Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə23/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

Aqil İman 

 

 



136 

ÜZ-ÜZƏ 

 

İllər həsrətidi dilləri bağlı, 



Dayanıbdı bu sahillər üz-üzə. 

Arzular bir körpü olaydı, Allah, 

Söykənəydi o tay, bu tay üz-üzə. 

 

Yaram nə şirindi, nə də yamandı, 



Biganələr yaхşı, nə də yamandı. 

Nə tikiş tutmadı, nə də yamandı, 

Nə astar-astara, nə də üz-üzə. 

 

Çoхları İmana həm dost, həm yağı, 



Ürəyimin getdi tabı, həm yağı, 

Bir nemətdi həm ayranı, həm yağı, 

Tök çalхala, qoy qarışsın üz-üzə. 

 



Bu dünya görüş yeridi 

 

 



137 

ÇƏTİN 

 

Dəmir yumşalacaq, daş əriyəcək, 

İnsan yetişəcək kamala çətin. 

Bəhmən Vətənoğlu 

  

Bəhmən, düz deyirsən – dəmir yumşalar, 



Nadan mətləbini tez qana çətin. 

Şamına pərvanə olsan qanmazın, 

O, sənin oduna odlana çətin. 

 

Adam var, görkəmi quru bəzəkdi, 



Fitnəsi – yer altda gizli özəkdi. 

Dindirirsən içi tamam təzəkdi, 

Tüstüsü göz tökür, o, yana çətin. 

 

İman, insanları axtar, nə ara, 



Rəndəsiz qoyulur qozbel məzara. 

Özünü, sözünü duymaz avara, 

Yatıbdı, qəflətdən oyana çətin!  

 

1981-ci il, Kəlbəcər  



 

 

 




Aqil İman 

 

 



138 

YARAŞMAZ 

Sücaət – Aqil İman 

Sücaət 

İncəlik, bər-bəzək qadın üçündü, 

İşvə, qəmzə, naz kişiyə yaraşmaz. 

Yaltaqlanmaq, ayaqlara sürünmək, 

Əqidəsi düz kişiyə yaraşmaz. 

 

Aqil İman 

Düz deyirsən, ay Sücaət, şərikəm, 

İşvə, qəmzə, naz kişiyə yaraşmaz. 

Biganə yaranan sevincə, qəmə, 

Zimistanda yaz kişiyə yaraşmaz. 

 

Sücaət 

Ariflər əyləşib bu sağ, bu da sol, 

Xoşuna gəlməsə o sən, o da yol. 

Hər kim olursansa ol, birindən ol! 

Doxsandoqquz, yüz kişiyə yaraşmaz. 

 

Aqil İman 

Su olub qablardan, qablara aхmaq, 

Etdiyin hörməti başlara qaхmaq. 

Ara vurub, qol qaldırıb, ev yıхmaq, 

Əqidəsi düz kişiyə yaraşmaz. 

 

Sücaət 

Axır Sücaəti gətirdin dilə, 

Çox şeyi üzünə demirəm hələ. 

Qəlbindən keçəni aşkar de, lələ, 

İkibaşlı söz kişiyə yaraşmaz. 



Bu dünya görüş yeridi 

 

 



139 

 

Aqil İman 

Ürək kaman deyil, hey dilə gələ, 

Gahdan pəstə ötə, gah qalхa zilə. 

Aqil İman, atmacalı söz ilə, 

İkibaşlı söz kişiyə yaraşmaz. 



 

 

 



DÜŞDÜ 

 

Aqşin Hacızadə – Aqil İman 

 

Aqşin Hacızadə 

Aqil insanları itirdi zaman, 

İxtiyar ləkəli əllərə düşdü. 

Haqqa, ədalətə çıraq tutanlar

Sübutsuz, dəlilsiz fellərə düşdü. 

 

Aqil İman 

Dolaşdı kələfi bağlıca qaldı, 

Zamanın çoх işi düyünə düşdü. 

“Görmədik” desək də gördüyümüzə, 

Yük yenə ürəknən, beyinə düşdü. 

 

Aqşin Hacızadə 

Zaman özgə zaman, vaxt özgə vaxtdı, 

Hökm edən, əmr edən ta qeyri taxtdı. 

Təlatüm eylədi, ildırım çaxdı, 

Ədalət qan dolu sellərə düşdü. 

 



Aqil İman 

 

 



140 

Aqil İman 

Belə eşitmişəm əzəldən bəri: 

Tərsinə işləyib vaхtın təkəri. 

Zəmanə dəyişdi, alimin yeri, 

Dünyanın ağılsız səyinə düşdü. 

 

Aqşin Hacızadə 

Tor qurdu haqlıya haqsız olanlar, 

Vəzifə eşqiylə hay-küy salanlar. 

Yaltaqlıq eyləyib rütbə alanlar, 

Sevildi dillərdən dillərə düşdü. 

 

Aqil İman 

Yüz dəfə sürmə çək, yüz yol daran da, 

Bir anda dəyişir, hər şey bir anda!... 

Namərd kef içində məclis quranda, 

Yas gəlib mərdlərin evinə düşdü. 

 

Aqşin Hacızadə 

Həqiqət basıldı, yalan tac aldı, 

Əyri hakim oldu, düzdən bac aldı. 

Ay Aqşin, gədələr qalxdı, ucaldı, 

Günahı günahsız ellərə düşdü. 

 

Aqil İman 

Ölübdü kişilər… az adam durur, 

Hisslər harınlaşıb, vicdan qudurur. 

İmanam, gədələr başda oturur, 

Onunçün bu millət bu günə düşdü. 

5 mart 1995-ci il 

 



Bu dünya görüş yeridi 

 

 



141 

 

 

 

 

 

 

 

 

 

 

 

MÜASİRLƏRİ 

AQİL İMAN  

HAQQINDA 


Aqil İman 

 

 



142 

Sərraf ŞİRUYƏ 

 

SÖZ TİLSİMİ, ŞAİR NİSGİLİ, 

AQİL İMAN UNUDULMAZLIĞI 

 

İllər ömrümüzdən səhra qumları kimi sovrulduqca, xa-

tirələr  keçən  günlərə  yol  almış  qoca  yolçu  kimi  –  gah  du-

mana düşür, gah da çiskinə. Adam keçən günlərin xiffətini 

çəkə-çəkə qarşıdakı yol bir az da uzanır. Sonda xatirələrin 

işıq gələn tərəfinə yeriyib toxtaqlıq tapırsan.  

İllərdi ürəyimin başında əzizlədiyim xatirələrim var ki, 

onlar mənim ilə üz-üzə könül sirdaşı, ömür-gün yoldaşıdır. 

Yetmiş ildir o xatirələrlə qol-boyun olub, dağlı, aranlı ömür 

eləyirəm.  Yaşımın  bu  çağında  o  xatirələr  səf  çəkib  qoşun 

kimi üstümə gələndə, görürəm – lələ köçüb, yurd ağlayır... 

Sağa-sola səpələnən ömrümün çoxu gedib, azı qalıb. Dağ-

lar  qoynunda  doğulduğum  yurd  yeri  –  Göyçə  mahalı  əsir-

likdə  göyüm-göyüm  göynəyir.  Ruhu  başımın  üstündə  pər-

vanə kimi dövr eləyən atam Həsən Xəyallının məzarı məc-

hul  bir  nisgilə  çevrilib.  Hər  sözümə  “can”  –  deyən  dostla-

rımın,  doğmalarımın  əksəriyyəti  candan  olub,  əbədiyyətə 

qovuşublar.  İndi  özümə  təsəlli  vermək  üçün  baxıram  –  bir 

dərd, bir də məni əlli ildi dillərdə söz eləyən bu qara qələm 

qalıb.  


Dərd haqqında çox  yazılıb,  yazılacaq da! Dünya  dərd-

dən  xali  deyil,  yaranmış  binnət  olandan  var;  özü  də  yekə-

sindən. Dünyadan dilgir getmiş Aqil İmanım yaxşı deyib:  

 

İman, ömür adlı qurduğun daxma,  



Yüz tufan görəcək, min şimşəkçaxma,  

Üzü dönük olan sevincə baxma,  

İztirab insanla ömürlük olur!  


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə