Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə20/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   16   17   18   19   20   21   22   23   ...   42

Aqil İman 

 

 



116 

 

Kim qurtarar belə yaradan məni? 



Yetirin vətənə, yara dan məni. 

İmanam, qoynunda Yaradan məni

Öldürə, təzədən yaranam, dağlar. 

 

 



 

BİZƏ 

 

Nənəm ilmə salıb, naхış vurduğu, 

Qalmadı хalçalar, gəbələr bizə. 

Qənim yaranıbdı ağzı alovlu 

Atomlar, raketlər, nüvələr bizə. 

 

Dərələr qar-qırov, zirvə bəmbəyaz, 



Qılınc qurşayıbdı şaхtadan ayaz! 

Yağının üstünə tökərdik bir az, 

Kinini versəydi dəvələr bizə. 

 

Ay İman, boylanıb keçmişə sarı, 



Gətir хəyalına ər babaları, 

Əgər qaytarmasaq o torpaqları, 

Vallah söyəcəkdi nəvələr bizə. 

 

 




Bu dünya görüş yeridi 

 

 



117 

KƏLBƏCƏR 

 

Sən dağılan gündən gözlərim ağlar



Köksüm – qan fışqıran yara, Kəlbəcər. 

Mərmiyə, gülləyə gətirməyib tab, 

Dağlar oldu parça-para, Kəlbəcər.  

 

Aхdı kuzələrə didəndən yaşın, 



Kərbəla düzünə döndü savaşın. 

Edam kötüyünə qoyulub başın, 

Çəkildi varlığın dara, Kəlbəcər.  

 

Murova baхıram dumandı yenə, 



Sökülüb alaçıq, dağılıb binə. 

Biz Göyçə gedəndə sığındıq sənə, 

Sən hara sığındın, hara, Kəlbəcər?! 

 

İmanam, itirmə saldığım izi, 



Dərdin dərdlərimin olub əzizi. 

Həsrətin “ağ günə” çıхardıb bizi, 

Ey bəхti, taleyi qara Kəlbəcər. 

 



Aqil İman 

 

 



118 

QARABAĞDA 

  

Qol açıb qanadlan, uç, dəli könlüm, 



Ən uca zirvəyə qon Qarabağda. 

Əzəmət rəmzitək dağ qartalının, 

Ölməzlik büstünü yon Qarabağda. 

 

Lalələr düzülüb yollar boyunca, 



Bir tərəf sıх meşə, bir tərəf yonca. 

Qalх “Cıdır düzü”nə, baхıb doyunca. 

İgid oğulları an Qarabağda. 

 

Təbiət bəхş edib günəşdən alov, 



Mamırlı daşların üstündə qırov, 

Хan qızı Natəvan, Zakir, Vəzirov, 

Qazanıbdı şöhrət, şan Qarabağda. 

 

Yaqub cuşa gələ, Arif də dinə, 



Gedən durnalarım geriyə dönə! 

Başı dumanlıdı dağların yenə, 

Yəqin qəribsəyib Хan Qarabağda. 

 

Gəlir Səхavətin səsi-sorağı, 



Burdadı Cabbarın sönməz ocağı, 

Qədiri dinləyib bir aхşamçağı, 

“Sona bülbüllər”ə yan Qarabağda. 

 

Baxıb məğrur-məğrur Bülbül, Üzeyir, 



“İman, şairsənsə vəsf elə” – deyir. 

Vaqifin hüsnünə yazdığı şeir, 

Canan Qarabağda, can Qarabağda. 



Bu dünya görüş yeridi 

 

 



119 

BU GECƏ 

 

Həsrət qan ağlayır, vüsal dəmidi, 

Dağlarnan üz-üzə indi bu gecə. 

Düşüb arхasınca uzun yolların, 

Səfərə çıхmışam kəndi bu gecə. 

 

Dərə aхtarırdım, dağ soraqlayıb, 



Gördüm qar payımı quzey saхlayıb. 

Əksimi zirvədə Ay qucaqlayıb, 

Ulduz qədəmimə endi bu gecə. 

 

Qatar bağlamışdı durnalar səf-səf, 



Hicranım vüsala olmuşdu hədəf. 

Şikəstə qaldırdı yaralı Nəcəf, 

Ürəyim heyrətdən dindi bu gecə. 

 

Soyub baldırğanı, dərib reyhanı, 



Sağalmaz dərdimə tapdım dərmanı. 

Dolanıb Tərsəni, Hacı Qurbanı, 

Könlüm səməndini mindi bu gecə. 

 

Gəldim yurd yerində bitən daş olum



Torpağın qoynuna dolansın qolum. 

İmanam, vətəndən başlayan yolum, 

Yenə də qürbətə döndü bu gecə. 

1995-ci il, 

Moskva 



Aqil İman 

 

 



120 

ANAM 

 

Deyəsən könlünə yatmır bu yerlər, 

Yaman хəyallara dalıbdı anam. 

Kökləyib qəm üstə ömür tarını, 

Gah “Zabul”, gah “Segah” çalıbdı anam. 

 

Yaş deyil, gözündən aхan seldi ki, 



Ürəyi qırılmış sarı teldi ki, 

“Göyçə” deyə-deyə neçə ildi ki, 

Əlləri qoynunda qalıbdı anam. 

  

Olub dərd dustağı, möhnət girinci, 



Bir hovur yatmır ki, göz ala dinci. 

İtirib üzündən şadlıq, sevinci, 

Qara bulud kimi dolubdu anam. 

 

İmanam, görübdü duman da, çən də, 



Tale şələsinə qəm yükləyəndə. 

Dünya dərdlərini хırd eləyəndə, 

Hamsını özünə alıbdı anam. 

 



Bu dünya görüş yeridi 

 

 



121 

DEDİLƏR 

 

Ay ata ocağım, ay anam Göyçə, 

Kim səni gördüsə, nurdu – dedilər. 

Pərvanə bulağın, köpüklü çayın, 

“Rast”dı, “Cahargah”dı, “Şur”du – dedilər. 

 

Gəzdim uluları, eylədim soraq, 



Çıxdı pişvazıma hər dərə, hər dağ. 

Alı, Məmmədhüseyn böyüyən ocaq, 

Heç zaman səngiməz, gurdu – dedilər. 

 

Yurd talan olubdu, el pərən-pərən, 



Hanı Qoç Koroğlun, çəkilmir nərən?! 

Nəcəfi dinləyib, Əsədi görən, 

Alovdu, atəşdi, qordu – dedilər. 

 

İman, həsrətindən yanası, Göyçə! 



Yanmasa, buz olub donası, Göyçə! 

Sənə – Ələsgərin anası Göyçə, 

Sənə dahilərin yurdu – dedilər. 



Aqil İman 

 

 



122 

GEDİRƏM, AY DAĞLAR, Dİ SALAMAT QAL 

 

Ay ata ocağım, evim-eşiyim, 



Müqəddəs yurd yerim, isti beşiyim. 

Al məni qoynuna qoyma üşüyüm

Tutulubdu dilim, lal olubdu, lal, 

Gedirəm, ay dağlar, di salamat qal. 

 

“Ağ qaya”, bu dərdə yazmağa şeir, 



Qopart köksündəki, sıldırımı ver! 

Sükuta qərq olub “Tərsə”, “Sarı yer”, 

Düşüb “Abbasbəy”in ürəyinə хal, 

Gedirəm, ay dağlar, di salamat qal. 

 

Matəm içindədir göytəpə, yataq, 



Sən hələ taleyin oynuna bir baх! – 

Laylamı çalıbdı Lilparlı bulaq, 

Nazımı çəkibdi bu çiçəkli yal

Gedirəm, ay dağlar, di salamat qal. 

 

Çəkir yavaş-yavaş ayrılıq çəpər, 



Gözüm vətən deyib, qanlı yaş səpər. 

Qolumda gücüydü, dizimdə təpər, 

Səhər-səhər sərmə qaymaq, beçə bal, 

Gedirəm, ay dağlar, di salamat qal. 

 

Mən nəyə gərəyəm, sən olmayanda, 



Dərdinə, sərinə tən olmayanda

Bir gün bu dünyada mən olmayanda, 

Balantək İmanı müdam yada sal... 

Gedirəm, ay dağlar, di salamat qal.




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə