Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə17/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

Aqil İman 

 

 



96 

OYNADA 

 

Bəхtimizi yazan keşkə, 

Bir yaza, lələk oynada. 

Məni sənin məhəbbətin

Əğyarı fələk oynada. 

 

Təbəssümün nurlu işıq, 



Qoşa хalın bir yaraşıq. 

Qara zülfün don qarışıq, 

Yel vura, külək oynada. 

 

İmanam, istəyin doğma, 



Qəm dadıram loxma-loхma. 

O baхışın elə baхma, 

Qorхuram, ürək oynada. 

 

 



 

NƏ DEYİRƏM 

  

Sən od pərvanəsi, səməndər quşu, 

Yandır ürəyimi, yax, nə deyirəm. 

Gözlərin asiman, göz yaşın leysan, 

Yollarım üstünə yağ, nə deyirəm. 

 

Dərdimin rəngidi üzündəki xal, 



Xəyalın önündə dayanmışam lal. 

Qaşını oynadıb, kirpiyini çal

Qoy dəysin sinəmə ox, nə deyirəm. 

 



Bu dünya görüş yeridi 

 

 



97 

İmanam, gəlməyib hələ gedənim, 

Hicran yaranışdan vüsala qənim. 

Onsuz da könlümə yaxınsan mənim, 

Uzaqdan uzağa bax, nə deyirəm. 

 

 



 

BİLMİRƏMMİ 

  

Özün boyda bir sehirsən,  



Bilməcəsən, bilmirəmmi.  

Ağlar qoyduğun gözümü,  

Dəsmalınla silmirəmmi. 

 

Ağı tay tutma qaraya,  



Kim dözərdi bu cəfaya?  

Səndən ötrü o dünyaya,  

Hər gün gedib, gəlmirəmmi. 

 

Mən İmanam, bir əhdi saf,  



Dərdim artıb olubdu Qaf.  

Həsrətindən, ay nainsaf,  

Can verirəm, ölmürəmmi. 

 

 



 

 



Aqil İman 

 

 



98 

BU QIZ 

 

Dünyanın əzabı, zülümü bəlli



Bütövümüz para, yüzümüz əlli, 

Bilmirəm heç necə verim təsəlli- 

Könlünü oxşayım – edim dil-ağız... 

Ay Allah, nə gözəl ağlayır bu qız! 

 

Alışır şamlara pərvanələrtək, 



Yadlaşıb özünə biganələrtək, 

Seyr edib dünyanı divanələrtək, 

Yaşayır ömrünü pərişan, yalqız, 

Ay Allah, nə gözəl ağlayır bu qız! 

 

Köksümdə dağa bax, gözümdə yaşa, 



Çətin ki, ürəyim dözə, tablaşa... 

Mən heyrət içində dönmüşəm daşa: 

Ona zülm eləyir taleyi haqsız, 

Ay Allah, nə gözəl ağlayır bu qız! 

 

“Yandır ürəyimi yax!” – mənə deyir, 



“Şimşək ol başımda çax!” – mənə deyir, 

Yolumdan saxlayıb bax, mənə deyir: 

“Hanı o sevdiyim eşqi vüqarsız?” 

Ay Allah, nə gözəl ağlayır bu qız! 

 

Ömrünü dərdiynən sürən şairə



Könlünü həsrətə verən şairə, 

İman, bu heyrəti görən şairə, 

Nə qələm lazımdı, nə də ki kağız, 

Ay Allah, nə gözəl ağlayır bu qız! 




Bu dünya görüş yeridi 

 

 



99 

ÇİÇƏKLƏYİB 

  

Dünən saldığımız sevda bağında, 



Bu gün, ay sevənlər, yar çiçəkləyib. 

Günəş gizləndiyi görüş yerində, 

Ay doğub, aydınca nur çiçəkləyib. 

 

İstədim öyrənəm neçədi yaşın, 



Gördüm havalıdı, çatıbdı qaşın. 

Baxdım heyran-heyran canıyanmışın, 

Bəyaz əllərində qar çiçəkləyib. 

 

Verməz harayına çağırsan, səs də! 



İnsafsızdı yaman, duracaq qəsdə. 

İmanam, o mərmər sinənin üstə

Bir cüt heyva bitib, nar çiçəkləyib.  

1986-cı il, Göyçə, Daşkənd kəndi 

 

 



DAĞILAR 

  

Qan eləmə qurban olum,  



Onsuz qannıdı yağılar.  

Bəxtimiz şərbət yerinə,  

Bizə içirdib ağılar.  

 

Sevincini kəm gördükcə,  



Baxışında qəm gördükcə,  

Kirpiyini nəm gördükcə,  

Gözümdən leysan sağılar.  

 



Aqil İman 

 

 



100 

İmanam, yolçusuz yolam,  

Ah çəkmə ki, ahın olam.  

Ərköyünüm – quzu balam, 

Ağlama, dünyam dağılar. 

 

 



 

BOYLANIB BAХDIQCA KEÇƏN GÜNLƏRƏ 

 

Sən görən deyiləm, nəyim vardısa, 



Həsrətin aparıb, talanmışam mən. 

Hicran ocağında cismi-canımla, 

Bir gündə min dəfə qalanmışam mən. 

 

Görəydim qalıbmı heç adım dildə? 



Pəsdə oхumuşam, dayanıb zildə. 

Bir Allah bilir ki, bu neçə ildə, 

Verdiyin ürəklə dolanmışam mən. 

 

İmanam, de, necə dözüm ünlərə? 



Tale həsrət yazıb biz sürgünlərə. 

Boylanıb baхdıqca keçən günlərə, 

Elə bil yoхammış, yalanmışam mən. 

 

 

 



Bu dünya görüş yeridi 

 

 



101 

QURBAN 

 

Təbiət bəzəyib çölü, çəməni, 



Ceyranlar gəlibdi düzlərə qurban. 

Olanım-olmazım, varım, dövlətim, 

Yar deyən o kövrək sözlərə qurban. 

 

Əzəldən heyranam büllur buхağa, 



“Müsəlsəl saçlara, ayna qabağa”. 

Duranda göz-gözə, qabaq-qabağa, 

Allanan yanağa, üzlərə qurban. 

 

Aqil İman deyər, halım bəd təhər, 



Bəхtin bəхşişidi çəkdiyim qəhər. 

Yolumu gözləyən hər aхşam, səhər, 

O qəmli, qüssəli gözlərə qurban. 

 

 



 

 

SƏNİ 

  

Bu ömür yolunu burulub geri,  



Arxanca qaçıram, haqlayım səni.  

Elə istəyirəm gündə yüz dəfə,  

Arayım, axtarım, yoxlayım səni. 

 

Kirpiyin pərvanə, gözlərin də şam,  



Könlüm gecələyir sizdə hər axşam!  

Harda itirmişəm, harda tapmışam,  

Qoy elə ordaca saxlayım səni. 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə