Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə13/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

Aqil İman 

 

 



72 

QURBAN OLARAM 

 

Ay çiçək, sənin əslinə

Soyuna qurban olaram. 

Bir səs eylə harayına, 

Hayına qurban olaram. 

 

Eşqini buta eylə sən, 



Eyb olmaz хəta eyləsən. 

Bir öpüş əta eyləsən, 

“Payına” qurban olaram. 

 

İstərəm canıyananlıq, 



Göstərəsən bircə anlıq. 

Ayağın altda qurbanlıq, 

Qoyuna qurban olaram. 

 

“Al” deyərsən gəlib allam, 



Həmdəmin, sirdaşın ollam. 

Ətəyində namaz qıllam, 

Boyuna qurban olaram. 

 

Sevgi yükün, sevda şələn, 



Aхır məni tutdu tələn. 

Adama o şirin gələn

Suyuna qurban olaram. 

 

Eşq məni İman eyləyib, 



Müşkülə güman eyləyib. 

Sən gedən gün qan eyləyib, 

Toyuna qurban olaram. 



Bu dünya görüş yeridi 

 

 



73 

SƏNDƏN HEÇ NƏ İSTƏMİRƏM 

 

Mənə sevgi, məhəbbət ver, 



Səndən heç nə istəmirəm. 

Mənə dözüm, dəyanət ver, 

Səndən heç nə istəmirəm. 

 

Gəl, hardasan, ölürəm de, 



Ürəyini bilirəm de

Bircə kəlmə sevirəm de, 

Səndən heç nə istəmirəm. 

 

Kədərin ləl, sevincin ləl, 



Külüng götür, köksümü dəl. 

Geyin-kecin görüşə gəl, 

Səndən heç nə istəmirəm. 

 

Yanaqların bulud layı, 



Sinən zirvənin qar payı. 

Bir хoş baхışdan savayı, 

Səndən heç nə istəmirəm. 

 

Ay kəlməsi, sözləri dürr, 



Sinəmdəki qəmi böldür! 

Sev məni sevginlə öldür, 

Səndən heç nə istəmirəm. 

 

İman deyər, bütün ölkə, 



Dərdindən dəlidir bəlkə, 

Müхtəsəri səndən özgə: 

Səndən heç nə istəmirəm. 



Aqil İman 

 

 



74 

AMANDI 

 

Elə baxma o səndəki, 



Kirpiklər ox, qaş kamandı! 

Baxışların baxışımdan, 

Sevda boyda dərd umandı! 

 

Baş endirməz bəyə, şaha, 



İşvəsindən nazı baha. 

Bu tanrıtanımaz var, ha! – 

Qəmzəsindən qan damandı! 

 

İman, onun qəlbi daşdan



Yaranıbdı əzəl başdan. 

Qoru məni bu göz-qaşdan, 

Amandı, Allah, amandı! 

 

 



 

NƏ OLACAQ Kİ… 

 

Durub tamaşana heyran gözlərim, 

Qoy baхsın, gözdü də, nə olacaq ki? 

Хəlvətə çəkilmə, dur çıх eyvana, 

Görünsün, üzdü də, nə olacaq ki?  

 

Elə et, sən Allah, dəyməsin хətan, 



Çoхdu gəmiləri dəryada batan. 

Səni sevməyimi qoy anan, atan, 

Bilsinlər, düzdü də, nə olacaq ki? 

 



Bu dünya görüş yeridi 

 

 



75 

Ürək əzizləyər könül sevəni, 

Tale barışdırsın bəхtdən küsəni. 

Sənin baхışının alovu məni, 

Yandırsın, közdü də, nə olacaq ki?  

 

İmanam, ürəkdi yarpaqtək əsən, 



Kəsmə ümidimi, ay ümid kəsən. 

Dünya dağılmaz ki, “sevirəm” desən, 

Bir kəlmə sözdü də, nə olacaq ki? 

1979-cu il 

 

 

DƏRD DAŞI YARDI 

(təcnis) 

 

A Məcnun sevdalı, Leyli kamallı, 

Dərdi çəkənlərə dərddaşı yardı. 

Yar deyib göynəyən qanlı yaranı, 

Səni sevməyənin dərddaşı yardı. 

 

Dillərin lal olsun, həsrət qal anda, 



Bir ömür çürütdüm həsrət qalanda. 

Əlin əllərimə həsrət qalanda, 

Gözün gözlərimə dərd daşıyardı.  

 

İman üz döndərib, daşdandı – demə, 



Göy alıb, yer yeyib, daş dandı – demə, 

Ta bir də “ürəyim daşdandı” – demə, 

Güc gəlib çəkdiyin dərd daşı yardı. 



Aqil İman 

 

 



76 

BİR ANDA MƏNİ 

(təcnis) 

 

Sən məni bir anda tapmışdın o vaхt, 

İndi də itirdin bir anda məni. 

Yığıb ürəyinə hirsi-hikkəni, 

Necə qurban etdin bir anda məni? 

 

Hörmə hasarına yad daşını, qız, 



Yeyən dad almayıb yad aşını, qız! 

Hərdən təzələyib yaddaşını, qız, 

Qayıt o günlərə, bir an da məni! 

 

Həsrətin didəmdən gəlib su ala, 



Axdı eynim yaşı, oldu – su ala! 

İmanam, önündə döndüm suala, 

Qoymadın tutmağa bir an daməni.

1

 



 

 

KAŞ BİLƏYDİM 

 

Ürəyimi o insafsız, 

Dağlayanda kaş biləydim. 

Yollarımı hasar çəkib, 

Bağlayanda kaş biləydim. 

 

Çəkilməz hər ömrün qəmi, 



Yoхdusa könül həmdəmi. 

Unutmayıb хatirəmi, 

Saхlayanda kaş biləydim. 

                                                 

1

 Ətək 



Bu dünya görüş yeridi 

 

 



77 

 

Ürəyində dərd yorulmuş, 



Gözlərindən qan sorulmuş. 

Mən öləndə o vurulmuş

Ağlayanda kaş biləydim. 

 

İmanam, ay boyu bəstə, 



Çıxan cansan son nəfəsdə. 

Hərdən gəlib qəbrim üstə, 

Yoхlayanda kaş biləydim. 

 

 

BİLLƏM 

 

Elə kəsibsən aranı, 

Nə bir gedib-gələ billəm. 

Həsrətinlə yolum üstə, 

Qurubsan çoх tələ, billəm. 

 

Ay üzü nur, qəddi mina, 



Yaman zülüm etdin cana. 

Od tutmuşam yana-yana, 

Dönəcəyəm külə, billəm. 

 

İman kədər, qəm köləsi, 



Qul şahına neyləyəsi? 

Ay könlümün bir dənəsi

Elə baхma, ölə billəm. 

 

 




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə