NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

37 

 

Məni  Azərbaycandan  uzaqlaşdırdıqdan  sonra,  bu  qrup  məsləkdaşlarıma  amansız 



divan tutmağa başladı. 

Bir  qismini  siyasi  cəhətdən  öldürdü,  başqalarını  partiyadan  xaric  etmək  qorxusu 

altında tamamilə simasızlaşdırdı, digərlərini isə gizli iş şəraitinə keçməyə məcbur etdi. 

İndi sağ qrup yoxdur və Azərbaycanın bütün taleyi Mirzoyan başda olmaqla “sol” 

qrupun əlindədir. 

Azərbaycanda  vəziyyətin  ağası  olan  “sol”  qrup,  əvvəllər  edə  bilmədiklərini  indi 

inadla həyata keçirir. Mən bildirirəm ki, bu qrupun fəaliyyəti nəticəsində yaxın gələcəkdə 

ikinci Türküstan yaradılacaqdır. 

Partiya parçalanır, xəbərçilik sistemi genişlənir.  

Müsəlman  fəhlə  və  kəndlilər  ən  yaxşı  halda  partiyadan  çıxmağa  cəhd  edir,  bəd 

ayaqda müsavatçılar və ittihadçıların təsiri altına düşürlər.  

Mən  bildirirəm  ki,  bu  qrupun  fəaliyyəti  nəticəsində  təhlükəli  millətlərarası 

antoqonizm inkişaf edir. 

Əgər  RKP  MK  bütün  bunları  normal  hal  hesab  edir  və  Şərq  siyasətindən  əl 

çəkirsə,  mənim  buna  qarşı  heç  bir  etirazım  yoxdur,  lakin  bildirirəm  ki,  bu  andan 

Azərbaycanda  vəziyyətə  cavab  vermirəm  və  bütün  məsuliyyət  bu  qrupun  və  onun 



əməllərini müdafiə edənlərin üzərinə düşür”. 

Bu teleqramın göndərildiyi gündən 8 ay keçib və mən bildirirəm ki, Azərbaycanda 

vəziyyət bu vaxt ərzində daha da pisləşmişdir. 

Mən  bildirirəm  ki,  bir  il  bundan  əvvəl  Azərbaycanda  hakimiyyət  azərbaycanlı 

kütlələrin  Sovet  hakimiyyətinə  ümumi  rəğbəti  ilə  müdafiə  edilirdisə,  lakin  hal-hazırda 

hakimiyyət yalnız süngü gücünə müdafiə edilir. 

Əlbəttə,  əgər  bizim  xarici  aləmlə  silahlı  toqquşmamız  olmasa  hələ  bir  müddət 

hakimiyyəti süngü gücünə saxlamaq olar, lakin əgər bu toqquşma baş verərsə, onda neft 

sənayesi  təhlükə  qarşısında  qalacaqdır.  Bir  dəqiqə  belə,  vaxt  itirmədən,  son  zamanlarda 

Azərbaycanda yaranmış nöqsanlara diqqət yetirmək zəruridir. 

İki ay bundan əvvəl Azərbaycanda üsyan baş vermişdi. Asanlıqla yatırdılar, lakin 

neçə gün qırmızı əsgərlərdən bataqlıqda gizlənməyə məcbur olan qadın və uşaqları oradan 

zorla çıxardıqda əhaliyə bu yatırma necə təsir göstərmişdi. 

Orconikidzenin  nəzəriyyəsinə  görə,  əlbəttə,  kiçik  Azərbaycanın  əhalisini 

müntəzəm olaraq məhv etmək olar, lakin onda respublika kimdən ibarət olacaqdır? 

Mən 1919-cu ildə Mərkəzi Komitəyə özümün birinci  məruzəmdə dediyim sözləri 

təkrar etməliyəm. Biz Bakını bütöv Azərbaycansız saxlamaq iqtidarında deyilik, eləcə də 

biz  hazırki  beynəlxalq  vəziyyətimizlə  əlaqədar  Zaqafqaziyanı  süngü  gücünə  saxlamaq 

iqtidarında deyilik. 19-cu ilədək Musavat, daşnak, menşevik və eser partiyalarının üzvləri 

olan gənc kommunistlərə etibar yoxdur. 

Aşağıda  mən  bəzi  statistik  məlumatlar  göstərirəm  ki,  bunlar  Mərkəzin  etimadını 

qazanmış məsul yoldaşların müstəmləkəçilik siyasətini daha yaxşı əks etdirir. 




38 

 

Azərbaycanın  paytaxtında  türklər  Bakı  Sovetinin  qulluqçularına  istər-istəməz 



şifahi və yazılı şəkildə müraciət etdikdə, bu müraciət rus dilində olmalıdır, belə ki, ruslar, 

yəhudilər və ermənilər türk dilində danışmırlar. 

Mən  bildirirəm  ki,  Dövlət  Duması  olanda,  türk  əhalisi  belə  sıxıntıya  məruz 

qalmırdı.  

Bəs Bakı qəzasında yerləşən 76 türk kəndinin əhalisi öz işləri üçün şəhərə gəlib və 

Bakı Sovetinə müraciət etdikdə necə təəssürat yaranır. 

Bəs türklər üçün məktəblərin və uşaq evlərinin sayı. 

Lakin hər şeydən dəhşətlisi təqaüdçü tələbələrin sayıdır: 30 rus və 5 türk. 

Daha dəhşətlisi isə bu məsul yoldaşların fəhlə uşaqlarına münasibətidir. 

Fabrik-zavod-şagirdlik  məktəbləri  adlanan  təhsil  ocaqlarının  sayı  17,  burada  rus 

uşaqlarının sayı 1192, müsəlman fəhlələr üçün isə - 26.  

Məgər bütün bunlar yol. Kirova, Mirzoyana bəlli deyil.  

Məgər  Mirzoyan  və  başqalarının  bu  cür  cinayətkar  siyasətini  müdafiə  edən 

Ruhulla Axundov və ona bənzər türklər bunu hiss etmirlər. 

Ürəkdə bu ədalətsizliyi dərk edən türk işçiləri nə üçün bunu edirlər.  

Lakin onlar nəinki, bu barədə qışqırır, hətta ya mənsəblərinə görə, ya da yuxarıda 

deyildiyi  kimi,  Azərbaycanda  türklər  arasında  Sovet  hakimiyyətini  nüfuzdan  salmaq 

məqsədilə bu siyasətin davamına kömək edirlər.  

Partiya  qurultaylarının  milli  məsələyə  dair  bir  sıra  qərarlarından  sonra  belə 

şəxslərə Azərbaycan zəhmətkeşlərinin səadətini etibar etmək olarmı. 

 

S

ıra  



-ləri 


Ş

öbələr üzrə 

familiyalar 

Part


iya 

mənsubiyyəti 

  

Milliyyəti 



 

V

əzifəsi 



Şöbən

in 


bütün 

qulluqçularının 

sayı 

O

nlardan 



türklər 

             







 

I.



 

Rəyasət heyəti  10   -  2 

1 Krılov - part. -  sədr - rus 

2 Vareskiy - sədr müavini - naməlum 

3 Yadrov - məsul katib - yəhudi 

4 Mirzoyan - rəyasət heyəti üzvü - erməni 

5 Konuşkin  - rus 

6 Todorski  

7 Karuşin - şöbə müdiri 

8 Blyaxin 

9 R.Hüseynov  - türk 

10 Qasımov - rəyasət heyət qulluqçusu - naməlum 

     


II.

 

İşlər idarəsi 26   4 


39 

 

1 Şahbazov - bitərəf - işlər müdiri - türk 



2 Yanovskaya - part.  - ümumi şöbə müdiri - rus  

 

III.



 

Kommunal təsərrüfat 450  -   20 

 

1 Paruşin - part. - şöbə müdiri - rus 



2 Roxlin - bitərəf - yəhudi (yarım bölmələrlə) 

3 Livşits - işlər müdiri 

4 Abezqauz - katib 

IV. Tikinti yarımşöbəsi 

1 Nikitin - bitərəf - müdir - rus 



V. Əmlak şöbəsi 

1 Belikov - part. - müdir - naməlum 

2 Kriştun - bitərəf - müdir müavini - yəhudi 

3 Palaşkov - katib - rus 



VI. Abadlaşdırma şöbəsi 

1 Mirzəbegyants - bitərəf - müdir - erməni 



VII. İstismar bölməsi 

1 Mişuxin - bitərəf - müdir - rus 



VIII. Nəzarət-hesablama yarımşöbəsi 

1 Mahmudbəyov - bitərəf - müdir - türk 

2 Savitski - müdir müavini - rus 

IX. İnventar-statistika yarımşöbəsi 

1 Çevanov - bitərəf - müdir - naməlum 



X. Neft sənayesi 

1 Jdanov - part. - müdir - rus 



XI. Elektrotexnika yarımşöbəsi 

   1 Çernomordikov - bitərəf - müdir - yəhudi 



XII. Torpaq bölməsi 

 1 Peskovski - bitərəf - müdir - rus 



XIII. Təchizat şöbəsi 

1 Bema - bitərəf - müdir - yəhudi 



XIV. Yol şöbəsi 

1 Bunov - bitərəf - müdir - rus 



XV. Maliyyə şöbəsi 

1 Andreyev - part. - müdir - rus 

2 Kantsnelson - bitərəf - müdir müavini - yəhudi 

3 Sklyarevski - II müavin - rus 

4 Semenenko - bitərəf - vergi yarımşöbəsinin müdiri - rus 

XVI. İdarəetmə şöbəsi 

1 Hüseynov R. - part. - müdir - türk  20   -  3 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə