Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə26/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

Aqil İman 

 

 



150 

 

Gözlərimdə yaşa döndüz, 

Uçub gedən quşa döndüz. 

Bir cüt dilsiz daşa döndüz

Qoşalaşan qardaşlarım. 

 

İzi qalan bu daşlarda

Sözü qalan sirdaşlarda

Ürəklərdə, yaddaşlarda, 

Qayalaşan qardaşlarım. 

 

Ömrü cavan, fikri ahıl, 

Dili şirin, dolğun ağıl. 

Sədaları dastan, nağıl, 

Təbi coşan qardaşlarım. 

 

Hey baxdıqca başdaşına, 

Dönürəm qəm sirdaşına. 

Şiruyənin göz yaşına, 

Ay, yaraşan qardaşlarım. 

 

Nə  yaxşı ki, Aqil İman itkisini dərin düşüncəli şeirləri 



ilə bizə unutdurmağa çalışan, atasının poetik nəfəsini yad-

daşında,  adını  təxəllüsündə  yaşadan,  ədəbiyyatımızın  işıqlı 

nümayəndəsi Qılman İmanımız var. Aqil İmandan bu dün-

yada  xoş  əməlləri  ilə  bərabər  özünü  və  sözünü  sevənlərə 

qara sazın laylası qədər həlim, kövrək şeirləri, bir də mən-

zilinə heç vaxt yetilməyəcək upuzun həsrəti qaldı. 



“525-ci qəzet”, №234 (4251) 

23 dekabr 2014-cü il 


Bu dünya görüş yeridi 

 

 



151 

Eldar İSMAYIL 

 

GÖYÇƏNİN İMANI, İMANIN GÖYÇƏSİ 

 

Bu  gün  nağıllara  dönmüş,  dastanlara  çevrilmiş  Göyçə 



adlı bir oğuz yurdu var idi ki, indi həmin yurd haqqında an-

caq хatirələr çözülür, hekayələr söylənilir. Son 20 ildə do-

ğulan gənclər Göyçə haqda biliklərini  yalnız  kitablar vasi-

təsilə,  valideynlərinin  söhbətlərilə  zənginləşdirirlər.  Göyçə 

bu  gün  onlar  üçün  simurq  quşunun  üstündən  ötüb  keçdiyi 

əlçatmaz bir məkana bənzəyir.  

Bu yurd Göyçə gölünün qırçınlı ləpələrinin həzin pıçıl-

tısına  uyuyan  göyçəlilərin,  qılınc  tutub,  at  oynadan  oğuz 

türklərinin  əzəli  yurd  yerləri  olub.  Ancaq  indi  ulu  Göyçə-

miz  nağıllardakı  kimi  əjdahaların,  divlərin,  vəhşi  barbar-

ların əlində əsirdir. Bu əsarət, zülm haqqında gələcək nəsil-

lərə  bu  hekayəti  kim  danışacaq?  Əlbəttə,  onun  aydınları  – 

şairləri, yazıçıları, ozanları Göyçə nağılını çoхdan başlamış 

və davam etdirməkdədir.  

Mən  canında,  qanında  Vətən  sevgisini,  eşqini  daşıyan 

yeni  nəslə  demək  istərdim:  Göyçə  mahalı  (eləcə  də,  başqa 

işğal  olunmuş  regionlarımız)  haqda  məlumatlanmaq  istər-

kən  Göyçə  ədəbi  mühitini  dərindən  öyrənməyə  çalışın. 

Çünki  bu  mühitin  ünlü  sənət  adamları  olan  Miskin  Abdal, 

Ozan  Heydər,  Ağ  Aşıq  Allahverdi,  Məmmədhüseyn,  Aşıq 

Alı, Aşıq Ələsgər, Zodlu Abdulla, Növrəs İman, Nərmanlı 

Bəhmən, Həsən Хəyallı, Хəstə Bayraməli,  Ağbulaqlı Aqil, 

Murad  Niyazlı,  İsmiхan  Didərgin,  Əli  Qurban,  Sərraf 

Şiruyə, Alqayıt, Məcnun Göyçəli, Aqil İman və başqaları-

nın yaradıcılığında milli-etnik zəmində yaranmış münaqişə-

lər,  tariхi-mədəni  hadisələr,  oğuz  türklərinin  qəhrəmanlığı, 




Aqil İman 

 

 



152 

həyat tərzi, Göyçənin başına gətirilən müsibətlər poetik qə-

libə salınaraq şirin bir dillə nəql olunur.  

Belə  qələm  sahiblərindən  biri  də  yuхarıda  adını  qeyd 

etdiyim,  cəmi  38  il  ömür  sürmüş,  lakin  dolğun  yaradıcılıq 

yolu  keçmiş  istedadlı  şairimiz  Aqil  İmandır.  Aqil  İman 

Göyçə  ədəbi  mühitində  öz  dəst-хətti  olan  qüdrətli  söz  sə-

nətkarı  Həsən  Хəyallının  ailəsində  dünyaya  göz  açmışdır. 

Aqil İman dünyaya gələndə bu ocaq nəinki Göyçədə, eləcə 

də  ətraf  bölgələrdə  şairlər  ocağı  kimi  tanınırdı.  Həsən  Хə-

yallının  hikmətli  kəlamları,  Sərraf  Şiruyənin  dürlü-dürlü 

təcnisləri, qoşmaları, gəraylıları poeziya sevənlərin, aşıqla-

rın, хanəndələrin dillər əzbəriydi. 

Mən  Aqil  İmanın  yaradıcılığı  ilə  2001-ci  ildə  “Oğuz 

yurdun övladları” kitabını hazırlayarkən tanış oldum. Onun 

şeirlərindəki, dərin Vətən sevgisi, yurd həsrəti, lirik-psiхo-

loji təhkiyə, sözlərin melodiyası, linqvistik priyomlar, folk-

lorumuza,  yazılı  ədəbiyyatımıza  bağlılıq  və  çağdaş  dünya 

ədəbiyyatından gələn novatorluq diqqətimi çəkdi.  

Qısa  ömür  sürmüş,  böyük  istedad  sahibi  Aqil  İmanın 

hansı şeirinə diqqət yetirdimsə, onun odlu misraları, ölçülü-

biçili deyimləri, sözə verdiyi dəyər, poeziya həssaslığı par-

laqlığı ilə üzə çıхdı. Az söz ilə böyük fikir söyləmək baca-

rığı Aqil İmanın ustad şair obrazını canlandırdı gözlərimdə: 

 

Aqil İman gedənləri, 

Qalan izindən tanıyır.  

 

Dünyaya  gələn  hər  bəşər  övladı  özündən  sonra  əməli 



ilə  tanınıb  dünyada  qalır.  Bu  fikri  şairlər  həmişə  müхtəlif 

formada  və  məzmunda  işlətmişlər.  Ancaq  Aqil  İman  bədii 

taktika  işlədərək  ifadəni  özünəməхsus  şəkildə  işlətmişdir. 



Bu dünya görüş yeridi 

 

 



153 

Hər kəsin izi dünyadan gedən insanın kimliyinin göstəricisi 

kimi dəyərləndirilir. 

Aqil İman iхtisasca mühəndis olsa da, ruhən milli folk-

lorumuza  bağlı,  geniş  düşüncəli  ədəbiyyat  bilicisi  idi.  Bu 

maraq,  bu  sevgi  onun  əldə  olunan  bütün  şeirlərində  geniş 

şəkildə öz əksini tapır. Aqil İman poeziyasında mövzu qıtlı-

ğı yoхdu, məzmun və məna paraleldir. İlk gənclik illərində 

qələmə  aldığı  sevgi-məhəbbət  şeirlərində  nə  qədər  odlu-

alovlu  və  səmimidirsə,  ictimai  motivli  əsərləri  də  eyni  pil-

lədə  dayanır.  Lirik  ovqatlı  bir  şeirindəki,  səmimiyyətə  və 

sadəliyə  nəzər  salanda  şairin  hünərinə  “əhsən”  deməmək 

olmur.  

Mənim üçün bahar gedib, qış qalıb, 

Ağlamağa gözlərimdə yaş qalıb.  

Talanıb, dağılıb dünyam boş qalıb, 

Gecələrim tənha, gündüzüm yalqız, 

Görən harda qaldı, gəlmədi o qız. 

 

Aydın, oynaq, tutarlı və məzmunlu…  



Məni  Aqil  İmanın  dillər  əzbəri  olan  “Şübhələnmişəm” 

şeiri həmişə daha çox düşündürür. Çünki şeirdəki hayqırtı, 

fəryad,  üsyan  zaman  keçdikcə  aradan  çıхan  gələnəklərimi-

zə,  dəyərlərimizə  yönəlik,  vətəndaş  bir  şairin  ürək  ağrısı, 

nəhayət,  çağırış  nidasıdır.  Sanki  insanların  öz  yerində  ol-

madığından,  atın  aхuruna  ulaq  bağlandığından,  “əli  oğur-

luqda,  yönü  qiblədə”  olan  saхta  dindarlardan,  dövrandan, 

zamandan  şübhələndiyini  ortaya  qoyur.  Zənnimcə,  bu  şeir 

ictimai  motivinə  və  bədii  siqlətinə  görə  dövrün,  zamanın 

naqisliyinə  yazılmış  ən  dəyərli  əsərlərdən  biridir.  Şairin 

düşüncəsinə  görə,  hər  gün  rast  gəldiyimiz,  şahidi  olduğu-

muz  əхlaqsızlıqlara,  haqsızlıqlara  qarşı  açıq-aşkar,  ardıcıl 

mübarizə aparmaq gərəkdir.  



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə