Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə37/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   34   35   36   37   38   39   40   41   42

Aqil İman 

 

 



194 

Hacı Loğman QORQUD 

 

TANRI DƏRGAHINA PİLLƏKƏN... 

 

“Qaf”dan qərar tapmış, “kaf”dan kainat,  



İsmi-feyli hərfi olmuş əsli-zat,  

“Vey”dən bina tutub, “kaf”-“nun”-nan nicat,  

“Yey”dən bişərikdi, bişərikdi “lam”...  

 

Bu  yazını  təsadüfən  böyük  övliya  Miskin  Abdalın  bu 



dərin sufi fikirləri ilə başlamadım…  

Bu  bir  bənd  şeirin  məna  dərinliklərinə  endikcə  insanı 

vahimə basır, sanki  sözün qurğuşun ağırlığını hiss edirsən, 

məna  içində  itib  batırsan,  sahilsiz  bir  ümmana  düşmüş  qa-

rışqa kimi hiss edirsən özünü, mənanın mənbəyindəki zər-

rənin  dəryaya  çevrilməsi  anlayanı  öz  dərinliklərində  boğ-

mağa  başlayır.  İnsan  hey  çalışır  ki,  üzüb  bir  sahilə  çıxsın, 

amma sahil görünmür...  

Sözün qüdrəti, siqləti, yaratdığı ehtişamlar göz önündə-

dir. Külli-kainatın dibsiz ənginlikləri, onları bəzəyən hər nə 

varsa...  

Bu  bəndin  ikinci  misrasının  fəlsəfəsindən  başlamalı 

olacağıq və  bu  yazının adının seçilməsi də kiminçünsə  pa-

foslu səslənən fikir kimi görünməsin. Bu misra ilə adın düz 

mütənasibliyini araşdıraq... 

İsmi-feyli hərfi olmuş əsli-zat, – misrasının mənası be-

lədir: hərfin dildə səslənməsi onu hərəkətə gətirir və o yara-

nışın  başlanğıcıdır.  Yəni  sözü  hərəkətə  gətirmək  yaratmaq 

deməkdir,  hər  şey  sözlə  başlayıb,  sözlə  bitir.  Bu  mənada 

sözü yerində işlətmək, ona təsir gücü vermək hər qələm sa-

hibinə müyəssər olan iş deyil.  



Bu dünya görüş yeridi 

 

 



195 

Haqqında söz açacağım şair Aqil İman da dediklərimə 

rəğmən  sözün  təsir  gücünü  hiss  edən  qələm  sahiblərindən-

dir ki, onun şeirləri elə ilk andaca oxucunun qəlbinin həssas 

tellərinə toxunur, onu duyğulandırır və oxucu həmin obraz-

da özünü görə bilir. Çünki fikirlər real həyatdan qaynaqla-

nan hisslərin ifadəsidir.  

Bu ənənə Göyçə ədəbi mühitində ki, qələm sahiblərinin 

saz-söz çeşməsindən gələn sısqalardır ki, Aqil İman şeirin-

də  büllur  çeşməyə  çevrilərək  söz  xəzinəmizi,  ədəbiyyatı-

mızı zənginləşdirir.  

Aqil İmana bu istedad atası, gözəl ustadnamələr müəl-

lifi  şair  Həsən  Xəyallıdan  irsən  keçmişdir.  Ümumiyyətlə, 

Göyçə  ədəbi  mühiti  Azərbaycan  klassik  ədəbiyyatına  Mis-

kin Abdal, Ağ Aşıq Allahverdi, şair Məmmədhüseyn, Şeyx 

Alı, Dədə Ələsgər, Zodlu Abdulla, Növrəs İman kimi dahi 

filosoflar,  təsəvvüf  şairləri  bəxş  etmişdir.  Bunların  ən  ka-

mili  Miskin  Abdaldan  başlayan  sufi  xəttdir  ki,  Aşıq  Ələs-

gərdə kamil bir zirvəyə çatmış,  modernləşmiş və  aşıq  ədə-

biyyatını klassik formaya çevirmişdir. Belə ki onun öz qay-

da-qanunları, tələbatı və təyinatı olmuşdur. Ona görə də bu 

tələbləri  pozmadan  şeir  yazan,  onu  bədii  və  fəlsəfi  fikirlə 

yükləyən  şairlər  sırasında  Həsən  Xəyallı,  Aqil  İman  kimi 

şairlərlə  bərabər  bu  nəsildən  olan  Sərraf  Şiruyə,  Molla 

Əmirxan, Xasay Hacıyev, Qəmgin Fəzi, Eldar Həsənli, Aq-

şin  Hacızadə,  Qılman  İman  kimi  bir  çox  şairlər  bu  ənəni 

uğurla davam etdirməkdədir.  

Şairin sözü o zaman böyük bədii gücə malik olur ki, o 

sufi fikirlərlə yüklənsin, həyat realıqlarını, dini, şəriəti əha-

tə edə bilsin. Hələ XII əsrdə Nizami Gəncəvi yazmışdı: 

 

Şəriət elmindədir şairin şeir gücü...  

(Sirlər xəzinəsi)  




Aqil İman 

 

 



196 

  

Həsən Xəyallının dövrünün mütərəqqi, ziyalıpərvər in-



san olması, Aşıq Ələsgər məktəbindən süzülüb gələn ədəbi-

bədii  dəyərləri  mükəmməl  şəkildə  mənimsəməsi,  dinə,  şə-

riətə,  ədəb-ərkana  dərin  bələdçiliyi  şeirlərində  açıq-aydın 

görünür: 

 

Yaxşıda çəkilər yaxşının adı,  

Yamanın qazancı nəhlətdə olar.  

Aqil bir kəlmədə min könül yapar,  

Hərcayı hərcayı söhbətdə olar. 

 

Mərifət anlayan çox zilə çıxmaz,  

Səmtinə düşməsə, heç su da axmaz.  

Pələng pəncəsindən ovu buraxmaz,  

Tülkünün bəyliyi xəlvətdə olar. 

 

Kimə məlum deyil yaltağın işi,  

Bir sözü düzdürsə, yalandı beşi.  

Qurd çəni axtarar, quzğunlar leşi,  

Qarışqa həmişə zəhmətdə olar. 

 

Yaxşı qonşu qonşuluğa yol salar,  

Yaman qonşu aralığa qal salar.  

Xain, xəbis ürəyinə xal salar,  

Gecəsi, gündüzü qeybətdə olar. 

 

Görmüşəm hər cürə nadan insanı,  

Dövlətdə, vardadı xəsisin canı.  

El qəhri çəkənin şöhrəti, şanı,  

Mərifətdə olar, hörmətdə olar. 

 



Bu dünya görüş yeridi 

 

 



197 

Gözləmə namərddən xoş xasiyyəti,  

Nanəcib al qurar dosta xəlvəti.  

Həsən Xəyallının sözü-söhbəti,  

Hər fəsil gül açar, qiymətdə olar. 

 

İctimai  və  sosial  həyatın  görünən  və  görünməyən  cə-



hətlərini,  şüurun  naqisliyini  bir  ustad  gözü  ilə  qələmə  alan 

şairin  bu  gün  də  aktuallığını  itirməyən  problemləri  poetik 

şəkildə ifadəsi, şairin aşıq poeziyasına, şeirin tələb – qayda-

larına dərin bələdçiliyindən xəbər verir. Didaktik cəhətdən 

heç  də  klassik  şeir  formalarından  geridə  qalmayan,  bəzən 

də  onları  ötüb  keçən  misal  çəkdiyim  bu  qoşma-ustadnamə 

həm məzmun, həm də ritmiklik və axıcılığı ilə lazımı qədər 

diqqəti cəlb edə bilir. Ustadlardan gələn ənənəni davam et-

dirərək şeirdə özünü tapmaq çox da asan deyil, çünki deyil-

miş ifadələri, daha da məzmunlu, daha da təsirli demək ol-

duqca  dərin  təfəkkür  tələb  edən  istedaddır.  Ümumiyyətlə 

poeziya  olduqca  incə  bir  məsələ,  geniş  bir  meydandır  ki, 

hər  kəsin  atı  orada  yeriməz.  Xalqın  gözü  tərəzi  olduğu  ki-

mi,  qəlbi  də  həssasdır:  yaxşı-yamanı  olduğu  kimi  seçir. 

Aqil İman da bu təbi saxlamağı bacarıb: 

 

Əvvəl tərifləyib göyə qaldırdım,  



İndi də qoy söyüm: söyüş yeridi.  

“Bir yandan boşalır, bir yandan dolur”,  

Nə qəbul otağı, nə iş yeridi. 

 

Astarı sökülüb, üzüdü köhnə,  

Kündəsi boş gedir, boş qalıb təhnə.  

Əvvəldən axıra tamaşa, səhnə,  

Yarış meydanıdı, döyüş yeridi. 

 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə