396
XIX əsr aşıq poeziyasının ən azman
sənətkarlarından biri də Molla Cümədir.
Molla Cümə (1854-1920) demək olar ki, aşıq
şeirinin bütün janrlarında, forma və
şəkillərində şeirlər yazıb-yaratmışdır. Molla
Cümə təcnisin də ən orijinal və mükəmməl
nümunələrini yaratmışdır. İyirmidən artıq
təcnis
yazmış Molla Cümə bunlarla
doymamış, hətta Qafiyə ilə Təcnisi qabaq-
qabağa deyişdirmişdir. Qafiyə dedikdə
qoşmanı, Təcnis dedikdə cinaslı şeir
formasını nəzərdə tutur. Biz deyişməyə
keçməzdən əvvəl Molla Cümənin təcnisindən
nümunələr seçib təhlilə cəlb edəcəyik:
Tək gəldin cahana, didarı göyçək,
Dəndanı yaqutsan, ləlsən, ay, ay.
Sinəndə iylənir ətirli çiçək,
Nərgizsən, narıncsan, laləsən, ay, ay.
Nümunə gətirdiyimiz “Ay,ay” təcnisinin
birinci bəndinə baxaq. Cümə öz sevgisini,
məhəbbətini təcnisdə ifadə etmək üçün nə
bakirə, nə gözəl, insana estetik zövq verən
ifadələr seçir. Gözəlin didarı göyçəkdir,
dəndanı – yəni dişləri yaqutdur, ləldir.
Gözəlin sinəsində ətirli çiçək iylənir, çünki bu
gözəl nərgizdir, narıncdır, lalədir:
397
Gecə-gündüz ismin sənin sindədir,
Gizlin sirrin aşkar eyləsindədir,
O qaş, o göz, o qılıq ki, səndədir,
Dil gətirər dilsiz lalə sən, ay, ay.
1
İkinci bənddə gözəlin isminin sinədə
olduğunu deyir. O sirri açmaq gözəlin
ixtiyarındadır. Təcnisin ikinci beytində
məntiqi nəticəsi olan bir fikir irəli sürür. “O
qaş, o göz, o qılıq ki, səndədir, dil gətirər
dilsiz lalə sən, ay, ay” - deyərkən o qılıq ki,
səndədir dilsiz lalı da dilə gətirərsən -
söyləyirdi.
Molla Cümə təcnislərini də mənalı,
məzmunlu qurur. “Amandı” təcnisinin bir
bəndinə diqqət yetirək. O, burada təkcə cinas
qafiyələrdən istifadə etmir, həm də bu
təcnisdə ona kimin badə verdiyini bədii dillə
mənalandırır:
Mən içdiyim Xızır Nəbi verəndi,
O səbəbdən bu şad könlüm virandı,
Şəkkin varsa, qoy qabağa ver andı,
Aradan pərdəni ay at, amandı.
1
1
Molla Cümə. Əsərləri. (toplayanı və tərtib edəni Paşa
Əfəndiyev), Bakı, “Maarif” nəşriyyatı, 1995, səh 159
1
Molla Cümə. Əsərləri. (toplayanı və tərtib edəni: Paşa
Əfəndiyev), Bakı, “Maarif” nəşriyyatı, 1995, səh 159
398
Xızır Nəbinin əlindən badə içən aşiqin
şad könlü virandır. Onun könıünü bu şəklə
salan eşqdir. Gözələ deyir ki, əgər şəkkin
varsa, and ver, lakin aradan pərdəni at, yəni
dözə bilmirəm amandır.
“Bülbül” təcnisində cinaslarla qurduğu
şeirdə böyük bir mənzərə, lövhə yaradır. Bu
lövhə insanı düşünməyə, gözəlliyə aşiq
olmağa çağırır, insanı həm kədərləndirir, həm
də sevindirir:
Bahar oldu, düşdü ahu-fəryada,
Həsrətsən lalə tək yüzə sən, bülbül.
Ya gərək canını salasan oda,
Ya gərək əlini yüzəsən, bülbül.
1
“Düz dara” adlı təcnisində üzünü ismi-
pünhana tutub deyir:
İsmi Pünhan, o mövlanı sevərsən,
Çəkmə seyraqubla məni düz dara.
Amandı, sevdiyim, gəzmə pərişan,
Zülflərini gərdanına düz, dara.
1
Molla Cümə. Əsərləri. (toplayanı və tərtib edəni: Paşa
Əfəndiyev), Bakı, “Maarif” nəşriyyatı, 1995, səh 161
399
Həmişə xəyalı ilə yaşadığı İsmi Pünhana
bildirir ki, məni seyraqubla, yəni pis adamla
yanaşı dara çəkmə. Pərişan gəzmə, zülflərini
gərdanına düz dara.
Molla Cümə necə dözsün bu dağa,
Bu sitəmə, bu düyünə, bu dağa,
Məcnun edib saldın məni bu dağa,
Ha gəzirəm eniş, yoxuş, düz, dərə.
2
Üçüncü bənddə də ifadələr aydın və
əlvandır. Molla Cümə bu dağa, bu düyünə
dözə bilmir, çünki sevgilisi onu Məcnun edib
dağa salmışdır. Aşıq dincəlmir, enişi, yoxuşu,
düzü, dərəni hey gəzir.
“Dilbər” təcnisində daha obrazlı bir dillə
təcnisin yeni, bakirə nümunəsini yaradır:
Doğrayıb ciyərim eylədi bir gəz,
Sallanıb qarşımdan nazinən bir gəz,
Şirin-şirin deyib gülsənə bir gəz,
Məni qəm küpünə boyatan dilbər.
1
Birinci misrada “bir gəz” - qaraciyərini
bir dəfə kəsməyini, ikinci misrada nazəninin
2
Yenə orada, səh 162
1
Molla Cümə. Əsərləri. (toplayanı və tərtib edəni: Paşa
Əfəndiyev), Bakı, “Maarif” nəşriyyatı, 1995, səh 164
400
onun qarşısından gəzib keçməsini, üçüncüdə
şirin-şirin danışıb bir dəfə gülməsini arzu edir.
Dördüncü misra daha maraqlıdır. Onun
sevgilisi elə sevgilidir ki, onu qəm küpünə
salıb boyadan dilbərdir. Məlumdur ki, xalça-
xalı toxuyanda onun ipliyini boyaqçı küpünə
salıb boyayırlar. Bu məişətdən, eldən-obadan
gələn ifadədir. “Yanaram” təcnisinin birinci
bəndində deyilir:
Fərhad kimi cani-sərdən keçmişəm,
Kərəm kimi alışaram, yanaram.
Bir meyvəyəm qədirsizə düşmüşəm,
Ya heyvayam, ya almayam, ya naram.
Molla Cümə bildirir ki, Fərhad kimi
candan, başdan keçmişəm. Kərəm kimi
alışmağa, yanmağa da hazıram. Taleyindən
gileylənərək bildirir ki, mən bir meyvəyəm,
ancaq bir qədirbilməyənə qismət olmuşam:
“Ya heyvayam, ya almayam, ya naram”:
Doqquz ay dolanıb qar qışa düşdü,
Hicranım artdıqca qarğı işə düşdü,
Yəqin Molla Cümə qarğışa düşdü,
İsmi Pünhan məndən sərtdir yanaram.
1
1
Molla Cümə. Əsərləri. (toplayanı və tərtib edəni: Paşa
Əfəndiyev), Bakı, “Maarif” nəşriyyatı, 1995, səh 165
Dostları ilə paylaş: |