406
Şair, bundan sonrakı fəsillərin birində isə
belə yazır:
Halı Züleyxanın pozuldu bir gün,
Ustanı çağırdı qan almaq üçün.
Elə ki, qoluna toxundu neştər,
Axdı qan, torpaqda yazdı həriflər,
***
Torpağa baxınca hər sahib – kamal,
Yusifin adını oxudu dərhal.
2
“Yusif və Züleyxa” rəvayətindən və
“Qurban bulağı” məclisində Ağdabanlı
Qurbanın, Ə.Caminin “Yusif və Züleyxa”
poemasından təsirlənərək “Leyli niyə azdı?”
təcnisini yazmışdır. Aşıqlar arasında “Leyli
niyə azdı?” təcnisi Zodlu Abdullaya mahir
təcnis
ustası
kimi
əbədi
şöhrət
qazandırmışdır:
Bihudə dolandım, əfsanə gəzdim,
Sanım dost yolunda Leyli niyazdı.
Etibar kəsilib, ilqar pozulub,
Əvvəlki məhəbbət Leyli, niyə azdı?
***
Qəmər qan ağladı, neştər yeridi,
Yaram sızıldayır, neştər yeridi.
2
Yenə orada, səh 148
407
Leylinin qoluna neştər yeridi,
Məcnun qanı çöldə Leylini yazdı.
İkinci bənddə Zodlu Abdulla yadda qalan
bir lövhə yaratmaqla bərabər, “Leyli və
Məcnun” əfsanələrində özünə köklü yer
salmış böyük bir möcüzəni yada salır.
Leylinin qoluna neştər vururlar, çöldə
Məcnunun damarlarından qan axır və torpaq
üzərində Leylinin adını yazır. Zodlu Abdulla
böyük ustalıqla həmin əfsanəni təcnisə
gətirir. Zodlu Abdulla fikrini davam etdirir,
təcnis binasını yeni cinaslarla qurmağa
çalışır.
Zodlu Abdulla aşıq yaradıcılığında hər
şeydən əvvəl, təcnis ustası kimi tanınır. Onun
hər bir təcnisi memar əlindən çıxmış bir
abidəni xatırladır. “Yad qız ağı gəzər”
təcnisində deyilir:
İldə zikr eyləyən sinayə gələr,
Ayaqdan can çıxar, sinaya gələr.
Əzrayıl qeyznən sinaya gələr,
Yığılar qəccallar, yad ağı gəzər.
“Ayaqdan can çıxar, sinaya gələr”
misrasının mənası belədir ki, insanın ölümü
ayaqdan başlayır. Ayaq soyuyur, bədən
yavaş-yavaş yuxarıya doğru soyumağa
408
başlayır. Ona görə də adamlar deyir ki,
filankəs can verir. Əzrayıl sinaya çatanda
həyat tamamlanır. Son misra belədir. “Yığılar
qəccallar, yad ağı gəzər”. Qəccal yuyucudur.
Ona görə qəccallar deyilir ki, bir nəfər su
tökür, bir nəfər isə yuyur.
Heç də təsadüfi deyildir ki, aşıqlar bəzən
qıfılbənd əvəzinə təcnislə bir-birlərini imta-
hana çəkirlər. təcnis omonimlərdən, cinas
sözlərdən düzəldilir. Təcnis yaradıcısı gərək
dilimizin incəliklərini, çoxmənalı, çoxhecalı
odluğunu anlasın, dərk etsin, duysun və ona
dərindən bələd olsun.
Bunun üçün sənətkarın fitri istedadı
azdır. O, gərək həm də dərin mütailəyə və
biliyə malik olsun. Abdulla aşıq şeirinin belə
çətin növünü böyük ustalıqla işləmiş, şeirin
məna və forma gözəlliyini qoruyaraq, aydın
cinaslar yaratmışdır. Onun təcnislərini
oxuyanda “təcnisdə məzmun formaya qur-
ban verilir” deyən tədqiqatçılarla razılaşmaq
olmur. O, aşıq şeirinin bu çətin formasında
yazıb-yaradarkən məzmun gözəlliyinə, fikir
yeniliyinə xüsusi diqqət yetirir. Təcnislərində
ona qədər istifadə edilməmiş, original
cinaslar işlədir. Əgər belə demək mümkün-
dürsə, Zodlu Abdulla möhtəşəm təcnis
binalarının memarlarından biridir.
409
c) Aşıq Hüseyn Bozalqanlı, Tifil Əsəd,
Seyfəli Aşıq Pənahın yaradıcılığında təcnis
Aşıq Hüseyn Bozalqanlı (1864-1941)
aşıq şeirinin ən çətin formalarından biri olan
təcnisdə də öz gücünü sınamış və buna ən
yüksək formada müvəffəq olmuşdur:
Qəvvas oldum, dəryalar da dər indi,
Dərd əkmişəm, bar gətirir, dər indi.
Mənim məhəbbətim sənə dərindi,
Səninki görünür ay üzdən-üzdən.
***
Əvəz olmaz təzə doğmuş ay sənə,
Leyla dedim, Məcnun oldum, ay sənə.
İstəyirəm bir sərini əysənə,
Həsrətəm, qoy öpüm ay üzdən-üzdən.
Göründüyü kimi, ustad aşıq Azərbay-
can dilinin söz imkanlarından mükəmməl
şəkildə bəhrələnib gözəl, əsrarəngiz bir təcnis
nümunəsi yaratmışdır. Daha bir misal:
Qəm, hicran əlində bihuş olmuşam,
Bilmirəm asmandı, aya zəmindi.
Dostu gördüm bulud könlüm dağıldı,
Açıldı, ağardı, ayazam indi.
***
Mərd oğulu az-az doğar bir ana,
Zənburun dəsində işlər bir ana.
410
Uca dağda əcəb düşdüm borana,
Qorxuram yollarda ay azam indi.
Və yaxud:
Nə lazımdır naqabilə söz deyəm,
Xatirinə ya dəyməyə, ya dəyə?
Sizin olsun eyvan, otaq, alaçıq,
Bizə bəsdir ya kölgəlik, ya dəyə.
***
Pis övlada öyüd versə yaxşı ata,
İyid çıxıb süvar olmaz yaxşı ata.
Kamil ovçu bərəsində yaxşı ata,
Keçirəndə ya dəyməyə, ya dəyə.
Göstərilən
nümunələrdə
biz Aşıq
Hüseynin söz çələnginin nə qədər al-əlvan,
çoxçalarlı olduğunun şahidi oluruq. Belə bir
zəngin söz çələngi yaratmaq onun böyük
istedad, güclü qələm, saf ürək, təmiz vicdan
sahibi olmasından xəbər verir.
XIX əsrdən etibarən təcnisin gedər-
gəlməz (nəfəs çəkmə) formaları da yaran-
mışdır. Gedər-gəlməz təcnis ağız boşluğunu,
səs tellərini nizama salmağa, nitqin inkişafına
xidmət edir. Hətta, gedər-gəlməz təcnisdə elə
sözlər işlədilir ki, onu çox zaman yazıya
almaq da çətin olur. Elə buna görə də çap
olunmamış ilk mənbələr əsasında bu aşıq
şeirinin texniki cəhəti ilə, ifa üsulu ilə
Dostları ilə paylaş: |