1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə25/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   21   22   23   24   25   26   27   28   ...   128

 

 

74 



ÇalıĢma.  Oxuyun,  buraxılmış  orfoqrafik,  qrammatik  və 

üslubi səhvləri düzəldərək mətni köçürün: 

Oğlan qapıyı aşdı. İçəri qarannıx idi. Əvvəl gözdəri heş nə 

görmədi,  yavaş-yavaş qarannıxa alışannan sora inəylərini  gör-

di.  İnəy  təzəcə  doğmuş  balasın  yalayırdı.  Oğlan  yaxın  gəlif 

bizoya  diqqətnən  baxdi.  Yenicə  dünyaya  gəlmiş  bizo  anasının 

nəfəsiynən  oxranırdı,  əyaxa  durmax  isdiyirdi,  anjax  hələm 

başarmırdı. Oğlan tələm-tələsiy bayıra qaşdı. Nənəsin qışqırdı. 

Nənəsi başı qarışıx olduğunnan eşitmədi. Oğlan bi də qışqırdı. 

Nənə səsi eşidip gəldi. Nənə və nəvə töylüyə girdi.  



ÇalıĢma.  Sözlərin  çoxmənalı,  yoxsa  omonim  olduğunu 

müəyyənləşdirin.  Omonimlərin  mənalarını  göstərin;  çoxməna-

lığı nümunələrlə izah edin:  

ayaq, ağıl, boy, qarı, don, ətək, ləpə, göz, baş, qol, biz.  



ÇalıĢma.  Bir  məsələdən  ötrü  dərslərdən  üç  günlük  icazə 

almaq məqsədilə dekana  ərizə  yazın.  Ərizənin  tərtib qaydasını 

qeyd edin.  

 

 

NĠTQ MƏDƏNĠYYƏTĠ MĠLLĠ MƏDƏNĠYYƏTĠN  

TƏRKĠB HĠSSƏSĠ KĠMĠ 

 

Dil və mədəniyyət arasında qarşılıqlı möhkəm əlaqə vardır. 

Bu hesaba da dil mədəniyyətə, mədəniyyət də dilin inkişafına öz 

müsbət  təsirini  göstərir.  Dil  olmadan  mədəniyyəti,  mədəniyyət 

olmadan da dilin varlığını təsəvvür etmək çətindir. Maddi mədə-

niyyət  abidələri,  ədəbiyyat  və  incəsənət  əsərləri,  cəmiyyət,  din, 

dövlət  quruculuğu,  sosial  münasibətlər  ümumbəşəri  mədəniy-

yətin  əlamətləridir.  Odur  ki,  mədəniyyəti  insan  cəmiyyətinin 

əsrlər  boyu  istehsal  sahəsində,  ictimai  və  mənəvi  həyatda  əldə 

etdiyi  nailiyyətlərin,  ictimai-əmək  prosesində  yaratmış  olduğu 

maddi və mənəvi sərvətlərin toplusu hesab etmək olar.  

Bütövlükdə  götürdükdə  mədəniyyət  insanların  maddi  və 

zehni  fəaliyyətinin  nəticəsi  kimi  təzahür  edir.  Bu  təkamülün 



 

 

75 



nəticəsi olaraq insan həm özü, həm də onun əqli, zehni fəaliy-

yəti fiziki bacarığı və iş qabiliyyəti ilə qovuşmuş, inkişaf etmiş, 

yaratdığı maddi və mənəvi sərvətlər də təkmilləşərək  yeni gə-

lən nəsillərə ötürülmüşdür. Təsadüfi deyildir ki, əcdadlarımızın 

ovçuluq,  dənizçilik,  maldarlıq  və  s.  sahələrdə  yaratdıqları  ibti-

dai,  elementar  əmək  alətləri,  divarlara,  qəbirüstü  daşlara,  diq-

qəti  cəlb  edən  böyük  qaya-daş  üzərinə  (məs.;  Qobustan  təs-

virləri,  Azıx  mağarasında  tapılmış  müxtəlif  təsərrüfat  alətləri 

və s.) nəqş edilmiş işarələr indi müasir dövrün müxtəlif ölçülü, 

tutumlu gəmiləri, balıq, quş və ya heyvan ovlamaq üçün hazır-

lanmış alətlər, silahlar, maşınlarla, neft və qaz sahəsində bütün 

dünyaya  nümayiş  etdirdiyimiz  layihə,  təklif  və  əməli  işlə-

rimizlə,  Bazardüzü  zirvəsində,  Arktika,  Antraktidada  ümum-

milli  lider  Heydər  Əliyevin  şərəfinə  sancılmış  vimpellərlə, 

qoyulmuş barelyeflərlə, öz süni peykimizə qədər, əsrimizin tə-

ləb  etdiyi  elmi  araşdırmalarla  əvəzlənir.  Bütün  bu  tətbiqi  işlər 

elm  və  texnika  sahəsindəki  yeniliklərlə  birlikdə  Azərbaycan 

xalqı  da,  onun  oğul-qız  övladlarının  mənəvi-əxlaqi  həyatı  da 

dəyişir. Azərbaycan vətəndaşı maddi və mənəvi sərvətlər yarat-

dığı  kimi,  ümumbəşəri  qanunauyğunluqlar  əsasında  özü  də 

dəyişir, müasirləşir, mədəni cəhətdən daha da kamilləşir.  

Mədəniyyətdə xalqın ruhu, zövqü, mənəvi dünyası yaşayır, 

maddi sərvətlərdə xalqın yaddaşı həkk olunub uzun əsrlər boyu 

nəsildən-nəslə  ötürülür.  Xalq  yaratdığı  mədəniyyətlə  özünü 

soydaşlarına, dünyanın yaxın, uzaq ölkələrinin bugünkü və gə-

ləcək  nəsillərinə  təqdim  edir,  sanki  öz  pasportunu  bəşəriyyətə 

göstərir. İnsanın zəkası və əli ilə yaradılmış mədəniyyət sərvət-

ləri onun yaradıcı əməyinin məhsuludur. Lakin mədəniyyət bir 

şəxsin deyil, bir neçə nəslin, bəzən qabaqcıl ölkələrin təcrübə-

sinin  toplanması,  onların  maddi  və  mənəvi  fəaliyyətinin 

nəticəsində formalaşır. Deməli, mədəniyyət insanın (insanların) 

təbiətə, cəmiyyətə və eyni zamanda özünə, öz düşüncə tərzinə, 

təfəkkürünə münasibətdə yaranır.  



 

 

76 



Mədəniyyət  xalqın  özüdür.  Xalq  özünü,  öz  arzu  və  istək-

lərini, öz  qəlb  dünyasını, öz ideyalarını  mədəniyyətdə  yaşadır. 

Bir bayatıda deyildiyi kimi –   

 

 Əzizim bizim qala



 Bu qala, bizim qala.  

 Tikmədim özüm qalam, 

 Tikdim ki, izim qala.  

 

Özündən  sonra  iz  qoyub  getmək  istəyənlər  əlinin  əməyi, 



zehninin,  zəkasının  qüdrəti  ilə  yaratdıqlarını  həm  öz  ölkəsinə, 

həm də bəşəriyyətə öz mədəniyyət sərvəti kimi təqdim edir, sə-

ləflərinin  yaratdığı  mədəniyyətə  əsaslanıb  ümumbəşəri  mədə-

niyyətə qovuşur. Deməli, mədəniyyət insan və onun əməli fəa-

liyyəti nəticəsində  yaranan  maddi və mənəvi sərvətlər toplu-

sudur,  bir  neçə  nəslin  illərlə,  əsrlərlə  toplanmış  təcrübəsinin 

üzə çıxmasıdır.  

Nəzakətli  və  ədəbli  olmağı,  gözəl  davranış  normalarına 

əməl  etməyi,  savadlanmağı,  ədəbiyyat  və  incəsənət  əsərlərini 

başa  düşüb  anlamağı,  onları  təhlil  etməyi,  onlardan  zövq  al-

mağı,  öz  ixtisasına  dərindən  yiyələnməyi  də  mədəniyyət  ad-

landırmaq olar. Elə bu mənada mədəniyyət insanların maddi və 

mənəvi tələbatını ödəmək üçün fiziki və zehni əmək prosesində 

yaradılmış  nailiyyətlərin  (sərvətlərin)  məcmusudur.  Hər  hansı 

bir xalqın müəyyən dövrdə əldə etdiyi belə nailiyyətlərin səviy-

yəsi,  təsərrüfatın  və  zehni  fəaliyyətin  inkişafı,  eyni  zamanda 

cəmiyyətdə özünü apara bilmə, tərbiyəlilik, mədəni adamın tə-

ləblərinə  uyğun  həyat  şəraiti  də  mədəniyyətlə  bağlıdır.  Ümu-

miyyətlə,  mədəniyyət  sözü  insan  fəaliyyətinin,  ictimai-tarixi 

gerçəkliyin  bütün  sahələrini  özündə  birləşdirir:  xalq  mədəniy-

yəti,  milli  mədəniyyət,  nitq  mədəniyyəti,  yazı  mədəniyyəti, 

ziyalı  mədəniyyəti,  müəllim  mədəniyyəti,  idmançı  mədəniy-

yəti, həkim mədəniyyəti, yazıçı (şair) mədəniyyəti, musiqi mə-

dəniyyəti,  ticarət  mədəniyyəti,  ailə  mədəniyyəti,  Qərb  mədə-

niyyəti,  Şərq  mədəniyyəti,  əmək  mədəniyyəti,  iş  mədəniyyəti, 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə