1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Kassa əməliyyatlarının auditinin məqsəd və vəzifələri



Yüklə 1,48 Mb.
səhifə41/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   37   38   39   40   41   42   43   44   ...   68
Audit suallar-Ayten

34.Kassa əməliyyatlarının auditinin məqsəd və vəzifələri.
Kassa əməliyyatları — nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, saxlanması və qorunması üzrə əməliyyatların məcmusu.
Kassir(Xəzinədar) — kassa əməliyyatlarını həyata keçirən maddi məsul şəxs.
Kassa əməliyyatlarının audit yoxlamasının məqsədi müəssisədə nağd pul vəsaitlərinin hərəkəti üzrə əməliyyatların uçotu və vergi qoymanın təşkilinin mövcud qanunvericiliyə və normativ sənədlərə uyğunluğunu və düzgünlüyünü müəyyən etməkdən ibarətdir. Kassa əməliyyatlarını başdan–başa yoxlamaq məqsədə uyğundur.
Kassa əməliyyatlarının audit yoxlaması bu ardıcıllıqla təşkil olunur:

  • Kassanın inventarizasiyası və pul vəsaitlərinin saxlanması şəraitinin yoxlanılması;

  • Əməliyyatların sənədləşdirilməsinin düzgünlüyünün audit yoxlanması;

  • Pul vəsaitlərinin vaxtında və tam qeydiyyatının yoxlanılması;

  • Xərclərə pul vəsaitlərinin silinməsinin düzgünlüyünü;

  • Kassa və maliyyə intizamına riayət olunmasının yoxlanılması;

  • Əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks olunmasının yoxlanılması;

  • Yoxlamaların nəticələrinin tərtib olunması.

Kassa əməliyyatlarının yoxlanması üçün informasiya mənbələri bunlardır:

  • Kassa kitab;

  • Kassir tərəfindən pul vəsaitlərinin mədaxil və məxaric edilməsinin uçot kitabı;

  • Mədaxil və məxaric kassa orderlərinin qeydiyyatı jurnalı;

  • Kassa hesabatlarının qeydiyyat jurnalı;

  • Hesab – ödəniş vərəqləri;

  • Qəbzlər, çek, pul kitabçaları

  • Baş kitab, müəssisənin balansı, pul vəsaitlərinin hərəkəti hesabatı.

Kassa əməliyyatlarının uçotu

  • Kredit təşkilatlarında nağd pulun və qiymətlilərin uçotu «Pul saxlanan yerdə olan nağd pulun və digər qiymətlilərin uçotu kitabı»nda aparılmalıdır.

  • Bu kitab səhifələnməli, qaytanlanmalı, kredit təşkilatının rəhbəri və baş mühasibi tərfindən imzalanmalı və möhürlənməlidir. Kitabda nağd pulun və digər qiymətlilərin qalıqları və kassa dövriyyəsi barədə məlumat əməliyyat gününün sonunda qeyd olunmalı və açarları olan şəxslər tərəfindən imza ilə təsdiq olunmalıdır.

  • Gündüz mədaxil və məxaric kassasında kassa əməliyyatlarına dair mühasibat yazılışları kassa əməliyyatları baş verdiyi zaman aparılmalıdır.

  • Kredit təşkilatının baş mühasibi əməliyyat gününün sonunda nağd pulun və digər qiymətlilərin kitabda qeyd olunan qalıqlarının mühasibat uçotunda (balansda) olan qalıqları ilə tutuşdurmalıdır.

  • Kassa əməliyyatlarına dair bütün sənədlər hər əməliyyat gününün sonunda yığılmalı, dövriyyələr ilə üzləşdirilməli və «günün sənədləri» adlı qovluqda hər gün üçün ayrıca tikilməlidir.

  • Kassa əməliyyatlarına dair «günün sənədləri»nə baş mühasib və xəzinə müdiri imza etməlidir.

Kredit təşkilatının rəhbəri kassa əməliyyatlarına dair sənədləri müvafiq qanunvericiliyə uyğun müddətdə saxlanmasına məsuliyyət daşıyır.

  • Hər bir kredit təşkilatında nağd pul və digər qiymətlilərin uçotunun doğruluğunu təsdiq etmək məqsədi ilə rübdə bir dəfədən az olmayaraq uçot məlumatları qiymətlilərin faktiki qalıqları ilə üzləşdirilməlidir. Bu üzləşdirmələrin tezliyi, aparılması qaydaları və digər şərtləri kredit təşkilatlarının daxili prosedur qaydaları ilə müəyyən olunur.

  • Üzləşdirmələr kredit təşkilatının nağd pul və digər qiymətlilərlə əməliyyatlara birbaşa və ya dolayı aidiyyatı olmayan səlahiyyətli şəxsləri tərəfindən aparılmalıdır. Bu üzləşdirmələr kredit təşkilatının daxili audit xidməti tərəfindən aparıla bilər.

  • Kassa əməliyyatları aparılması qaydalarına əlavə olunmuş tövsiyədə nəqd pul vəsaitinin və dəyərləri etibarlı şəkildə saxlanılmasını təmin etmək üçün kassa digər xidmət binalarından və yardımçı binalardan təcrid olunmalı, pulları və dəyərləri saxlamaq üçün mütləq seyfi (metal şkafı) olmalı və o, döşəmənin və divarın tikiliş konstruksiyalarına polad mıxlarla möhkəm bağlanmalıdır. Kassa binasına kənar şəxslərin daxil olması qadağandır. Pul vəsaitləri və qiymətli kağızlar seyfdə saxlanmalıdır.

  • Kassa əməliyyatlarını icra etmək pul və qiymətli kağızların saxlanmasına maddi məsuliyyət daşıyan kassir təyin olunur. Müəssisə rəhbəri kassiri işə qəbul etmək barədə əmr verdikdən sonra kassiri kassa əməliyyatları aparmaq qaydaları ilə tanış edib imza etdirməlidir. Bundan sonra kassirin tam fərdi maddi məsuliyyət daşıdığına dair onunla müqavilə bağlanır.

Kassa əməliyyatlarını birbaşa kassir(xəzinadar) yerinə yetirir. Kassir (xəzinədar) ştatı olmadıqda həmin vəzifəni müəssisənin rəhbərinin yazılı sərəncamı əsasında digər işçi və ya müəssisənin rəhbəri yerinə yetirir.
Kassa əməliyyatları üzrə tərtib olunmuş bütün kassa sənədlərini tərtib edə bilərlər:

  • Kassir (Xəzinadar);

  • Baş mühasib və ya mühasib;

  • Müəssisənin rəhbəri və ya onun səlahiyyətli nümayəndəsi;

  • Müqavilə əsasında mühasibat xidmətlərini göstərən ixtisaslaşdırılmış təşkilatı təmsil edən mütəxəssis;

Kassa əməliyyatları üzrə tərtib olunmuş bütün mədaxil və məxaric sənədlərində təşkilatın rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, xəzinədarı, habelə nağd pul alan və ya nağd pul verən şəxslər imza edirlər.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə