NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

40 

 

2 Suslov - müavin - rus 



3 Luçinski - bitərəf - katib 

XVII. Torpaq şöbəsi 

1 Pronzyonnı - part. - müdir - erməni 

2 Svetlov - bitərəf - işlər müdiri - rus 

XVII. Su təchizatı şöbəsi 100  - 1 

1 Sevostyanov - part. - müdir - rus 

2 Afanasyev - bitərəf - müdir müavini  

XIX. Statistika şöbəsi 11 - yoxdur 

1 Rtuşteyn - bitərəf - müdir - yəhudi 

2 Purye - müdir müavini 

XX. Səhiyyə şöbəsi 40  -  2 

1 Neyştadt - part. - müdir - yəhudi 



XXI. Xalq təhsili şöbəsi 60   -     5-7 

1 Blyaxin - part. - müdir - naməlum 

2 Barçuk - müdir müavini - yəhudi 

3 Natalov - bitərəf  - katib - erməni 

4 Karkaşev - işlər müdiri  

5 Orucaşov - yarım şöbə müdiri - türk 



XXII. Şəhər sənayesi şöbəsi 

1 Alekseyev - part. - müdir - rus 

2 Bernşteyn - bitərəf - müdir müavini - yəhudi 

XXIII. Komendantlıq 

1 Loqinov - bitərəf - komend. - rus 

 

Baksovetin özəyində - 70 adam, onlardan türk - 20 nəfər.  



Baksovetin üzvləri cəmi - 500 nəfər 

Onlardan rus - 240 nəfər 

Türk - 200 nəfər 

Və başqa millətdən - 60 nəfər  

Qəzada kəndlər - 78  

Yalnız türk əhalisi olan - 76 

Rus - 2  

Təqaüdçülər - 35, onlardan türk - 5 

 

Statistik məlumatlar 

Bakıda məktəblərin sayı 

I dərəcəli məktəblər 

 

Bakı 



rus 

türk 


erməni 

başqa 


millətlər 


41 

 

Məktəblərin 



ümumi sayı – 

57 


Məktəblilərin 

sayı – 17,283 

24 

 

 



7650 

20 


 

 

  5826 



 

 



  3584  

 



 

    659 


 

II dərəcəli məktəblər  - 16, məktəblilər – 3254 

Türk – 4     məktəblilər 194 

Rus – 11          -            2924 

Erməni – 1       -            136 

 

Texniki-peşə təhsili 

Aşağı 

Fabrik-zavod şagirdliyi – 17    məktəbli - 1218 



Burada rus uşaqların sayı        -                  1192 

Türk                                        -                     26 

Orta 

Texnikum 6,                            məktəbli   -   1179 



(Nərimanov ad. türk) 1                                  252 

 

Bakıda uşaq evləri 

 

Uşaq  evlərinin  sayı  37,  uşaqların  sayı  3773,  onlardan  türk  uşaqları  527,  rus 



uşaqları 1858. 

Bu məruzə 1923-cü ilin yayında MK-ya təqdim edilmişdi. Partiyamızın həyatında 

baş verən hadisələrin gedişi bu materialın gələcəkdə tarixi bir sənəd kimi əhəmiyyət kəsb 

edəcəyini göstərir. 

Mən  bu  əlavəni  1923-cü  il  dekabrın  23-də,  bu  məruzənin  MK-ya  təqdim  edildiyi 

vaxtdan  6  ay  keçdikdən  sonra  edirəm  və  mənim  demək  olar  ki,  bütün  mülahizələrim 

həyata keçdi. 

1.

 



Almaniyadakı hadisələr bizim  ümidlərimizi doğrultmadı.  Əksinə  irtica  daha 

da  şiddətlənir.  Bizim  qərbə  olan  meylimiz  müvəffəqiyyətsizliyə  uğradı.  Bizim  şərqə 

münasibətimiz qeyri-müəyyən olaraq qalır; şərqin bizə münasibəti gərginləşmişdir... 

2.

 



Müxalifətin MK-nın xəttinə qarşı çıxışı, demokratizm haqqında diskussiyanın 

gedişi  partiyanın  açıq-aydın  parçalanmasını  göstərir.  Azərbaycanda  Sovetlər  qurultayı 

mənim mülahizələrimi kifayət qədər sübut etdi. 

Qurultay  demək  olar  ki,  Azərbaycan  MK-nın  müəyyən  edilmiş  siyahılara  görə 

seçilmələrini  lazım  bildiyi  adamlardan  ibarət  idi.  Lakin  necə  vəziyyət  yarandı.  Mənim 

tərəfdarlarım  olan  Qədirli  və  Əfəndiyev

66

  yoldaşların  çıxışları  bütün  qurultay  tərəfindən 



alqışlandı, Hüseynova, Qarayevə, Mirzoyana isə danışmağa imkan vermədilər. Bu, Kirov, 


42 

 

Mirzoyan  və  başqaları  tərəfindən  qurultay  xüsusi  siyahılar  üzrə  dəvət  edilənlərin  əhval-



ruhiyyəsini lazımi dərəcədə xarakterizə edir. 

Qurultay  nümayəndə  heyəti  göndərib  Qədirli  və    Əfəndiyev  yoldaşlara:  “Biz 

qorxuya  salınmışıq,  hər  şey  haqqında  açıq  danışa  bilmirik.  Əgər  siz  danışmaq  üçün 

özünüzdə  cəsarət  hiss  edirsinizsə,  onda  danışın:  biz  bu  və  ya  başqa  yolla  sizi 

nümayişkaranə  müdafiə edəcəyik” deməyi tövsiyyə etmişdi. Düzünü demək lazımdır ki, 

qurultay  həddini  aşmışlara  onların  vəziyyətinin  səbatsız  olduğunu  göstərdi.  Lakin 

qurultayın rəyasət heyətinin, yəni Mərkəzi Komitənin hökumətin siyasətinin bəyənilməsi 

haqqında təklif etdiyi qətnaməsi yekdilliklə qəbul edildi. 

Bizim  şəraitdə  bu  yekdil  qərarın  nə  demək  olduğunu  hər  kəs  bilir.  Qədirli  və 

Əfəndiyev qurultayın əhvali-ruhiyyəsini nəzərə alaraq xüsusi qətnamələr təklif etmirdilər, 

yəni  bununla  bir  daha  sübut  etdilər  ki,  biz  parçalanmadan  uzağıq,  lakin  biz  həqiqət 

tərəfdarıyıq və riyakarlıq əleyhinəyik. 

Bizim  xəttimiz  tamamilə  düzgün  xətdir:  biz  partiyada  parçalanmaya  yol 

verməyəcəyik.  Lakin  əlimizdə  olan  vasitələrlə  öz  fəaliyyətləri  ilə  ümumi  işimizi  məhv 

edənləri ifşa edəcəyik. 

Mərkəzin  nümayəndəsi  Kirov  Azərbaycanda  onun  siyasətinin  qurultayın 

tərəfindən  yekdilliklə  bəyənildiyi  haqqında  partiya  MK-nın  məruzəsini  edəcəkdir  və 

Mərkəz də buna inanacaqdır... 

Beləliklə, qəza baş verənə qədər özümüzü aldatmaqla məşğul olacağıq.  

Bütün bunları bu sənəddə ona görə qeyd edirəm ki, partiyamızın tarixi bizim iflasa 

uğramağımızda kimin haqlı, kimin günahkar olduğunu bilsin. Qabaqcadan demək olar ki, 

biz uçurumun kənarındayıq. 

Bu  məruzə  ilə  əlaqədar  olaraq  Bakıya  komissiya  göndərilmişdi.  Komissiyanın 

üzvləri  Yaroslavski,  Petrovski

67

,  Şkiryatovdan



68

  ibarət  idi.  MHK  üzvü  olan 

Yaroslavskinin  yoxlanışdan  sonra  mənimlə  söhbəti  oldu  və  o  dedi  ki,  guya  mən  öz 

məruzəmlə partiya MK-nı aldadıram. Partiyanın ən ali məhkəməsinin üzvü olduqca ciddi 

işə belə  yanaşır. Daha nə danışmaq olar? Bəs əgər bu Yaroslavski üzvləri Bakı təşkilatı 

üçün  “etibarlı” adamlardan ibarət olan qurultayın  əhvali-ruhiyyəsini görsəydi  və  əgər o, 

partiya və Sovet hakimiyyəti qarşısında xəcalət çəkirsə, onda o, çox güman ki, utanardı... 

Yol. Stalin bu məruzə ilə əlaqədar mənə dedi: “Məruzədə şəxsiyyətlərə toxunmaq 

lazım deyildi”. 

Mən  məruzəni  “Ucqarlarda  inqilabımızın  tarixinə  dair”  adlandırıram.  Və 

Azərbaycanda  bu  və  ya  digər  rol  oynamış  şəxsiyyətlər  gələcək  nəsil  üçün  xarakterizə 

edilməliydi. Bu sənədin işıq üzü görməyə imkanı yoxdur, lakin vaxt olacaq ki, tarix bizim 

qəzanın  müqəssirlərini axtaracaqdır. Vaxt olacaq ki, Azərbaycan  fəhləsi  və kəndlisi belə 

bir  sual  qoyacaq:  kimdir  müqəssir?  Onda  bu  adamlara  aydın  olacaq  ki,  Hüseynovlar, 

Qarayevlər,  Axundovlar  (Ruhulla)  öz  şəxsi  mənfəətləri  üçün  Sovet  Azərbaycanını 

simasızlaşdırır və onun mənafeyini topdan və pərakəndə satırdılar.  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə