NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

29 

 

İkinci hadisə göstərir ki, Mərkəz müəyyən sahəni özünə tabe edərək nəinki heç bir 



şey vermir, hətta həmin Respublikanın axırıncı tikəsini belə, əlindən alır. 

Bu da qeyri-normal qarşılıqlı münasibətlər yaradır. 

Və bu zaman Mərkəzin cahanşümul istilaçı siyasətindən danışmağa başlayırlar. 

Bu,  velikorus  xalqının  xüsusi  hüquqları  haqqında  danışılması  üçün  bir  daha  əsas 

verir. 

Əslinə  qalanda,  axı  Mərkəz  özünün  bu  kimi  hərəkətlərinə  haqq  qazandırmalıdır; 



özü də indi, bizim kommunizmdən çox-çox uzaqlaşdığımız bir vaxtda. 

Ya hər şeyi götürün, ucqarların tikintisini elə aparın ki, onlar Mərkəzlə təbii olaraq 

birləşmək üçün düzgün inkişaf etsinlər. 

Ya da, əgər qeyd edilmiş səbəblərə görə bunu edə bilmirsinizsə, bunu etməyi yerli 

işçilərə etibar edin. 

Bütün  Sovet  respublikalarının  fəhlə  qüvvələrini  birləşdirmək,  bu  qüvvənin  təsiri 

altında  bütün  respublikalarda  bütün  işləri  həyata  keçirmək  zəruridir,  lakin  bu  hələ  yerli 

orqanları simasızlaşdırmaq, onların müstəqilliyini əllərindən almaq demək deyildir. 

Dəmir  yollarını,  deməli,  dəmir  yol  qüvvələrini  (şübhəsiz,  fəhlə)  birləşdirmək,  bu 

bizim  proletar  inqilabımızın  tələbidir,  lakin  müstəqil  respublikanın  müəyyən  ərazidə 

dəmir  yoluna  olan  nüfuzunu  elə  əlindən  almaq  ki,  həmin  respublika  məlum  yükü  öz 

ərazisində  bir  məntəqədən  başqa  məntəqəyə  göndərmək  üçün  mərkəzi  orqanın  icazəsi 

olmadan müstəqil aparmaq hüququna malik olmasın – bu artıq Sovet hakimiyyətinin hər 

cür prinsipinə ziddir. 

Bütün bu ziddiyyətlər milli məsələni yaradır və dərinləşdirir. 

Ən  acınacaqlısı  isə  odur  ki,  partiyamız  özü  də  hiss  etmədən  bu  məsələyə  cəlb 

olunur, öz təmizliyini, qərəzsizliyini və daxili birliyini itirir. 

Sovet  respublikasının  məlum  hüquqlarını  əlindən  alan  məlum  layihənin  sovet 

qaydasında  iddia  ediləcəyini  qabaqcadan  bilərək  bu  layihə  axırıncı  tərəfindən  partiya 

qaydasında tətbiq edilir. 

Bu o deməkdir ki: 

Danışıqsız layihəni qəbul və tətbiq et. 

Bizim partiya kristal təmizliyi ilə seçilməlidir və onun qərarlarına biz dərin hörmət 

hissi bəsləməliyik; lakin biz buna, müqəddəslər müqəddəsi yaratmağa can atırıqmı. 

Yol.  Lenin  sonuncu  partiya  qurultayında   nəhayət,  məhz  hər  cür  məsələləri 

partiyaya keçirmək, yəni partiyanı nüfuzdan salmaq haqqında söz açanda min dəfə haqlı 

idi. 

Lakin  təəssüf  ki,  bizdə  RKP  EMKA-nın  çoxlu  məsul  katibləri  və  müvəkkilləri 



vardır  ki,  onlar  xüsusi  həvəslə  elə  məsələləri  partiya  orqanlarından  keçirirlər  ki,  həmin 

məsələlərin həlli sistematik olaraq partiyanın təməlini sarsıdır. 

                                                           

 

RKP (b) XI qurultayı nəzərdə tutulur (1922-ci ilin mart-apreli)



 

 



30 

 

Şübhəsiz,  əgər  partiyanın  roluna  belə  münasibət  daha  da  güclənərsə,  onda  təbib 



olaraq  ucqar  respublikalarda  Mərkəzi  komitələrin  tərkibi  və  RKP  MK  özünün  tərkibi 

haqqında məsələ ortaya çıxar.  

Həqiqətən,  görəsən  hal-hazırda  Azərbaycanda  Azərbaycanı  təmsil  edən  partiya 

vardırmı.  Mən  təsdiq  edirəm:  belə  bir  partiya  yoxdur  və  mirzoyanlar  öz  iyrənc 

siyasətlərindən,  Azərbaycanı  simasızlaşdırmaq  siyasətindən  əl  çəkməyənə  qədər  də 

olmayacaqdır.    Bütün  bunları  yerində  yoxlamaq  asandır,  lakin  indiki  BEKA  tərkibinin 

köməyi  ilə  deyil,  ümumiyyətlə,  bilavasitə  fəhlələrlə  və  xüsusən  də  müsəlman  fəhlələrlə 

birlikdə yoxlamaq lazımdır. Lakin bunu elə təşkil etmək lazımdır ki, hər bir fəhlə verdiyi 

ifadəyə  görə  sabahısı  gün  Mirzoyan  tərəfindən  işdən  qovulmayacağını  bilsin.    Mən 

burada  Mirzoyanın  fikrincə  mənim  tərəfdarlarım  olan  və  buna  görə  də  partiyadan  və 

ittifaqdan  xaric  edilən  iki  fəhlənin  ifadəsini  nəzərinizə  çatdırıram.  Lakin  Siyasi  Büro 

müsəlman  fəhlələri  və  hətta  rus  fəhlələri  qarşısında  onlardan  kimin  mənə  qarşı  olduğu 

sualını  qoysaydı,  maraqlı  olardı.  Bu  zaman  yalan  və  həqiqət  öz  yerini  tapardı.  Bəs 

kəndlilər  nə  deyirlər?  Onlar  kimin  arxasında  gedirlər?  Bütün  bunları  yoxlamaq  maraqlı 

olardı. Mirzoyanlar şübhəsiz millətçi əhval-ruhiyyəli rus fəhlələrinin bir qisminin fikrinə 

istinad  edə  bilərlər...  Məhz  belələrindən  də  partiya  təşkil  olunmuşdur.  Müsəlman 

fəhlələrin  sayı  (partiya  üzvü  olan)  süni  surətdə  azaldılır.  Mirzoyan  diskusklubda  hətta 

demişdi: fars fəhlələrindən partiyaya qəbul etmək lazım deyil, - bu qəribə deyilmi. Sərkis 

Azərbaycanın  sovetləşdirilməsindən  sonra,  gizli  fəaliyyət  göstərən  fəhlələri  –  500  nəfər 

farsı  –  partiyadan  qovmuş,  Mirzoyan  isə  indi  fars  fəhlələrini  partiyaya  qəbul  etmək 

istəmir. 

Mən  bildirirəm  ki,  partiya  günbəgün  deyil,  saatbasaat  parçalanır;  işçilər,  hətta 

məsul  işçilər  ciddi  partiya  işi  ilə  məşğul  olmaq  əvəzinə,  bir-birindən  xəbərçilik  etməklə 

məşğuldurlar. 

Mərkəzin  yerli  işçilərə  inanmaması  yerlilərin  Mərkəzə  inanmamasına  gətirib 

çıxarır. 

Hər  yerdə  işə  laqeyd  münasibət  gözə  çarpır;  bir  il  bundan  əvvəl  hər  bir  vicdanlı 

işçini əsəbləşdirən şey, indi qulaq ardına vurulur. 

“Biz  kütləyə  daha  yalan  deyə  bilmərik”,  bu  işçilərin  dilindən  bax  bunu 

eşidəcəksiniz. 

Azərbaycanda  bütün  bunlarla  yanaşı  rus  və  müsəlman  fəhlələr  arasında 

antaqonizm də başlanmışdır. 

Bu hər şeydən betərdir, belə ki, güclü proletar Mərkəz zəifləyir. 

Bundan düşmənlərimiz, xüsusən müsavatçılar və ittihadçılar istifadə edirlər, bu da 

“solluq oyunu oynayan” yoldaşların işinin nəticəsidir. 

Mən təkrar edirəm, lap əvvəldən mənim şüarım belə idi: 

Müsəlman fəhlələrini inadla hazırlamaq, yəni iki məqsədə nail olmaq üçün onların 

inkişaf səviyyəsini təxminən rus fəhlələrinin inkişaf səviyyəsinə çatdırmaq. 

Birincisi: bununla biz hal-hazırda müsəlman və rus fəhlələri arasında mövcud olan 

antaqonizmi aradan qaldırardıq. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə