80
Qoca dedi:
-
İndi ki tanıyırsan, mənə de görüm Koroğluya dost adam-
san, ya düşmən?
Koroğlu dedi:
-
Dost olarıq. Nə var ki? Bu şeyləri məndən niyə soru-
şursan? (“Koroğlu” dastanı, “Durna teli” qolundan)
ÇalıĢma. Mətni oxuyun, linqvistik təhlil aparın, ədəbi
dilimizin hansı normalarının pozulduğunu qeyd edin:
Nağaraçı İsabalı ortada heykəl kimi dinməz-söyləməz da-
yanmış Cəbodan gözlərini çəkmədən var gücü ilə qışqırdı: -
Sağ olsunlar məllimlər! Qoy sağ olsun Cəbo qağa!
Bu vaxt Bahəddin vizqanı başının üstünə qaldırıb havada
çalır, Vəli zurnasını zilə qaldırıb sifətinin qarşısında sağa-sola
fırladırdı...Toybəyi yerdəki pulları yığıb toyçuların qabağındakı
diplomata atdı. Elə bu an həyət qapısından içəri girən Pısı
Ələkbər dili topuq vura-vura: nə...ə...ə... d...d...d...durubsuz,
yanır! K...k...k... köməyə gəlin! T...t...t... ənbəki ambarı
y...y...y...yanır ey!
Pısı Ələkbər pəltək olduğundan sözləri deyəndə zıqqına-
zıqqına deyir və hərdən elə gücə düşürdü ki... Başını fırladaraq
öz orbitində dairə cızır, yalnız bundan sonra deyəcəyi sözü
dilinə gətirirdi... Sözü deyəndə isə sifəti qıpqırmızı pörtürdü
Pısı Ələkbərin... Toyçular dayandı, camaatın bir qismi hövla-
nək toyxanadan çıxdı.
Cəbo yerindəcə dayanıb durmuşdu... O, indiki halında uçu-
rulan və sağ çiyni üstündə əyilmiş heykələ oxşayırdı... (Şamil
Zaman. Qarabağları tərənnüm edirəm. Bakı, 2007. səh.88).
ÇalıĢma. Sizin adınıza gəlmiş bağlamanı poçtdan almaq
üçün bir nəfərə etibarnamə yazın.
81
NĠTQ MƏDƏNĠYYƏTĠNĠN ƏLAQƏDAR OLDUĞU
ELM SAHƏLƏRĠ
Nitq mədəniyyəti həm tədris fənni, həm də elm kimi dil-
çiliyin fonetika, orfoepiya, orfoqrafiya, leksikologiya, fraze-
ologiya, morfologiya, sintaksis və üslubiyyat bölmələri ilə,
eləcə də ədəbiyyat, tarix, pedaqogika, psixologiya, fiziologiya,
məntiq, etika, estetika və incəsənətlə əlaqədardır.
LEKSĠKOLOGĠYA VƏ NĠTQ MƏDƏNĠYYƏTĠ
Biz bilirik ki, dil nitqin bazası, nitq isə dilin ifadə for-
masıdır. Dil nitqi formalaşdırma vasitəsidir, nitq isə sözlərdən
istifadə etməklə onları nəsildən nəslə ötürməklə yaşadır. Dil
nitqə çevrilməklə fəaliyyət göstərir. Nitq dil bazasında yaran-
dığı üçün nitq mədəniyyəti də dil normaları əsasında forma-
laşıb şifahi və yazılı şəkildə meydana çıxır. Nitq mədəniy-
yətinin də, leksikologiyanın da əsas obyekti sözdür, nitq mədə-
niyyətində əsas şərt sözlərin ədəbi dil normaları daxilində
seçilib işlədilməsi, cümlədə sözlərin sırasının üsluba uyğun
olaraq müəyyən yerdəyişmə edilməsidir. Lakin onların məqsəd
və vəzifələri fərqlidir. Leksikologiya dilin lüğət tərkibini
öyrənirsə, nitq mədəniyyəti sözlərin nitqdə ədəbi dil norma-
larına uyğunluğunu, cümlədə sözlərin əlaqəsi və sıralanması
məsələlərini araşdırır. Dil normalarını tənzimləyib ümumi-
ləşdirən dilçiliyin bir bölməsi olan nitq mədəniyyəti fonetik
qanun və vasitələrə əsaslanaraq fonetik hadisələrdən qaçmaqla
fikrin ekspressivliyini artırmağa xidmət edən frazeologiya və
polisemiyaya, çoxmənalığı yaradan obrazlı ifadələrə üstünlük
verir. Dilin leksik tərkibinə dərindən bələd olan, zəngin söz
ehtiyatına malik olan, sözlərin işlədilmə məqamlarını, emosi-
onal – ekspressiv çalarlarını fərqləndirən şəxs onlardan məqa-
mında lazımınca istifadə edə bilir. Sözlərin nominativ və mə-
82
cazi mənalarından yararlanan adamın nitqi mədəni və məntiqi
olur. Ədəbi dilin leksik normalarından kənara çıxıb loru, vulqar
sözlərə, jarqonlara, dialektizmlərə yer verən adamın nitqi isə
dinləyicilərin marağının azalmasına gətirib çıxarır. Qrammatik
normaları, morfoloji əlaqələri, sintaktik strukturları, müxtəlif
dil xüsusiyyətlərini nitqdə yerli-yerində, bacarıqla işlətmək sa-
yəsində şəxsin düzgün, məntiqi, səlis danışığı başqalarında xoş
ovqat yaradır, mənəvi istirahətə, müsbət əhval-ruhiyyəyə səbəb
olur. Deməli, əsas obyekti söz olan leksikologiyanın nitq mə-
dəniyyəti ilə əlaqəsi qaçılmazdır. Məqsəd və vəzifələri müxtəlif
olan leksikologiya ilə nitq mədəniyyətini yaxınlaşdıran cəhət
onların hər ikisinin obyektinin söz və ifadələrin olmasıdır.
Lakin nitq mədəniyyətini maraqlandıran əsas şərt sözlərin
ədəbi dil normalarına uyğun seçilib işlədilməsidir.
ÇalıĢma. Verilmiş mətni oxuyun, bədii təsvirdə yazıçının
sözlərdən hansı məqamlarda və necə istifadə etdiyinə fikir ve-
rin, yazıçının söz seçimini və sözlərin məna qruplarını fərqlən-
dirib izah edin:
Axşam idi və lətif ruzigar yay fəzasının çöhrəsinə düşən
ləkələri silib təmizləyirdi....Savalan dağlarından qopub gələn
küləklər Qızıl Arslan sarayının bağçasına yayıldıqca yasəmən-
ləri təzə yuxudan qalxmış gəlinin saçları kimi dağıdırdı.
Qoca bağban yayın istisindən qorunmaq üçün yarpaqların
çətiri altına girib yatan güllərin çöhrəsinə su çiləyirdi. Ruzi-
gardan və təzə sudan təzə həyat alan qönçələr pərdəsini ataraq
yeni bir həyata atılmağa hazırlanırdı.
Küsmüş qızlar kimi kirpiklərini bir-biri üzərinə tökən nər-
giz gülü də şəhla gözlərini açıb qızılgülün çöhrəsindəki qırmı-
zılığa baxırdı.
Yetim qızlar kimi bir guşədə unudulub qalan bənövşə boy-
nunu çiyninə qoyub yarpağın yaşıl xalçası üstündə oturmuşdu.
Hovuzun kənarında ağ qətifələrə bürünüb duran ördəklər
günəşin Sərdrud təpələrinin dalında gizləndiyini görərək axşam
nəğməsinə başlamışdı (M.S.Ordubadi.“Qılınc və qələm” roma-
nından).
Dostları ilə paylaş: |