NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   17   18   19   20   21   22   23   24   25

51 

 

Mən  insanın  insan  tərəfindən  istismarının  əleyhinəyəm.  Mən  bütün  varlığımla 



harada  olursa-olsun  köləliyin  əleyhinəyəm.  Mən  bəşəriyyətin  tezliklə  azadlığa  çıxması, 

nadanlıqdan, habelə köləlikdən azad olması yollarını axtarırdım.  

Mən sosial-demokrat idim, lakin bu təşkilat getdikcə daha çox idealdan uzaqlaşır. 

Mən  bolşeviklərin  proqramını  xüsusi  inamla  qəbul  etmişəm,  belə  ki,  mən  bunda  öz 

məramımın: dünyada köləliyin məhvinin həyata keçməsini görürdüm.  

Bəlkə  də  sən  bu  sətirləri  oxuyan  vaxt  bolşevizm  olmayacaq.  Ancaq  bu  o  demək 

deyil ki, bolşevizm lazım deyil. Bu ona dəlalət edəcək ki, biz onu qoruya bilməmiş, ona 

lazımi qiymət verməmiş, işimizə pis yanaşmışıq. Açıq demək lazımdır: biz əldə etdiyimiz 

hakimiyyətdən o qədər təkəbbürlü olmuşuq ki, boş işlərlə və çəkişmələrlə məşğul olaraq, 

əsl işi əldən buraxmışıq. 

Hakimiyyət çoxlarını  korlayır. Belə də oldu:  hakimiyyət bir çox  görkəmli işçiləri 

korladı.  Onlar  nəhəng  bir  dövlətin  müqəddəratını  öz  əllərinə  almaq  və  diktator  olmaq 

qərarına  gəldilər...  bu  ilk  zamanlarda  zəruri  idi.  Lakin  indiyədək  bu  vəziyyəti  davam 

etdirmək, bolşevizmi süquta aparmaq demək idi.  

İndi mən bu sətirləri sənə yazarkən iş o yerə çatıb ki, Lenindən sonra özlərini onun 

“qanuni  varisləri”  adlandıranların dövləti idarə  etməyi bacarmamaları nəticəsində  əmələ 

gəlmiş böyük nöqsanlarımız barədə kommunistlər öz aralarında da danışa bilmirlər. 

Bütün  bunlar  haqda  sən  mənim  MK-ya  yazdığım  geniş  məruzəmdən  biləcəksən. 

Bu  məruzədən  sənə  çox  şey  aydın  olacaqdır,  həmin  məruzədən  sənə  bəlli  olacaq  ki,  bir 

çoxlarının  cəsarəti  çatmadığı,  öz  vəzifə  və  hakimiyyətlərini  itirəcəklərindən  qorxaraq 

susduqları şeylər haqqında sənin atan danışmaqdan çəkinməmişdir. 

 Mənim  əziz  Nəcəfim!  Hakimiyyət  dalınca  qaçma,  çünki  o,  adamı  korlayır.  Əgər 

sən  adamı  tanımaq,  onun  bütün  daxili  aləmini  bilmək  istəyirsənsə,  həmin  adamı  bir 

müddət  vəzifə  başına  qoy.  Həmin  adam  bütün  bacarığını  və  nöqsanlarını  biruzə 

verəcəkdir.  Buna  görə  də  əgər  sən  kütləni  müvəffəqiyyətə,  aldatmadan,  öz  arxanca 

aparmağa  hazır  deyilsənsə  yaxşısı  budur,  bu  işdən  imtina  et...  əgər  kütlə  (fəhlələr  və 

kəndlilər)  sənə  qiymət  qoyurlarsa,  sənin  hakimiyyət  başında  qalmağını  labüd  hesab 

edirlərsə,  sənə  inanırlarsa  və  bu  inamla  əlaqədar  ümumi  işə  müəyyən  mənfəət 

verəcəksənsə, onda imtina etmə. Əgər sən zərrə qədər də olsa hiss etsən ki, səni seçməyə 

kimsə  məcbur  edir,  onda  imtina  et.  Əks  halda  sən  nəinki  kütlənin,  hətta  öz  qarşında  da 

ləyaqətini  itirərsən.  Hər  dəfə  dərk  edəndə  ki,  səni  hakimiyyətə  qabiliyyətin  üçün  deyil, 

məcburən  təyin  etmişlər,  onda  sən  daim  vicdan  əzabı  çəkəcək,  öz  mənliyini  təkcə  kütlə 

qarşısında  deyil,  habelə  öz  qarşında  da  itirəcəksən.  Sənin  dünyagörüşündəki  sonrakı 

pozulma məhz buradan başlayacaqdır. 

Bu, ictimai xadimin həyatında ən qorxulu andır. Bütün bunlara o vaxt dözmək olar 

ki,  sən  sərbəst  həyata  hazır  olasan.  Bu  nə  deməkdir?  Sənə  aydın  olmaq  üçün  mən  öz 

həyatımdan misal gətirmək istəyirəm.  

Sən  artıq  bilirsən  ki,  mən  30  yaşında  kamal  attestatı  imtahanı  vermişəm  ki, 

universitetə  daxil  olum.  Lakin  sonra  mən  hara  daxil  olum?  –  sualı  qarşısında  durdum. 



52 

 

Həyatımın  bütün  şəraiti  və  yaşım  məcbur  edirdi  ki,  tezliklə  universitet  təhsili  alım.  Ona 



görə də elə fakültə seçmək lazım idi ki, az vaxt tələb etsin. 

Mənim qarşımda belə bir sual dururdu: hüquq fakültəsinə (o vaxtlar o asan fakültə 

hesab  olunurdu)  və  ya  təbiyyət  fakültəsinə  (burada  4  il  oxumaq  lazım  idi).  Həmin 

fakültələri  bitirdikdən  sonra  ayrı-ayrı  şəxsiyyətlərdən  və  idarələrdən  asılı  vəziyyətinə 

düşmək  olardı.  Ona  görə  də  mən  onlardan  imtina  edib  tibb  fakültəsinə  daxil  oldum  ki, 

həyatımda başqalarından az asılı olum. Bu, bir səbəb idi.  

Digəri:  Sənin  nənən  və  mənim  anam  Həlimə  ürəyi  yumşaq,  sadə  qadın  idi.  O, 

ehtiyacda  olanlara  yardım  edir,  xəstə  qonşulara  qayğı  göstərir,  bir  parça  çörəyi  onlarla 

bölürdü və s. Uşaq yaşlarından mən bütün bunları görürdüm və bunlar mənə təsir edirdi... 

Ona görə də tibb fakültəsində oxumaq müddətinin uzun olması və çətinliyinə baxmayaraq 

mən  həmin  fakültəyə  daxil  olmağı  qərara  aldım  ki,  ayrı-ayrı  şəxsiyyətlərdən  və 

idarələrdən asılı olmayıb daha artıq mənəvi zövq alım. 

  

 

 




53 

 

QEYDLƏR 



 

1.  İ.V.Stalin  (Çuqaşvili)  (1879-1953)  –  1898-ci  ildən  partiyanın  üzvü,  1917-ci 

ildən 1922-ci ilə qədər xalq milli işlər komissarı, 1920-ci ildən 1923-cü ilə qədər xalq FKİ 

komissarı. MK katibliyinin üzvü (1919-1953-cü illər), MK Siyasi Bürosunun üzvü (1919-

1952),  MK  Rəyasət  Heyətinin  üzvü  (1952-1953).  XI  qurultaydan  sonra  (1922-ci  il) 

partiya MK-nın Baş katibi. 

2. M.C.Bağırov (1896-1956) – 1917-ci ilin martından RSDF(b)P üzvü. 1920-ci ilin 

aprelindən sonra Azərbaycan FK-ya rəhbərlik etmiş, AK(b)P MK Rəyasət Heyətinin üzvü 

olmuşdur.  1933-1953-cü  illərdə  Azərbaycan  Kommunist  Partiyası  MK-nın  və  BK-nın 

birinci  katibi.  1954-cü  il  martın  13-də  partiyadan  xaric  edilmişdir.  1955-ci  ildə  ittiham 

olunmuş və 1956-cı il mayın 7-də güllələnməyə məhkum edilmişdi. 

3.  L.P.Beriya  (1899-1953)  –  Stalin  cəlladlarından  biri.  1930/50-ci  illər  ərzində 

SSRİ-də keçirilən repressiyaların ilhamvericilərindən və təşkilatçılarından biri.  Ömrünün 

son  illərində  Ümumittifaq  Fövqəladə  Komissiyasının  sədri  olarkən  yüzlərlə  adamın 

ölümünə hökm vermişdir. Stalinin ölümündən az sonra həbs edilmiş və güllələnmişdir. 

4.  L.D.Trotski  (Bronşteyn)  (1879-1940)  –  Sosial-demokrat  hərəkatında  1877-ci 

ildən iştirak etmişdir. 1917-ci ilin sentyabr-noyabrında – Petroqrad Sovetinin sədri. 1917-

ci  ilin  oktyabrından  sonra  –  xalq  xarici  işlər  komissarı,  Respublika  İnqilabi  Hərbi 

Şurasının  sədri.  1919-1926-cı  illərdə  Siyasi  Büronun  üzvü.  1927-ci  ildə  Trotski 

partiyadan  xaric  edilmiş,  1929-cu  ildə  SSRİ-dən  sürgün  olunmuşdu.  1938-ci  ildə  onun 

rəhbərliyi altında IV İnternasional yaradılmışdı. Meksikada öldürülmüşdür. 

5.  K.B.Radek  (1883-1939)  –  1903-cü  ildən  RSDFP  üzvü.  1919-1924-cü  illərdə 

Kommunist İnternasionalı İcraiyyə Komitəsinin Rəyasət Heyətinin katibi və üzvü, Bakıda 

Şərq  xalqları  universitetinin  rektoru.  Sonralar  siyasi  motivlərə  görə  ləkələnmiş  və 

repressiya olunmuşdur. 

6.  S.M.Kirov  (Kostrikov)  (1886-1934)  –  1904-cü  ildən  RSDFP  üzvü.  Şimali 

Qafqazda  inqilabi  hərəkatın  rəhbərlərindən  biri.  Vətəndaş  müharibəsi  illərində 

Həştərxanda və Şimali Qafqazda RK(b)P  hərbi-siyasi rəhbərliyinə daxil idi. Zaqafqaziya 

RSFSR-in  siyasətini  fəal  surətdə  həyata  keçirirdi.  1920-1921-ci  illərdə  RSFSR-in 

Gürcüstan  Demokratik  Respublikasında  səlahiyyətli  nümayəndəsi.  1921-1925-ci  illərdə 

AK(b)  P  MK-nın  katibi  vəzifələrində  işləmiş,  Siyasi  Büronun  tərkibinə  daxil  olmuşdur. 

1934-cü ilin dekabrında terror aktı nəticəsində həlak olmuşdur. 

7.  S.K.Orconikidze  (1886-1937)  –  1903-cü  ildən  RSDFP  üzvü.  Vətəndaş 

müharibəsi  illərində  Zaqafqaziyada  partiya  işinin,  üç  Zaqafqaziya  respublikası  – 

Azərbaycan, Gürcüstan, Ermənistan hökumətlərini devirmək uğrunda silahlı mübarizənin 

rəhbərlərindən  biri.  1920-ci  ilin  aprelindən  RK(b)P  MK-nın  Qafqaz  Bürosuna,  1922-ci 

ildən  1926-cı  ilədək  Zaqafqaziya  Diyar  Partiya  Komitəsinə  başçılıq  etmişdir.  Sonralar 

məsul partiya və dövlət vəzifələrində çalışmışdır. Özünü öldürmüşdür.  

8.  M.D.Hüseynov  (1894-1938)  –  1918-ci  ildən  “Hümmət”in  üzvü.  1918-1919-cu 

illərdə  “Hümmət”  komitəsinin  sədr  müavini,  sədri,  RK(b)P  Bakı  və  Qafqaz  Diyar 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə