99
Qrammatika təlimi dili, dil qanunlarının tətbiqini öyrədir. İfa-
dəli oxu, şeirlərin əzbər söylənilməsi prosesində şagirdlərin nit-
qi daha da püxtələşir, səlisləşir, həm də onların elmi və bədii
düşüncəsinin formalaşmasına öz təsirini göstərir. Bu vaxt ana
dili müəlliminin nitqi, pedaqoji ustalığı, rəvan oxusu, gözəl da-
nışığı, şeirlər söyləməsi, nəcib hərəkətləri, geyimi, mimika və
jestləri şagirdlərin nitqinin mədəniləşməsinə kömək olur, canlı
nümunə kimi onların bədii və estetik zövqünün formalaşmasın-
da mühüm rol oynayır. Beləliklə, ailədən, bağçadan, məktəb-
dən formalaşmağa başlanan nitq ədəbi əsərlərin, ifadəli oxu və
rabitəli yazının, müəllimlərin, mətbuatın, radio-televiziya veri-
lişlərinin kompleks köməyi ilə səlisləşir. Deməli, valideynlərin,
müəllimlərin, diktorların, aparıcıların gündəlik və saatlarla
danışıq üsulu şagirdləri gözəl danışığa ruhlandırır. Məktəblilər
fikrin dəqiq ifadəsi üçün sözləri düzgün seçməyə, hər sözün,
ifadənin məna tutumunu bilməyə, onları öz yerində işlətməyə
çalışırlar. Mövzuya, mətnə uyğun lazımi sözləri seçib işlətmək,
fonetik normaları gözləməklə nitqin təbiiliyinə, axarlığına,
gözəlliyinə xələl gətirən kitab tələffüzündən qaçmaq, cümlələri
qrammatik və üslubi cəhətdən düzgün qurmaq, hər sözün,
ifadənin ahənginə, vurğusuna fikir vermək mədəni nitq üçün
əsas şərtlərdir. Gözəl şifahi nitq qabiliyyətinə yiyələnmək üçün
aşağıdakı qaydaları öyrənib mənimsəmək olduqca vacibdir:
1. Nəqli keçmiş zamanın düzəldilməsində iştirak edən -mış
4
şəkilçisi II şəxsin təkində -mı
4
kimi tələffüz olunmalıdır, yəni ş
samiti tələffüzdən düşməlidir: Məsələn: oxumuşsan [oxumusan],
yazmışsan - [yazmısan], gəlmişsən - [gəlmisən] və s.
2. II şəxsin cəmində şəxs (xəbərlik) şəkilçisi orfoqrafiya
qaydalarına görə -sınız
4
yazılır, lakin orfoepiya normalarına
görə -sız
4
şəklində tələffüz olunmalıdır: oynayırsınız [oyna-
yırsız], gəlirsiniz - [gəlirsiz], futbolçusunuz - [futbolçusuz],
tələbəsiniz- [tələbəsiz] və s.
3. Xəbərlik kateqoriyasının III şəxs tək və cəmində -dır
4
, -
dırlar
4
orfoepiya normalarına görə -dı
4
, -dılar
4
şəklində tələffüz
100
olunur, yəni r samiti deyilmir: oyunçudur - [oyunçudu], tələ-
bədirlər - [tələbədilər], məşqçidir - [məşqçidi], uşaqlardır -
[uşaqlardı] və s.
4. nb samit səs birləşməsi bir çox sözdə tələffüz zamanı
mb səs birləşməsi kimi tələffüz olunur: şənbə [şəmbə], sünbül -
[sümbül], zənbil - [zəmbil] və s.
Şifahi nitqi gözəlləşdirən amillərlə yanaşı onu pozan sə-
bəblər də vardır. Bu səbəbləri belə qruplaşdırmaq olar:
a) Dialekt tələffüzü: hansı [ha:sı], daha- [da:], mənim
[mə:m], sahibini - [sa:bını] sabah - [saba], şəhər - [şə:r] və s.
b) fonetik hadisələrlə bağlı tələffüz: tapmaq - [tappağ],
qazlar - [qazdar], doğru - [dorğu], bunun [munun], bu gün [bu
günnəri], bunlar - [bular], nə edək - [nağayrağ], sevindi -
[söyündü], dalısınca - [dalıynan], öyrənmək [örgənməy], sonra
- [so:ra], onlar - [olar], yemək - [yımax], bütöv - [bütöy], xəbər
[xəvər], [xavar], həmən - [haman], tüfəng - [tüəy], tökmək -
[töhməx], yenə- [genə], məsləhət - [məslət], sənə - [sə:], xalq -
[xalx], ona- [oya] və s.
c) Ərəb mənşəli sözlərin tələffüzü: layihə - [lahiyə], rayihə
-[rahiyə], məşhur - [məhşur], sürət - [surət] və s.
ç) fonetik cəhətdən oxşar, mənaca müxtəlif sözlərin diq-
qətsizlik üzündən tələffüzcə qarışdırılması və ya təhrif olun-
ması: müşahidə - [müşayit], icra - [icarə], məsul- [məhsul],
məhrum-[mərhum], rəğbət-[rəqabət], şəhid-[şahid] və s.
d) orfoepiya normalarından dialekt tələffüzünə keçilməsi:
vaxt-vaxıt, çünki-çünkinə, qorumaq-qorunmaq, görə-gora,
amma-əmbə və s.
e) Adların təhrif olunmuş şəkildə tələffüzü: Kəmalə -
Kəmoş, Zərifə-Zəri-Zəroş, Qurban-Qubiş, Təranə-Təroş və s.
ə) Tüfeyli, mətləbə dəxli olmayan sözlərin işlənməsi: belə
deyək, belə deyək də, necə deyərlər, öz aramızdı, canım sənə
desin, onu da qeyd etmək olar ki, elə götürək bunu, məlum ol-
duğu kimi, yeri gəlmişkən deyim ki və s.
f) Qeyri-mədəni nitqdə ədəbsiz sözlər, söyüş və qarğışlar
da özünə yer tapır. Bunlar dilçilikdə vulqarizmlər adlanır. Vul-
101
qar sözlər dilin ən aşağı üslubi layını təşkil edir və bunların bö-
yük əksəriyyəti lüğətlərə düşmür, lakin müəyyən məqamlarda
insanlar onları işlədirlər. Ədəbi dildə müəlliflərin təhkiyə dilin-
də işlədilməsə də, bədii surətlərin daxili aləmini açmaq üçün
onlara müəyyən qədər yer verilir. Məsələn: it oğlu, itin balası,
eşşək, qoduq, heyvan, mürtəd, allah lənət eləsin və s.
g) Mənanı sərt, kobud, lakin təsirli ifadə edən sözlər disfe-
mizmlər adlanır. Evfemizmlərin əksi olan disfemizmlər sino-
nimi olan sözlərdir, amma onlara ədəbi dilin bütün üslublarında
deyil, ən çox məişət, qismən də bədii üslubda – personajların
nitqində rast gəlirik. Məsələn: "ölmək" əvəzinə "gorbagor ol-
maq", "cəhənnəmə vasil olmaq"; "getmək" əvəzinə "rədd ol-
maq", "cəhənnəmə itilmək", "itilib getmək"; "get" əvəzinə "bas
bayıra"; "baş" əvəzinə "kəllə" və s. ifadələri disfemizmlərdir və
qeyri-mədəni nitq nümunələri sayılır.
Sual və tapĢırıqlar:
1. Mədəni nitq nədir və onun qeyri-mədəni nitqdən fərqi
nədədir?
2. Daxili nitqin əsas xüsusiyyətləri hansılardır?
3. Ədəbi dilə yiyələnməyin yüksək mərhələsi hansı
nitqdir? Nə üçün?
4. Daxili nitqdə bütün cümlə üzvləri yerli-yerində işləni-
rmi? Fikrinizi nümunələr əsasında izah edin.
5. Nitq mədəniyyətinin əsasını nələr təşkil edir?
6. Qeyri-mədəni nitq dedikdə nə başa düşülür?
7. Savad mədəni və qeyri-mədəni nitqdə nə kimi rol oy-
nayır?
8. Mədəni nitqi müəyyənləşdirən keyfiyyətlər hansılardır?
9. Məktəbdə Azərbaycan dili fənninin öyrənilməsində və-
zifə nədən ibarətdir?
10. Savadlı yazmaq şifahi, yoxsa yazılı nitqlə əlaqədardır?
Nümunələr gətirməklə fikrinzi əsaslandırın.
ÇalıĢma. Verilmiş sözlərin hər birinə əvvəlcə kəmiyyət,
sonra mənsubiyyət, daha sonra müxtəlif hal, ardınca xəbərlik
Dostları ilə paylaş: |