358
Burada birinci misrada “kəfəndə”,
ikincidə “ağı dediyim yerdə”, üçüncüdə
“ağlamadan” mənalarında alınmış eyni bir
söz daxili məna vəhdətində, həm də cinas və
təkrirdir.
Gəraylının
bütün bəndlərində
işlənən “Gülgəz indi” sözləri də 5 mənada
cinasdır.
1
Tufarqanlı Abbasın bayatılarından danış-
mazdan əvvəl qeyd etməliyik ki, bütün
aşıqlarımız, həmçinin, bu səpkidə yazan
şairlərimiz özləri də ara-sıra bayatı qoşmuşlar.
Onların bu bayatıları, ya təcnis arasında cığa
yerində işlənmiş, ya da müstəqil şəkildə ifa
olunmuşdur. Bunların çoxu bir növ “yiyəsiz”
bayatılar kimi el ədəbiyyatı xəzinəsinə daxil
edilmiş, digər bir qisminin isə əvvəlindən
müəllifin adı düşmüş, yerinə “aşığam”, yaxud
“əzizim” sözləri artırılaraq həmin bayatılar
ümumi bayatı irsinə qarışmışdır. Odur ki,
içərisində öz müəllifinin adı qalan bayatılar
bizim üçün xüsusi əhəmiyyətə malikdir, bu və
ya digər aşığın yaradıcılığını öyrənməkdə
tədqiqatçıya kömək edir. Bu baxımdan
Abbasın cinas qafiyəli bayatısı da nadir sənət
incilərindəndir:
1
Sədnik Paşa Pirsultanlı, Ozan-aşıq sənətinin nəzəri məsələləri,
Bakı, “Ozan”, 2002, səh 33
359
Mən aşiqəm, Gülgəzə,
Gül axtara, gül gəzə,
Abbas bir gül göndərdi,
Nişanlısı Gülgəzə.
ç) Sarı Aşığın cinas bayatılarının bir
küll halında meydana gəlməsi
XVII əsrdə Sarı Aşıq cinas qafiyəli
bayatıların klassik nümunələrini yaratmış,
xalq şeirimizin qiymətli inciləri olan
bayatıları ən gözəl cinaslı bayatılara
qovuşdurmuşdur:
Mən aşiq, baltasına,
Elə vur, balta sına,
Yaxşının ağ əlləri,
Batıbdı bal tasına.
XVII əsrin nəhəng simalarından olan
Sarı Aşığın bayatı yaradıcılığı Azərbaycan
ədəbiyyatında xüsusi bir mərhələ təşkil edir.
Sarı Aşıqdan əvvəl və sonra yaşayıb-yaratmış
bayatı yaradıcılarından heç biri onun fəth
etdiyi zirvəyə yüksələ bilməmişdir.
Sarı Aşıq uzun və mürəkkəb bir
yaradıcılıq yolu keçmişdir. Sarı Aşığın
yaradıcılığı olduqca zəngin və çoxcəhətlidir.
Onun yaradıcılığına ənənəvi bayatılar,
bağlama-bayatılar, cinaslı bayatılar, bayatı-
360
deyişmələr, bayatılı rəvayətlər, dastan və
hekayələr daxildir. Biz bu yazıda böyük
bayatı ustasının yalnız cinaslı bayatılarından
danışmaq arzusundayıq.
Sarı Aşığın yaratdığı cinaslı bayatılar
onun qeyri-adi istedada malik bir sənətkar
olduğunu təsdiq etməkdədir. Onun cinaslı
bayatıları forma və məzmun gözəlliyi ilə
seçilir, bunlardan biri digərini üstələyə bilmir,
əksinə, forma məzmunu, məzmun da formanı
tamamlayır, onu bitkinləşdirir.
133
Əgər Sarı Aşıq “Gözüm yaşı göl olar,
ördək, qaz binə bağlar”– deyirsə, XIX əsrin
qadın aşığı Maralyanlı Pəri “Oynaşı”
qoşmasında Sarı Aşığın bənzətmələrindən,
təşbehlərindən heç də geri qalmayan ifadələr
seçib elə bir bədii lövhə yaradır ki, insan şair-
aşığın istedadına, deyim tərzinə heyran qalır.
Misal gətirdiyimiz aşağıdakı beyt Aşıq Pəri
təfəkkürünün poetik kəşfidir:
Mən nə deyim gözüm yaşı əlindən,
Üzüşür sonalar, göllər oynaşı.
133
Sədnik
Paşayev, “Sarı Aşığın cinaslı bayatıları”,
“Azərbaycan müəllimi” qəzeti, 10 avqust 1983-cü il. Sədnik
Paşa Pirsultanlı “Azərbaycan folkloruna dair tədqiqlər”, Gəncə,
“Pirsultan” 2006, səh 251-252
361
Sarı Aşığın Azərbaycan ədəbiyyatın-
dakı rol və mövqeyini yalnız XIX əsr aşıq
şeirimizin görkəmli nümayəndəsi Aşıq
Ələsgərlə müqayisə etmək mümkündür. Sarı
Aşıq Azərbaycan ədəbiyyatının bayatı, Aşıq
Ələsgər isə qoşma qanadıdır.
Neçə-neçə sənətkar Sarı Aşıqdan sonra
sənət meydanına gəlmiş Xəstə Qasım, Molla
Vəli Vidadi, Molla Pənah Vaqif, Kazım ağa
Salik, Qasım bəy Zakir, Aşıq Həmayıl, Aşıq
Pəri, Məhəmməd bəy Aşiq, Aşıq Bəsti və
başqaları onun bayatı yaradıcılığına xüsusi
maraq göstərmişlər. Yaxşıya olan ülvi
məhəbbətini və istəyini yüksək qiymətlən-
dirmişlər.
Sarı Aşıq özü də bunu qabaqcadan
bilirdi ki, “eşqdən cünun olan”lar dərdini
onda tapacaqlar. Çünki, o, dərdməndir, dərdi
də dərdməndə deyərlər:
Mən aşıq, dərdi məndə,
De dərdin, dərdiməndə.
Eşqdən cünun olanın,
Tapılar dərdi məndə.
Sarı Aşığın qəlbini dərindən oxuyan,
duyan Qasım bəy Zakir bir bayatısında belə
deyir:
Dostları ilə paylaş: |