NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   17   18   19   20   21   22   23   24   25

47 

 

cinayət hamının gözü qarşısında dörd il davam etmişdi. Nəzarət komissiyasının üzvü kimi 



Əfəndiyevin  bu  barədə  məlumatı  vardır.  Lakin  bu  əclafdan  nəhayət  yaxa  qurtarmaq 

vacibdir. Və Serqo tapşırıqlar verir: onu qeyri-normal hesab etməli (!). Dörd il, partiyanın 

və  Sovet  hakimiyyətinin  nümayəndəsi  kimi  cinayətlər  törətmiş  və  bu  cinayətlərə  Serqo 

dözmüşdür, çünki bu əclaf mənə qarşı yaxşı vasitə rolunu oynayırdı.  

Bakı təşkilatının və əlbəttə, Serqonun işini xarakterizə edən misal budur, Serqonun 

siyasəti  isə  Stalin  tərəfindən  müdafiə  edilir.  Gedəcək  yolumuz  budur.  Azərbaycanda 

vicdanlı  işçilər,  türk  kommunistləri  bütün  bunları,  mən  təkrar  edirəm,  yaddan 

çıxarmayacaqlar. 

Azərbaycan Respublikası EA-nın 

Azərbaycan Tarixi Muzeyi, inv. 

№ 2028a. 

 

 



 


48 

 

ƏLAVƏ 



N.Nərimanovun V.İ.Leninə məktubu 

 

Əziz Vladimir İliç! 



Mənim  teleqramlarımdan  birində  verilmiş  məlumatı  demək  olar  ki,  təkrar  etmək 

lazım gəlir. 

Dəhşətli vəziyyət  yaranmışdır. Mərkəz Gürcüstan  və Ermənistanın  müstəqilliyini, 

Azərbaycanın  istiqlaliyyətini  tanımış,  lakin  eyni  zamanda  o,  Mərkəz,  Azərbaycanın 

tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir. Əgər bu ərazilər Gürcüstana verilmiş 

olsaydı,  əfkari  ümumiyyə  ilə  birtəhər  mübarizə  aparmaq  olardı,  lakin  Ermənistana, 

daşnaklara vermək düzəldilməsi mümkün olmayan, pis nəticələr verə biləcək səhvdir. Bu 

barədə bizim nümayəndəmiz ətraflı danışacaqdır. 

Bizi dəhşətli vəziyyətə qoyan Mərkəzin başqa bir münasibəti: Mərkəzdən hər gün 

nümayəndələr gəlib əllərində olan mandatlara əsasən bu və ya digər səbəbə görə tanınmış 

xalq komissarlarına tabe olmaq haqqında bizə göstəriş verirlər.  

Əziz  Vladimir  İliç,  məgər  “Müstəqil  Azərbaycan”  Sizin  dilinizdən 

çıxmamışdırmı?  Axı  məhz  buna  arxalanaraq,  biz  Müsavatın  qurduğu  fitnəkarlığı  məhv 

edə bildik. 

İndi  vəziyyət  belə  bir  şəkil  alır:  həmişə  Denikini  müdafiə  etmiş  Ermənistan 

müstəqillik  qazanmış  və  üstəlik  Azərbaycanın  ərazilərini  almışdır.  İndiyə  qədər  ikili 

siyasət aparan Gürcüstan müstəqillik əldə etmişdir. Üç respublikadan birinci olaraq Sovet 

Rusiyasının qoynuna atılmış Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir. 

Vladimir İliç! Çoxmillətli əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz. 

Siz  inanmayın  ki,  Azərbaycan  çoxsaylı  şüurlu  rus  fəhlələri  yaşayan  Bakı  deməkdir.  Bu 

kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrinin sayı iki dəfə çoxdur. Bəs bütün 

Azərbaycanlıların kəndləri? 

Mən  qəti  surətdə  bildirirəm:  əgər  Siz  də  bizim  dəlillərə  diqqət  yetirməsəniz, 

məcbur  olacağıq  ki,  bizim  geri  çağırılmamağımız  barədə  Mərkəz  qarşısında  məsələ 

qoyaq.  Onda  qoy  tarixən  dolaşıq  milli  məsələləri  belə  asanlıqla  həll  edənlər  bura 

gəlsinlər. O zaman bilərik ki, bizim mənasız – Şərqə doğru – çığırtımız nə deməkdir. Belə 

olan halda Şərqə necə gedəcəyik? 

Yeganə ümidimiz  – inqilabımızı Şərqdə siyasətlə  müdafiə  etmək ümidi də alt-üst 

oldu. Və bütün bunların 2-si Mərkəzdə oturmuş erməni daşnak-kommunistlərin iyrənc işi. 

Mən Sizin diqqətinizi buna cəlb edirəm. 

Əgər  qısa  bir  müddətdə  Mərkəz  daşnak-kommunistlərin  bütün  bu  murdar 

hərəkətlərinə  son  qoymaq  iqtidarında  olmasa,  bütün  müsəlman  Şərqi  bizdən  üz 

döndərəcəkdir.  Mən  bu  barədə  Sizə  ciddi  surətdə  bildirirəm    və  əgər  Şərq 

müsəlmanlarının  mənafeyi  həqiqətən  bizə  əzizdirsə,  Sizin  də  bu  məsələyə  ciddi 

yanaşmağınızı xahiş edirəm. 

N.Nərimanov. 

Azərbaycan Respublikası E.A-nın  




49 

 

Azərbaycan Tarixi Muzeyi 



 elmi arxiv, inv. № 2041  

 

 




50 

 

Oğluna bitməmiş məktubu 



Moskva, 28 yanvar 1925-ci il. 

1895-ci  il  yanvarın  15-də  Bakıda  Tağıyev  teatrında  ilk  dəfə  mənim  “Nadanlıq” 

pyesim  tamaşaya  qoyuldu.  Həmin  günü  mən  ədəbi  işimin  başlanğıcı  hesab  edirəm.  Bu 

gün  1925-ci  il  yanvarın  28-də  həmin  hadisədən  30  il  keçir.  Dostlarımdan  bəziləri  bunu 

bilib həmin günü qeyd etmək istədilər. Onlardan teleqramlar alınmışdır... 

Əlbəttə, əgər ciddi düşünsən, demək olar ki, mən heç bir şey etməmişəm. 30 il! Bu 

müddət ərzində bəzi şeylər etmək olardı. Həmin müddəti mənim bu illərdə yazdıqlarımla 

müqayisə etdikdə utanmalı olursan... 

Digər  tərəfdən  isə  həmin  vaxtı  təsəvvür  etdikdə,  bütün  şəraiti,  həyatımın  keçdiyi 

dolanbac yolları nəzərə aldıqda, bir şeydə təskinlik tapırsan ki, az  da olsa bir iş görülüb. 

Məni  əhatə  edən  mühit,  bu  mühitin  geriliyi,  irəliyə  hərəkətindəki  ətalət,  ətrafımızdakı 

həyat  təzahürlərinə  soyuq  münasibət,  millətlər  arasında  gedən  mənasız  çəkişmələr, 

buradan  da  doğan  iztirablar:  qan,  göz  yaşları,  yoxsulluq,  yalan  və  bir  sıra  başqa  şeylər, 

bunlar  mənə  rahatlıq  verməyib,  mənim  yazdıqlarım  bütün  bunları  göstərir.  Bəlkə  də  bu, 

çox  sönük,  bədiilikdən  uzaq,  bacarıqsızlıqla  təsvir  olunub,  mənim  öz  qüvvə  və 

məkanlarım daxilində yazılarım göstərir ki, mən bir çoxları kimi ətraf mühitə laqeyd qala 

bilməzdim,  mənim  qəlbim  sakit  deyildi,  mən  istəyirdim  və  cəhd  edirdim  ki,  bəşəriyyətə 

heç olmazsa bir xeyir verim. 

Bu  və  yalnız  bu,  mənə  bir  qədər  təskinlik  verir  ki,  30  il  ərzində  ictimai  sahədə 

işləmişəm.  Əgər  öz  işimlə  heç  olmazsa  on  nəfəri  həmin  “xəstəliyə”  yoluxdurmağa  nail 

olmuşamsa,  deməli,  mən,  mənim  şüurum  o  mənada  sakit  olar  ki,  mən  hədər  yerə 

yaşamamış, bu geniş, lakin darısqal dünyada bir guşə tuta bilmişəm... 

Əziz oğlum Nəcəf!

73

 Əgər hələ yaşamaq qismətim varsa, mən səni elə hazırlamağa 



çalışacağam  ki,  sən bəşəriyyət üçün daha  çox iş  görəsən.  Lakin  əgər  mən  əbədi  məzara 

tez köçməli olsam, təvəqqe edirəm başqaları üçün daim əzab çəkən atan qədər kiçik bir iş 

görəsən.  

Mənim  həyatım  daim  qayğılarla  dolu  olmuşdur:  mən  iyirmi  yaşından  qardaş  və 

bacılarımın  ailəsinə  baxmış,  bu  30  ildə  11  adam  tərbiyə  etmişəm.  Onlardan  8  qızı  ərə 

vermiş,  qardaşımın  3  oğlunu  öz  maaşımla  böyütmüşəm.  Bütün  bunların  hamısını  icra 

etdikdən sonra mən yenə də təhsil almağa başladım. 30 yaşında universitetə daxil olmuş, 

onu bitirdikdən sonra bütün qüvvəmlə qardaşım Salmanın uşaqlarının tərbiyəsilə məşğul 

oldum. Bütün bu işlərdən mən yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə 

ərə  verdikdən  sonra  azad  olmuşam.  Mən  bunu  bir  il  keçəndən  sonra,  yəni  1925-ci  ildə 

yazıram.  Bütün  bunları  ona  görə  yazıram  ki,  sən  məni  bəşəriyyət  üçün  az  iş  gördüyüm 

üçün məzəmmət etməyəsən.  

Ümidvaram ki, bu mənada sən öz işinlə mənim əməllərimi davam etdirəcəksən. 

Əziz oğlum! Əgər mənim həyatımı araşdırsan, sən əmin olacaqsan ki, mən 1925-ci 

ilədək  başqaları  üçün  yaşamışam.  Bəs  sonra?  Sonra  belə  də  davam  edəcək.  Məhz  belə 

ictimai  fəaliyyətdə  mən  təskinlik  tapıram,  xüsusilə  ona  görə  ki,  hazırda  Rusiyadakı 

quruluş mənim mənəvi aləmimlə uyğun gəlir. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə