1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti



Yüklə 1,48 Mb.
səhifə10/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   6   7   8   9   10   11   12   13   ...   68
Audit suallar-Ayten

1.Məcburi audit-dövlət orqanlarının göstərişi əsasında auditor müəssisənin mühasibat və maliyyə sənədlərini yoxlayır.
2.Könüllü(təşəbbüslü) audit-müəsssisə rəhbərliyinin öz təşəbbüsü ilə auditor müəssisəyə dəvət olunur və sənədlərin yoxlanılmasını həyata keçirir.
Fəaliyyət sahəsinə görə auditin növləri aşağıdakılardır:

  1. Bank auditi – bu ölkədə mövcud olan kredit təşkilatlarının auditidir.

  2. Sığorta auditi – yəni ölkədə mövcud olan sığorta təşkilatlarının auditi.

  3. Xüsusi institutların auditi – yəni birjaların, büdcədənkənar fondların və investisiya təsisatlarının auditi.

  4. Ekoloji auditi – bu təbii resursların istifadəsi və bərpası üzrə hesabatların düzgün tərtib edilməsi də daxil olmaqla təbiətdən istifadəçi tərəfindən ekoloji tələblərin ətraf mühitin mühafizəsi normalarının və qaydalarının gözlənilməsi məqsədilə onların təsərrüfat, maliyyə və digər fəaliyyətinin yoxlanılmasıdır.

  5. Ümumi audit – yəni digər iqtisadi subyektlərin(tikinti,rabitə sahələrinin) auditi.

Yoxlama obyektinə görə auditin 2 növü var:
1.Xarici audit-müəssisənin fəaliyyətində maraqlı olan digər müəssisələrin(bank,sığorta təşkilatı,təchizatçılar,malalanlar) apardığı audit
2.Daxili audit-müəssisənin daxilində auditor şöbəsi yaradılır və həmin şöbə müəssisədə yoxlama aparır.
Keçirilmə dövrülüyünə görə auditin 2 növü var:
1.İlkin audit-müsbət cəhəti:auditor müəssisəyə ilk dəfədir gəldiyinə görə rəhbərliyi tanımır və apardığı yoxlama obyektiv olur.Mənfi cəhəti:müəssisəyə ilk dəfə gəldiyinə görə müəssisə haqqında ümumi məlumat toplamaq üçün mühasibat və maliyyə sənədləri ilə yanaşı digər sənədləri(məsələn,təsisat sənədlərini) də yoxlayır.Bu isə vaxt itkisinə səbəb olur.
2.Təkrar audit-müsbət cəhəti:auditor artıq müəssisəni tanıdığına görə əsas diqqətini mühasibat və maliyyə sənədlərinin yoxlanılmasına yönəldir.Mənfi cəhəti:Müəssisə rəhbərliyini tanıdığına görə qeyi-obyektiv yoxlama apara bilər.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə