Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə1/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
  1   2   3   4   5   6   7   8   9   ...   42


AQİL İMAN 

 

 



 

 

 



 

 

 



  

BU DÜNYA 

GÖRÜŞ YERİDİ 

 

 

  

 

 

 

 



 

 

 



 

 

 



 

  

Bakı – 2015 


Aqil İman 

 

 





 

Toplayıb tərtib edəni: 

Qılman İMAN 

 

Redaktoru və ön sözün müəllifi: 

Əsəd CAHANGİR 

 

“Bu dünya görüş yeridi” kitabının çap olunmasında 

göstərdiyi maddi dəstəyə görə Aqil İmansevərlər adından 

Zakir Qəzənfər oğlu Kərimova təşəkkür edirik. 

 

  

Aqil İMAN 

“Bu dünya görüş yeridi” 

Bakı, “OL”, 2015. – 224 səh. 

 

  



 

 

 



 

 

 



Aqil  İmansevərlərin  uzun  illərdən  bəri  həsrətlə  gözlədiyi  “Bu  dünya 

görüş  yeridi”  kitabında  müəllifin  milli  folklor  gələnəklərindən  bəhrələnən 

əsərləri  və  onun  haqqında  qələm  adamlarının  mətbuatda  çap  olunmuş 

publisistik fikirləri toplanmışdır. 

Aqil  İmanın  şeirlərinin  əsas  leytmotivini  incə  lirizm,  lirik  düşüncə, 

cəmiyyətdə  və  dünyada  baş  verən  olaylar  təşkil  etdiyindən,  ümid  edirik  ki, 

şairin əsərləri oxucular tərəfindən rəğbətlə qarşılanacaq. 

 

  

 

ISBN 978-9952-494-40-2 

© “OL”. 2015 

 

 



Bu dünya görüş yeridi 

 

 





EŞQ SƏNİ İMAN ELƏDİ 

 

Dünya  sözdən,  adam  addan  başlayır.  Adəm  mələklərə 



cənnətdə  əsmayi-hüsnanı  (Allahın  gözəl  adlarını)  öyrədib, 

çağdaş  elmi  dillə  desək,  onomastika  kursu  keçib.  “Adam” 

və “ad” sözləri arasındakı səsləşmə də görünür, təsadüfi de-

yil. Kiməsə, nəyəsə ad verəndə əslində, biz onu yaradırıq. 

O  qədər  də  orijinal  olmayan  bu  girişdən  qəsdim  odur 

ki,  Aqil  İmanın  birinci  (və  bəlkə  də  axırıncı!)  kitabının 

əlyazmasını oxumamışdan öncə, onun adını və təxəllüsünü 

“oxudum”.  Atası  –  Göyçənin  tanınmış  söz  ustadı  Həsən 

Xəyallı  ona  İman  adı  verib,  qardaşı,  tanınmış  şair  Sərraf 

Şiruyə isə Aqil təxəllüsünü. Və bu iki söz bir-birini tamam-

layır – iman köksdə olur, ağıl isə başda. Və ikinci birinciyə 

söykənir.  

Min ildir ki, əli qələm tutanlar arasında mübahisə gedir 

– əsas nədir, ürək, yoxsa ağıl? Filosoflar deyir – ağıl, sufi-

lər deyir – ürək, ariflər deyir – hər ikisi. Aqil İmanın şeirlə-

rində mən ağıl da gördüm, ürək də. 

Onun  şeirlərində  müdriklik  də  var,  sevgi  də,  qəm  də 

var, sevinc də. Tez-tez üz tutduğu çoxsaylı poetik ünvanlar-

dan biri olan Füzuli babanın dediyi kimi: 

 

Əhli-irfandır cahan keyfiyyətin təhqiq edən



Kim bulur yüz qəm nəşatından, qəmindən yüz nəşat. 

 

Aqil  İman  sözün  müsbət  mənasında  ənənəvi  şairdir. 



Amma  elə  bu  ənənə  daxilində  də  onun  şeirlərində  kifayət 

qədər özünəməxsus obrazlara rast gəlmək mümkündür. Ni-

zami,  Nəsimi,  Füzuli,  Sabir...  də  daxil  olmaqla  klassik  di-



Aqil İman 

 

 



van və satira şeiri bu ənənənin birinci, Yunis Əmrəylə baş-

layıb  Aşıq  Ələsgərlə  zirvəsinə  çatan  aşıq  şeiri  ikinci  qana-

dıdır.  


Əslində, bu iki qanad arasında ciddi fərq yoxdur. Yunis 

Əmrəylə  Füzuli  arasında  mahiyyətcə  fərq  olmadığı  kimi. 

Aşıq  şeiri  divan  şeirinin  xəlqi-şifahi  forması,  divan  şeiri 

aşıq şeirinin yazılı-elitar formasıdır. Hər ikisinin qəhrəmanı 

aşiq,  hər  ikisinin  ana  mövzusu  eşqdir.  Sadəcə,  birini  şair 

əruzda  yazır,  ikincisini  isə  aşıq  hecada  qoşur.  Birinci  türk 

diliylə yanaşı ərəb-fars dillərində də yazılır, ikinci isə ancaq 

milli  dildə.  Satirik  şairə  gəlincə,  o  da  sevgidən  tənqid  edir 

və mənim qənaətimcə, öz millətini (ümumən insanı!) Sabir 

qədər  sevən  ikinci  şair  təsəvvür  etmək  çətindir.  Dərd  özü-

nün zirvəsinə çatanda gülüşə çevrildiyi kimi, sevgi də özü-

nün son həddinə varanda satira yaranır. 

Bu baxımdan Aqil İman həm aşıq, həm də şairdir, baş-

qa  sözlə  desək,  bu  ikisinin  qovuşağında  düzüb-qoşan,  ya-

zıb-yaradan el şairləri çevrəsinə daxildir. O çevrə ki, tanın-

mış söz  ustalarından İsmixan, Bəhmən  Vətənoğlu,  Sücaət, 

Əli  Qurbanov  və  digərlərinin  adı  ilə  tanınır.  Bu  el  şairləri 

xalqa rəsmi ədəbiyyat nümayəndələrindən (bura rəsmi aşıq 

ədəbiyyatı nümayəndələri də daxildir, məsələn, 30-cu illər-

də  sovet  aşıqlar  məktəbinin  lideri  olan  Aşıq  Əsəd,  yaxud 

70-ci  illərdə  rəsmi  dövlət  konsertlərində  hökmən  “Ana 

Kürüm”ü  oxuyan  Aşıq  Pənah)  daha  yaxın  olduqları  kimi, 

xalq da onları daha çox sevib, özünə daha məhrəm sayıb. 

Lakin  yuxarıda  adı  keçən  el  şairlərindən  Aqil  İmanın 

mühüm  fərqi  var:  İsmixandan,  yaxud  Bəhmən  Vətənoğlu 

və Əli Qurbanovdan fərqli olaraq, o sırf aşıq şeiri çərçivələ-




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə