1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə24/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   20   21   22   23   24   25   26   27   ...   128

 

 

71 



Azərbaycan  dili  oğuz  dilləri  qrupunun  oğuz-səlcuq  yarımq-

rupuna daxildir. Dilimiz leksik, morfoloji və sintaktik cəhətdən 

türk  dillərinə  yaxın  olsa  da,  hətta  qədim  dövrlərdən  işlənən 

sözlərdə də ən azı tələffüz fərqləri vardır:  

 

Azərbaycan 



dilində 

Qazax 


dilində 

Tatar 


dilində 

Türkmən 


dilində 

Özbək 


dilində 

Mən 


Men 

Min 


Men 

Men 


Diş 

Tiş 


Teş 

Diş 


Tiş 

Üç 


Üş 

Öç 


Üç 

Uç 


 

Bu  gün  dilimiz  dünyanın  ən  zəngin  dillərindən  biri  olub, 

özünəməxsus gözəlliyi və ahəngdarlığı ilə seçilir, zəngin ifadə 

vasitələrinə,  xoş  avaz  yaradan  səslər  sisteminə,  rəngarəng  söz 

ehtiyatına, tam sabitləşmiş qrammatik quruluşa, kamil əlifbaya, 

mükəmməl  orfoqrafiya  və  orfoepiya  qaydalarına,  üslubi  nor-

malara malikdir.  

ÇalıĢma.  Ədəbi  dil  normalarına  hansı  şəraitdə  (evdə,  kü-

çədə,  bazarda,  məktəbdə,  dərs  prosesində)  əməl  edirsiniz? 

Səbəbini aydınlaşdırın.  

ÇalıĢma. Aşağıdakı cümlələrdə yerinə düşməyən, səhv he-

sab etdiyiniz sözləri tapın, qarşısında düzgün qarşılığını yazın: 

1) Nənəm hər gün namaz üstə dua deyir; 2) Ona elə gəlirdi 

ki, bu gün, sabah yuxusu mütləq doğruya çevriləcək;  3) Uzaq-

da – yolun qalın meşəyə qovuşduğu yerdə toz-dumana qalxırdı; 

4) Qulağıma hardansa bir səs toxundu; 5) Onun iti addımların-

da yaşına uyğun olmayan bir səbir və iradə səslənirdi; 6) Otağa 

bağ-bağçanın güllərinin bihuşedici ətri gəlirdi.  



ÇalıĢma.  Mətndəki  terminləri  tapın,  idman  sahəsi  üzrə 

ayrı-ayrı qruplarda birləşdirib yazın: 

İdmançıların fəaliyyət göstərdikləri sahələrdən asılı olaraq 

idman  növləri  5  qrupa  ayrılır:  Fiziki  və  iradi  keyfiyyətləri 

nümayiş etdirən və aktiv hərəkət fəaliyyəti olan idman növləri. 

Bu  qrupa  bizim  tanıdığımız  idman  növlərinin  çoxu  aid  edilir. 




 

 

72 



İdmançılar idman növlərindən asılı olaraq öz qüvvə, sürət, dö-

zümlülük, elastiklik, cəldlik kimi fiziki qabiliyyətlərini, texniki 

və  taktiki  hərəkətləri  nümayiş  etdirmək,  qorxmazlıq,  qələbəyə 

inam,  mübarizə  aparmaq  ustalığı  göstərirlər.  Bura:  yeriş,  ak-

robatika,  futbol,  boks,  yunan-roma;  qaçış,  aerobika,  voleybol, 

karate,  sambo;  tullanmalar,  batutda  hərəkətlər,  reqbi,  taekvan-

do,  cüdo;  əşya  atmalar,  bədii  gimnastika,  otüstü  hokkey, 

kikboksinq,  sərbəst  güləşmə  daxildir.  (Məcidov  N.M.  İdman 

nəzəriyyəsi, Bakı, 2009, səh. 18).  

ÇalıĢma.  Oxuyun,  orfoqrafik,  leksik  və  qrammatik  səhv-

ləri düzəldin. Səhvlərin nə üçün baş verdiyini ədəbi dil norma-

ları daxilində izah edin: 

 

Mən aşiq, qəzən ağley, 

Od yaney, qəzən ağley. 

Qəribin kimsəsi yox

Qəbrini qəzən ağley.  

*** 


Qərib öldi, götürün, 

Küçələrdən ötürün. 

Qəribin lo xəbərin, 

Ölkəsinə yetürün.  

*** 

Qıza, aduy desənəm, 



Fındıq verim, yesənəm. 

Anon səni dögəndə

Gəlib bizə desənəm. 

Nar-nar, nar gilə

Gedəy, gedəy yar gilə. 

*** 


 Sandıx üstə küci var, 

 Kücinin qırx üci var.  

 İsteydim duram gələm, 

 Kafərin çox güci var.  



 


 

 

73 



ÇalıĢma.  Şifahi  xalq  ədəbiyyatında  nitq  mədəniyyətinin 

əsas göstəricilərini müəyyənləşdirin. Dilimizin fonetik sistemi, 

lüğət  tərkibi  və  qrammatik  quruluşunda  müşahidə  olunan 

dəyişiklikləri müasir dil əsasında izah edin: 

İrağından tutuban yaxınından gəlişdilər. Gizli yaxa tutuban 

iyləşdilər. Dadlı damaq veribən soruşdular. Ağ – boz atlar mi-

nibən yortuşdular. Bəy babası yanına irişdilər. 

Babası  oğlancığın  gördü,  Allaha  şükürlər  elədi.  Oğluyla, 

gəliniylə Qanlı Qoca Oğuza girdi. Göy ala görklü çəmənə çadır 

tikdi. Atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırdı. Dü-

yün etdi. Qalın Oğuz bəylərin ağırladı. 

Altunluca  günlüyün  tikib  Qanturalı  gərdəyinə  girib  mura-

dına, məqsuduna irişdi.  

Dədəm  Qorqud  gəlib  şadlıq  çaldı.  Boy  boyladı,  söz  söy-

lədi, qazi ərənlər başına nə gəldiyini söylədi: 

İmdi  qanı  dediyim  bəy  ərənlər?  Dünya  mənim  deyənlər! 

Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli, gedimli 

dünya! Son ucu ölümlü dünya!  

Əcəl gəldiyində arı imandan ayırmasın! Qədir səni namər-

də möhtac etməsin! Allah verən ümidin üzülməsin! Ağ alnında 

beş  kəlmə  dua  qıldıq,  qəbul  olsun!  Amin  deyənlər  didar  gör-

sün!  Yığışdırsın,  dürüşdürsün,  günahınızı  adı  görklü  Məhəm-

məd Mustafaya bağışlasın, xanım, hey! (“Kitabi-Dədə Qorqud” 

dastanı). 



ÇalıĢma.  Aşağıdakı  sözlərin  orfoqrafiyasındakı  səhvləri 

müəyyənləşdirin və sözləri düzgün yazın: 

Vırmax, tilvizor, bağışda, qarannıx, doşdux, riyaziyat, lahiyə, 

prakror, sürücməy, niyət, bulut, kaseta, məkəmə, həyat-baja. 



ÇalıĢma. Verilmiş frazeoloji birləşmələri sözlə ifadə etmə-

yə  çalışın:  baş,  göz,  burun,  ağız,  dil,  bel  sözləri  ilə  işlənən 

ifadələri xatırlayıb deyin: 

Dincini almaq, qəlbə dəymək, baş sındırmaq, göz qoymaq, 

yada  salmaq,  burnunu  sallamaq,  ağzına  dil  atmaq,  bel  bağla-

maq, ailə qurmaq, dünyaya gəlmək, dişə vurmaq.  




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə