilər: 

Bizi  hara  istəyirsən  apar,  nə  istəyirsən  elə,  biz  sənə  inanırıq,  biz  ailəmizin 

xoşbəxtliyini sənin ixtiyarına veririk, ancaq 18-ci il hadisələri təkrar baş verməsin... 

Bəs 18-ci ildə

56

 nə baş vermişdi? 



18-ci il haqqında mən başqa yerdə və başqa vaxt ətraflı danışacağam. 

Bununla belə, 18-ci ildə nə baş verdiyi haqqında qısaca deyəcəyəm: 

N.Nərimanovun  özü sonralar bu hadisələri belə təsvir edirdi: 

“Vətəndaş  müharibəsi  ərəfəsində,  mənim  mənzilimdə  müsəlman  kommunistlərin 

yığıncağı keçirilirdi ki, mərhum yol. Şaumyan

57

 da bura dəvət edilmişdi. 



Yaranmış  vəziyyət  haqqında  məsələnin  uzun  sürən  müzakirəsindən  sonra,  mən 

sübut  etməyə  çalışırdım  ki,  vətəndaş  müharibəsini  indiki  vaxtda  başlamaq  təhlükəlidir, 

belə ki, o milli qırğına çevrilə bilər. 

Mən bunu ona görə deyirdim  ki, o zaman Bakıda ancaq daşnaklardan ibarət olan 

çoxsaylı erməni hərbi milli hissəsi yerləşirdi. 

Yol. Şaumyan bu dəlillə razılaşdı. 

Lakin  iki  saatdan  sonra  biz  deyil,  müsavatçılar  tərəfindən  vətəndaş  müharibəsi 

başlandı. 

Qüvvəmizin  zəifliyini  nəzərə  alaraq,  çətin  dəqiqədə  yol.  Şaumyan  erməni 

hissəsinin Sovet hakimiyyətini müdafiə etməsinə razılıq verdi.  

O biri gün saat 12-yə qədər vətəndaş müharibəsi düzgün aparılırdı, lakin saat 12-

dən mənə məlumat çatmağa başlayır ki, müharibə milli qırğın şəkli alır. 

                                                           

  

Özü haqqında üçüncü şəxs kimi danışır. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə