1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə20/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   16   17   18   19   20   21   22   23   ...   128

 

 

59 



müəyyənləşmiş normalara  yiyələnmək və  gündəlik ünsiyyətdə 

onlardan yararlanmaq deməkdir.  

Qrammatik  və  məntiqi  cəhətdən  düzgün  qurulmuş  cümlə-

lərdə ədəbi dilin fonetik normalarına praktik şəkildə yiyələnmə

vurğu və intonasiyanın gözlənilməsi bacarığı nitqin normativli-

yini  şərtləndirir. Azərbaycan dilçiləri nitq  mədəniyyəti fənni-



nin  məqsədini  ədəbi  dil  normalarının  danışıq  dilinə  tətbiq 

olunmasından,  dil  normaları  haqqında  sistemli  bilik  vermək-

dən,  nitq  üslublarının  işlədilmə  səviyyəsini  gözləməkdən, 

mədəni nitqin keyfiyyətlərini mənimsəməkdən, yazılı və şifahi 

nitqə aid normaların bir-birinə təsirin öyrənməkdən ibarət heab 

edirlər. Nitq mədəniyyətinə verilən tələblər aşağıdakı şəkildə 

sadalanır: 1) Dil vahidləri ifadə olunan fikrin məzmununa uy-

ğun seçilməli, onun dəqiq ifadəsinə xidmət etməlidir; 2) Fikrin 

daxili  məntiqi  əlaqəsini,  onun  komponentləri  cümlələr  və 

abzaslar arasında  ardıcıllığı  təmin etməlidir;  3) Natiq auditori-

yanın  səviyyəsini,  marağını,  hadisələrə  münasibətini  nəzərə 

almalı,  faktların  anlaşıqlı,  inandırıcı  olmasına  xüsusi  diqqət 

ayırmalıdır; 4) Nitqin həyat hadisələrini yanlış əks etdirməsinə, 

fakların  təhrif  olunmasına,  rəqəmlərin  şişirdilməsinə  yol 

verilməməlidir; 5) Nitqin emosionallığı, ekspressivliyi unudul-

mamalıdır  və  s.  (35,  səh.  14).  Ümumiyyətlə,  gözəl  nitq  bədii, 

canlı  dilin  qüdrəti  ilə  cəmiyyətin  ictimai-siyasi  və  mədəni 

həyatında, dünyagörüşündə, insanlara münasibətində, məişətin-

də  aparıcı  rol  oynamalı;  ədəbi  dilin  gözəlliyini  nümayiş  etdir-

məklə  insanlara  estetik  zövq  verməli,  eşidənlərə  güclü  təsir 

etməli, onların şüurunu, hisslərini natiqin istədiyi səmtə yönəlt-

məli, insanların hüququnu, haqqı, ədaləti, cəmiyyətin yaratdığı 

dəyərləri  müdafiə  edib  qorumalı,  vətənimizin  qəhrəmanlarının 

igidliyini,  xeyirxahlığını,  vətənpərvərliyini  təbliğ  etməli,  ölkə-

mizin yürütdüyü siyasi məqsədə xidmət etməlidir.  

Nitq mədəniyyətini mədəni nitq və dil mədəniyyəti anla-

yışlarından  fərqləndirmək  lazımdır.  Dildən  nitqdə,  ünsiyyətdə 

istifadə  olunur.  Nitq  mədəniyyətində  dil  və  nitq  münasibətləri 




 

 

60 



bacarıqla  həyata  keçirilir.  Nitq  mədəniyyətinin  inkişafı  və 

formalaşması ədəbi dilin düzgünlüyü və üslub aydınlığı ilə əla-

qədardır.  Nitq  mədəniyyəti  ədəbi  dil  normalarının  toplusu 

olub,  onların  qanunauyğunluğu,  formalaşması  və  onlara  yiyə-

lənmək haqqında elmdir.  

Nitq mədəniyyəti xalqın mədəni səviyyəsi ilə ölçülür. Mə-

lumdur  ki,  mədəni  səviyyə  xalqın  bütün  təbəqələrinin  öz  ana 

dilini bilməsi, ona qayğı göstərməsi, onu sevməsi ilə bağlıdır.  

Azərbaycan dili dövlət statusu alandan sonra dil üslubları da 

işlənmə  genişliyi  qazandı,  bədii  və  məişət  üslubları  ilə  yanaşı 

elmi,  publisistik  və  rəsmi-kargüzarlıq  üslubları  da  tam  hüquqlu 

dil  üslubları  kimi  inkişafının  yüksək  səviyyəsinə  qalxır.  Dilsiz 

nitq,  nitqsiz  mədəniyyətin  olmadığını  nəzərə  alsaq,  nitq 

mədəniyyəti  də  sürətlə  inkişaf  etməkdədir.  Nitq  mədəniyyəti 

1920-1970-ci  illərdə  ən  çox  dil  mədəniyyəti,  yazı  mədəniyyəti 

terminləri  ilə  ifadə  olunurdusa,  1970-ci  ildən  artıq  dilçiliyin 

müstəqil bir sahəsi kimi fəaliyyətə başlayır, 1978-1992-ci illərdə 

“Nitq  mədəniyyəti  məsələləri”  adlı  məcmuələr  nəşr  olunur. 

Hazırda tam orta məktəblərin 10-cu sinifləri üçün “Azərbaycan 

dili” dərsliyində nitq mədəniyyətinə xüsusi bölmə (rabitəli nitqin 

inkişafı ilə birgə) ayrılmışdır (Azərbaycan dili, Dərslik, Ümum-

təhsil məktəblərinin X sinfi üçün, Bakı, 2014, səh. 96-140).  

Ölkəmizdə  elmi-texniki  göstəricilərin  yüksələn  xətlə  in-

kişafı  və  yeni  insan  tərbiyəsi  normallaşdırılmış  dil  quruculu-

ğunu,  yəni  nitq  mədəniyyətinin  durmadan  yüksəlməsinə  mün-

bit şərait yaradır.  

Xalqımız yerində deyilmiş şirin sözü, gözəl söylənmiş nit-

qi, xüsusən məclis yaraşığı olan kəlamları həmişə yüksək qiy-

mətləndirmişdir. Əbəs yerə deyildir ki, bəlağətlə danışan adam-

lar haqqında xalq arasında “Şirin dil min evi yeyər, acı dil bir 

evi də yeyə bilməz”, “Söz var adamı dağa çıxarar, söz var dağ-

dan endirər”. “Şirin dili ilə adamın ağlını başından alır”, “Çox 

dilli-dilavərdir”, “Dilindən bal tökülür” deyirlər. “Xoş söz kö-

nül  açar,  ucuz  söz  qan  qaraldar”,  el  arasında  sözünün  yerini 




 

 

61 



bilənə,  gözəl-gözəl  danışana  “Şirin  dil  ilanı  yuvadan  çıxarar”, 

“De, dilinə qurban”, “Özünə də qurban, sözünə də”, yersiz da-

nışana, məqam gözləməyənə “Əvvəl düşün, sonra danış”, “Di-

lin qurusun”, “Nə özünü bilir, nə sözünü”, “Sözünü yeyəsən”, 

“Ağzının  qaytanı  yoxdur”,  “Ağzından  qan  iyi  gəlir”  demişlər. 

Danışan şəxs dilə, onun lüğət tərkibinə, qrammatik quruluşuna, 

funksional fəaliyyətinə, xalq danışıq üslubuna diqqət yetirməli-

dir. Natiqlik məharəti igidlik, qoçaqlıq, qəhrəmanlıq, müdriklik 

kimi  məziyyətlərə  bərabər  tutulmuşdur.  Aşıq  Qurbani,  Aşıq 

Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq 

Kamandar, Aşıq Pənah, Aşıq Əhliman Şirvanlı və başqalarının 

ifa etdiyi dastanlar, söylədikləri nağıllar dinləyicilərə xoş ovqat 

bəxş  edərdi.  Gözəl  danışıq  qabiliyyəti,  əgər  yalan  deyilsə 

adamın  qiymətini  artırır.  Bir  filosofdan  soruşdular:  “Nə  üçün 

çox qulaq asır, az danışırsınız?”. Dedi: “çünki Allah mənə iki 

qulaq verib, bir dil-ağız”, yən iki dinlə (eşit), bir din (de). Sözü 

əvvəl ağzında bişir, sonra danış. Bütün bunlar biz Azərbaycan-

lıların qədim zamanlardan sözə, sözün ecazkar qüdrətinə, nitqə, 

danışığa  yüksək münasibətini göstərir. Bir bayatıda “Məclisdə 

məqam  gözlə,  Hər  sözün  öz  yeri  var”  –deyə  sözün  məqamını 

gözləmək tövsiyə olunur. Belə  yanaşmaya atalar sözləri, zərb-

məsəllər  və  aforizmlərdə  də  rast  gəlirik.  “Dadlı  söz  dost 

qazandırar,  acı  söz  düşmən”,  “Danışan  dağı  aşar,  danışmayan 

yolu  çaşar”,  “İki  dinlə,  bir  söylə”.  Hər  bir  şəxsin  qanacaq  və 

mərifəti ağzından çıxardığı sözlərlə, danışığı ilə ölçülür.  

Nitq  mədəniyyəti nitq anlayışı ilə  çox vaxt  paralel  işlənsə 

də,  onlar  eyni  məzmun  kəsb  etmir.  Ümumxalq  səciyyəsi  daşı-

yan  dil  və  nitq  xalq  mədəniyyətinin  tərkib  hissələridir.  Xalqın 

mədəni  inkişafı  dildə  daima  yeni  söz  və  terminlərin  yaran-

masına səbəb olur. Mətbuatın, radio və televiziya verilişlərinin 

kütləviləşməsi  xalqımızın  nitq  mədəniyyətinin  yüksəlməsinə 

güclü təsir göstərir, yeni-yeni söz və terminlərin, xüsusən, alın-

maların hesabına dilimizin lüğət tərkibi zənginləşir. Bu sahədə 

elmi-texniki  və  idman  terminləri  çoxluq  təşkil  edir.  İnsanların 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə