1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə81/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   77   78   79   80   81   82   83   84   ...   98

 

    


386

 

 



mürəkkəbdir.

1

  Eyni  zamanda,  “aşıq”  sözü  ilə 



başladığı    hər  bir  cığa-bayatıda  da  öz  adını 

söyləmişdir. Bununla da, həmin bayatının Sarı 

Aşığa 

deyil, 


özünəməxsus 

olduğunu 

bildirmiş,  həm  də  cığalı-bayatıda  verdiyi 

nəsihətamiz,  müdrik  məsləhətləri  daha  da 

qüvvətləndirmişdir.  

Aşıq  poeziyasında  “Xudam  səni  xoş 

gündə 

yaradıb”  qoşması  və  “Maral” 



müxəmməsi  ilə  şöhrət  tapmış  Göyçəli  Aşıq 

Musa  (1909-1948)  da  gəraylı,  qoşma  şeir 

janrları  ilə  yanaşı,  təcnis  və  cığalı-təcnis 

nümunələri də yaratmışdır: 

 

Vaxt dolandı, gəldi keçdi zamana, 



Niyə əl çəkmədin, a yara mənnən?! 

Nə əcəl gəlmədi, yetmişəm cana, 

Nə xəbər getmədi, a yara mənnən.  

 

Gəlib keçir zamana, ancaq aşiqdən yar əl 



çəkmir.  Əcəl  də  gəlmir,  lakin  onun  xəbəri  də 

yara çatmır: 

 

Can deyən Fərhaddı, Şirin də hanı?, 



Ləblərim də söylər şirin dəhanı, 

                                                           

1

 Sədnik Paşa Pirsultanlı, Ozan-aşıq sənətinin nəzəri məsələləri, 



Bakı, “Ozan”, 2002, səh 35 


 

    


387

 

 



Gəlibdir ləblərin şirin dəhanı, 

Görmüşəm ləzzətin a yar əmənnən. 

 

İkinci bənddə bir lövhə yaradaraq, üzünü 



tarixə  tutur.  Öz  əhval-ruhiyyəsinə  münasib 

cinaslardan  bir  lövhə  qurur.  Birinci  misrada 

“Can deyən Fərhaddır, Şirin də hanı” deməklə 

əslində  Şirin  də  hanı  yox,    Şirin  de  hanı 

şəklində  anlaşılmalıdır.    Sənin  dodaqla-rının 

şirinliyini  mənim  dodaqlarım  söylər  şirin 

olduğunu.  Mən  bunun  ləzzətini,  ay  yar, 

əməndə bilmişəm:  

 

Musa qələm çalır, nə xoş səf adı, 



Nə nizam yoxumdu, nə xoş səf adı, 

Pərişan xəyalım nə xoş səfadı, 

Xain bəd qandırar a yara mənnən.

1

 



 

Üçüncü bəndin birinci misrasında işlənən 

xoş  səf  adı,  yəni  nə    düz  adı,  ikinci  misrada 

gözəlin yanlış addım atdığı, üçüncüdə mənim 

pərişan  xəyalım  öz-özünə  nə  xoş  səfadır 

deyir.  Bunu  görüb  xain  birdən  bəd  qandırar 

yara məndən bildirir. 

                                                           

1

 “Azərbaycan aşıqları və el şairləri”.(Tərtib edəni Əhliman 



Axundov),                  I cild, “Elm”  nəşriyyatı, Bakı, 1983,  səh 

345 



 

    


388

 

 



Musanın  “Ay  üzə-üzə”  təcnisi  daha 

aydın, 


sərrast 

və 


mənalı 

cinaslarla 

qurulmuşdur: 

 

Dəniz gördüm gözüm yaşı sel oldu, 



Çalxanır sonalar ay üzə-üzə. 

Mərd deyər sözünü mərdə mərdana

Namərd də saxlıyar ay üzə-üzə. 

 

Nə  qədər  gözəl  deyimdir,  nə  gözəl 



təşbihdir.  Aşıq,  “Dəniz  gördüm  gözüm  yaşı 

sel  oldu,  Çalxanır  sonalar  ay  üzə-üzə” 

söyləyir. Sarı Aşığın bir bayatısının son beyti 

belədir. “Gözüm yaşı göl olar, Ördək qaz binə 

bağlar”. Bu obrazlı fikri Aşıq Musa bir beytdə 

Sarı  Aşıq  səviyyəsində  mənalandırmışdır. 

Cinas-bayatı  ilə  Sarı  Aşığın  fikrini  təcnisdə 

Aşıq Musa belə bildirmişdir: 

 

Dəniz gördüm gözüm yaşı sel oldu,  



Çalxanır sonalar ay üzə-üzə. 

 

Aşıq  Musa  dənizi  görür,  göz  yaşı  sel 



olur.  Həmin  göz  yaşından  əmələ  gələn 

dənizdə  sonalar  üzə-üzə  çalxanır.  Son  iki 

bəndin təhlilə ehtiyacı yoxdur: 

Nazlı dilbər əldə tutub nə sazı, 

Dərd çəkənin nə xəstəsi, nə sazı, 



 

    


389

 

 



Ala gözlər məni eylər nasazı, 

Kəc baxar ömrümü ay üzə-üzə. 

   

 

*** 



Aşıq Musa deyər: yetibdi dərdim, 

Məni bu qürbətə atıbdı dərdim, 

Səksənnən, doxsannan ötübdü dərdim, 

İndi də yetişib a yüzə-yüzə.

1

  

 



Aşıq  Musa  mərmər  daşlardan  hamar 

doğrayıb elə bir təcnis imarəti yaratmışdır ki, 

insan o imarətə baxdıqca heyrətə gəlir.  

Aşıq Musa bir dodaqdəyməz cığalı təcnis 

də  yaratmışdır.  Aşıq  Musanın  ədəbi  irsi 

vaxtında  toplanmadığı  üçün  çox  incilər  itib-

batmışdır.  

 

b)  XIX  əsrdə  təcnis  yaradıcılığında 



Aşıq Ələsgər zirvəsi 

 

Klassik  aşıq  şeirimizdə  Aşıq  Ələsgərin 

(1821-1926)  xüsusi  mövqeyi  vardır.  Uzun 

yaradıcılıq yolu keçmiş bu ustad sənətkar aşıq 

şeirinin  bütün    növlərində  olduğu  kimi, 

təcnislərdə də xüsusi məharət göstərmişdir.  

                                                           

1

 “Azərbaycan aşıqları və el şairləri”.(Tərtib edəni: Əhliman 



Axundov),  I cild, “Elm”  nəşriyyatı, Bakı, 1983,  səh 346 


 

    


390

 

 



Aşıq  Ələsgər  dodaqdəyməz  təcnislərin 

ilk nümunələrini yaradaraq öz müasirlərindən 

seçilmiş və sənətin zirvəsinə qalxmışdır.  

Aşıq  Ələsgər  dodaqdəyməz  təcnisin  ilk 

nümunəsini  yaratmaqla kifayətlənməyib, eyni 

zamanda,  dodaqdəyməz  cığalı  təcnisin  də  ilk 

ülgüsünü vermişdir: 

Əziz-cani-dil, eyni dirəxşan, 

Yazırsan risalə nə yaxşı-yaxşı. 

 

  Qarşıda nə yaxşı, 



Ləhcən gəlir nə yaxşı. 

Canan candan əzizdir, 

Nə Leylidir, nə Yaxşı. 

Dil deyir: cananın sadağası can, 

Cananı da deyir: nə yaxşı-yaxşı! 

 

Burada  da  heç  bir  dodaqlanan  samit 



olmadığı  kimi,  şeirin  insanı  dərindən 

düşündürən mənasına, musiqili ahənginə xələl 

gəlməmişdir. 

Aşıq  Ələsgər,  sözün  əsl 

mənasında  təcnisin  novatoru  olmuşdur.  Belə 

ki,  müstəzad  təcnisin  də  ilk  nümunəsi  Aşıq 

Ələsgərin adı ilə bağlıdır:  

 

Götürüb sazımı mərdü-mərdanə, 



Girrəm meydana, gəl eyləyək bəhs.  

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə