Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə29/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   25   26   27   28   29   30   31   32   ...   42

Aqil İman 

 

 



162 

Məcnun GÖYÇƏLİ 

 

YARALI ŞEİRLƏRİN HƏZİN PIÇILTILARI 

 

Bəzən oxuduğum şeirlərin misraları yerli-yerində olma-



dıqda  fikrimə,  hissimə  qatı  duman  çökür,  duyğularım  dü-

yünlənir,  xəyalımda  tayını  itirmiş  Qu  quşunun  ayrılığa  qa-

nad sərib, həsrətə göz yumduğu ağrılı səhnəni xatırlayıram. 

Hərdən mənə belə gəlir ki, sözün qüdrətdən gəlmə canı 

var. İnsan oğlunu təbiət mənzərələri, ecaskar görüntülər nə 

qədər  məftun  eləsə  də,  söz  qədər  ruhu  tərpədən,  könül  qu-

şunu pərvazlandıran daha nə var ki? Sözün hikmət dəryası 

olduqca  dərin  və  nəhayətsizdir.  Bu  sirlər  aləminə  baş  vur-

maq üçün gərək kamal oksigenin  yetərincə ola, dayazlarda 

ilişib  qalan  qəvvaslardan  olmayasan.  Bir  də  ki,  sədəf  bət-

nində gövhər yetirmək ümmanların işidir. 

Bir  şair  haqqında  yazmaq  istəyirəm.  Bir  dəfə  də  olsun 

üzünü  görməmişəm.  Qoşquları  zaman-zaman  qapımı  açıb, 

ürəyimdə qatarlanıb. Duyğularına heyran kəsilmişəm. Poe-

tik düşüncələri, sanballı misraları ilə həvəs almışam. Bilən-

də  ki,  görünən  dünyanın  görünməyən  tərəfinə  çəkilib,  38 

yaşında ruhlar aləminə qovuşub, içimdə haray qopub, çov-

ğun əsib, fikir məni Göyçəli günlərimə qaytarıb. Bir günlük 

yolunu 22 ilə başa vura bilmədiyimiz Göyçəyə! 

Aqil İman ulu Göyçənin füsunkar təbiətli kəndlərindən 

olan  Daşkənddə  təvəllüd  tapıb.  Atası  Həsən  Xəyallı  döv-

rünün  ustad  şairlərindən  olmuş,  şeirləri  könüldən-könülə 

yayılmış, aşıqların avazında qanadlanmışdı. İmanın uşaqlıq 

çağları  kəndlərində  keçmişdi.  Erkən  yaşlarında  atasının 

sazlı-sözlü  dünyasına  meyil  salmış,  onun  sənət  məktəbin-



Bu dünya görüş yeridi 

 

 



163 

dən bəhrələnmişdir. İbtidai təhsilə doğma kəndində başlasa 

da,  orta  məktəbi  Bərdə  rayonundakı  Yeni  Daşkənd  məktə-

bində başa vurmuş, bir müddət sonra ali təhsil almışdır. 

1988-ci il Göyçəmizin ocaqlarını söndürdü. Yurdlar vi-

ran  qaldı,  insanlar  pərən-pərən  düşüb,  Azərbaycana  pənah 

gətirdilər.  Erməni  daşnaklarının  başımıza  gətirdikləri  mə-

şəqqətlər  hamı  kimi,  Aqil  İmanın  da  vücudunu  göynətdi, 

onun şair könlünə köz  basdı. Gənc şair vətən itkisinə dözə 

bilmirdi. Bir yandan da düşmənlərin Qarabağa hücumu onu 

müsəlləh əsgərə döndərdi. Leytenant rütbəsilə qanlı döyüş-

lərə atıldı, cəbhədən-cəbhəyə rəşadət göstərdi, amansız düş-

mənə dəfələrlə ağır zərbələr endirdi, neçə-neçə qaniçəni qa-

nına  qəltan  elədi.  Döyüşlər  getdikcə  genişlənir,  Vətən  tor-

paqları  əldən-ələ  keçir,  şəhər  və  kəndlərimiz  işğal  olunur, 

günahsız oğullarımız şəhid olurdular. Cəbhədə atəşkəs elan 

olunsa  da,  insanların  ürəyində  hələ  də  döyüşlər  gedirdi. 

Vətənin  iyirmi  faizi  amansız  düşmən  əlinə  keçmişdi.  Qa-

rabağ  qara  günlərini  yaşayır.  Cıdır  düzü,  İsa  bulağı,  xarı-

bülbül  matəm  libası  geyinmişdi.  Ağdamın  xoşbəxt  günləri 

əlindən  alınmış,  Cabbarın,  Xanın  zəngulələrinə  sükut  en-

miş, Qarabağ şikəstəsi Qarabağın şikəstinə çevrilmişdi. Ar-

xalı  düşmənin  vurduğu  yaraların  sızıltısı  ürəkləri  göyüm-

göyüm göynədirdi... 

Aqil  İman  müharibə  yarası  almasa  da,  sanki  ürəyində 

mərmi  qəlpəsi  gəzdirirdi.  O,  övladları  Qılmanın,  Orхanın 

baxışlarından  təsəlli  alır,  ötən  günlərini  onlara  həsr  edirdi. 

Aqil İmanın ürəyi  saza-sözə kökləndiyindən  ürəyindən ke-

çən  misraları  varaqlara  köçürür,  yanğılarını  bu  yolla  sön-

dürürdü.  Şair  taleyindəki  böyük  dərd  gəzdirən  İman,  ana 

Azərbaycanın  və  vətəni  Göyçənin  göynəkli  yarasını  ürəyi-



Aqil İman 

 

 



164 

nin başında gəzdirdiyi üçün günlərin bir günü ürəyi qanına 

boyandı. Qəbri qübrətdə qalan Həsən Xəyallının axirət dün-

yasına mələklər “qara kağız” çatdırdılar!... 

Aqil  İman  özündən  sonra  dəyərli  bir  ədəbi  irs  qoyub 

getmişdir. Xalq ruhunda yazdığı müxtəlif janrlı şeirləri de-

məyə əsas verir ki, o Göyçə ədəbi məktəbinin layiqli nüma-

yəndəsi  kimi  diqqətə  layiq  yaradıcılıq  yolu  keçmişdir.  La-

kin onun əsərlərində aparıcı meyar nisgil, həsrət, vətən dər-

didir: 


 

Oyan, a taleyim, a bəхtim, oyan! 

Sən mənə həyansan, mən sənə həyan. 

Nə vaхtdır gözümü yollarda qoyan, 

Görən harda qaldı, ölüm gəlmədi. 

və ya: 


İmanam, qələmi verdilər ki, yaz: 

Dünya qanlı qatil, həyat yaramaz! 

İstədim bəхtimə qarğıyam bir az, 

Dedim: günah olar, dilim gəlmədi. 

 

Aqil  İman  sözə  əyləncə  kimi  yanaşmır.  Fikir  və  his-



lərini bədiyyətə calayıb yazır. 

Fəlsəfi  düşüncələrini  mütəmadi  olaraq  önə  çəkir,  oxu-

cunu  intizarda  saxlamır.  O,  sözlərin  seçimini  elə  ustalıqla 

edir  ki,  əlavə  şərhə  ehtiyac  duyulmur.  Dilin  rəvanlığı,  sö-

zün lakonikliyi, misralararası bağlılıq, üslub gözəlliyi, fikir, 

məna  düzülüşü  zərrəbin  dəqiqliyilə  qələmə  alındığından 

şeirlərin  hamısını  bir  nəfəsə  oxumaq  istəyirsən.  “Dağlar” 

şeirinin hələ bir bəndinə baxın: 

 



Bu dünya görüş yeridi 

 

 



165 

Təbiət bəzəyib çölü-çəməni, 

Çiçəklər gəlibdi toyuna, dağlar. 

Dərənin dibindən zülal toplayıb, 

Bulaqlar bal qatıb suyuna, dağlar. 

 

Aqil İmanın şeirləri arasında fikrimi tarıma çəkən, ürə-



yimi sızıldadan biri haqda söz açmaya bilmərəm. Günlərin 

bir günü şair təsadüf nəticəsində Aşıq Ələsgərin soy qohu-

mu, tanınmış şairimiz mərhum İsmixan Didərginlə görüşür. 

Bu  görüş  onun  iç  dünyasını  topa  tutur,  ürəyini  sıxır,  göz-

lərini  ağladır,  bağrına  dağ  çəkir.  Baxanda  görür  ki,  İsmi-

xanın  Göyçəli  günlərindən  baxışlarında  heç  nə  qalmayıb. 

Danışanda kövrəlir, susanda  yazıq görkəmi alır. Aqil İman 

qara bulud kimi dolur. İsmixandan göz yaşı ilə ayrıldıqdan 

dərhal sonra “İsmixan dayı” şeirini yazır: 

 

Vətən adı çəkdim, göynəyib elə, 



Gözündən od tökdü İsmiхan dayı. 

Dedim: – göyçəliyəm, sizin elliyəm, 

Önümdə diz çökdü İsmiхan dayı. 

 

Görüşdük, nəfəsi Göyçə qoхudu, 

Sözdən dəstə tutdu, çələng toхudu. 

Ələsgərdən aşıq “dağlar” oхudu, 

Hey boynunu bükdü İsmiхan dayı! 

 

Bu  misraları  həyəcansız  oxumaq  qeyri-mümkündür. 



Misralar  arasında  fəryad  qoparan  zümzümələr  sanki,  ada-

mın qolundan yapışıb hönkür-hönkür deyir: “İnsanın ən bö-

yük düşməni qəriblik, ən amansız sözkəsəni qəm-qüssədir”. 

Elə İsmiхan da, Aqil İman da qəm-qüssənin, Göyçə həsrəti-




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə