1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə28/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   24   25   26   27   28   29   30   31   ...   128

 

 

83 



 

 

QRAMMATĠKA VƏ NĠTQ MƏDƏNĠYYƏTĠ 

 

Qrammatika dilçiliyin bir sahəsi olub söz formalarını, on-



ların  dəyişmə  və  birləşmə  qaydalarını,  cümlə  tərtibi  məsələ-

lərini  öyrənir.  Məlumdur  ki,  qrammatik  quruluş  hər  bir  dilin 

varlığı  üçün  əsas  şərtdir.  Qrammatik  quruluş  dilin  ümumi  qa-

nunları  əsasında  inkişaf  edib  formalaşır  və  təkmilləşir.  Qram-

matika  sözlərin,  söz  birləşmələrinin  dəyişməsi  və  birləşməsi, 

cümlələrin  tərtib  edilmə  qaydalarının  məcmusudur.  Nitq 

mədəniyyətində  qrammatik  qayda-qanunların  gözlənilməsi  ilə 

nitqin anlaşıqlı və münasib verilməsi əsas şərtdir.  

Qrammatikanın  morfologiya və sintaksis bölmələri birlik-

də dilin qrammatikasını təşkil edir. “Bütün elmlərin qrammati-

kaya  ehtiyacı  vardır.  Qrammatikasız  natiqlik  kütdür,  poeziya 

pəltəkdir”  –deyən  M.Y.Lomonosov  dil  materialına  münasibət-

də qrammatikanın rolunu həddən artıq yüksək qiymətləndirirdi.  

Nitq  mədəniyyətinə  yiyələnməkdə  qrammatik  qayda-qa-

nunların  gözlənilməsi  düzgün  tələffüz,  intonasiya,  fasilə,  vur-

ğu,  ritm,  diksiya  kimi  fonetik  vasitələrlə  vəhdət  təşkil  edir. 

Qrammatik  qaydaları  nitq  üslublarına  uyğun  işlətmədən  onun 

kommunikativ keyfiyyətini–dəqiqlik və məntiqliyini saxlamaq, 

anlaşıqlı və münasib verilməsinə nail olmaq mümkün deyildir.  

 

 

ÜSLUBĠYYAT VƏ NĠTQ MƏDƏNĠYYƏTĠ 

 

Nitq  mədəniyyəti  ilə  üslubiyyat  arasında  qarşılıqlı  əlaqə 



mövcuddur. Nitq üslublarının yaranması dilin inkişafı ilə bağ-

lıdır. Üslublar dilin inkişaf səviyyəsindən asılı olaraq meydana 

gəlmişdir.  

Dilin üslubi  imkanlarını öyrənən  elmə üslubiyyat deyilir. 

“Üslubiyyat – ünsiyyətin müxtəlif şəraitində ifadə etmək üçün 

dil vasitələrinin seçilməsi və işlədilməsi prinsiplərini öyrənən” 

(Stilistika sovremennoqo fransuzskoqo  yazıka, M., 1960, səh.9) 



 

 

84 



dilçilik  sahəsi  kimi  də  başa  düşülür.  Üslubiyyatın  əsas  vahidi 

üslubdur. Üslub dil vasitələrindən məqsədyönlü istifadə üsulu-

dur.  Dil  vahidlərindən  məqsədyönlü  istifadə  ümumi,  ictimai 

baxımdan  funksional  üslubların  yaranmasında  özünü  göstərir. 

Milli  təfəkkürün  müxtəlif  sahələrini  əks  etdirən  funksional 

üslublar həmin sahələrin tələbi ilə özünəməxsus dil vahidlərinə 

əsaslanır.  

Ədəbi dil üzərində inkişaf edib formalaşan funksional üs-

lublar aşağıdakı kimi qruplaşdırılır: 1. Bədii üslub; 2. Elmi üs-

lub; 3. Publisistik üslub; 4. Məişət üslubu; 5. Rəsmi-işgüzar üs-

lub; 6. Natiqlik üslubu; 7. Epistolyar üslub.  

Böyük  yunan  filosofu  Aristotel  hələ  eramızdan  əvvəl  IV 

əsrdə  üslub  məsələsini  nitq  mədəniyyəti  ilə  əlaqələndirib  ya-

zırdı: “Üslubun qiyməti onun aydınlığındadır. Əgər nitq aydın 

deyilsə, deməli, natiq öz məqsədinə nail ola bilməmişdir. Üslub 

nitqin mövzusuna uyğun gəlməlidir”. 

Bu gün dil üslubları rəngarəng və çoxdur: akademik üslub, 

dialoq  üslubu,  monoloq  üslubu,  realist  üslub,  romantik  üslub, 

poetik üslub, şair və ya yazıçının fərdi üslubu və s.  

Nitq mədəniyyəti və üslubiyyat hər biri öz mövzusu dairə-

sində sözlərin və qrammatik formaların nitqdə işlədilməsi key-

fiyyətini  və  imkanlarını  araşdırır.  Dilin  lüğət  tərkibi,  orfo-

qrafiya və orfoepiya məsələləri, sözlərin məna çalarları, üslubi 

rəngarənglik,  sinonimlik  və  s.  kimi  məsələlər  həm  nitq  mədə-

niyyəti,  həm  də  üslubiyyatın  öyrəndiyi  sahələrdəndir.  Lakin 

nitq mədəniyyəti üslubiyyatın bir sıra məsələlərini əhatə etsə də 

üslubiyyatdan  fərqlənir,  üslubların  düzgünlüyünü  qiymətlən-

dirir.  Nitq  mədəniyyətini  üslubi  normalardan  məqsədəuyğun 

istifadə və ifadəlilik məsələləri maraqlandırırsa, üslubiyyatI dil 

vahidlərinin leksik-semantik əlaqələri, üslubi imkanları, sözya-

ratma və söz işlətmənin normativliyi, funksional üslubların tam 

və geniş planda tədqiqi cəlb edir. Deməli, üslubiyyat dil və nitq 

üslublarını, nitq mədəniyyəti isə müasir ədəbi dil çərçivəsində 

söz  və  qrammatik  formaların  nitqdə  işlədilmə  imkanlarını, 




 

 

85 



onların əlverişliliyini, uyğunluq, düzgünlük, səlistlik, ifadəlilik 

kimi  keyfiyyətlərini,  dil sisteminin emosional  –  ekspressiv ça-

larlarını,  bədii  ifadə  və  təsvir  vasitələrinin  formalaşması  və 

təkmilləşməsinə  təsir  göstərən  amillərin  qarşılıqlı  əlaqələrini 

öyrənir. Beləliklə, nitq mədəniyyəti üslubiyyatdan fərqlənir və 

onları  eyniləşdirmək  olmaz.  Üslubiyyat  təfəkkürlə  bağlı  sənət 

əsərlərinin,  mədəniyyət  sərvətlərinin  bədii  xüsusiyyətlərini  və 

ifadə vasitələrini öyrənən elmdir.  

Ümumxalq  mədəniyyətinin  ayrılmaz  tərkib  hissəsi  olan 

nitq mədəniyyətinin etika, estetika və incəsənətlə də sıx əlaqəsi 

vardır.  Mədəniyyət  xalqın  formalaşdığı  dövrlərdə  etika,  este-

tika  və  incəsənətlə  birgə  əmək  prosesində,  insanların  praktik 

fəaliyyətində meydana gəlmişdir.  

Etika  yunan  mənşəli  (etos)  latın  sözüdür,  mənası  əxlaq, 

xarakter, adət deməkdir. Etika ictimai şüur formalarından biri 

kimi  əxlaq,  tərbiyə  və  mənəviyyat  haqqında  fəlsəfi  nəzəriyyə 

olub  hər  hansı  bir  sinfin,  cəmiyyətin,  ictimai  təşkilatın  əxlaq 

qaydalarını özündə əks etdirir. Bir şəxs – müəllim, mühazirəçi 

və məruzəçi mühazirə, məruzə oxuyarkən, çıxış edərkən bütün 

etik normalara riayət etməli, xarici görkəminə, geyiminə xüsusi 

diqqət  yetirməli,  mimika  və  jestlərdən  mənalı  və  yerində 

istifadə  etməlidir.  Səsin,  nəfəsin,  bədən  üzvlərinin,  nəhayət, 

dilin məşqi üçün natiq öz üzərində yorulmadan işləməli, məşq 

etməlidir. Natiqin əlləri, çiyinləri, ayaqları, sinəsi, duruşu, dav-

ranışı, bir sözlə 

 özü və bütün hərəkətləri onun nitqi ilə, yürüt-



düyü mühakimələrlə tam həmahəng olmalıdır (Siserona görə). 

Natiq  vulqar  və  jarqon  sözləri  işlətməkdən  çəkinməli,  ədəb-

dənkənar  söz  və  ifadələri  işlətməməlidir.  Üzü  tüklü,  yaxalığı 

əzik,  qalstuku  modaya  uyğun  gəlməyən,  rəngarəng  paltar  və 

ayaqqabılarda  auditoriya  qarşısına  çıxmaq  da  müəllim, 

mühazirəçi və ya məruzəçi üçün etik normalar xaricindədir. O, 

heykəl  kimi  sakitcə  dayanıb  özünü  “qurutmamalı”,  yeknəsək 

səslə,  sürətlə  və  ya  ləng,  monoton  danışığı  ilə  dinləyicilərdə 

mənfi ovqat yaratmamalıdır.  



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə