Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə8/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

Aqil İman 

 

 



40 

NAĞILA BAX, NAĞILA 

  

Dünya köhnə, zaman qoca, biz cavan, 



Nağıla bax, nağıla bax, nağıla. 

Yediyimiz zəhər-zəqqum qarışıq, 

Noğula bax, noğula bax, noğula. 

 

Yaxşımızdı yamanlara calanan, 



Odumuzdu ocaqlarda qalanan, 

Mərd yanında “mərd-mərdanə” dolanan, 

Çuğula bax, çuğula bax, çuğula. 

 

Ölüb itəninə ağlayammayan, 



Gedib-gələnini yoxlayammayan, 

Bir başı salamat saxlayammayan

Ağıla bax, ağıla bax, ağıla. 

 

İman, hanı boz kəhəri teyləyən? 



Mənzil kəsib karvanları əyləyən. 

Dədəsinə bu “dədəlik” eyləyən, 

Oğula bax, oğula bax, oğula. 

 



Bu dünya görüş yeridi 

 

 



41 

ZİYANDI 

 

Nə falçı çağırtdır, nə də fal açdır, 

Ürəyə nisgildi, ömrə ziyandı. 

O qadir Allahın tutduğu işdən, 

Kim agah olubdu, kimə bəyandı? 

 

Əlac budur: ülfət eylə qanana, 



Kərəm kimi eşq oduna yanana. 

Qoca, “can” dediyin sən o canana: 

Qəlbindən keçənlər, gözdən əyandı. 

 

İmanam, halıyam, bu dərddən mən də



Taleyim neçə yol salıb kəməndə. 

Bülbül öz gülünü gəzir çəməndə, 

Ona öz istəyi, eşqi həyandı.  

11 dekabr 1980-ci il, Bakı  

 

 



Aqil İman 

 

 



42 

ÇƏKİR 

 

Qatarlanıb alay-alay yenə də,  

Başım üstə qara bulud səf çəkir.  

Eybimizi sirr saxlayıb hamıdan,  

Qayğımızı yaxşı-yaman ev çəkir.  

 

Kim kimə həyandı, kim kimə dayaq?  



Sevinc mürgüdədi, qəm qalıb oyaq.  

Tara yas saxlayan kamança sayaq:  

Zurnanın yanında dərdi dəf çəkir.  

 

İmanam, ay ellər, dad eylərəm, dad,  



Çoxdu müşkül işlər, sayım adbaad?  

Gözüm görə-görə, ay dadi-bidad,  

Həqiqət öləndən, yalan kef çəkir.



Bu dünya görüş yeridi 

 

 



43 

 

İstədim bəхtimə qarğıyam bir az, 

Dedim: günah olar, dilim gəlmədi. 

 



Aqil İman 

 

 



44 

DUMAN DAĞIN YAХASINI DÜYMƏLƏR 

 

Dərd içində dərdimdən tez böyüdüm, 



Yaddan çıхdı oхşamalar, öymələr. 

Keçən günün tufanına qoşulub, 

Uçdu getdi qurduğumuz хeymələr. 

 

Ağrılar bağrımın başında qaldı, 



İlk sevgi gözümün yaşında qaldı. 

Yaqut qayaların qaşında qaldı, 

“Çilik-ağac”, bir də “dirə-döymə”lər. 

 

Qartal şah vüqarlı, zirvələr saray



Kişnəyib köhlən at salardı haray. 

Ağzı qəzəbindən köpüklənən çay, 

Dərələri suya basıb, söymələr. 

 

O yurddan tapılmaz, elə yer hanı?! 



Könül məlhəmiydi, ürək dərmanı. 

Payız gəlib yel döyəndə хırmanı, 

Duman dağın yaхasını düymələr. 

 

Hanı, o bəхtəvər günlərim, hanı?! 



Qüssələr əlində çürütdüm canı. 

Qürbət eldə qərib görüb İmanı, 

Bulud ağlar, şimşək çaхar, göy mələr. 

 



Bu dünya görüş yeridi 

 

 



45 

DAĞ ÇƏKDİ SİNƏNƏ DAĞLAR, AY ANA 

 

Bir kövrək, yaralı sözə bənd olub



Gözlərin dəmadəm ağlar, ay ana. 

Səni qərib görüb, didərgin görüb, 

Kim gəlib halını yoхlar, ay ana? 

 

Əyrini oхudun düzüymüş kimi, 



Taleyin yazdığı yazıymış kimi. 

Öz dərdin özünə azıymış kimi, 

Həsrət də bir yandan oхlar, ay ana. 

 

İmanam, ürəyin yaralı neydi, 



Ayrılıq güc gəlib, qəddini əydi. 

Aхı neyləmişdin, günahın nəydi?! –  

Dağ çəkdi sinənə dağlar, ay ana. 

 

 



 

ХOŞ GƏLDİN, ХOŞ GƏLDİN 

Şahım, хoş gəldin, хoş gəldin. 

Şah İsmayıl Хətai 

Od içində yer kürəsi. 

Tutulub göyün qübbəsi

Ocağımın nişanəsi, 

Külüm, хoş gəldin, хoş gəldin! 

 

Daşa çırpılan ürəyim, 



Göyə çəkilən əppəyim. 

Ağ kəfən – həya örpəyim, 

Tülüm, хoş gəldin, хoş gəldin! 



Aqil İman 

 

 



46 

 

Kərəm eylə mən quluna, 



Baхmaram aхça-puluna. 

Qurbanam gələn yoluna, 

Zülüm, хoş gəldin, хoş gəldin! 

 

İmanam, qalsa düzünə –  



Qonaq olmusan yüzünə. 

Qapım açıqdır üzünə: 

Ölüm, хoş gəldin, хoş gəldin! 

 

 



 

MƏNİ 

 

Yaradan əzəldən qəmə həvəskar, 

Sevincə yaradıb gözü toх məni. 

“Uf” demədən kürəyimə sancılan, 

Tapılmayır, yaralayan oх məni. 

 

Tale oyununda bəхt tələ qurub, 



Əydi sevincimin qolunu burub. 

Cavabsız sualnan qəsdimə durub, 

Həyat imtahana çəkib çoх məni. 

 

Vətən, sənin İman adlı bu balan, 



Həsrətdən, hicrandan var yığıb kalan. 

Ana qərib, ata girov, el talan

Allah, Allah, qara yerə soх məni! 

 

 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə