NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   17   18   19   20   21   22   23   24   25

45 

 

sübuta yetirilərsə, onda Serqonun, Bakı Komitəsinin, bu fırıldaqçını müdafiə edən başda 



Petrovski olmaqla məşhur komissiyanın vəziyyəti necə olacaq? 

Lakin partiyanın və mənim məsləkdaşlarımın xoşbəxtliyindən bu məruzədə adları 

çəkilmişlərin  hamısı  fırıldaqçı  çıxdılar.  Bir  qisminin  sir-sifəti  daha  qabarıq  nəzərə 

çarpırdı, başqalarınınkı isə o qədər də aydın görünmürdü, lakin bunlar arasında əlaqənin 

mövcudluğuna  heç  bir  şübhə  yoxdur.  (Sonuncu  Bakı  konfransı  1924-cü  ilin  aprelində). 

Qoy  Xanbudaqovu  Mirzoyan  özü  ittiham  etsin  (“Bakinski  raboçi”,  1924-cü  il  30  aprel, 

çərşənbə).  “Bakinski  raboçi”nin  bu  nömrəsində  Mirzoyanın  Bakı  konfransındakı  nitqi 

verilmişdir, burada  o, Xanbudaqova   onun (Xanbudaqovun)  milli  məsələyə  dair  yazdığı 

məqaləsi ilə əlaqədar olaraq cavab verir.  

Bu  və  başqa  nitqlərində,  artıq  yoxlanılmış  mənbələrdən  görünür  ki,  Mirzoyanın 

son  vaxtlar  vəzifədən  atdığı  agent  qohumlarının  mənafeyini  müdafiə  etmək  məqsədilə 

Xanbudaqov  birdən-birə  milli  məsələnin  belə  bir  qoyuluşunu  irəli  sürdü:  xristian  və 

yəhudiləri qovmaq və onların yerinə  müsəlman  fəhlələri qoymaq zəruridir. O, AKP MK 

katibi olduğu zaman deyirdi ki, Azərbaycanda milli məsələ üzrə 12-ci qurultay tərəfindən 

qoyulan  işin 

1

/



100

-də  həyata  keçirilməyib.  Və  maraqlı  burasıdır  ki,  onun  qohumları  və 



agentləri işdən qovulmağa  başlayanda o, həmin andan  bütün bunlar  haqqında  kəskin 

danışmağa  və  məsələ  qaldırmağa  başlayır.  O,  nəinki  bu  barədə  yazır,  hətta  rayonunda 

məsul türk işçiləri və fəhlələri arasında gizli iş aparır. Qəzalara göndərilmiş məsul işçilər 

AKP MK katibi Xanbudaqovun göstərişləri üzrə fəaliyyət göstərirlər; onlar yerli işçilərə 

deyirlər: biz mərkəzdə birləşmişik, Mirzoyanı və Kirovu yıxmalıyıq və i.a.  Yerli işçilərin 

bir  hissəsi  razı  olur,  digər  hisəsi  yox.  Və  bu  axırıncı  hissə  gizli  iş  aparanların  adlarını 

konfransda  açıb  bildirir.  Və  bu  işə  kim  cəlb  edilmişdir?  1.  Xanbudaqov.  2.  Cəbiyev,  3. 

Quliyev  M.

71

,  4.  Rəhim  Hüseynov,  5.  Cahangir  Nağıyev  (bunların  hamısı  eserdir),  6. 



M.D.Hüseynov  (müsavatçı)  və  bir  daha  Ağayev  qardaşları  qrupu,  bunlar  çoxdan 

fırıldaqçılar  kimi  məlumdur,  lakin  onlar  hər  yerdə  mənə  qarşı  çıxış  etdikləri  üçün 



Mirzoyan tərəfindən partiyada saxlanılmışdılar. 

Bu  o  adamlardır  ki,  onlar  haqqında  konfransda  və  partiya  qurultayında  açıq 

danışılmışdır.  Lakin  bu  gizli  işin  qalan  iştirakçıları  (Qarayev,  Musabəyov,  Dadaş

72

  və 



başqaları)  təhlükəni  hiss  edib,  məharətlə  vəziyyətdən  çıxmış  və  beləliklə  hələlik 

Mirzoyanın cəzasından qaça bilmişlər. 

Mən  oxucudan  xahiş  edərdim  ki,  bu  məruzədə  M.D.Hüseynov  haqqında 

deyilənləri  öz  yaddaşında  təzələyəydi.  Mən  dördüncü  ildir  ki,  deyirəm,  qışqırıram:  bu 

tipin solluğuna inanmayın, buna baxmayaraq indiyə kimi (o) Serqo və Mirzoyanın əlində 

bir vasitə olaraq qalır. Bəs ona nə olmuşdur? Elə bu konfransda Naxçıvandan olan Əsəd 

Axundov  bildirdi:  M.D.Hüseynov  konfrans  keçirmək  üçün  Naxçıvanda  olduqda,  Bakı 

konfransında  və  qurultayda  onun  qrupuna  kömək  etməyi  məndən  xahiş  etmişdi. 

Ə.Axundov bunun nə qrup olduğunu soruşduqda o, cavab vermişdi ki, bu, Xanbudaqovun 

rəhbərlik  etdiyi  qrupdur.  Əsəd  Axundov  bildirmişdi  ki,  o,  bu  məsələ  barədə  məlumat 

verəcəkdir. Bundan xəbər tutan Qarayev (MK katibi) Ə.Axundova zəng vurub çox xahiş 

edir ki, həmin məlumatı verməsin.  Ə.Axundov bu xahişi kəskin surətdə rədd etdikdə, o, 



46 

 

Qarayev AKP MK katibi, Ə.Axundovdan xahiş edir ki, onun M.D.Hüseynov üçün ağız 



açdığını heç kəs bilməsin. 

Beləliklə,  Qarayevin  bu  qrupda  iştirakı  heç  bir  şübhə  olmadan  müəyyən  edilir. 

Bunun  üçün  onu  yenidən  AKP  MK  katibi,  M.D.Hüseynovu  isə  Zaqafqaziya  Diyar 

Komitəsinə  üzv  seçirlər!  Bəs  bu  nə  ilə  nəticələnir?  Hüseynov  Xanbudaqovun 

qrupundadır,  Xanbudaqov  isə  Kirovu  və  Mirzoyanı,  Belenkini  və  onlarla  birlikdə  rus, 

erməni və yəhudiləri Azərbaycandan qovmaq təbliğatı aparırdı. Və bu şüar “ideya üçün” 

deyil, öz qohumlarını yerlərində saxlamaq üçün atılmışdı. 

Bu  məharətlə  qurulmuş  kələyi  Serqo  müdafiə  edir,  çünki  hələlik  onun  

M.D.Hüseynovu və Qarayevi əvəz edəcək başqa adamı yoxdur. Son zamanlar 20-ci ildən 

M.D.Hüseynovla birlikdə işləyən Ruhulla Axundov səhnəyə can atırdı. Bu da xüsusi növ 

fırıldaqçıdır,  Xanbudaqovun  yerinə  indi  AKP  MK  katibi  seçilmişdir.  Biz  bu  birinci 

dərəcəli fırıldaqçı (qatı eser) özünü ifşa edənə qədər hövsələli olub gözləyəcəyik. 

Bədbəxt  Azərbaycan  isə  bu  zaman  belə  vicdansız  fırıldaqçıların  əlində  oyuncağa 

çevriləcəkdir... 

Mənim Azərbaycanda daşnak işi haqqında mülahizələrimin o biri yarısı, fikrimcə, 

elə bu il məlum olacaqdır. Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət 

elan  edilmişdir.  Mənim  vaxtımda  bu  mümkün  olmamışdı,  ona  görə  yox  ki,  mən  bu 

muxtariyyətin əleyhinə idim, sadəcə olaraq ona görə ki, erməni kəndlilərinin özləri bunu 

istəmirdilər. Mirzoyan bu müddət ərzində erməni daşnak müəllimlərin köməyi ilə zəmin 

hazırladı və məsələni Zaqafqaziya Diyar Komitəsində keçirdi. Bu məqamdan kəndlilərin 

və  türklərin  kəndlilərə  münasibəti  olduqca  kəskinləşmişdi .  Daha  sonra  Gəncənin  dağlıq 

hissəsi  haqqında  məsələ  gəlir  və  i.a.  Azərbaycanda  daşnak  siyasəti  tam  gücü  ilə  həyata 

keçirilir. Mənim zərrə qədər də şübhəm yoxdur ki, Serqo və Stalinin simasında AKP MK 

biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır. Nə kimi 

nəticələr  olacağını  demək  çətindir,  lakin  əgər  olsa,  bunun  bütün  məsuliyyəti  Serqo  və 

Stalinin  üzərinə  düşəcəkdir.  Maraqlı odur ki,  bu şəxslər elə  fikirləşir  ki,  türklər o qədər 

axmaqdırlar ki, bütün bunları başa düşmürlər.  Onlar həmişə Qarayevi irəli çəkirlər, onu 

isə  bütün  Azərbaycan  hər  cəhətdən  satqın  adam  kimi  tanıyır...  Azərbaycanda  namuslu 

türk işçilər partiyanın bu üzvlərinin simasında RKP MK tərəfindən Azərbaycana olan belə 

etinasızlığı heç vaxt yaddan çıxarmayacaqlar. Mən burada Serqonun və beləliklə Stalinin 

də Azərbaycanda işini kifayət qədər səciyyələndirən xarakterik bir misal gətirəcəyəm. Bu 

məruzənin  özündə  satqın  işçi  Hacıbaba  haqqında  danışılır.  Məruzədə  onun  haqqında 

deyilir ki, 20-ci ildə onu rüşvət üstündə Qazaxdan qovublar.  Bu ağanı Sərkis, Mirzoyan 

və  son  vaxtlar  Serqo  (Tiflisdə)  mənə  qarşı  çıxış  etməyə  məcbur  edirdilər.  Bəs  görün  nə 

məlum  olur?    Bu  tip  dörd  il məsul  işçi  sifətilə  (son  vaxtlar  hətta  nəzarət  komissiyasının 

üzvü olmuşdur) oğurluq etmiş. Rüşvət almış, bakirə kəndli qızlarını, arvadları zorlamışdır 

və i.a. Nəhayət, iş o yerə gəlib çatmışdı ki, daha onu partiyada saxlamaq mümkün deyildi.  

Bəs nə etməli? Bu nalayiq hərəkətlərin üstündə onu partiyadan qovmaq olmazdı, çünki bu 

                                                           

 Türk kəndlilərinin və türk partiya və sovet işçilərinin erməni kəndlərinə münasibəti nəzərdə tutulur. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə