1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə73/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   69   70   71   72   73   74   75   76   ...   98

 

    


349

 

 



dörd  müxtəlif  şeirin  məzmununa  dərindən 

bağlı olan cinaslar yarada bilmişdir. Bəndlərin 

daxilində  olan  “yar  için”,  “qıya  baxanda”, 

“göz  bulağında”  və  başqa  sözlərin  də  hər 

birində  üç  gözəl  cinas  qafiyə  işlətmişdir  ki, 

onlar  aşığın  sözə  hakimlik  məharətini 

bildirirlər. Məsələn:  

 

Qurbani güldəstə bağlar oxuna, 



Sinəm buta, yarın müjgan oxuna, 

Bir namə yaz hər divanda oxuna

Görən deyə, var əllərin, bir də yaz!

1

 



 

Mən  deyərdim  ki,  Qurbani  təcnislərinin 

şahı  “Yara  yüz”  təcnisidir.  Üç  bəndlik 

təcnisin  sonuncu  bəndində  bir  aləm  yaradır. 

Bu  təcnisdə  bir  romana  sığmayacaq  qədər 

məna dərinliyi var:  

 

Qurbani der: bura gəldim yar üçün



Kəs ciyərim, doğra bağrım yar üçün, 

Yar odu ki, yardan sonra yar üçün, 

Zülf dağıda, yaxa yırta, yara yüz!

2

 



                                                           

1

 Sədnik Paşa Pirsultanlı, Ozan-aşıq sənətinin nəzəri məsələləri, 



Bakı, “Ozan”, 2002, səh 30 

2

  “Azərbaycan  aşıqları  və  el  şairləri”.(Tərtib  edəni  Əhliman 



Axundov),                  I cild, “Elm”  nəşriyyatı, Bakı, 1983,  səh 

52 



 

    


350

 

 



 

“Doğra  bağrım  yar  üçün”  deyən  aşiq 

buraya  yar  üçün  gəlmişdir.  Bizi  daha  çox 

ilgiləndirən həmin bəndin son beytidir:  

Yar odu ki, yardan sonra yar üçün, 

Zülf dağıda, yaxa yırta, yara yüz! 

 

Yar sevən aşiqin etibarı, etiqadı, sədaqəti 



hamısı  burada  cəmləşmişdir.  Doğrudan  da, 

adamlar  vardır  ki,  üzə  hər  cür  canfəşanlıq 

edir.  O,  əsas  deyil.  Əsas  bu  aşağıda 

deyiləndir.  Gərək  yar  olanda  yox,  olmayanda 

zülfünü  dağıda,  yaxasını  yırta,  üzünü  dırnağı 

ilə  yara.  Siz  bir  mənzərəyə  diqqət  edin. 

Sədaqətli  bir  gözəl  yar  yolunda  nələr  etmir. 

Zülfünü  dağıdır,  yaxasını  çəkib  yırtır,  əlləri 

ilə, dırnaqları ilə üzünü yırtır, yaralayır. İnsan 

bu 


mənzərəni 

görəndə 


həmin 

gözəlin 


sevgisinə qəlbən inanır. Ona “əhsən” deyir.  

“Oyada  məni”  adlı  üç  bəndlik  təcnisin 

birinci bəndinə diqqət yetirək: 

Xəstə düşüb qürbət eldə yataram, 

Bir kimsənəm yoxdu oyada məni. 

O siyah telləri, şirin dilləri, 

Salıbdı sönməyən oy, oda məni.

1

  



                                                           

1

 “Azərbaycan aşıqları və el şairləri”.(Tərtib edəni Əhliman 



Axundov),                  I cild, “Elm”  nəşriyyatı, Bakı, 1983,  səh 

54 



 

    


351

 

 



 

Qurbani  bildirir  ki,  qürbət  eldə  xəstə 

yataram,  amma  bir  kimsəm  yoxdu  oyada 

məni. İkinci beytdə qara tellərin, şirin dillərin 

onu sönməyən oda saldığını bildirir.  

 

b) XVI əsrdə Dədə Kərəm 



yaradıcılığında təcnis 

 

Heca  vəzninin  inkişaf  tarixindən  bəhs 

edən  Əmin  Abid  yazır:  “Əslində  bizdə 

hecanın inkişafı məşhur xalq  şairi Kərəmdən 

sonradır”.

2

 



Dədə Kərəm yaradıcılığında bitkin, kamil 

qoşma və gəraylılarla yanaşı, təcnis aşıq şeiri 

nümunələrinə də ara-sıra rast gəlirik. Kərəmin 

şeir  dili  elə  aydın  və  rəvandır  ki,  təcnisin 

özündə  belə  ərəb-fars    tərkibli  söz,  ifadə 

yoxdur.  

Dədə  Kərəm  cinasları  Azərbaycanın  saf 

söz  bulağının  gözündən  götürmüşdür.  Təcnis 

o  qədər  anlaşıqlı  dildə  yazılmışdır  ki,  onun 

heç  bir  təhlilə  ehtiyacı  olmadığı  aydın 

görünür: 

  

 



                                                           

2

 Əmin Abid. Heca vəzninin tarixi “Maarif işçisi”, 1927, № 4, 



səh 5 


 

    


352

 

 



 

Aylar, illər həsrətini çəkdiyim, 

Üzü dönmüş bivəfa yar, belə bax! 

Gözəllərdə sərxoş gəzmək ar deyil, 

Asılıbdı gümüş kəmər belə, bax! 

 

 



*** 

Oxudum əlifi, yetdim yasinə, 

Şux məmələr xub yaraşır ya sinə, 

Kamil ovçu bərəsinə ya sinə, 

Rəncbərinəm, dayanmışam belə, bax! 

   


*** 

Kərəm deyər; kam almadım dünyada, 

Cəfa çəkdim, ömür verdim dünyada

Məcnun kimi dolanıram dünyada, 

Qocalmışam, piran oldum belə, bax!

1

 



 

“Əsli-Kərəm”  dastanı  haqqında  türk 

dünyasının  azman  sənətkarı  Qaracaoğlanın 

ədəbi  irsi  içərisində  çox  qiymətli  məlumatlar 

var.  

  

 



 

 

                                                           



1

 Azərbaycan dastanları (tərtib edənlər M.Təhmasib və 

Ə.Axundov) “Lider” nəşriyyatı, Bakı, 2005, səh  97 



 

    


353

 

 



c) 

Tufarqanlı Abbas poeziyasında 

təcnisin mürəkkəb formalarının (cığalı, 

müləmmə və təkrar gəraylı  təcnislərin) 

meydana gəlməsi

 

 

XVII  əsrin  əvvəllərində  sənət  aləmində 



xüsusi  mövqedə  dayanan  Tufarqanlı  Abbas 

təcnisin  ən  gözəl  nümunələrini  yaratmışdır. 

Onun  zəngin  ədəbi  irsi  içərisində  on  təcnis, 

həmçinin, bir cığalı təcnis, müləmma (çoxdilli 

təcnis)  gəraylı  şəklində  təcnis  və  bir  cinas 

qafiyəli  bayatı  vardır.  Tufarqanlı  Abbas 

novator  aşıq  kimi  sadə,  on  bir  hecalı,  hər 

bəndi  dörd  misradan  ibarət  qoşma  şəkilli 

təcnisə  yenilik gətirmişdir. O, qoşma  təcnisin 

hər  bəndini  iki  yerə  bölmüş,  arasında  cinas 

qafiyəli,  həm  də  şeirin  ümumi  xəttinə, 

ahənginə  bağlı  olan  bayatı  salmış,  beləliklə, 

təcnisin  yeni  cığalı  təcnis  növünü  meydana 

gətirmişdir.  Tufarqanlı  Abbasın  “Gözəl,  göz 

ala”  rədifli  cığalı  təcnisi  bu  növün  ilk 

nümunələrindən biri kimi qiymətlidir: 

 

Bir gözəlsən şövqün düşüb cahana



Yoxdur sənin kimi gözəl, göz ala. 

Mən aşiqəm, cahana, 

Canım qurban, Cahana! 

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə