Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə24/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

Bu dünya görüş yeridi 

 

 



143 

 

Bilmirəm  haradan  düşdü  yadıma  İmanın  bu  müdrik 



misraları. Xeyli vaxt idi unutmuşdum yaddaşımda utancaq-

utancaq boy göstərən bu qənirsiz misraları. Kim bilir, bəlkə 

də  İmanın  ruhuydu  pıçıldayan  gözəgörünməzin  lütfi  kimi 

bu poeziya örnəyini…  

Harada  İmanın  şeirini,  sözünü  eşitsəm  ayaq  saxlayıb 

keçən günlərimə boylanıram: Hörük-hörük uzanan yarğanlı 

dərələr,  “qüdrətdən  səngərli,  qalalı  dağlar”,  quşqonmaz 

zirvələr,  güllü-çiçəkli  laləzarlıq  canlanır  xəyalımda;  qartal 

qıyı, kəklik qaqqıltısı, bülbül cəhcəhi ötür qulağımda; sürü 

yaylaqdan  enir,  elat  yaylağa  köçür,  imran  dilli  aşıqların 

hərbə-zorbası başlayır; qara zurnanın şirin nəvası vahiməli 

zağalarda  əks-səda  verir;  Uzaq-uzaq  toy  mağarlarından 

kədərə  culğaşıq  bir  səs  –  Füzuli-Ələsgər  sözünün  sehriylə 

şahə  qalxır.  Bunları  heç  də  səbəbsiz  xatırlamadım.  Saydı-

ğım təbiət komponentləri və mühitin formalaşdırdığı ədəbi-

bədii  dəyərlər  Aqil  İman  poeziyasında  sözlə  reaksiyaya 

girərək,  üzvü  şəkildə  tərrənnüm  olunur.  Aşıq  gördüyünü 

çağırar – deyib ərənlərimiz. Tifil İman neyləsin? Göyçə ki-

mi qutsal dəyərlərə malik bir məkanda doğulub, sazla yatıb, 

sözlə  oyanan  kəsi  başqa  cür  təsəvvür  etmək  də  mümkün 

deyil.  Gördüyü  bütün  gözəlliklər  qanadlı  ilham  iksiri 

içirmişdi bu bənövşə nəfəsli şairə. Ona görə də hər söz, hər 

misra köksündə nəhr kimi çağlayırdı. Bu çağlayışın özündə 

də sirli-sehrli bir ofsun vardı: 

 

Dözmək olar dözüləsi beş ilə,  

Beş – dedim qorxuram bağrım deşilə!  

Bu sevgini mən udanda “şeş” ilə,  

Gəlib sənin “yek” atıbdı həsrətin.  



Aqil İman 

 

 



144 

 

Bu şeir bir el gözəlinin həsrət ağrılarının qırmancından 



yaranıb.  Eyni  zamanda  bu  şeirdə  bir  şair  də  doğulub. 

Burada  işlədilən  “beş  ilə”,  “deşilə”,  “şeş  ilə”  qafiyələri  o 

qədər sadə və təbiidir ki, şairin qanadlı ilhamı ipək dilinin 

elastikliyindən xumarlanır, qafiyənin gətirdiyi fikir gözəlli-

yi  ekstaz  yaradır,  poetik  ecaza  çevrilərək  dilin  cazibəsində 

cizginir.  Hər  misra  arasında  sözlər  sanki  əl-ələ  verib  rəqs 

eləyir. Belə şeirin havasına kim oynamaz ki?  

Aqil İmanın şeirlərini hansısa dəftərdən, kitabdan oxu-

yub  əzbərləməmişəm.  Yaddaşıma  köçənlər  onu  sevənlərin 

dilində  yağa  –  bala  dönən  misralarıdı.  Bütün  misraları  bu-

laq  suyu  ilə  “qüsullandığından”  pak-pakizə  şeirləri  asanca 

yaddaşlara  köçürüb  onu.  Bir  də  ki,  mən  onun  şeirlərini 

haradan oxuya bilərdim ki? Bir dəfə də olsun qəzet, jurnal 

redaksiyasının  qapısını  döyüb  –  “mən  şairəm,  şeirimi  çap 

edin” – demədi qəbri nurla dolmuş. Eləcə qəlbinə gələnləri 

hamıdan  gizlicə  saxladığı  öz  könül  dəftərinə  yazdı  … 

Özünü  “həvəskar”  adlandırdığından  mətbuatdan  qaçaq  ol-

du. Ona görə də bugünkü oxucu auditoriyası və media üçün 

bir  qədər  pünhan  qaldı  Aqil  İman  imzası.  Bütün  bunlara 

rəğmən özündən xəbərsiz İman elimizin, obamızın dildə əz-

bər şairlərindəniydi. 

 İman sözün – ədəbiyyatın içində doğulsa da, şeirlərini 

həmişə  ədəbi  prosesin  “çölündə”  yazırdı.  Bu  məchul  çöl-

lükdə  nə  geniş  oxucu  kütləsi,  nə  də  ədəbi  tənqid  var  idi 

onunçün. Aqil İman adlı bir saz dəlisi, söz sevdalısı var idi 

ki,  o  da  bircə  onun  ürəyinin  “səsinə”  qulaq  asırdı.  Çünki 

şair  Aqil  İmanın  ən  yaxşı  oxucusu  da,  tənqidçisi  də  elə 

müəllif Aqil İmanın özüydü. Yetərdi ki, yazsın. Yaza-yaza 

ürəyindəki tikanı çıxarıb mənəvi rahatlığına qovuşsun!  



Bu dünya görüş yeridi 

 

 



145 

İman  gənc  olmasına  baxmayaraq  ilk  görünüşdən  qəri-

nələri yorub-yortmuş bir tale adamını xatırladırdı – vədəsiz 

ağarmış  saçları,  çatılmış  qaşlarının  arasında  sevincini  qu-

caqlayan  kədər  düyünləri  və  şeirə  oxşayan  şairanə  məsum 

baxışları...  İmanla  bağlı  xatirələrim  o  qədər  şirindi  ki,  onu 

düşündükcə  xəyallarım,  yazdıqca  qələmim,  danışdıqca  di-

lim ballanır ağzımda. Çünki İman özü şirin adamıydı – xa-

tirələri, şeirləri kimi.  

1989-cu ilin yanvar ayının şaxtadan qılınc qurşayan bir 

vədəsində unudulmaz şairimiz Hüseyn Arif başının dəstəsi 

ilə  qonağım  idi.  Göyçəlilərin  sevimlisi  kimi  1988-ci  ildə 

Göyçədən qaçqın gələn soydaşlarımıza yoluxmağa gəlmiş-

di bizim kəndə. Görüşün rəsmi hissəsi başa çatandan sonra 

bədii  hissəni  bizim  evdə  keçirdik.  Məclisdə  iştirak  edən 

kənd ağsaqqallarının, xüsusən Fəzi əmimin (Qəmgin Fəzi) 

məsləhəti ilə  məclisi İman aparası  oldu.  Bu təklif doğrusu 

mənim də ürəyimdən idi. Çünki Hüseyn Arif yaradıcılığını 

İman  yaxşı  bilirdi,  həm  də  gözəl  natiq  idi.  İlk  çıxışından 

hiss etdim ki, Hüseyn Arifi İman ovsunlayıb. Onun Hüseyn 

Arifin şeirlərini əzbər deməsi, yaradıcılığının məzmunu və 

mahiyyəti haqqında (xüsusən “Dilqəm”, “Yolda” poemaları 

və Aşıq Alı yaradıcılığına diqqəti, qayğısı haqda) geniş və 

məzmunlu çıxışı, Göyçə ədəbi məktəbinin nümayəndələrini 

dəqiq təhlillərlə xarakterizə etməsi Hüseyn müəllimi heyran 

qoymuşdu.  Məclisin  şirin  yerində  Hüseyn  müəllim  üzünü 

mənə tutaraq özünəməxsus incə bir tövrlə – ay Şiruyə, ba-

şın haqqı, bu oğlan şair kimi danışır – dedi. Məclis əhli də 

yerdən təsdiqlədilər ki, bəli, bu oğlan şairdi. İman şeir yaz-

mağını  nə  qədər  gizləməyə  çalışsa  da,  ağsaqqalların  və 

Hüseyn Arifin təkidi ilə bir neçə şeirini oxuyası oldu. Şeir-

lərini dinləyəndən sonra Hüseyn müəllim İmana bir könül-




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə