NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   17   18   19   20   21   22   23   24   25

54 

 

Komitələrinin  üzvü.  1920-ci  ilin  fevralında  AK(b)P  I  qurultayında  AK(b)P  MK-nın 



Rəyasət Heyətinin sədri seçilmişdi. 1920-1922-ci illərdə Azərbaycan İnqilab Komitəsinin 

sədr müavini, xalq xarici işlər komissarı, xalq maliyyə komissarı, Azərbaycan SSR XKS 

yanında  Ali  İqtisadi  Şuranın  sədri,  RSFSR  xalq  milli  işlər  komissarının  müavini,  1923-

1929-cu  illərdə  ZSFSR  XKS-nin  sədr  müavini,  ZSFSR  xalq  xarici  işlər  komissarı  və 

maliyyə  naziri.  Sonrakı  illərdə  Tacikistan  SSR-də  və  RSFSR-də  işləmişdir.  Siyasi 

motivlərə görə ləkələnmiş və repressiya olunmuşdur. 

9.  L.İ.Mirzoyan  (1897-1939)  –  1917-ci  ildən  RSDF(b)P  üzvü,  1920-ci  ilin 

aprelindən  sonra  AHİMŞ-in  katibi,  sonra  isə  sədri  olmuşdur,  1921-ci  ilin  noyabrından 

Azərbaycan  SSR-in  xalq  əmək  komissarı,  1922-ci  ilin  yanvarından  AK(b)P  BK  katibi, 

1925-1929-cu  illərdə  AK(b)P  MK  katibi.  1930-cu  ildən  Uralda  və  Qazaxıstanda  məsul 

partiya işində olmuşdur. Ləkələnmiş və repressiya olunmuşdur. 

10.  A.İ.Mikoyan  (1895-1978)  –  1915-ci  ildən  RSDF(b)P  üzvü,  1917-1918-ci 

illərdə Bakıda işləmişdir, 1919-cu ildə fəhlə konfransının rəyasət heyətinin üzvü. 1920-ci 

ilin  aprelində  XI  Qızıl  Ordu  ilə  Bakıya  gəlmiş,  AK(b)P  BK  katibi  seçilmişdi.  Sonralar 

böyük partiya və dövlət vəzifələri tutmuşdur. 1935-1966-cı illərdə  MK Siyasi Bürosunun 

(Rəyasət Heyətinin) üzvü. 

11.  Ə.A.Qarayev  (1896-1933)  –  1919-cu  ildən  “Hümmət”in  üzvü,  Azərbaycan 

Respublikası  parlamentinin  üzvü,  1920-ci  ilin  fevralında  AK(b)P  MK  üzvü  seçilmişdi. 

1920-ci  il  aprelin  27-də  Azərbaycan  İnqilab  Komitəsinin  tərkibinə  daxil  olmuşdu.  Baki 

İnqilab  Komitəsinin  sədri,  xalq  əmək  komissarı,  xalq  ədliyyə  komissarı  və  respublika 

hərbi-dəniz  işləri  üzrə  xalq  komissarı  olmuşdur.  1923-cü  ildən  AK(b)P  MK-nın  birinci 

katibi, ÜK(b)P Zaqafqaziya Diyar Komitəsinin katibi, AK(b)P Gəncə Dairə Komitəsinin 

katibi.  RK(b)P Qafqaz Diyar  Komitəsinin,  Azərbaycan SSR MİK-in  və  ZSFSR MİK-in, 

ÜK(b)P MK üzvü seçilmişdir. Ləkələnmiş və repressiya olunmuşdur. 

12.  R.Ə.Axundov  (1897-1938)  –  1919-cu  ildən  “Hümmət”in  üzvü.  Mədrəsəni, 

realnı  məktəbi,  ticarət  məktəbini  bitirmişdir.  1917-ci  ildə  Azərbaycan  “sol”  eserlər 

qrupunun  üzvü.  1918-ci  ildə  Bakı  Soveti  “İzvestiya”  qəzetinin,  1919-cu  ildə 

“Kommunist”  qəzetinin  (Azərbaycan  dilində)  redaktoru.  1920-ci  ilin  aprelindən  sonra 

AK(b)P-nin  kəndlərdə  iş  üzrə  şöbəsinin  müdiri,  Bakı  partiya  komitəsinin  katibi, 

“Kommunist”  qəzeti  və  başqa  dövri  nəşrlərin  redaktoru.  1924-1930-cu  illərdə  AK(b)P 

MK katibi, Azərnəşrin (Dövlət Kitab Nəşriyyatı) direktoru, Azərbaycan SSR xalq maarif 

komissarı.  Ömrünün  son  illərində  AK(b)P  MK  yanında  Partiya  Tarixi  İnstitutunda 

işləmişdir.  K.Marksın,  F.Engelsin,  V.İ.Lelinin  əsərlərini  Azərbaycan  dilinə  tərcümə 

edənlərdən biri. Ləkələnmiş və repressiya olunmuşdur. 

13.  Y.Yaroslavski  (Qubelman  M.İ.)  (1878-1943)  –  1898-ci  ildən  RSDFP  üzvü. 

Dövlət  və  partiya  xadimi,  tarixçi  və  publisist.  Oktyabr  inqilabından  sonra  MK  Sibir 

bürosunun  üzvü.  1921-ci  ildə  RK(b)P  MK  katibi.  1923-cü  ildən  1934-cü  ilədək  MHK 

katibi. SSRİ MİK-in üzvü olmuşdur, SSRİ EA-nın akademiki. 

14.  G.V.Çiçerin  (1872-1936)  –  Sovet  dövlət  xadimi,  diplomat,  1918-ci  ildən 

partiya üzvü. 1918-1930-cu illərdə RSFSR, SSRİ xalq xarici işlər komissarı, Genuyada və 




55 

 

Lozannada  keçirilmiş  beynəlxalq  konfranslarda  sovet  nümayəndə  heyətinə  başçılıq 



etmişdir. 

15.  Bu  məruzələrin  bir  qismi  Nəriman  Nərimanovun  “Seçilmiş  əsərləri”nin  II 

cildində nəşr olunmuşdur. 

16.  Bax:  G.V.Çiçerinin  N.Nərimanova  məktubları.  Məktublar  “Nəriman 

Nərimanovun  seçilmiş  əsərləri”nin  ikinci  və  üçüncü  (istehsalata  verilmişdir)  cildlərində 

dərc edilmişdir. 

17. Şərq xalqlarının birinci qurultayı 1920-ci il 1-7 sentyabrda Bakıda keçirilmişdi. 

V.İ.Lelin  fəxri  sədr  seçilmişdi.  Qurultayda  137  milləti  təmsil  edən  1891  nümayəndə 

iştirak  etmişdi.  Qurultay  Şərq  xalqlarının  təbliğatı  və  fəaliyyəti  Şurasını  seçdi, 

N.Nərimanov Şuranın sədri oldu. 

 18.  Lloyd  Corc  D.  (1863-1945)  –  ingilis  siyasi  və  dövlət  xadimi,  liberal 

partiyasının  lideri,  1919-1920-ci  illər  Paris  sülh  konfransının  əsas  iştirakçılarından  və 

1919-cu  il  Versal  sülh  müqaviləsinin  yaradıcılarından  biri.  1916-1922-ci  illərdə  Genuya 

konfransında təmsil etdiyi Böyük Britaniyanın baş naziri. 

19. İqtisadi və maliyyə məsələləri üzrə Genuya konfransı 1922-ci il 10 aprel – 19 

mayda  Genuyada  (İtaliya)  keçirilmişdir.  Sovet  nümayəndə  heyəti  Antanta  blokunun 

iştirakçıları  olan  dövlətlərin  çar  Rusiyasının  dövlət  borcunun  ödənilməsi  haqqında  və  s. 

tələblərini  rədd  etmişdi.  Bununla  belə,  sovet  nümayəndə  heyəti  Sovet  dövlətini  hüquqi 

cəhətdən  tanımaq  və  ona  kreditlər  vermək  şərtilə  keçmiş  sahibkarların  kompensasiya 

formaları haqqında  məsələni müzakirə etməyə  hazır olduğunu bildirdi. Eyni zamanda o, 

müdaxilə və blokada nəticəsində Sovet dövlətinə dəyən ziyanın ödənilməsi haqqında əks 

iddialar  irəli  sürdü.  Ümumi  tərksilah  haqqında  təklif  irəli  sürüldü,  lakin  qərb  dövlətləri 

bunu  rədd  etdilər.  Genuya  konfransında  qaldırılan  məsələlər  həll  edilmədi,  onların  bir 

hissəsi baxılmaq üçün 1922-ci il Haaqa konfransına keçirildi. Genuya konfransı gedişində 

sovet nümayəndə heyəti ona qarşı duran dövlətlərin vahid cəbhəsini yardı və Almaniya ilə 

Rappal müqaviləsi (1922-ci il) bağladı. 

20.  Haaqa  beynəlxalq  maliyyə-iqtisadi  konfransı  1922-ci  il  15  iyun  -  19  iyulda 

Genuya  konfransının  qərarına  əsasən  Haaqada  (Niderlandiya)  keçirilmişdir.  Konfransın 

işində  Almaniyadan  başqa  Genuya  konfransının  iştirakçısı  olan  bütün  dövlətlərin 

nümayəndələri iştirak etmişdi. Sovet nümayəndə  heyətinə  M.M.Litvinov başçılıq edirdi. 

Avropa dövlətləri kreditlər haqqında sovet təkliflərini müzakirə etməkdən imtina edərək, 

onun keçmiş sahibkarlarının milliləşdirilmiş mülkiyyətinin qaytarılmasını təkid edirdilər. 

Sovet nümayəndə heyəti bu tələbləri qəti surətdə rədd etdi. Haaqa konfransı, əslində heç 

bir qərar qəbul etmədi. 

21.  1919-cu  ildə  Versal  sülh  müqaviləsi  –  bu  müqaviləyə  əsasən  1914-1918-ci 

illərdə  baş  vermiş  birinci  dünya  müharibəsinə  rəsmi  surətdə  son  qoyulurdu.    Versalda 

(Fransa) 1919-cu il iyunun 28-də məğlub olmuş Almaniya ilə və müharibədə qalib gəlmiş 

müttəfiq və birləşmiş dövlətlər  arasında imzalanmışdır.  Müqavilə Almaniya və dörd əsas 

müttəfiq dövlət – İngiltərə, Fransa, İtaliya və Yaponiya tərəfindən təsdiq edildikdən sonra 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə