NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

43 

 

Lenin  və  Stalin  yoldaşlara  yazdığım  məktublardan  mən  bu  məruzəmdə  elə 



məktubları  əlavə  edirəm  ki,  bunlar  arxasında  yol.  Stalin  dayanmış,  o  zaman  güclü  olan 

Serqo ilə apardığım mübarizəni aydın şəkildə göstərir.  

Son  zamanlar  aydın  olmuşdur  ki,  Serqo  Mərkəzdən  göndərilmiş  nümayəndədir. 

Mən  onunla  mübarizəni  yol.  Lenin  onu  özünün  məşhur  məktubunda  rüsvay  edəndən 

əvvəl  başlamışdım.  Bu  bir  daha  sübut  edir  ki,  mən  bu  adamın  “nə  yuvanın  quşu“ 

olduğunu  yol.  Lenindən  qabaq  bilmişəm.  Əgər  əlverişli  şərait  yaranarsa,  mən  özümün 

“Ucqarlarda  inqilabımızın  tarixinə  dair”  qısa  məktublarımı  bu  tərkibdə,  təkcə  MK  üçün 

deyil, gələcək nəsil üçün davam etdirərəm.  

Mən əminəm ki, bizim ideyamız qalib gələcəkdir. Bəlkə də biz öləcəyik, lakin ona 

görə öləcəyik ki, yenidən həyata qayıdaq. Və o zaman mənim qısa məktublarım gələcək 

kommunist rəhbərlər üçün faydalı olacaqdır.  

Moskva. 24.XII.1923.  



N.Nərimanov. 

Mən bu əlavəni 1924-cü il mayın 27-də edirəm. 

Bakı konfransı və AKP partiya qurultayı menşevik və daşnakların əli ilə partiyanın 

parçalanması məsələsində bizim nöqteyi-nəzərimizin düzgünlüyünü bir daha qeyd etmək 

üçün zəngin material vermiş oldu.  

Bu  məruzədə  təxminən  bu  barədə  danışılır  ki,  1)  erməni  “yoldaşlar”  və  rus 

şovinistləri  –  Bakı  təşkilatının  rəhbərləri  cinayətkar  siyasət  həyata  keçirirlər, 

keçmişlərindən qorxan müsəlman işçilərin qüvvəsindən istifadə edərək öz məqsədlərinə - 

partiyanı parçalamağa nail olmaq üçün solluq oyunu oynayırlar.  

Bir  il  keçdikdən  sonra,  son  dərəcə  dəqiqliklə  qabaqcadan  dediklərimiz  həyata 

keçdi. 

Biz öz məruzəmizdə həmişə deyirdik ki, 2) türk fəhlələri arasında iş aparılmadığı 



üçün  və  onlara  yanlış  münasibət  üzündən  türk  və  rus  fəhlələri  arasında  antoqonizm 

genişlənir. Onların ölkənin idarə edilməsində cə s. rus fəhlələri ilə birlikdə şüurlu surətdə 

iştirak etmələri üçün türk fəhlələrinin inkişaf səviyyəsini yüksəltmək zəruridir. 

Məruzədə mən birbaşa göstərirəm ki,  3) bu, məlum proqram üzrə məlum şəxslər 

tərəfindən  həyata  keçirilir  ki,  onlar  nəyin  bahasına  olursa  olsun,  Azərbaycanı 

simasızlaşdırmaq, öz miskin məqsədləri üçün onu gücdən salmaq istəyirlər. Bu məqsədə 

nail  olmaq  üçün  onlar  özləri  çıxış  etməyib,  Azərbaycandan  olan  türkləri,  Azərbaycanın 

mənafeyini müdafiə edənlərə qarşı çıxış etməyə məcbur edirlər.  İş “parçala və hökm sür” 

şüarı altında getmiş və gedir. 

Bizim  qabaqcadan  dediklərimiz  –  eser,  menşevik  və  müsavatçı  qruplar  partiyanı 

parçalamaq  üçün  solluq  oyunu  oynayırlar,  biz  qeyd  edirik  –  artıq  həyata  keçmişdir. 

Məruzədə  onlardan  bəzi  daha  mühüm  olanları  qeyd  edilmişdir,  ikinci  dərəcəli  olanlar 

qeyd edilməmişdir.  

Mənim  irəli  sürdüyüm  məsələləri  araşdırmaq  üçün  Bakıya  gəlmiş  məlum 

komissiyanın  kommunist  vicdanına  zərbə  endirmək  üçün,  mən  onların  familiyalarını 



44 

 

təkrar  edirəm:  eserlər  Xanbudaqov,  Axundov  Ruhulla,  Cəbiyev  Həbib



69

,  Rəhim 

Hüseynov

70

, Cahangir Nağıyev, müsavatçı M.D.Hüseynov, menşevik Qarayev. 



Onların  cinayətkar  işi  özünü  nədə  göstərmişdir.  Özünün  “Qafqaz”  siyasətinin 

inkişafına  mane  olan  hər  şeyi  məhv  etmək  üçün  Serqoya  məni  Azərbaycandan 

uzaqlaşdırmaq  lazım  idi.  O,  məsləhət  üçün  Mirzoyana  müraciət  etdi,  Mirzoyan  dedi: 

“Bizə ancaq sənin razılığın lazımdır və Nərimanov burda olmayacaq”. Serqo dedi: “İşində 

ol”.  Mirzoyan  mənim  EFKA-dan  qovduğum  və  bu  andan  solluq  oyunu  oynamağa 

başlayan,  Qarayev  və  M.D.Hüseynovla  birlikdə  mənə  qarşı  açıq  çıxış  edən,  Mirzoyana 

çox şey  vəd edən  həmin Xanbudaqova  müraciət etdi; o  mənə  qarşı fəaliyyətə  başlamaq 

üçün MK-ya katib keçirilməsini xahiş edirdi.  

Bu, Mirzoyan tərəfindən  yerinə  yetirilir: onu,  - Xanbudaqovu,  AKP MK-ya  katib 

seçirlər və  iş başlayır, o öz  qohumlarını qəzalara  göndərir və  onlara  tapşırıqlar verir  ki, 

heç yerdə Nərimanovun adını çəkməsinlər və onu heç yerə seçməsinlər və i.a. Belə bir işi 

qurtardıqdan  sonra  Xanbudaqov  Mirzoyana  deyir:  “Mənim  qəzalarım  hazırdır”. 

Mirzoyanın özünün fəhlə rayonları artıq çoxdan hazır idilər. Serqoya məlumat verirlər ki, 

indi  Nərimanovu  cəsarətlə  çıxarmaq  olar.  Moskvada  daha  yüksək  vəzifə  verilməsi 

bəhanəsi  ilə  çıxarırlar.  Və  həqiqətən  SSRİ  İttifaqı  MİK-nin  sədri  seçirlər.  Mirzoyan  və 

Serqo şadlıq edirlər: məni çıxartdılar və heç bir şey olmadı, Azərbaycanda nəinki üsyan 

yoxdur,  hətta  heç  kim  Nərimanovun  adını  çəkməyə  belə  cürət  etmir.  Və  əgər  bəzən  bir 

sıra  yoldaşlar  “axmaqlıqları”  üzündən  qurultaylarda  Rəyasət  Heyətinə  fəxri  üzv  təklif 

edirlərsə də, çox asanlıqla “ehtiyac yoxdur” deyirlər və bütün bunlar rahatca həll olunur.  

Bütün bunlar Azərbaycanda Xanbudaqovun bacarığını və nüfuzunu göstərir. 

Serqo  şadlıq  edir:  Xanbudaqov  ən  yaxın,  ən  sadiq  adama  çevrilir.  Bəs 

Xanbudaqovun  başqa  eser  Axundov  Ruhullanın    bilavasitə  təsiri  altında  işlədiyini  kim 

bilmir? 

Yeri  gəlmişkən,  həmin  bu  Xanbudaqov  son  vaxtlar  dəfələrlə  başqa  yoldaşların 

vasitəsilə  mənə çatdırırdı ki, guya  mən həddən artıq açıq fəaliyyət göstərirəm  və onların 

(eserlərin)  uğrunda  mübarizə  apardıqları  işi  korlayıram.  Mən  cavab  verdim:  mənim 

partiyadan gizli heç bir sirrim yoxdur və gələcəkdə də belə hərəkət edəcəyəm. Keçən yaz 

Xanbudaqov  Moskvada  olarkən,  S.M.Əfəndiyev  vasitəsilə  məndən  xahiş  etmişdi  ki,  hər 

hansı bir söhbət üçün isə onu qəbul edim. Mən Əfəndiyevə rədd cavabı verib dedim: o, 

fırıldaqçıdır, mənim onunla  heç bir işim ola bilməz.  Üçüncü dəfə S.M.Əfəndiyev məni 

razı sala  bildi.  Və  dedi: ona  qulaq  asmaq lazımdır, bəlkə  öz  səhvlərindən peşman olub.  

Mən  yol.  Əfəndiyevə  güzəştə  getdim.  Onu  qəbul  etməyə  razılıq  verdim.  Əfəndiyevin 

yanındaca  onu  qəbul  etdim.  O,  hələ  oturmağa  macal  tapmamış,  mən  onu  bu  sözlərlə 

qabaqladım:  mənim  partiyadan  gizli  sirrim  yoxdur.  Və  sənin  bütün  bunları  Serqo 

Orconikidzeyə çatdıracağını bilməyimə baxmayaraq mən açıq danışmağa öyrəşmişəm.  O 

bu sözdən incidi və heç bir şey demədən çıxıb getdi. Beləliklə, RKP Mərkəzi Komitəsinin 

nümayəndəsi olan Serqonun xeyir-duası ilə Azərbaycanda partiyanın taleyi tapşırılmış bu 

fırıldaqçıya qulaq asa bilmədim.  Bəs Xanbudaqovun fırıldaqçı olmağı düzdür?  Əgər bu 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə