1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə27/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   23   24   25   26   27   28   29   30   ...   128

 

 

80 



Qoca dedi: 

-

 



İndi ki tanıyırsan, mənə de görüm Koroğluya dost adam-

san, ya düşmən? 

Koroğlu dedi: 

-

 



Dost  olarıq.  Nə  var  ki?  Bu  şeyləri  məndən  niyə  soru-

şursan? (“Koroğlu” dastanı, “Durna teli” qolundan) 



ÇalıĢma.  Mətni  oxuyun,  linqvistik  təhlil  aparın,  ədəbi 

dilimizin hansı normalarının pozulduğunu qeyd edin: 

Nağaraçı  İsabalı ortada  heykəl  kimi  dinməz-söyləməz da-

yanmış  Cəbodan  gözlərini  çəkmədən  var  gücü  ilə  qışqırdı:  - 

Sağ olsunlar məllimlər! Qoy sağ olsun Cəbo qağa! 

Bu  vaxt  Bahəddin  vizqanı  başının  üstünə  qaldırıb  havada 

çalır, Vəli zurnasını zilə qaldırıb sifətinin  qarşısında sağa-sola 

fırladırdı...Toybəyi yerdəki pulları yığıb toyçuların qabağındakı 

diplomata  atdı.  Elə  bu  an  həyət  qapısından  içəri  girən  Pısı 

Ələkbər  dili  topuq  vura-vura:  nə...ə...ə...  d...d...d...durubsuz, 

yanır!  K...k...k...  köməyə  gəlin!  T...t...t...  ənbəki  ambarı 

y...y...y...yanır ey! 

Pısı  Ələkbər  pəltək  olduğundan  sözləri  deyəndə  zıqqına-

zıqqına deyir və hərdən elə gücə düşürdü ki... Başını fırladaraq 

öz  orbitində  dairə  cızır,  yalnız  bundan  sonra  deyəcəyi  sözü 

dilinə  gətirirdi...  Sözü  deyəndə  isə  sifəti  qıpqırmızı  pörtürdü 

Pısı  Ələkbərin...  Toyçular  dayandı,  camaatın  bir  qismi  hövla-

nək toyxanadan çıxdı.  

Cəbo yerindəcə dayanıb durmuşdu... O, indiki halında uçu-

rulan  və  sağ  çiyni  üstündə  əyilmiş  heykələ  oxşayırdı...  (Şamil 

Zaman. Qarabağları tərənnüm edirəm. Bakı, 2007. səh.88). 

ÇalıĢma.  Sizin  adınıza  gəlmiş  bağlamanı  poçtdan  almaq 

üçün bir nəfərə etibarnamə yazın.  



 


 

 

81 



 

 

NĠTQ MƏDƏNĠYYƏTĠNĠN ƏLAQƏDAR OLDUĞU  

ELM SAHƏLƏRĠ 

 

Nitq  mədəniyyəti  həm  tədris  fənni,  həm  də  elm  kimi  dil-

çiliyin  fonetika,  orfoepiya,  orfoqrafiya,  leksikologiya,  fraze-

ologiya,  morfologiya,  sintaksis  və  üslubiyyat  bölmələri  ilə, 

eləcə də ədəbiyyat, tarix, pedaqogika, psixologiya, fiziologiya, 

məntiq, etika, estetika və incəsənətlə əlaqədardır.  

 

 

LEKSĠKOLOGĠYA VƏ NĠTQ MƏDƏNĠYYƏTĠ 



 

Biz  bilirik  ki,  dil  nitqin  bazası,  nitq  isə  dilin  ifadə  for-

masıdır. Dil nitqi formalaşdırma vasitəsidir, nitq isə sözlərdən 

istifadə  etməklə  onları  nəsildən  nəslə  ötürməklə  yaşadır.  Dil 

nitqə  çevrilməklə  fəaliyyət  göstərir.  Nitq  dil  bazasında  yaran-

dığı  üçün  nitq  mədəniyyəti  də  dil  normaları  əsasında  forma-

laşıb  şifahi  və  yazılı  şəkildə  meydana  çıxır.  Nitq  mədəniy-

yətinin də, leksikologiyanın da əsas obyekti sözdür, nitq mədə-

niyyətində  əsas  şərt  sözlərin  ədəbi  dil  normaları  daxilində 

seçilib  işlədilməsi,  cümlədə  sözlərin  sırasının  üsluba  uyğun 

olaraq müəyyən yerdəyişmə edilməsidir. Lakin onların məqsəd 

və  vəzifələri  fərqlidir.  Leksikologiya  dilin  lüğət  tərkibini 

öyrənirsə,  nitq  mədəniyyəti  sözlərin  nitqdə  ədəbi  dil  norma-

larına  uyğunluğunu,  cümlədə  sözlərin  əlaqəsi  və  sıralanması 

məsələlərini  araşdırır.  Dil  normalarını  tənzimləyib  ümumi-

ləşdirən  dilçiliyin  bir  bölməsi  olan  nitq  mədəniyyəti  fonetik 

qanun və vasitələrə əsaslanaraq fonetik hadisələrdən qaçmaqla 

fikrin  ekspressivliyini  artırmağa  xidmət  edən  frazeologiya  və 

polisemiyaya,  çoxmənalığı  yaradan  obrazlı  ifadələrə  üstünlük 

verir.  Dilin  leksik  tərkibinə  dərindən  bələd  olan,  zəngin  söz 

ehtiyatına  malik  olan,  sözlərin  işlədilmə  məqamlarını,  emosi-

onal  –  ekspressiv  çalarlarını  fərqləndirən  şəxs  onlardan  məqa-

mında  lazımınca  istifadə  edə  bilir.  Sözlərin  nominativ  və  mə-



 

 

82 



cazi  mənalarından  yararlanan  adamın  nitqi  mədəni  və  məntiqi 

olur. Ədəbi dilin leksik normalarından kənara çıxıb loru, vulqar 

sözlərə,  jarqonlara,  dialektizmlərə  yer  verən  adamın  nitqi  isə 

dinləyicilərin marağının azalmasına gətirib çıxarır. Qrammatik 

normaları,  morfoloji  əlaqələri,  sintaktik  strukturları,  müxtəlif 

dil xüsusiyyətlərini nitqdə yerli-yerində, bacarıqla işlətmək sa-

yəsində şəxsin düzgün, məntiqi, səlis danışığı başqalarında xoş 

ovqat yaradır, mənəvi istirahətə, müsbət əhval-ruhiyyəyə səbəb 

olur.  Deməli,  əsas  obyekti  söz  olan  leksikologiyanın  nitq  mə-

dəniyyəti ilə əlaqəsi qaçılmazdır. Məqsəd və vəzifələri müxtəlif 

olan  leksikologiya  ilə  nitq  mədəniyyətini  yaxınlaşdıran  cəhət 

onların  hər  ikisinin  obyektinin  söz  və  ifadələrin  olmasıdır. 

Lakin  nitq  mədəniyyətini  maraqlandıran  əsas  şərt  sözlərin 

ədəbi dil normalarına uyğun seçilib işlədilməsidir.  



ÇalıĢma.  Verilmiş mətni  oxuyun, bədii təsvirdə yazıçının 

sözlərdən hansı məqamlarda və necə istifadə etdiyinə fikir ve-

rin, yazıçının söz seçimini və sözlərin məna qruplarını fərqlən-

dirib izah edin: 

Axşam  idi  və  lətif  ruzigar  yay  fəzasının  çöhrəsinə  düşən 

ləkələri  silib  təmizləyirdi....Savalan  dağlarından  qopub  gələn 

küləklər Qızıl Arslan sarayının bağçasına yayıldıqca yasəmən-

ləri təzə yuxudan qalxmış gəlinin saçları kimi dağıdırdı.  

Qoca bağban  yayın  istisindən qorunmaq üçün  yarpaqların 

çətiri  altına  girib  yatan  güllərin  çöhrəsinə  su  çiləyirdi.  Ruzi-

gardan və təzə sudan təzə həyat alan qönçələr pərdəsini ataraq 

yeni bir həyata atılmağa hazırlanırdı.  

Küsmüş qızlar kimi kirpiklərini bir-biri üzərinə tökən nər-

giz gülü də şəhla gözlərini açıb qızılgülün çöhrəsindəki qırmı-

zılığa baxırdı.  

Yetim qızlar kimi bir guşədə unudulub qalan bənövşə boy-

nunu çiyninə qoyub yarpağın yaşıl xalçası üstündə oturmuşdu.  

Hovuzun  kənarında  ağ  qətifələrə  bürünüb  duran  ördəklər 

günəşin Sərdrud təpələrinin dalında gizləndiyini görərək axşam 

nəğməsinə başlamışdı (M.S.Ordubadi.“Qılınc və qələm” roma-

nından).  



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə