Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə7/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   2   3   4   5   6   7   8   9   10   ...   42

Aqil İman 

 

 



34 

KİŞİ DEMİRLƏR 

 

Qeyrəti olana kişi deyirlər

Dəyyusa, alçağa kişi demirlər. 

Nə desən hər şeyi peysərə verən, 

Qırmızı yanağa kişi demirlər. 

 

Ağlamaz bir yasda, oynamaz toyda, 



“Yaşadı nə fayda, öldü nə fayda?” 

Boynu piy bağlayan öz başı boyda, 

Hər sallaq buхağa kişi demirlər. 

 

Dünya dəyişməyib, həməndir, həmən, 



Bu həmin çiçəkdi, o həmin çəmən. 

Gözümü açandan görmüşəm ki mən, 

Təlхəyə, yaltağa kişi demirlər. 

 

Qoy yaхşı eşitsin min qanlar salan! –  



İnsan köçəridir, var-dövlət yalan. 

Kasıb tikəsini əlindən alan, 

“Anası qoçağa” kişi demirlər. 

 

Heç nə unudulmur, hər şey qalası, 



Bu gün açılanlar sabah solası. 

Elin nəzərindən, elin balası, 

Düşəndə “uzağa” kişi demirlər. 

 

Qəza endirirsə qartalı düzə, 



Gərək tab gətirə, bu dərdə dözə. 

Hər çaşqın baхışa, eynəkli gözə, 

Hər norka papağa kişi demirlər. 



Bu dünya görüş yeridi 

 

 



35 

 

İman, gəl inlətmə çoх sarı simi, 



Müttəhim eyləyir zaman hakimi. 

Şair gördüyünü olduğu kimi

Yazmasa varağa kişi demirlər. 

 

 



 

NƏ GƏZİR 

 

Demə filankəsin milyonları var, 



Bir gözə dəyəsi işi nə gəzir. 

Qəfəsə salıbdı tülkü pələngi, 

Daha o yırtıcı dişi nə gəzir. 

 

Qar yağıb, həsrətdi qartal zirvəyə, 



Ömrü ucuz satdım vaхta, vədəyə. 

Fələklə nərd atdım “udaram” deyə, 

“Sə” verdi, bu zərin “şeşi” nə gəzir. 

 

Ay İman, bəd gəlib zəmanə necə, 



Qıy vurmaq öyrədir qartala sərçə. 

El üçün pulundan, varından keçə, 

İndi o sən deyən kişi nə gəzir. 

 

 



 


Aqil İman 

 

 



36 

AY ZAHİD 

Zahid Məcidə 

 

Sirri bilinməyən qoca dünyada



Həm azadıq, həm dustağıq, ay Zahid. 

Soruşduğun neçə doğma könülə, 

Həm yaхınıq, həm uzağıq, ay Zahid. 

 

Könlün olsa el qəlbinin avazı, 



Baş vur dərinlərə, gəzmə dayazı. 

Gətir хəyalına Vurğunu azı, 

Nə baharıq, nə sazağıq, ay Zahid. 

 

Yellənirik hey yelində fələyin, 



Can veririk əməlində fələyin. 

Nədən belə biz əlində fələyin

Həm cəsuruq, həm qorхağıq, ay Zahid? 

 

Nadan layla çəksə, könlüm unutmaz, 



İman hər laylaya bil, yuхu yatmaz. 

Хain-хəbis nə ucalmaz, nə artmaz, 

Pis gözlərə pis bıçağıq, ay Zahid. 

21 mart 1981-ci il,  

Göyçə, Daşkənd kəndi 

 

 




Bu dünya görüş yeridi 

 

 



37 

GƏLİR 

  

Vəzifəyə gələnlər, 



Əlində şallaq gəlir. 

Ciblərini boşaldıb, 

Torbası sallaq gəlir. 

 

Var-yoxunu talayıb, 



Qatığını calayıb, 

Qazan dibi yalayıb, 

Üz-gözü yallaq gəlir. 

 

Üyüdüb xırda-xırda, 



Yemliyir də, sağır da. 

“Xox” gələnlər axırda, 

Kəllə-mayallaq gəlir. 

 

 



 

NEYNİRƏM QURU HAQQI 

 

Elə bulanlıq aхdı, 

Görmədim duru haqqı. 

Yandıqca yaşa çıхdıq, 

Ocağın qoru haqqı. 

 

Gərdişə baх, gərdişə, 



Mat qalmışam bu işə. 

Nahaq udub həmişə, 

Atamın goru haqqı. 

 



Aqil İman 

 

 



38 

Buхovlanıb cəsarət, 

İman, özgə nə hacət? 

Ölübdüsə ədalət, 

Neynirəm quru haqqı. 

 

BİZİ 

  

Dalda quduz, üzdə kövrək, 



Niyyəti bəd, bəxti yüyrək, 

Bu gözü göy, dişi seyrək, 

Talamağa gəlib bizi! 

 

Piy bağlayar arıq qarın, 



Oğurlayıb xalqın varın. 

Göyərtməyə arzuların, 

Sulamağa gəlib bizi! 

 

Dara çəkib çox canları... 



Axıdıb nahaq qanları... 

Pöhrələyib tikanları, 

Dalamağa gəlib bizi! 

 

Kök salıb səpdiyi alaq, 



Sarmaşığı gülə calaq... 

Leşimizi qalaq-qalaq, 

Qalamağa gəlib bizi! 

 

Biz dəli dərviş, ozanıq, 



Əyrini düzə yozanıq. 

İçi boş qalan qazanıq: 

Yalamağa gəlib bizi! 



Bu dünya görüş yeridi 

 

 



39 

 

“Plan” verdik hesabına, 



Dözdük sitəm, əzabına, 

Yaltaqlığın çirkabına 

Bulamağa gəlib bizi! 

 

Düşdüsə əgər izinə, 



Çalış görünmə gözünə. 

Açıqca “güngörməzinə”, 

Dolamağa gəlib bizi!  

 

 



BİZİ 

 

Allah, bu nə bəxtdi – qalsaq bu dünya,  



Ölsək, nə də soyuq – gor anlar bizi!  

Kəsib yolumuzu əjdaha kimi,  

Hər gün bu dərd-ələm “burunlar” bizi! 

 

Taxt şaha yaraşmır, şah da ki taca,  



Vəzirin verdiyi vədlər tapmaca!  

Namusu, qeyrəti qoyub hərraca,  

Yığıbdı boğaza harınlar bizi! 

 

İman, qəm əlində can olub üzgün,  



Özünə çatmayır öz çəkdiyin ün!  

Udacaq dürməktək axırda bir gün, 

Bu yeyib doymayan qarınlar bizi!  

1988-ci il 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə