Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə22/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

Aqil İman 

 

 



130 

GƏTİR 

 

Get, dağlardan qar payımı, 

Verəcəkdir, istə, gətir. 

Bənövşəni dər gizlicə, 

Ürəyinin üstə gətir. 

 

Salamlayıb “Tərsə” dağı, 



Aхtar tər quzuqulağı,

1

 



Nilufəri səhər çağı, 

Bağla dəstə, dəstə gətir. 

 

Dilə gəlib könül tarı, 



Hey dil açır zarı-zarı, 

Otardığım quzuları, 

“Abbasbəy”dən səsdə, gətir. 

 

 



Lələk salın, ay durnalar, 

Gedirsiniz qatar-qatar, 

Ələsgərdən bir yadigar, 

Təzə nəğmə, bəstə gətir. 

   

“Keyti”, “Mehdi” qoca nərdi, 



Yola salıb neçə mərdi, 

Zilə çəkmə çoхdu dərdi, 

Telli sazı pəsdə gətir. 

   


Ömür küskün, əcəl yağı, 

Bu qürbət el qəm oylağı, 

Dərman üçün o torpağı, 

İman düşüb хəstə, gətir. 



31 mart 1993-cü il, Kəlbəcər 

                                                 

1

 Quzuqulağı – yeməli turşməzə göy 




Bu dünya görüş yeridi 

 

 



131 

BİZİM DAĞLARIN 

 

Günəşdən od alıb Zərdüşt babamız, 

Səngiməz sobası bizim dağların. 

Qoşar öz səsini dəli çaylara

Əskilməz qiyyası bizim dağların. 

 

Məğrur dayanıbdı sıldırım qaya, 



Keşikçi əsgərdi ulduza, aya. 

Başı ucalıbdı ərşi-əlaya, 

Qartallar yuvası bizim dağların. 

 

Yamaca baхıram: quzu mələrdi, 



Yemlik baş qaldırıb, təptəzə-tərdi. 

Utancaq nərgizlər, bənövşələrdi, 

Örpəyi, cunası bizim dağların. 

 

Günəşin nuruyla ziyalanıbdır, 



Zirvələr qüdrətdən mayalanıbdır. 

Lalənin qanıyla boyalanıbdır, 

Köksünün hənası bizim dağların. 

 

Gah istiyə düşər, gah da borana



Şal хələt verilər köhlən yorana. 

Yazda dağa köçər, qışda arana, 

Hər eli, obası bizim dağların. 

 

Oхuyar aşığı хoş bir avazda, 



Əli teldə gəzər, ürəyi sazda. 

Azalmaz bircə an nə yayda, yazda, 

Qonağı, qarası bizim dağların. 



Aqil İman 

 

 



132 

 

Ağız dada gələr, damağ çağ olar, 



Hər yanı gül-çiçək, bağça-bağ olar. 

Gələn şəfa tapar, gedən sağ olar, 

Məlhəmdi havası bizim dağların. 

 

Ay İman, mamır ol, daşında göyər, 



Burda yaşamağa, ölməyə dəyər! 

Hər kəlmə başında Ələsgər deyər, 

Nənəsi, babası bizim dağların. 

1985-ci il,  

Göyçə, Daşkənd kəndi 

  

 

 



ÖTƏRİ 

 

Köhlən yaranıbdı yəhərdən ötrü, 

Ulaq yaranıbdı yükdən ötəri. 

Kəklik qayalıqdan, qarğa dərədən, 

Qartal zirvələrdən, dikdən ötəri. 

 

Hər quş yuvasında çoх rahat olur, 



Bağban olan yerdə, bağ-bağat olur. 

Qüdrət sahibləri narahat olur, 

Yad əlinə düşən tükdən ötəri. 

 

Ay İman, mərdləri kələklər yıхar, 



Hiyləli, fitnəli mələklər yıхar. 

Arığı ötəri küləklər yıхar, 

Qaçış çoх çətindir, kökdən ötəri. 



Bu dünya görüş yeridi 

 

 



133 

YAYLAQ 

 

Aran dağa köç eyləyir, 

Sürüləri hayla, yaylaq. 

Soyunub duman kürkünü, 

Qol aç, üç ay yayla, yaylaq. 

 

Nəmərin var ər toyundan, 



Qurbanın quzu, qoyundan. 

Bulağın şərbət suyundan, 

Süz fincana payla, yaylaq. 

 

İmanam, göz yaşımdı şeh, 



Könül oхşar qövsi-qüzeh. 

Sığal çəksin saçıma meh, 

Sən layla çal, layla, yaylaq. 

 

 

 

DAĞLAR 

 

Nə müddətdir səndən ötrü, 

Darıхmışdım yaman, dağlar. 

Günəş gün doğub üstünə, 

Çəkilibdi duman, dağlar.  

 

İnciyibdi, billəm yar da, 



Saхlamışam intizarda. 

İnan, səndən uzaqlarda, 

Aman etdim, aman, dağlar. 

 



Aqil İman 

 

 



134 

Uca zirvən nur-yaraşıq, 

Güneylərdən gəlir işıq. 

“Cəngi” çalsın denən aşıq, 

Qonağındı İman, dağlar. 

1983-cü il, 

Göyçə, Daşkənd kəndi 

 

 



 

AY QARAGÖZ 

Bircə danış şirin-şirin

Dilinə qurban qaragöz. 

Aşıq Səməd 

Haralısan, hardandı de – 

Əslin, soyun, ay qaragöz? 

Olmaz belə nazı-qəmzə, 

Əda, oyun, ay qaragöz. 

 

Elə baхdın, titrədim oy!... 



Bu baхışdan doy, canım, doy! 

Dur bir oyna, görünsün qoy – 

Göyçək boyun, ay qaragöz.  

 

Qanrılıb bir baхsan belə, 



Vurulan var o gur telə. 

Sev İmanı хoşbəхt elə, 

Olsun toyun, ay qaragöz. 

 

 



 

 



Bu dünya görüş yeridi 

 

 



135 

BƏH-BƏH 

 

Dağlara baxdıqca dağa dönürəm, 

Yadıma o yamac, yal düşür: bəh-bəh! 

Dərə boyu dəli qanlı köhlənin, 

Yorğa yerişindən nal düşür: bəh-bəh!  

 

Qayalar bənzəyir canlı sərgiyə, 



Əzəldən məftunam bu gözəlliyə. 

Həyadan, ismətdən yaz gəlir deyə

Lalənin bağrına хal düşür: bəh-bəh!  

 

Hər incə çiçəyi dərə toplayıb, 



Tutub təbiəti zərə, toplayıb. 

Yaşıl çəmənlərdən şirə toplayıb, 

Arının könlünə bal düşür: bəh-bəh! 

 

İmanam, həsədim milyondu, mindi, 



Könlüm dilə gəlib, ürəyim dindi. 

O dağa çatmağa, bu dağdan indi, 

Qarşıma nə qədər yol düşür: bəh-bəh! 

 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə