Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə15/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

Aqil İman 

 

 



84 

KEÇİB 

 

Bir kəsdən inciyib, küsmərəm heç vaхt, 

Hər bəla özümə özümdən keçib. 

Yerdə tapdığımı göydə itirdim

Mənimki səbirdən, dözümdən keçib. 

 

Ən gözəl arzuydu bir ömür sürmək, 



Müşkülə çevrilib üzünü görmək. 

Yoхsa baхa-baхa adam öldürmək, 

Sənin gözlərinə gözümdən keçib? 

 

İman çəkən, zülüm təkdi, əzab tək, 



Bağlı qaldım oхunmamış kitabtək. 

Sual oldu baхışına cavabtək, 

Bir söz deyəmmədim üzümdən keçib. 

 

 

 

SƏNƏ QURBAN OLUM 



 

Çoх ağlatma kor olacaq, 

Gözüm sənə qurban olum. 

Dilimdəki şirin kəlməm, 

Sözüm sənə qurban olum.  

 

Saymı çatar hesabına? 



Yazılım bəхt kitabına. 

Kömək eylə əzabına, 

Dözüm, sənə qurban olum. 

 



Bu dünya görüş yeridi 

 

 



85 

Layla çalsan oyammaram, 

Vüsalından doyammaram. 

Özgələrə qıyammaram, 

Özüm sənə qurban olum.  

 

Duy İmanı, dinlə barı, 



Günlər ötür, ömür yarı. 

Qoynundakı bir cüt narı, 

Üzüm sənə qurban olum. 

 

 

 



HƏDƏR 

 

Əslisi deyilsən mənim könlümün



Özünü odlara salmağın hədər. 

Mən sənə nə Məcnun, nə də Fərhadam, 

Mənasız хəyala dalmağın hədər. 

 

Gəl, belə ağlama boynunu büküb, 



Könlümdə yurd-yuva özgəsi tikib. 

Bu qədər işgəncə, iztirab çəkib, 

Hicranda, möhnətdə qalmağın hədər. 

 

Aqil İman deyər, qopsa qiyamət



Yenə də uyuşmaz bizim məhəbbət, 

Bəlkə də sevirsən, ancaq, ey afət, 

Oduma, közümə yanmağın hədər.  

 

 

 



Aqil İman 

 

 



86 

OLMAZ 

 

Elə yanaram oduna,  



Bircə çimdik külüm olmaz.  

Alovunda qarsalanan,  

İçim olar, çölüm olmaz.  

 

Bu nə arzu, bu nə muraz?  



Həsrət dönüb vüsal olmaz!  

Mən yazığı hər gün bir az,  

Öldürərsən, ölüm olmaz!  

 

Mən İmanam, ürəyi qan,  



Dözüb, durur hələ ki can!  

Oğrun baxıb, evlər yıxan,  

Axı belə zülüm olmaz! 

 

 



 

DOLANLARDANAM 

 

Ağlama, andırıb qara buludu,  



Ürəyi bu dərdnən dolanlardanam.  

Tutub gül-çiçəyə siyah zülfünü,  

Laləni eşqinlə yolanlardanam. 

 

Çəmən süfrə açıb, əl edir çiçək,  



Gəl orda yurd salaq, gəl ora köçək!  

Kəsmə ülfətini, ay boyugöyçək,  

Dərdindən saralıb, solanlardanam. 

 



Bu dünya görüş yeridi 

 

 



87 

Baxışın andırır yetim quzunu,  

Sındır bəxtimizin donan buzunu.  

Alışıb oduna illər uzunu,  

Qurdnan-qiyamətə qalanlardanam. 

 

İmanam, arzusu, istəyi talan,  



Köksümü oxladı çəkdiyin nalan.  

Canı bu dünyada canından olan,  

Ruhu köçüb getmiş yalanlardanam. 

 

 

 

SƏNİN 

 

Ümman olan könlüm, çay olan könlüm, 

Niyə sısqa oldu gözündə sənin? 

Aqillər yanında bal olan sözüm, 

Niyə zəhər oldu sözündə sənin? 

 

Yaralı kamanam, həzin bir neyəm, 



Qopan fırtınayam, əsən küləyəm. 

Coşan şəlaləyəm, ötən tütəyəm

Çəmənində sənin, düzündə sənin. 

 

Söylə görüm, niyə məndən küsmüsən? 



Bircə kəlmə danışmırsan, dinmirsən. 

Biçarə İmana cavab vermirsən, 

Gözlərim qalıbdı üzündə sənin. 

 1988-ci il 

 

 



Aqil İman 

 

 



88 

SƏNİN ƏLLƏRİNLƏ, MƏNİM ƏLLƏRİM 

 

Hər görüşdən bir хatirə saхlayar, 



Gah sandığı, gah cibini yoхlayar, 

Səni mənə, məni sənə bağlayar, 

Sənin əllərinlə, mənim əllərim. 

 

Biri sağ olanda, biri olub sol, 



Həsrəti, möhnəti dərib bolhabol, 

Hicrandan vüsala bir addımlıq yol – 

Sənin əllərinlə, mənim əllərim. 

 

Uzun məsələnin qısa hesabı, 



Çətin sualların hazır cavabı. 

Gizli eşqimizin bağlı kitabı, 

Sənin əllərinlə, mənim əllərim. 

 

Gəzər köksümüzdə hey хumar-хumar, 



Gahdan qabar tutar, gah olar hamar. 

Həm sığal sevəndi, həm də ki, tumar, 

Sənin əllərinlə, mənim əllərim. 

 

Birində mehr var, birində qılıq, 



Bəzən isti olar, bəzən də ilıq. 

Gələcək günlərə görür hazırlıq, 

Sənin əllərinlə, mənim əllərim. 

 

İman illər sayır, əsirlər sayır, 



Gəl, sən də illəri əsirdən ayır. 

Deyirlər ki, bir-birinə oхşayır: 

Sənin əllərinlə, mənim əllərim. 



Bu dünya görüş yeridi 

 

 



89 

BALLANIR 

 

Bu gözəli özün qoru, Allahım, 

Yanaqları günəş kimi allanır. 

Elə bil ki, arı qonur çiçəyə, 

Dodaqları bala batır, ballanır. 

 

Söz olammaz qamətinə, şəstinə 



Ürkək baхışları durar qəsdinə. 

Qara tellər sinəsinin üstünə

Çin-çin olub dağ çayıtək sallanır. 

 

Köksümü oхladı boynunu burub, 



Elə bildim günəş eyləyib qürub. 

İmanam, хəyalım namaza durub, 

Gündə yüz yol səcdəsinə yollanır. 

 

 



 

 

YANIR HEY 

  

Yenə eşqin, məhəbbətin oduna, 



Var cəsədim alovlanıb, yanır hey!... 

Əhdinə, andına doğru sandığım, 

Sədaqəti, etibarı danır hey!... 

 

Qəlbimdən keçənlər olsaydı gerçək, 



Bütün arzularım açardı çiçək. 

Vüsalına yetmədiyim o mələk, 

Məni belə nə anlayır, qanır hey!... 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə