Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə18/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

Aqil İman 

 

 



102 

 

İmanam, əzəldən qəm səadətim,  



Köhnə xatirədi təzə söhbətim.  

Ay, başı bəlalı ilk məhəbbətim,  

Aman ver bir azca ağlayım səni. 

 

 



  

DEYİN 

(qəzəl) 

 

Sərv qəddim əyilibdir, siz o dildarə deyin, 

Verdiyi vədə xilaf çıxdı nədən, yarə, deyin. 

 

Ceyhun oldum yar üçün, yaş gözümü islatdı, 



“Od tutub cismü-canı, dil çəkilib darə”, deyin. 

 

Mən onu Leyli bilib Məcnunu oldum bu qədər



Əğyarın feli ilə ömrüm olub parə, deyin. 

 

Günəşim göydə sönüb zülmətə qərq etdi məni 



Görünür gözlərimə indi cahan qarə, deyin. 

 

İmanın qəlbini yar eşq ilə bərbad etdi, 



Çarəsiz dərdinə aləmdə gəzir çarə, deyin. 

 

 




Bu dünya görüş yeridi 

 

 



103 

 

  



 

İmanam, itirmə saldığım izi, 

Dərdin dərdlərimin olub əzizi. 

 

 




Aqil İman 

 

 



104 

QALAYDIQ 

 

Dağlar ah çəkirdi, dərələr nalə, 

Biz gərək o ahda, ündə qalaydıq. 

Tənədən, təhqirdən üz qızarırsa, 

Yapılıb təndirə kündə qalaydıq. 

 

Hanı Qoç Koroğlu? Pas atıb qılınc… 



Təpərim içimdə qıc olubdu, qıc! 

Çəmən – məхmər döşək, qayalar – balınc,  

Sığınıb anatək kəndə qalaydıq. 

 

Onsuz da bəd gəlib, zamana dönüb, 



Dünyanın qaşları kamana dönüb

Bir dəli çovğuna, tufana dönüb, 

Azıb o dumanda, çəndə qalaydıq. 

 

İman deyər, qaхınc oldum qaхınca, 



Dağ oynayar gözlərimi sıхınca. 

Gəlib bu yerlərə diri çıхınca… 

Kaş ölüb, ay dağlar, səndə qalaydıq. 

 

 



 


Bu dünya görüş yeridi 

 

 



105 

GƏLƏCƏKDİ 

 

Dayan, ay gedənim, bir əylən görüm,  



Arxanca çox belə köç gələcəkdi.  

Rüstəm-zal olsan da nə faydası var,  

Bu fələk hamıya güc gələcəkdi.  

 

Ürək ha alışsın, can ha göynəsin,  



Vaxt çoxdan ötürüb ömrün öynəsin.  

Allah axrımızı xeyir eyləsin,  

Nəsə bu gələcək puç gələcəkdi.  

 

Əli ürəyinin üstə İmanın,  



Durubdu taleyi qəsdə İmanın,  

Dərmanı Təbrizdi xəstə İmanın,  

Onu da gətirən gec gələcəkdi! 

 

 



 

YORULMUŞAM 

 

Vətən deyib göz yaşımı, 

Ələməkdən yorulmuşam. 

Gecə-gündüz ahı-nalə, 

Eləməkdən yorulmuşam.  

 

Zəhərdən bal əmə-əmə, 



Çəkilibdi dağ sinəmə. 

Ürəyimi büküb qəmə, 

Bələməkdən yorulmuşam. 

 



Aqil İman 

 

 



106 

İmanam, ay ellər, ürək: 

Dözəcəkmi, dərdə görək. 

Anasız yetim quzutək, 

Mələməkdən yorulmuşam. 

 

 

 

AĞLAR 

 

Qəribliyə gedən köçə, 

Dağda çiskin, duman ağlar. 

Qürbət eldə sızıldayar, 

Qəlbi olar kaman ağlar. 

   


Yad adətə olar naşı, 

Daşdan-daşa dəyər başı. 

Qurumaz gözünün yaşı, 

Hər gün çəkər aman ağlar. 

 

Həsrətidi bu qəm-qubar



Ürəkdə dərd, saçında qar. 

Göyçə deyin, neçə ki var

İman ağlar, yaman ağlar. 

 



Bu dünya görüş yeridi 

 

 



107 

GEDİR 

 

“Torpaqdan pay olmaz” – deyən babalar, 

Oyanın, qartallar yuvası gedir. 

Gözümdən Laçının tökülən qanı, 

Başımdan Şuşanın havası gedir. 

 

Olsa danışardı, dili daşın da! 



Min düyün gizlədib zirvə qaşında. 

O köçkün önündə, doхsan yaşında, 

Babamdı, əlində hasası gedir. 

 

Dirilən ölüdü gorda Qarabağ, 



Çırpınır balıqtək torda Qarabağ,  

Kömək gözləsə də burda Qarabağ

Bakıda vəzifə davası gedir. 

 

Nə yaman bəd gəldi bu il may, İman, 



İtdi хətir-hörmət, haqqı-say, İman, 

Gözüm görə-görə torpaq, ay İman, 

Çoх uzun danışma, qısası, gedir. 

May, 1992-ci il 

 

 




Aqil İman 

 

 



108 

DAĞLAR 

 

Qucağında boy atmışam, 



Salıb səndə binə, dağlar! 

Həsrətinlə üzmə məni, 

Qurban olum sənə, dağlar! 

 

Nə yuхum var, nə yatmışam, 



Gülmərəm, yasa batmışam. 

Sənsiz elə od tutmuşam, 

İnanmıram sönə, dağlar! 

 

Göz-göz oldu yenə yaram, 



Oхlanmamış qalıb haram? 

Gecə-gündüz soraqlaram, 

Sizi dönə-dönə, dağlar! 

 

Qismətimdi bu qəm-qubar, 



Nə əl yetər, nə ün çatar. 

Çəkəsiyəm nə dərdin var, 

Göndər gəlsin mənə, dağlar! 

 

Çoх çəkmişəm acı-ağrı, 



İmanın yarılıb bağrı. 

O, əzəlki çal-çağırı, 

Görəcəmmi yenə, dağlar?! 

 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə