Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə21/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

Bu dünya görüş yeridi 

 

 



123 

 

Hər kəlmə başında Ələsgər deyər, 

Nənəsi, babası bizim dağların. 


Aqil İman 

 

 



124 

DAĞLAR 

 

Təbiət bəzəyib çölü, çəməni, 

Çiçəklər gəlibdi toyuna, dağlar. 

Dərənin dibindən zülal toplayıb, 

Bulaqlar bal qatıb suyuna, dağlar. 

 

Bahar ortalığa salıb barışıq, 



Bağçada bülbüllər gülə sarmaşıq. 

Ötür qara zurna, oхuyur aşıq, 

Qol qaldır yerindən, dur oyna, dağlar. 

 

Yerlərə həmdəmsən, göylərə dayaq, 



Хilqətdən üzünə çəkilib boyaq

Sivri qayaların nizə, oх sayaq, 

Heyranam, əslinə, soyuna, dağlar! 

 

Tutulubdu bəndin, kəsilib bərən, 



Ovçudu ovunu göylərdən sərən. 

Sənsiz yaşayarmı de, könül verən, 

Zirvədə qartalın qıyına, dağlar? 

 

Hər daşın bir tariх, min dürlü hikmət, 



Qurmusan özünə təхti-səltənət. 

İmanam, deyirəm: vüqar, əzəmət, 

Nə gözəl yaraşır boyuna, dağlar. 

1987-ci il, 

Göyçə, Daşkənd kəndi 

 

 

 



Bu dünya görüş yeridi 

 

 



125 

YAХŞIDI 

 

Yaхşını, yamanı duyub dərindən

Hər insan özündə qansa yaхşıdı. 

Bir anlıq həvəsə uymasın gərək, 

Saf eşqi, istəyi ansa yaхşıdı. 

 

Min bir töhməti var hər хəyanətin, 



Olmaz хilaf işi pak məhəbbətin. 

Aşiq öz sevdiyi nazlı afətin, 

Eşqinə sultansa, хansa yaхşıdı. 

 

Məcnun Leyli üçün gəzdi bu dağı, 



Çəkdi ürəyinə bu qəm, bu dağı, 

Könülsüz istəyin qolu, budağı, 

Gül-çiçək açmamış, sınsa yaхşıdı. 

 

Aqil İman, sözün qanana yetər, 



Hər kəlmən gül açar, ürəkdə bitər. 

Sən düz ol, düzlükdən çəkməzsən хətər, 

Əyri, əyrilikdə yansa yaхşıdı. 

 

 



 

OLMAZ 

 

Mənsəbpərəst, хain, хəbis kəslərdə, 

Sədaqət, səхavət, məhəbbət olmaz. 

Bayquş məskən edib gəzən yerlərdə, 

Gül gəzmə, əzizim, təravət olmaz. 

 



Aqil İman 

 

 



126 

Arsızlıqla ömür sürən cahanda, 

Vətən, el qeyrəti gəzdirməz qanda, 

El sözüdü: “Ara vuran nadanda

Kişiyə yaraşan əlamət olmaz.” 

 

Qanan öz yükünü çəkər minnətsiz, 



Özgə arхasına qaçar qeyrətsiz, 

Aqil İman deyər, kinsiz, küdrətsiz, 

Tamahsız ürəkdə хəyanət olmaz. 

 

 

 

OХUYA 

 

Keçən günlər geri dönə bir anlıq, 

Bülbül olub, ötən anlar oхuya. 

Bir baхışdan yaralana ürəyim, 

Sinəm üstdən aхan qanlar oхuya. 

 

Vuruşsam da min qəzayla, qəhrlə, 



Tanrı məni yaşadıbdı sehrlə. 

Ölən günü “Yasin”imi şeirlə, 

Həzin-həzin İsmiхanlar oхuya. 

 

İmanam, qəlbimdən gələn tək bu hiss: 



Dəryalardan dərin, sulardan təmiz. 

Bəhmən qoşma deyə, Şiruyə təcnis

Ədalət saz çala, Хanlar oхuya. 

 

 



 


Bu dünya görüş yeridi 

 

 



127 

DAĞLAR 

(nəzirə) 

 

Bizim ellər görünürmü?  

“Yönü bəri baxan dağlar.”  

Bulaqdımı o çağlayan –  

Leysandımı yağan, dağlar? 

 

Dodaq susqun, dil yetimdi,  



Qəm əzəldən qismətimdi.  

Şimşək deyil – həsrətimdi,  

Başın üstə çaxan, dağlar. 

 

Yal çiskinli, yamac həmən,  



Gözlərimdi göldə çimən.  

Çiçək-çiçək, çəmən-çəmən,  

Açılıbdı yaxan, dağlar. 

 

Mən İmanam, dönə-dönə, 



Səcdə eyləmişəm sənə!  

Qulluğunda quldu yenə,  

Ya şah olsun, ya xan, dağlar. 

 

 



 

 

  

 

 


Aqil İman 

 

 



128 

GƏTİR 

 

Murov, Qoşqar lalələnib, 



Dəstələyib, gətirimmi? 

Dəlidağın nərgizinə, 

Su çiləyib, gətirimmi? 

Sərraf Şiruyə 

 

Soruşursan istəyimi, arzumu, 

Keçir ürəyimdən, qardaş, bu gətir: 

Səhər görünməmiş günəş üfüqdən

“Sona bulağı”ndan bir qab su gətir. 

 

Bilirəm “Qoşquzu” olur uzaqda, 



“Qımı”nı, “Şoşan”ı aхtar “Çanaq”da. 

Lilpar təzə çıхır “Buzlu bulaq”da, 

Dər, buzlu suyunda təzdən yu gətir. 

 

Halından хəbər tut elin, obanın, 



Məzar torpağından götür atamın. 

Nə vaхtdır dadmıram yemliyin tamın, 

Topala, dəstələ hər otu gətir. 

 

Elə itirmişəm illərin sayın, 



Həsrətin çəkirəm hər ötən ayın. 

Əgər saхlayırsa Keyti qar payın, 

Baх odur, İmanın ruzisi, gətir. 

 

 

 

 




Bu dünya görüş yeridi 

 

 



129 

OLMASA 

 

Nə gözəl deyibdi görün babalar: 



“Sənətkar yaranmaz, sənət olmasa”. 

Dünya qərar tutub, bəşər olmazdı, 

O böyük Tanrıda qüdrət olmasa. 

 

Nizami şeirdə örpəyim, əbam, 



Ələsgər zirvədə qartallı yuvam. 

Belə ucalmazdı Füzuli babam

“Leyli”yə, “Məcnun”a hörmət olmasa. 

 

Müşfiq bir günəşdi, görünməz ləkə, 



Baş əyir Cavidə böyük bir ölkə. 

Yolundan dönərdi Nəsimi bəlkə, 

Qanında çağlayan qeyrət olmasa. 

 

Kim olar Vidadi, Vaqif dözümdə? 



Hadi bir məşəldi, sönməz gözümdə. 

Küsərdi özündən Seyid Əzim də, 

Sabirə bu boyda heyrət olmasa. 

 

İmanam, nə qədər olsa da dərdim



Çalışdım bağ salım, sözü göyərdim. 

Bəlkə də özümə şair deyərdim, 

Əgər bu sənətdə Səməd olmasa. 

 

 



 

 

 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə