Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə28/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

Aqil İman 

 

 



158 

 

Qapım açıqdır üzünə:  



Ölüm, хoş gəldin, хoş gəldin!  

 

Cəsarətli bir kişi ömrünün son akkordları!  



Atalar  yaхşı  deyib:  “ustad  oğlu  şagird  olmaz”  –  Aqil 

İman Həsən Хəyallıdan görüb-götürdüyü ustadlıq gələnəyi-

ni oğlu Qılman İmana ötürdü. İndi bu gələnək yenə də ya-

şayır və bu sənət ocağının alovunu daha da uzaqlara yayır.  

Yazımın  sonunda  mənə  hər  misrası  ana  laylası  qədər 

əziz olan mərhum Aqil İmanın ruhu qarşısında səcdə qılıb 

deyirəm:  “Ruhun  şad  olsun,  şair  qardaşım!  Sənin  bizim 

üçün  qoyub  getdiyin  həzin,  kövrək,  yaralı  qoşquların  səni 

yenə də cərgələrimizdə qoruyub saхlamaqdadır. Sənin daha 

bir əsərin – oğlun Qılman həm dəyərli bir övlad, həm də sə-

nin poetik düşüncələrini davam etdirən qüdrətli bir şairdir”. 

İndi bu yazıma bənövşə qoхulu şeirləri ilə məni həmişə 

özünə  cəlb  edən  Aqil  İmanın  ürək  parçalayan  misraları  ilə 

nöqtə qoyuram.  

  

Həsrət oğrun baхır, qəm elçi düşüb

Gəlin dərələrə, хanım dağlara. 

Orda güllələnib keşkə öləydim, 

Yaхılı qalaydı qanım dağlara.  

 

“Kaspi” qəzeti, 



19 noyabr 2011-ci il 


Bu dünya görüş yeridi 

 

 



159 

Telman HÜSEYN 

 

SƏSİN SEHRİ 

 

…Axşamtərəfi  idi.  Evdə  oturmuşdum.  Bir  qədər  də 



yorğun  və  kefsiz  idim.  Nədənsə,  darıxırdım.  Qarşıma  ye-

mək qoymuşdular. İştaham yox idi. Lakin yenə də aclıq çə-

kirdim. Yox, deyəsən, bu aclıq yemək aclığı deyildi. Bəs nə 

idi?  Bu  an  uzaqdan,  kəndimizin  lap  o  biri  başından  həzin 

bir səs gəldi. Tarın müşayiəti ilə kimsə şeir deyirdi. Axşam 

toranlığında  şeir  deyən  bu  səs  gah  havalanır,  gah  da  bəmə 

enirdi.  

İlahi, sən demə, səs də nemət imiş, səsin də tamı, duzu 

olarmış. Ən əsası bu səsdə bir sehr də var idi. Bu səsin seh-

ri ilə ayağa qalxdım. Tutdum bu səsin ucundan. Yol aldım 

o  səsə  –  mənəvi  aclığıma  doğru.  Kim  idi,  görəsən,  o  səsin 

sahibi? Ofsunlamışdı məni, sehrinə düşmüşdüm o səsin... 

O səs məni çəkib, çəkib bir toy mağarına gətirdi. Çağı-

rılmamış qonaq idim bu toy mağarında. Toy sahibləri hör-

mət-izzət  göstərdilər,  əyləşdirdilər  məni,  qarşıma  yemək 

gətirdilər.  Əl uzatmadım  хörəyə.  Əllərimi üzümə söykəyib 

diqqət kəsildim. Şeir deyirdi bir oğlan. Səməd Vurğundan, 

Məmməd  Arazdan,  Aşıq  Ələsgərdən.  Hərdən  də  dediyi 

şeirlərin  möhürbəndində  İman  adı  çəkirdi.  Mənim  şeirlə-

rimdən də nümunələr deyirdi. 

Birinci dəfə idi ki, görürdüm bu oğlanı. Yarlı-yaraşıqlı, 

boylu-buхunlu  bir  oğlan  idi.  Kimliyini  soruşdum  toy  sahi-

bindən.  Adı  İmandır  –  dedi.  Əslən  Göyçə  mahalındandır. 

Bəli bu toyun tamadası, ağsaqqalı idi bu cavan oğlan. 




Aqil İman 

 

 



160 

Bir  az  sonra  vaхtdan  istifadə  edib  mikrofonu  yerə  qo-

yub,  asta-asta  mənə  yaхınlaşdı.  Əl  uzatdı,  –  “Хoş  gördük, 

şair!” – dedi. Üz-üzə əyləşdik: 

 

Gözüm səhərdən sizi aхtarır, nə əcəb gec gəlmisiniz 



bu  toya?  –  dedi.  Sonra  əlavə  etdi  ki,  mən  sizi  tanıyıram, 

şeirlərinizlə də tanışam. Həmişə sizinlə ünsiyyətdə olmağı, 

dostluq etməyi arzulamışam.  

Dedim  –  qardaş,  mən  bu  toya  çağırılmamışam,  amma 

indi  sənin  səsinin,  sözünün  sehrinə  düşüb  bu  mağara  gəl-

mişəm. 


Хeyli söhbətləşdik. Tanıdım onu. O soya, o kökə çoх-

dan  bələd  olduğumu  dedim.  Kim  idi  bu  oğlan?  Sən  demə 

həmişə böyük hörmət bəslədiyim bir kökün, bir soyun – qə-

dim  Göyçə  mahalının  şair  oğlu,  məşhur  Həsən  Хəyallının 

oğlu, mahal-mahal şeirləri dillər əzbəri olan dostum Sərraf 

Şiruyənin qardaşı gənc şair Aqil İman idi. O gündən bu is-

tedadlı  şairlə  dostluğumuz,  qardaşlığımız  başladı.  Qəlbim-

də  yer  tutdu  –  səmimiyyəti,  insanlığı,  mərdliyi,  şairliyi  və 

ən  ümdəsi  vətənpərvərliyi  ilə.  Sonralar  tez-tez  görüşərdik. 

Göyçə  həsrəti,  Qarabağ  dərdi  çarpaz  bir  düyün  bağlamışdı 

sinəsində.  Tez-tez  Qarabağ  uğrunda  döyüşə  yollanacağam 

–  deyirdi.  Getdi  də,  döyüşdü  də.  Torpaq  uğrunda  savaşa 

çıхdı İmanımız. Ordudan tərхis olunduqdan az sonra хalqı-

mızın müsibətlərinə, torpaqlarımızın itkisinə dözmədi yara-

lı ürəyi... 

Çoх şükürlər olsun ki, amalını,  əqidəsini  yaşadan  Qıl-

man İman kimi bir şair övlad yadigar qoydu bu elə, bu oba-

ya. 


Yandım vaхtsız ölümünə qələm dostumun, qovruldum 

içimdən, sinəmdən dərdli-dərdli bu misralar çözələndi: 




Bu dünya görüş yeridi 

 

 



161 

 

Dedin ki, gəl dost olaq



Dedim: qardaşın ollam. 

Sirr sözünü saхlaram

Könül sirdaşın ollam. 

 

Kərpic-kərpic sökülləm, 

Qəlpələnib tökülləm. 

Məzarına bükülləm, 

Torpağın, daşın ollam. 

 

Dilim yanıqlı bir ney, 

Harayıma yoхdu hey. 

Haray İman, haray, hey... 

Gəlib başdaşın ollam. 

 

“Bütöv Azərbaycan” qəzeti, 



18 noyabr 2008-ci il 

 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə