Dərsliyi əsasında unec-in Beynəlxalq İqtisadiyyat kafedrasının müəllimi Əhliman Abbasov



Yüklə 115,77 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü115,77 Kb.
#42496
növüDərs


Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                  

                                                                                                                

“THE WORLD ECONOMY: Geography, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



Beynəlxalq iqtisadiyyat kafedrası 

Hazırladı: Əhliman Abbasov 

Qeyd: Bu leksiya materialı Frederick P.Stutz və Barney Warf tərəfindən yazılmış “World Economy” 

dərsliyi  əsasında  UNEC-in  Beynəlxalq  İqtisadiyyat  kafedrasının  müəllimi  Əhliman  Abbasov 

tərəfindən universitetin tələbələri üçün hazırlanmışdır.  



 Dünya iqtisadiyyatı fənni 

III Mövzu – Dünya əhalisi və onun inkişaf xüsusiyyətləri 

 

III BÖLMƏNİN MƏQSƏDLƏRİ 

• Əhalinin dünya üzrə paylanmasını təsvir etmək; 

• Əhali dəyişikliyinin iqtisadi səbəb və nəticələrini şərh etmək; 

• Maltusun nəzəriyyəsinin arqumentlərini, onun yetərsiz tərəflərini şərh etmək; 

• Əhalinin başlıca demoqrafik və iqtisadi xarakteristikasını şərh etmək; 

• Demoqrafik Ke.id nəzəriyyəsini izah etmək; 

• “Uşaq bumu”nu və onun təsirlərini müzakirə etmək; 

• İqtisadi miqrasiyanı anlatmaq. 

 

Qlobal əhali paylanması 

Dünya üzərində əhali müxtəlif  coğrafi  bölgələr üzrə qeyri bərabər paylanmışdır.  Dünya  əhalisinin 

əksər hissəsi sahil bölgələrdə və böyük çay sistemlərinin yataqlarında məskunlaşmışlar. Şərqi Asiya, 

Cənubi Asiya, Avropa, ABŞ-ın şərqi və Kanada əhalinin ən çox məskunlaşdığı bölgələrdəndir. Eyni 

zamanda, Cənub-Şərqi Asiya, Latın Amerikası, Afrika və ABŞ-ın Sakit Okean sahilində də əhalinin sıx 

məsunlaşdığı  mərkəzlərə  rast  gəlmək  mümkündür.  Əhali  sayına  görə  ilk  on  ölkə  siyahısında  olan 

Çin,  Hindistan,  İndoneziya,  Yaponiya,  Banqladeş,  Pakistan  Şərqi,  Cənubi  və  Cənub-Şərqi  Asiya 

bölgəsində yerləşərərək dünya əhalisinin 60 faizinə yaxınını təşkil edirlər. Dünya üzrə 200-dən çox 

ölkədən  10  ölkə  dünya  üzrə  əhalinin  2/3-ni  təşkil  edirlər.  Beş  ölkədə  -  Çin,  Hindistan,  ABŞ, 

İndoneziya və Braziliya- isə dünya əhalisinin yarısı cəmləşib. Çin ən çox əhaliyə sahib olan ölkədir. 

Hindistan  isə  ikinci  sıradadır,  lakin  yaxın  30  ildə  Hindistanın  əhali  sayının  Çini  ötəcəyi 

proqnozlaşdırılır.  İndoneziya  ən  çox  əhalisi  olan  müsəlman  ölkəsidir:  243  milyon.  Braziliya  (201 




Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                  

                                                                                                                

“THE WORLD ECONOMY: Geography, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



mln),  Pakistan  (184  mln),  Banqladeş,  Nigeriya,  Rusiya,  Yaponiya,  Meksika  əhalisi  100  milyondan 

çox ölkələr sırasına daxildir.  

 

Əhali sıxlığı  

Əhali sıxlığı- bir vahid əraziyə (1 km

2

  ya 1 mil



2

) düşən əhali sayını ifadə edən anlayışdır. Çox kiçik 

ərazili  ölkələri  çıxmaq  şərtilə,  Banqladeş ən böyük  sıxlığın  müşahidə olunduğu ölkədir.    10 ən  sıx 

ölkədən  3-ü  –  Hollandiya,  Yaponiya,  Belçika-  inkişaf  etmiş  ölkələrdir,  3-ü  isə  yeni  sənayeləşən 

ölkələrdir – Cənubi Koreya, Tayvan, İsrael. Digərləri isə inkişaf etməkdə olan ölkələrdir. Bu fakt bizə 

inkişaf səviyyəsi və əhali sıxlığı arasında əlaqə olmadığını göstərir.  

Geniş  yayılan  fikrin  əksinə  olaraq,  heç  də  bütün  sıx  məskunlaşmış  ölkələr  kasıb  ölkələr  deyil. 

Əksinə, Saxara Afrikasında ölkələrdə sıxlıq aşağıdır. Sinqapur və Hollandiya ərazinin az, əhalinin çox 

olmasına  baxmayaraq,  yüksək  inkişaf  tempi  göstərirlər.  Həmin  ölkələrin  tarixi  inkişaf  prosesi, 

müasir dünya sistemindəki yeri, dövlət idarəçilikləri, tarixi ticarət münasibətləri və coğrafi mövqeyi 

onların inkişaf səviyyələrini müəyyən etmişdir.  

ABŞ  və  Kanada  isə  yüksək  əhali  sayına  malik  olsalar  da,  əhalinin  seyrək  məskunlaşdığı 

ölkələrdəndirlər.  

 

Əhali sıxlığına təsir edən amillər 

Əhali  sıxlığına  təsir  edən  amillərdən  biri  ətraf  mühit  şəraitidir.  İnsanlar  daha  çox  sahillərdə, 

subtropik iqlim şəraitində, çay dərələrində məskunlaşıblar. Əkinçiliyə yararsız olan bölgələrdə əhali 

sıxlığı  azdır  (məsələn,  Sahara).  Çox  soyuq  bölgələrdə  əhali  sıxlığı  aşağıdır-  Rusiya,  Kanada, 

Skandinaviya ölkələri. Lakin əhali sıxlığını təkcə iqlim və təbii şərait kimi sadə amillərin aspektindən 

izah  etmək  doğru  deyil.  Ölkələrdəki  iqtisadi  və  siyasi  sistemlərdə  əhali  sıxlığını  müəyyən  edən 

faktorlardır.  İqtisadi  imkanlar  inkişaf  etmiş  ölkələrdə  əhali  sıxlığının  artımına  səbəb  olur.  İqtisadi 

mühit  (məsələn  vergi  siyasəti),  müharibələr,  miqrasiya,  təbii  artım  tempi  kimi  amillər  də  əhali 

sıxlığına  təsir  göstərən  amillərdir.  Eyni  zamanda,  ölkələrin  tarixi  inkişafı  da  əhali  sıxlığına  və 

paylanmasına  təsir  göstərən  amildir  (Sənayeləşmənin  Şimali  Amerika  və  Avropada  əhali  sayına 

təsiri; Çində tarixən formalaşan kənd təsərrüfatı ənənəsi, irriqasiya infrastrukturu, sosial sistemin 

yüksək  əhali  sayına  olan  təsirləri;  müstəmləkə  sisteminin  də  inkişafdan  qalmış  ölkələrdə  əhali 

paylanmasına təsiri). 

 



Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                  

                                                                                                                

“THE WORLD ECONOMY: Geography, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



Əhali sayında dəyişmə 

Dünya  əhalisinin  sürətli  artımı  son  dövrlər  ortaya  çıxan  məvhumdur.  Dünya  əhalisinin  sayı  bir 

milyarda  yalnız  1850-ci  ildə  çatmışdır.  Lakin  cəmi  80  il  sonra  (1850-1930)  dünya  əhalisi  daha  bir 

milyard, 30 il sonra (1931-1960) daha bir milyard, 16 il sonra (1960-1976) daha bir milyard, 11 il 

(1976-1987) sonra daha bir milyard, növbəti 12 (1987-1999) ildə isə daha bir milyar artaraq 1999-

cu ildə 6 milyard olmuşdur.   

Dünya əhalisinin artımı əsasən inkişaf etməkdə olan ölkələrin hesabınadır. Afrika qitələr arasında 

ən böyük artım tempinə sahibdir. 2008-ci ildə Afrikada əhali artımı 2.4 faiz təşkil edirdi. Malavi isə 

dünyada əhalisi ən böyük artım tempinə malik ölkədir: 3.2 faiz. BMT 2050-ci ildə dünya əhalisinin 9 

milyard  olacağını  proqnozlaşdırır.  Və  bu  artım  təxminən  bütövlükdə  inkişaf  etmiş  ölkələrin 

hesabına  olacaq.  Daha  çox  əhali  sayına  malik  olduğundan  artımın  mütləq  sayı  Asiyada  daha  çox 

olacaq. 2010-cu ildə dünya əhalisinin 80 faizi inkişaf etməkdə olan ölkələrə aid idisə, 2050-ci ildə 

dünya əhalisinin 90 faizinin inkişaf etmiş ölkələrin payına düşəcəyi gözlənilir.  

Ölkə yaxud da region üçün təbii artımın səviyyəsi doğulanlarla ölənlərin fərqinə bərabərdir. Doğum 

və ölümlə yanaşı əhali dəyişməsinə təsir göstərən üçüncü amil də miqrasiyadır. Beləliklə, ölkə və ya 

region üçün əhali dəyişməsini belə ifadə etmək mümkürdür: 

 

Əhali dəyişməsi= Doğulanlar- Ölənlər + İmmiqrasiya – Emiqrasiya  



Doğulanlar – Ölənlər= Xalis Təbii Artım  

İmmiqrasiya – Emiqrasiya= Xalis Miqrasiya Səviyyəsi 

Əhali Dəyişməsi= Xalis Təbii Artım + Xalis Miqrasiya Səviyyəsi 

 

Doğum səviyyəsi hər ildə 1000 nəfərə düşən uşaq doğumu sayını ölçür. Ölüm səviyyəsi isə hər ildə 



1000  nəfərə  düşən  ölüm  sayını  ölçür.  Məsələn,  ABŞ-da  2010-da  doğum  səviyyəsi  14,  ölüm 

səviyyəsi isə 8 idi. Təbii artım səviyyəsi beləliklə 6 idi (hər 1000 nəfərə 6 nəfər artım). Bu da 0.6 faiz 

təbii artım səviyyəsi demək idi.  

 

Maltus nəzəriyyəsi 

Brintaniyalı Tomas Robert Maltus  əhali artımını və onun doğuracağı nəticələr üzərində çalışan ilk 

sosial  sahə  alimlərindədir.  Britaniyada  yüksək  əhali  artımından  narahat  olan  Maltus  öz  fikirlərini 

sənayə  inqilabının  ilkin  dövrlərində,  1798-ci  ildə  dərc  olunan  kitabında  (Əhali  Artımın  Prinsipləri 




Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                  

                                                                                                                

“THE WORLD ECONOMY: Geography, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



barədə Esse) ifadə etmişdir. Maltus ərzaq istehsalının sürətinin əhali artımının sürətindən çox aşağı 

olduğunu qeyd edirdi. Maltus  ərzaq istehsalının ədədi silsilə ilə artdığını iddia edirdi. Yəni ərzağın 

artımı  daimi  olaraq  eyni  miqdarda  baş  verir.    Maltus  eyni  zamanda  ərzaq  istehsalında  daha 

pessimist  gözlənti  kimi  isə  azalan marjinal faydalar  prinsipinin  də  ortaya  çıxdığını  müdafiə  edirdi. 

Yəni,  istehsalı  genişləndirmək  üçün  təsərrüfatçılar  yeni  əkin  sahələri,  yeni  istehsal  vasitələri  əldə 

edə  bilərlər.  Lakin  hər  növbəti  dövrdəki  ərzaq  artımı  bir  öncəki  dövrdən  daha  aşağı  səviyyədə 

müəyyənləşir. 

Beləliklə,  Maltus  iddia  edir  ki,  ədədi  silsilə  ilə  artan,  hətta  azalan  marjinal  faydaların  ortaya  çıxa 

biləcəyi ərzaq artımı həndəsi silsilə ilə artan əhalinin ehtiyaclarını qarşılaya bilməz. Yəni müəyyən 

bir  müddətdən  sonra  əhali  sayı  ərzaq  ehtiyatından  daha  çox  olacaq,  və  əhali  artımı  aclıqla 

nəticələnəcək.  Beləliklə,  Maltus  Yer  Kürəsinin  əksər  problemlərinin  səbəbi  kimi  əhali  artımını 

göstərirdi.  Daha  sonralar  Ondan  təsirlənən  başqa  nəzəriyyəçilər  də  cinayyət  səviyyəsindən  qeyri-

adi ictimai davranışlara qədər ictimai problemləri əhali artımı ilə izah etməyə çalışmışlar.   

Baxmayaraq  ki,  Maltusun  nəzəriyyəsi  19-cu  əsrin  sonlarında  populyar  nəzəriyyə  olmuşdur,  bir 

çoxları onun əhali artımı və nəticədə geniş yayılacaq aclıq konsepsiyasını doğru hesab etmirdilər. 

19-cu  əsrdə  sənaye  inqilabının  gətirdiyi  dəyişikliklərdən  ərzaq  təklifi  artımış,  qiymətlər  aşağı 

düşmüş,  aclıq  və  az  qidalanma  artıq  Avropada  aradan  qalxmışdı.  20-ci  əsrin  əvvəllərində  artıq 

Maltus nəzəriyyəsi ciddi qəbul olunmurdu.  

Təndiqçiləri  Maltusun  öz  nəzəriyyəsini  irəli  sürərkən  üç  məqamda  yanıldığını  qeyd  edirlər.  İlk 

olaraq  o,  Sənaye  İnqliabı  və  onun  gətirəcəyi  məhsuldarlıq  artımını  proqnozlaşdıra  bilməmişdi. 

Sənaye inqilabının ortaya çıxardığı yüksək məshuldarlıq nəticəsində ərzaq istehsalı səviyyəsi artıq 

əhali artımının səviyyəsini üstələmişdi. İkincisi, Maltus Şimali Amerikada, Avstraliyada, Argentinada 

kəşf olunan yeni torpaqlarda yeni münbit sahələrin əkin sahələrinə çevrilməsi,  və bunun da dünya 

taxıl  ehtiyatının  artımına  təsir  göstərəcəyini  nəzərə  ala  bilməmişdi.  Üçüncüsü,  və  ən  əhəmiyyətli 

məqamlarda biri də Maltus əhali artımını təbii amil hesab edirdi və bunun daima artan temple baş 

verəcəyini  düşünürdü.  Lakin  Sənaye  İnqlibı  illərində  doğum  səviyyəsi  aşağı  düşməyə  başladı. 

Növbəti  periodlarda  da  Avropa  qitəsində  təbi  artım  səviyyəsi  azalan  xəttlə  davam  etdi.  Beləliklə, 

doğum səviyyəsi Maltusun düşündüyü kimi təbii-bioloji yox, sosial bir fenomen olduğu ortaya çıxdı.   

1960-cı  illərdə  dünya  əhali  2.6  faizdən  yuxarı  artım  səviyyə  nümayiş  etdirməyə  başladığında 

Maltusun  fikirlər  Neo-Maltusçu  nəzəriyyə  adı  altında  canlanmağa  başladı.  Neo-Maltusçular 

Maltusun  bir  neçə  məsələdə  yanlış  olduğunu  qəbul  etməklə  yanaşı,  onun  proqnozlarının  qısa 

dövrdə olmasa da uzun dövrdə doğru olduğunu iddia edirdilər.  




Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                  

                                                                                                                

“THE WORLD ECONOMY: Geography, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



Demoqrafik Keçid Nəzəriyyəsi 

1950-ci  illərdə  Ameriikalı  demoqraflar  tərəfindən  formalaşdırılan  Demoqrafik  keçid  nəzəriyyəsi 

demoqrafik  problemləri  izah  etmək  baxımından  Maltus  nəzəriyyəsinin  önəmli  alternativlərindən 

biridir. Bu nəzəriyyə cəmiyyət üçün əhalinin artımını, doğum səviyyəsini, ölüm səviyyəsini müxtəlif 

periodlar üzrə modelləşdirir. Bu nəzəriyyə Qərbi Avropa və Şimali Amerikanın keçdiyi tarixi inkişaf 

dövrlərinə əsasən formalaşdırılmışdır. Bu nəzəriyyə cəmiyyətlərin kasıb, aqrar mərhələdən yüksək 

sənayeləşmiş,  zəngin  mərhələyə  keçid  periodundan  doğum  səviyyəsinin,  ölüm  səviyyəsinin,  təbii 

artımın necə dəyişdiyini göstərir.  

Demoqrafik  keçid  nəzəriyyəsi  demoqrafik  mənzərədəki  dəyişikliyi  cəmiyyətin  4  inkişaf  mərhələsi 

konteksində təqdim edir. 



1.

 

Sənayeləşmədən öncəki mərhələ 

Ənənəvi,  sənayeləşməmiş  və  aqrar  istiqamətə  əsaslanan  iqtisadiyyata  malik  bu  cəmiyyətlərdə 

doğum səviyyəsi çox yüksəkdir və geniş ailələr xarakterikdir. Məsələn, Ruanda kimi kasıb ölkələrdə 

ailə fərdlərinin sayı çox yüksəkdir. Doğum səviyyəsinin xəritəsini nəzərdən keçirsək Afrika və Orta 

Şərqin  yoxsul  cəmiyyətlərində  yüksək  doğum  səviyyəsini  görə  bilərik.  Xəritədən  Şimali  Amerika, 

Rusiya, Yaponiya, Avstraliya, Yeni Zelandiyada isə bunlardan fərqli olaraq aşağı doğum səviyyəsini 

müşahidə edə bilərik. Yüksək doğum səviyyəsi müşahidə olunan cəmiyyətlərdə, gənc əhali və yaşı 

18-dən aşağı olanlar üstünlük təşkil edirlər. 

Bununla  yanaşı  bu  mərhələdəki  cəmiyyətlərdə  ölüm  səviyyəsi  də  yüksəkdir.  Yəni  həm  də  aşağı 

ömür  səviyyəsi  xarakterikdir.  Düzgün  qidalanmanın  olmaması,  içməli  su  və  digər  sanitar 

probemlər, yolxucu xəstəliklər bu yüksək ölüm səviyyəsinin səbəbləridir. Dünyada ölüm səviyyəsini 

əks etdirən xəritə görə bilərik ki, ölüm səviyyəsi yoxsul cəmiyyətlərdə zəngin cəmiyyətlərdən fərqli 

olaraq  yüksək  həddədir.  Ən  yüksək  ölüm  səviyyəsi,  və  nəticəsində  ən  aşağı  ömür  səviyyəsi  Sub-

Saxara  Afrikasında,  Əfqanıstan,Pakistan,  Banqladeş,  Rusiya,  mərkəzi  Asiya  ölkələrində  müşahidə 

olunur.  İnkişaf  etmiş  ölkələr,  və  eyni  zamanda,  Çin,  Hindistan,  Latın  Amerikasında  aşağı  doğum 

həddi müşahidə edilir. 

Bu ənənəvi, sənayeləşmədən öncəki cəmiyyətlərdə yüksək doğum həddinin olmasına baxmayaraq, 

yüksək ölüm həddi təbii artımın aşağı səviyyəsinə səbəb olur. 

 

 

 




Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                  

                                                                                                                

“THE WORLD ECONOMY: Geography, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



2.

 

İlkin sənaye cəmiyyətləri 

Bu  ilkin  sənaye  dövrü  şəhər  yerlərində  yeni  fabriklərin  formalaşdırılması  və  istehsalatda  iş 

yerlərinin artımı ilə xarakterizə olunur. Bu mərhələyə Maltusun dövründəki Britaniyanı, 19-cu əsrin 

əvvəllərindəki  ABŞ-ı,  və  günümüzdə  bəzi  inkişafa  olan  ölkələri  (məsələn  Meksika  və  Filippin) 

göstərmək olar.  

İlkin  sənaye  cəmiyyətlərində  də  öncəki  mərhələdə  olduğu  kimi  yüksək  doğum  səviyyəsi 

xarakterikdir.  Fərqlilik  isə  ölüm  səviyyəsinin  azalmasında,  nəticədə  ömür  səviyyəsinin 

uzanmasındadır. Ölüm səviyyəsindəki azalmasını sənayeleşmənin bu ilkin mərhələsində səhiyyənin 

daha təkmilləşməsi ilə izah edə bilərik. Lakin, tarixi faktlar ilkin sənaye dövrlərində xəstəxanaların 

pis vəziyyətdə olmasını, geniş yayılan yolxucu xəstəliklərin vaksinlərinin 20-ci əsrin 20-ci illərindən 

sonra  kəşf  olunduğunu  göstərir.  Bu  baxımdan  bu  mərhələdəki  bolluğun  gətirdiyi  daha  yaxşı 

qidalanmanı,  həyat  standartlarının  daha  yaxşılaşmasını  ölüm  səviyyəsinin  aşağı  düşməsi  və  ömür 

səviyyəsinin uzanmasının səbəbi kimi göstərmək daha doğru olardı. 

İlkin sənaye cəmiyyətlərində yüksək doğum səviyyəsi şəraitində ölüm səviyyəsinin aşağı düşməsi, 

yüksək təbii artımla nəticələnmişdir.  

 

3.



 

Yetkin sənaye cəmiyyəti 

Bu dövrdə səhiyyə şəraitinin təkmilləşməsi, həyat standartlarının yüksəlməsi, qidalanma səviyyəsi 

və  keyfiyyətinin  yaxşılaşması  nəticəsində  ölüm  səviyyəsi  azalır.  Lakin,  bununla  yanaşı  bu 

mərhələdəki cəmiyyətlərdə aşağı doğum səviyyəsi müşahidə olunur. Bu mərhələdəki urbanizasiya, 

sənayeləşmə  səviyyəsi,  qadının  cəmiyyətdəki  rolunun  dəyişməsi  və  digər  səbəblər  doğum 

səviyyəsinin  azalmasına  səbəb  olan  amillərdir.  Tarixən,  ilk  olaraq  Qərbi  Avropada,  daha  sonra 

Şimali Amerikada, və sonra Yaponiyada və Avropanın digər hissələrində doğum səviyyəsi azalmağa 

başlamışdır.  Bu  mərhələdə  ölüm  səviyyəsinin  aşağı  olması,  doğum  səviyyəsinin  isə  azalmağa 

başlaması fonunda əhali artımı da müşahidə olunur. 

 

4.



 

Post-sənaye cəmiyyəti 

Demoqrafik  keçid  nəzəriyyəsində  dördüncü  mərhələ  zəngin  və  yüksək  urbanizasiya  səviyyəsinə 

malik  post  sənaye  cəmiyyətlərini  təsvir  edilir.  Bu  mərhələyə,  Avropa,  Yaponiya,  Şimali  Amerikda 

olduğu  kimi,  çox  aşağı  ölüm  səviyyəsi  və  yüksək  ömür  səviyyəsi  səciyyəvidir.  Sıraladığımız 




Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                  

                                                                                                                

“THE WORLD ECONOMY: Geography, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



cəmiyyətlərin  bugünkü  reallığında  olduğu  kimi,  doğum  səviyyəsi  getdikcə  azalmağa,  ailələrin 

miqyası kiçilməyə başlayır, hətta bəzi insanlar uşaqsız ailələrə üstünlük verirlər. Bu səbəblərdəndir 

ki  qarşıdakı  50  ildə  Yaponiya  əhalisinin  30  faiz  azalacağı  proqnozlaşdırılır.  Bu  mərhələdəki 

cəmiyyətlərə  yaşlıların  sayının  çoxluğu,  orta  yaş  həddinin  yüksəkliyi,  uşaqların  isə  azlığı 

xarakterikdir. Əhali azalmasının ya da çox aşağı əhali artımın müşahidə olunduğu bu cəmiyyətlərdə 

bəzən  dövlətlər  doğum  səviyyəsinin  artımına  təsir  etmək  üçün  kampaniyalar  və  stimullaşdırıcı 

siyasətlər müəyyən edirlər.  

 

Görüldüyü  kimi  Demoqrafik  keçid  nəzəriyyəsi  və  Maltus  nəzəriyyəsinin  fərziyyə  və  nəticələri 



fərqlidir.  Maltus  nəzəriyyəsi  doğum  səviyyəsini  təbii-bioloji  faktor  kimi  nəzərə  alır.  Demoqrafik 

keçid  nəzəriyyəsində  isə  doğum  səviyyəsi  birbaşa  sosial  (iqtisadi,  siyasi,  mədəni)  şərtlərdən 

təsirlənir.  

Maltus  dünya  əhalisinin  daim  yüksələn  xətlə  artımını  proqnozlaşdırırdı.  Demoqrafik  keçid 

nəzəriyyəsi  isə  dünya  əhalisinin  tədricən  azalacağını  qeyd  edir.  Bu  fikirə  dəstək  olaraq  qeyd 

edilməlidir  ki,  1960-cı  ildə  dünyada  əhali  artımı  2.6  faizə  qalxmışdır.  1990-cı  ildə  artım  1.7  faiz, 

2010-cu ildə isə 1.2 faiz olmuşdr.  

 

Demoqrafik keçid nəzəriyyəsinə tənqidi yanaşmalar 

Əsas  tənqid  ondan  ibarətdir  ki,  bu  nəzəriyyə  Avropa,  Şimali  Amerika,  Yaponiyanın  tarixi 

demoqrafik  inkişaf  xüsusiyyətlərini  öyrənərək,  eyni  təcrübənin  digər  ölkələrdə  də  yaşanacağını 

iddia edir. Tənqidçilər, inkişaf etməkdə olan ölkələrdə də Qərb cəmiyyətlərinin bu inkişaf yolunun 

və  hər  perioddakı  qeyd  olunan  səciyyəvi  cəhətlərin  təkrarlanacağının  əminliklə  qeyd  edilməsinin 

yanlış olduğunu hesab edirlər. Onlar müstəmləkəçilik və digər faktorların təsirilə, inkişaf etməkdə 

olan ölkələrin Qərb ölkələrindən bir xeyli fərqli cəhətlərinin olduğuna diqqət çəkirlər. 

 

 

 



 

 

 



 

 



Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                  

                                                                                                                

“THE WORLD ECONOMY: Geography, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



Əhalinin strukturu 

 

Şəkil 1. İEO və İEÖ-də əhalinin yaş və cins strukturunu göstərən yaş piramidası. 

 

 



Əhali piramidasının oturacağı  ən  gənc,  təpəsi  isə  ən  yaşlı  əhalini ifadə  edir.  İnkişaf  etməkdə  olan 

ölkələrdə  yüksək  doğum  səviyyəsi,  gənc  əhalinin  çoxluğu  və  aşağı  orta  yaş,  yaşlı  əhalinin  aşağı 

səviyyəsi  müşahidə  olunduğundan  bu  ölkələrin  yaş  piramidası  üçbucaq  formasındadır.  Bu 

ölkələrdə təbii artımın yüksək səviyyəsi müşahidə olunur. 

İqtisadi  olaraq  inkişaf  etmiş  ölkələrdə  isə  əhalinin  aşağı  artım  səviyyəsi  səciyyəvidir.  Bu  ölkələr 

üçün yaş piramidası azalan doğum  və ölüm səviyyəsini təqdim edir. Aşağı doğum səviyyəsi inkişaf 

etmiş  ölkələr  üçün  olan  piramidanın  oturacaq  hissəsinin  kiçikliyindən  görsənir.  İnkişaf  etmiş 

ölkələrdə  bir  qayda  olaraq  ömür  müddəti  uzun,  doğum  səviyyəsi  isə  aşağı  olduğundan,  orta  yaş 

yuxarıdır və başqa sözlə bu həmin cəmiyyətlərin yaşlanmasına səbəb olur. 

 

 



 

 

 



 


Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                  

                                                                                                                

“THE WORLD ECONOMY: Geography, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 



Miqrasiya 

Miqrasiyanın səbəbləri 

Miqrasiya daimi yaşayış yerinin dəyişilməsilə nəticələnən insan köçüdür. Əksərən insanlar iqtisadi 

səbəblərə  görə  köç  edirlər.  Belə  ki,  onlar  iş  əldə  etmək,  daha  yüksək  əmək  haqqı  əldə  etmək, 

kasıblıqdan,  aşağı  həyat  səviyyəsindən  və  çətin  siyasi  mühitdən  yaxa  qurtulmaq  üçün  miqrasiya 

edirlər. 

Miqrasiyanın  səbəblərini  daxili  və  xarici  faktorlar  olaraq  iki  yerə  ayırmaq  mümkündür.  Daxili 

faktorlara ölkədəki işsizlik, aşağı əmək haqqı, aclıq, torpaq çatışmazlığı, müharibə kimi səbəblər aid 

edilə  bilər.  Məsələn,  1970-80-ci  illərdə  Kambodca,  Vyetnam,  Laosdan  1  milyona  yaxın  insan 

kommunist sistemin doğurduğu çətinliklərindən qaçaraq ABŞ, Kanada, Avstraliya, Çin, Honk-Konq-

da məskunlaşmışdılar. 

Xarici  faktorlara  isə,  bir  şəhərdə  və  ya  ölkədə  yüksək  səviyyəli  iş,  gəlir  və  təhsil  imkanlarının 

olmasını aid edə bilərik. Orta Şərqdəki neftlə ixrac edən zəngin ölkələrdəki imkanları immiqrantlar 

üçün xarici faktor kimi qeyd edə bilərik.   BƏƏ və Küveytdə yüksək gəlirli iş imkanlarından Cənubi 

Asiya və Filippindən gələn 1 milyondan çox xarici işçi yararlanır. 

 

Miqrasiyanı  səbəblərinə  görə  könüllü  və  məcburi  kimi  də  iki  istiqamətə  ayıra  bilərik.  Əksərən 



miqrasiya  könüllü  formada  həyata  keçirilir.  Məcburi  miqrasiyada  isə  köç  insanların  sağ  qalmaq 

üçün yeganə çıxış yoludur yaxud da digərləri tərəfindən güclə məcbur edilir. Məcburi miqrasiyaya 

Afrikadan məcburi qul köçünü, Britaniyada məhkumların 18-ci əsrdə Şimali Amerikaya, 19-cu əsrdə 

Avstraliyaya  sürgününü  nümunə  göstərə  bilərik.  1980-ci  illərdə  Nikaraqua  və  Salvadordakı 

vətəndaş  müharibəsi  səbəbindən  yüzminlərlə  insanın  ABŞ-a,  günümüzdə  Suriyadan  milyonlarla 

insanın Türkiyəyə və Avropaya mühacirətini məcburi miqrasiya nümunələri kimi qeyd edə bilərik. 

 

 

 



 

 

 



 

 

 




Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                  

                                                                                                                

“THE WORLD ECONOMY: Geography, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

10 



Miqrasiyanın iqtisadiyyatı 

Şəkil 2. Miqrasiya ilə bağlı neo-klassik nəzəriyyəni ifadə edən qrafik təsvir 

 

 



Şəkil  1-də  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr  üçün  miqrasiyanın  iqtisadi  səbəbləri  və 

nəticələri  təsvir  edilmişdir.  Burada  Meksika  (B)  inkişaf  etməkdə  olan  ölkələri,  ABŞ  (A)  işə  inkişaf 

etmiş  ölkələri  təmsil  edir.  Beləliklə  Meksika  əmək  bazarında  əmək  tələbi  və  əmək  təklifinin 

kəsişməsindən  yaranan  əmək  haqqı  səviyyəsi,  ABŞ-dakı  eyni  yolla  yaranan  əmək  haqqı 

səviyyəsindən aşağıdır. Nəticədə Meksika işçilər ABŞ-a daha yüksək əmək haqqı əldə etmək üçün 

köç  edirlər.  Bu  Meksikada  əmək  təklifinin  azalmasına,  ABŞ-da  isə  çoxalmasına  səbəb  olur. 

Meksikada  əmək  təklifinin  azalması  nəticəsində  əmək  haqqılar  yüksəlir,  ABŞ-da  isə  miqrasiya 

nəticəsində əmək təklifi artdığından əmək haqqı səviyyəsi aşağı düşür.  

Miqrasiyanın  bu  neo-klassik  nəzəriyyəsi  qeyd  edilən  formada  dünya  üzərində  əmək  haqqı 

bərabərsizliyinin azalacağını güman edir. Yəni inkişaf etməkdə olan ölkələrdən edilən miqrasiya o 

ölkələrdə əmək təklifini azalaraq əmək haqqıları yüksəldəcək. İnkişaf etmiş ölkələrdə isə miqrasiya 

nəticəsində əmək təklifi artıdığından əmək haqqıların səviyyəsi azalacaqdır. Nəticədə hər iki bölgə 

arasında əmək haqqı səviyyəsi yaxınlaşacaqdır.  



Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                  

                                                                                                                

“THE WORLD ECONOMY: Geography, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

11 



Lakin  real  dünyada  bunlar  əsasən  baş  vermir.  Çünki,  real  dünyada  neo-klassik  nəzəriyyənin  fərz 

etdiyi  kimi  əməyin  mütləq  azad  hərəkəti  və  informasiya  tamlığı  yoxdur.  İnkişaf  etməkdə  olan 

ölkələrdə  heç  də  hamı  inkişaf  etmiş  ölkələrdəki  iş  və  gəlir  imkanlarından  xəbərdar  deyil.  Heç  də 

hamı  inkişaf  etməkdə  olan  ölkələrdə  iş  əldə  etmək  üçün  olan  tələblərdən  xəbərdar  deyil.  Bu 

baxımdan neo-klassik nəzəriyyənin fərz etdiyi informasiya tamlığı mövcud deyil. 

Eyni  zamanda,  mədəni  fərqlilik  və  bunun  nəticəsində  ortaya  çıxan  “mədəni  şok”,  dil  fərqliliyi 

miqrasiyanı məhdudlaşdıran amillərdəndir. Bu təbii barierlərlə yanaşı, siyasi iradənin də müəyyən 

etdiyi  miqrasiya  məhdudiyyətləri  mövcuddur.  Bu  səbəblərdən  neoklassik  nəzəriyyənin 

proqnozlaşdırdığı  kimi  miqrasiya  dünya  üzərində  əmək  haqqı  səviyyəsini  bərabərləşdirmir.  Buna 

misal  kimi,  inkişaf  etmiş  Avropa,  Şimali  Amerika  ölkələrindəki  adam  başına  düşən  gəlirin  inkişaf 

etməkdə olan ölkələrdəkindən ciddi şəkildə fərqləndiyini göstərmək olar. 

 

 



Miqrasiyanın nəticələri 

Miqrasiya  ölkələrdə  demoqrafik  mənzərəni  dəyişdirir.  Miqrasiya  nəticəsində  bəzi  ölkələrdə  əhali 

sayı  azalır,  bəzilərində  artır.  Bəzi  ölkələrdə  orta  yaş  həddinin,  ölüm  və  doğum  səviyyəsinin 

dəyişməsinə təsir göstərir.  

İmmiqrasiya  nəticəsində  sosial  konkfliklət  ortaya  çıxa  bilər.  1840-cı  illərdə  ABŞ-dakı  ilk  katoliklər 

olan  irlandlar  Boston  və  Nyu-Yorka  köçərkən  sosial  qarşıdurmalar  baş  qaldırmışdı.  İmmiqrantlar 

bəzən  rasist  və  ksenofob  cərəyanların  hücumlarına  məruz  qala  bilirlər.  Həmin  cərəyanlar 

ölkələrindəki  iqtisadi  problemlərin  səbəbkarı  kimi  immiqrantları  göstərirlər.  Müasir  dövrdə  də 

dünya  maliyyə  böhranının  doğurduğu  iqtisadi  çətinliklər  fonunda  bəzi  ölkələrdəki  ifrat  sağ  və 

millətçi  qruplaşmalar  kasıb  ölkələrdən  gələn  miqrantları  işsizliyin,  aşağı  əmək  haqqının  və  digər 

problemlərin səbəbkarları kimi təqdim edirlər.  

Miqrasiyanın iqtisadi nəticələri isə fərqli ola bilər. Xırda istisnalarla, miqrantlar getdikləri ölkələrin 

iqtisadiyyatlarına  müsbət  tövhə  verirlər.  1960-70-ci  illərdə  Türkiyə  və  Yuqoslaviyadan  olan 

immiqrantlar  Almaniyanın  iqtisadi  həyatına  önəmli  tövhə  vermişlər.  Eyni  zamanda,  ABŞ-dakı 

meksikalı  miqrantların  da  Texas  və  Kaliforniyada  kənd  təsərrüfatı  sahəsində,  xidmət  sahəsində 

önəmli müsbət xidmətləri var. 

 



Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                  

                                                                                                                

“THE WORLD ECONOMY: Geography, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

12 



Emiqrasiya  (bir  ölkədən  əhali  köçü)  isə  bəzən  işçi  təklifini  azaldaraq  yoxsulluq  səviyyəsinin 

azalmasına  təsir  göstərə  bilər.  1950  və  60-cı  illərdə  Yamayka  və  Puerto-Rikodan  olan  miqrasiya 

həmin ölkələrdəki  yoxsulluq  səviyyəsinin  qismən  azalmasına  təsir  göstərmişdir.  Lakin,  emiqrasiya 

iqtisadiyyata  həm  də  mənfi  təsir  göstərə  bilər.  “Beyin  axını”-  ölkədən  bacarıqlı  və  savadlı 

mütəxxəsislərin, işçilərin axını həmin ölkədəki iqtisadi  problemləri daha da dərinləşdirə bilər.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                  

                                                                                                                

“THE WORLD ECONOMY: Geography, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

13 



ƏSAS ANLAYIŞLAR 

 

• körpə bumu (baby boom) 



• doğum səviyyəsi (birth rate) 

• ölüm səviyyəsi (death rate) 

• demoqrafik keçid (demographic transition) 

• azalan marjinal məhsuldarlıq (diminishing marginal returns) 

• ikiqat zaman (doubling time) 

• uşaq ölümü səviyyəsi (infant mortality rate) 

• iş qüvvəsi (labor force) 

• əmək miqrasiyası nəzəriyyəsi (labor migration theory) 

• İqtisadi Artımın Limitləri (Limits to Growth) 

• Maltusçululuq (Malthusianism) 

• miqrasiya (migration) 

• təbii artım səviyyəsi (natural growth rate – NGR) 

• mənfi əhali artımı (negative population growth) 

• Neo-maltusçuluq (neo-Malthusianism) 

• xalis miqrasiya səviyyəsi (net migration rate - NMR) 

• əhali sıxlığı (population density) 

• əhali pramidası (population pyramid) 

• təkanverici və çəkici amillər (push-and-pull factors) 

• məcmu doğum səviyyəsi (total fertility rate) 

• sıfır əhali artımı (zero population growth) 

 

 

 



 

 

 



 

 

 



 


Beyn

əlxalq İqtisadiyyat kafedrası                                                  

                                                                                                                

“THE WORLD ECONOMY: Geography, Business, Development” 

Frederick P. Stutz, Barney Warf, Sixth Edition, Pearson, 2012 

 

14 



MÜZAKİRƏ ÜÇÜN SUALLAR 

 

1. Dünya əhalisinin coğrafi bölgüsünü qısa şərh edin. 



2. Əhalinin mütləq artımı və ölüm səviyyəsini açıqlayın. 

3. Əhali artımının 4 başlıca komponentinin riyazi açıqlaması nədir? 

4. Nə üçün Maltus gələcəklə bağlı pessimist olmuşdur? 

5. Neo-Maltusçuluğun Maltusçuluqdan fərqli və oxşar cəhətləri hansılardır? 

6. Demoqrafik keçidin 4 başlıca mərhələsi hansıdır? Hər birinə nümunə göstərin. 

7. Məcmu doğum səviyyəsinin dünya xəritəsi nəyi izah edir? 

8. Ölüm səviyyəsini yalnız doktorlar azaldırmı? 

9. ABŞ-da ölümlərin başlıca səbəbləri hansılardır? 

10. Nə üçün ən yoxsul ölkələr əhalisi ən sürətlə artan ölkələrdir? 

11.  Əhali  pramidası  nədir  və  inkişaf  etmiş  ölkələrdə  əhali  pramidası  inkişaf  etməkdə  olan 

ölkələrdəkindən necə fərqlənir? 

12. Beynəlxalq miqrasiyanın başlıca səbəblərini göstərin. 

13. Beynəlxalq miqrasiyanın bəzi nəticələri hansılardır? 

14. XXI əsrdə harada əhali daha çox artacaq və nə üçün? 



15. ABŞ-da immiqrasiyanın 2 ən üzün dövrü nə vaxt olmuşdur? 

 


Yüklə 115,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə