NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

33 

 

şəraitdə  düşmənlərin  əlinə  keçən  Hüseyn  və  onun  ailəsinə  məhəbbət  və  rəğbət  əlaməti 



olaraq,  əsl  dindar  avam  ünsürlər  bu  və  ya  digər  yolla  bu  hadisələrə  öz  münasibətlərini 

bildirirlər. Bu, öz gücsüzlüyünü bilərək, Məhəmmədin qanunlarını pozan,  hamını  və  hər 

şeyi qızılla ələ almaq istəyən Yezidə qarşı mərdi-mərdanə çıxış etmiş adamın həyatından 

bütöv bir faciədir. 

Yeri  gəlmişkən,  burada  qeyd  etmək  lazımdır  ki,  fars  fəhlələrinin  iclaslarının 

birində  Azərbaycan  Respublikasının  başçısı  Ağamalıoğlu  Hüseyni  qorxaq  kimi 

xarakterizə etmişdi ki, buna görə fəhlələr onu məzəmmət etmişdilər. 

Qorxaq o deyil ki, yetmiş nəfər pis silahlanmış adamla on dəfə artıq qüvvətli olan 

düşmənlə döyüşür, odur ki, sol qrupdan qorxub işin əsl mahiyyətini bildirmir və bununla 

da partiya üzvlərini aldadır, onları fəhlə-kəndli respublikasında qırmızı əsgər güllərindən 

qanı tökülən fəhlələrə qarşı silahlandırır. 

Qorxaq  odur  ki,  vəzifəsindən  ötrü  alçaqcasına  yalan  danışır,  lakin  imam  Hüseyn 

tabe  olsun  və  öz  vicdanını  qızıla  satsın  deyə,  Yezid  bütöv  bir  vilayəti  idarə  etməyi  ona 

təklif edirdi. O bunu etmədi: həlak oldu. 

Ağamalıoğlu  və  Musabəyov  yoldaşların  tarixi  başa  düşməsi  nə  kimi  nəticələr 

verdi? 


Kirov  və  Mirzoyan  onlara  heç  kimə  qəti  surətdə  heç  bir  narahatçılıq  gətirməyən 

matəm yürüşünü bu il qadağan etmək olarmı sorğusu ilə müraciət etdikdə, onlar dedilər: 

“Olar. 

Nəticədə əsgərlər və Balaxanıdan olan fars fəhlələri arasında silahlı toqquşma. 



Musabəyov  həlak  olmuş  fəhlələrin  ailələrində  olmuş  və  son  dərəcə  əsəbi  fəhlə 

kütləsinin  əhatəsində  bildirmişdi:  “Buna  kim  icazə  vermişdir,  mən  təhqiqat  təyin 

edəcəyəm və müqəssirlər cəzalarına çatacaqlar...” 

Bəli,  yalnız  vəzifələrindən  ötrü  kommunizm  ideyasını  yaymaq  istəyənləri 

cəzalandırmaq  lazım  idi.  Lakin  MK-nın  birinci  qərarının  əvəzinə  yeni  qərar  çıxarmaq 

nəyə lazım idi, yəni toqquşmadan sonra yürüşə mane olmamaq. 

Ən biabırçı isə bu idi: 

Fəhlə-kəndli  respublikasında  fəhlələri  İran  şahının  nümayəndəsi,  konsul 

sakitləşdirməyə başlayıb istehza ilə fəhlələrə deyirdi: 

“Nə etmək olar? Siz, İran təbəələri, başqa dövlətdə yaşayırsınız, burada sizin dini 

mərasimlərinizin icrası qanunla qadağan edilmişdir. Mən sizdən xahiş edirəm, dağılışın”. 

Və fəhlələr dağılışdılar. 

Nərimanovun  Azərbaycandan  getməsi  “sol”  qrup  üçün  çox  böyük  sevincdir. 

Nərimanovun  qışqırmış  olduğu  və  qışqırdığı  xüsusi  şəraitdən  biri  də  budur,  lakin  solluq 

oyunu oynayanlar əvvəllər də, indi də bunu başa düşürlər. 

Burada  Mərkəzin  nümayəndəsi  Kirov  da  başını  itirdi.  Dinə  qarşı  materialist  kimi 

çıxış etmək bir şeydir. Bu mərasimləri icra etməyi qadağan etmək məqsədilə silahlı qüvvə 

tətbiq etmək başqa şey. 

Və o, məsul katib, Mərkəzin nümayəndəsi kimi cavab verməli olacaqdır. 



34 

 

Çox güman ki, onun ilhamvericisi olan yol. Serqo da cavab verməli olacaqdır, belə 



ki, Kirov axırıncısız heç bir şey etmir. 

Bütün bu işlər onların, yəni Kirov və Serqonun Mərkəzə bu barədə necə məlumat 

verməsindən asılıdır. 

Bu,  aydın  şəkildə  onu  göstərir  ki,  Serqo  və  Myasnikovun

64 

başçılığı  ilə 



Zaqafqaziya Diyar Komitəsində fraksiya geniş fəaliyyət göstərir: yol. Kirovu baş vermiş 

hadisəyə  görə  pis  vəziyyətdə  qoymaq  istəmirlər.  Yeri  gəlmişkən,  onlar  Sovet 

respublikalarının birləşməyi haqqında Mərkəzə doğrumu məlumat vermişlər. 

Maraqlıdır  ki,  bununla  əlaqədar  olaraq  mənim  Zaqafqaziya  Diyar  Komitəsinə 

verdiyim məlumat indiyədək nəzərdən keçirilməmiş qalır... 

Burdan Gürcüstan Mərkəzi Komitəsi əhvalatı ortaya çıxır. 

Axı  sözün  həqiqi  mənasında  Gürcüstan  EMKA-nın  köhnə  tərkibini  millətçilikdə 

günahlandırmaq gülüncdür. Köhnə tərkibin bütün günahı onda idi ki, o düz və tamamilə 

aydın şəkildə Serqo, Kirov və Myasnikova demişdi ki, onlar özlərinin yanlış məlumatları 

ilə  Mərkəzi  aldadırlar.  Bu  kompaniya  birləşdirmə  məsələsinin  Mərkəz  tərəfindən  qəti 

həllinə  qədər  həmişə  Zaqafqaziya  respublikalarının  RSFSR-ə  tam  birləşməsi  haqqında 

danışırdı və bu layihə ilə də o, Moskvaya getmişdi. 

Lakin o, tamam başqa  qərarla  qayıtmışdı.  Lakin Serqo birləşdirmə  haqqında  yol. 

Leninin  layihəsini  öz  layihəsi  kimi  qələmə  verdikdə,  EMKA-nın  tərkibindən  olan  gürcü 

yoldaşlar  ona  dedilər:    “Siz  yalan  danışırsınız.  Bu  sizin  layihə  deyil.  Siz  Mərkəzə  səhv 

məlumat verirsiniz”. Və savaşma başladı. Serqo, Kirov və Myasnikov cəsarətli olsaydılar 

deyərdilər: biz belə fikirləşirdik, lakin sillə yedik. Və heç bir şey də olmazdı. Belə ki, yol. 

Leninin Sovet respublikalarının bərabər hüquqlarla birləşməsi gürcü yoldaşlar tərəfindən 

sözsüz qəbul edilmişdi. 

Genuyaya  getməmişdən  qabaq,  bir  gün  yol.  Stalin  mənə  dedi:  “Serqo  korlanıb”. 

Yox, o korlanmayıb, onun dövlət ağlını həddən artıq qiymətləndirərək onu korlayıblar. O, 

inqilabın  bütün  xilasını  vuruşmada  görür.  O  öz    düşmənlərini  məhv  etmək  üçün 

Zaqafqaziya  Kommunist  təşkilatlarının  sonuncu  qurultayında  nə  kimi  üsullara  əl 

atmamışdı. Bütün bunlar haqqında danışmaq ayıbdır. 

18-ci ildən başlayaraq  mənim  məsləkdaşlarımla birgə səyim, bütün  inqilabi  Şərqi 

Sovet  Rusiyası  ətrafında  və  yanında  toplamağa    və  bu  günədək  yer  kürəsinin  o  biri 

yarısında  milyonlarla  insanların  başlarına  gətirilən  müsibətə  bir  zərbə  ilə  son  qoymağa 

yönəldilmişdi.  Yer  kürəsinin  yarıdan  çoxunda  əhalinin  köləliyi,  yer  kürəsinin  kiçik 

hissəsində  yaşayan  əhalinin  rifahı  üçün  şüurlu  surətdə  müdafiə  edilir  və  bizim  beşillik 

çağırışımıza baxmayaraq burda çoxmilyonlu fəhlə sinfi daha azsaylı istismarçıların zülmü 

altında inləyirdi və inildəməkdə davam edir. 

Mən təkrar edirəm.  

Mən  məsələyə  materialist  kimi  yanaşırdım. Qərbin  Şərqdən iqtisadi asılılığı  məni 

belə bir şüar irəli sürməyə məcbur edirdi: 

Şərqdən keçərək Qərbə. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə